Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən, ölkəmizə qarşı yeni yalanlar və böhtanlar ortaya atan Ermənistanda yaşlı, kimsəsiz qocaların rəsmi İrəvanın təşəbbüsü ilə yataqxanalara toplanıldığından, onların beynəlxalq ictimaiyyətə “erməni qaçqınları” kimi təqdim edildiyindən söz açmışdıq.
Moderator.az xəbər verir ki, artıq xeyli müddətdir ki, bu yataqxanalarda məskunlaşan, öz uydurduqları yalana özləri də inanan “qaçqınlar”, rəsmi İrəvanı çətin vəziyyətdə qoyub. Belə ki, “madam ki, qaçqınıq, o zaman bizə ev verin” tələbi ilə etiraz aksiyası keçirən “qaçqınlar” hüquqlarının pozulduğunu iddia etməkdə, hökuməti məhkəməyə verməkdədir. Yerli və xarici media orqanlarına açıqlamalar verən “qaçqınlar”, hökumətin onlardan sui-istifadə etdiyini, onlara ayrılan vəsaitlərin məmurlar tərəfindən talandığını bildirib.
Hələlik rəsmi “İrəvan” baş verənlərlə bağlı hər hansı mövqe ortaya qoymayıb. Lakin görünən odur ki, yaşlı, kimsəsiz ermənilər hökumətin onların boyuna biçdiyi “qaçqın” rolunu oynamaq istəmir, bugünə qədərki ifalarının müqabilində isə mənzil tələb edirlər. Odur ki, öz yalanının qurbanına çevrilən İrəvan indi iki yoldan birini seçməlidir: ya onların “qondarma qaçqın” olduğunu etiraf edərək bütün dünyaya yaaln söylədiyini etiraf etməli, ya da həmin şəxslərə mənzil paylayaraq öz yalanını müdafiə etməlidir.
Seymur ƏLİYEV