"Fəlsəfəyə ifrat aludə olanlar mənə bir az qaranlıq adamlar kimi gəlir..."
Читать: 4305
10 Jun 2020 | 22:27
Moderator.az saytının müsahibi şair, yazıçı, tərcüməçi Etimad Başkeçiddir.

– Sərt qadağalar dövrü necə keçdi?

– Belə də… Deyəsən insanlar, xüsusən də qərblilər indi özünü “Ağ diş”dəki qurd balası kimi hiss edir: sən demə, işıqlı dünyada kefin istədiyini eləyə bilməzsən, həyatda çoxlu məhdudiyyət və qadağalar var. Boyun əyirsənsə, nisbətən ağrısız-acısız yaşayırsan. 

– Qurd balası və məhdudiyyətlər, təbii konfliktdir, deyilmi?

– Ədəbiyyat üçün, hə. Amma Ağ dişin yalnız atası qurd idi. Ona görə bir gözü meşədə olsa da, köpək kimi yaşadı. Yəni azadlığını və əcəlini bir qarın yeməyə satan əhliləşdirilmişlərdən oldu. Təbii, bunun koronavirus məsələsinə aidiyyəti yoxdur. Amma yenə də, “Dao”da deyildiyi kimi: “Qadağalar artdıqca insanlar yoxsullaşır”.

–  Daonun vətənindən püskürən koronavirus şər idimi, yoxsa?.. 

– Atribusiya məsələsi həmişə aktual olub, istər incəsənət sferasında olsun, istərsə də psixologiyada və ya sosiologiyada. Məncə, koronavirusu şərin özü yox, onun əsəri kimi qəbul eləsək daha düzgün olar. Çünki şərin koronavirus şəklində təcəlla etməsinə inansaq, onu əyaniləşdirmiş olarıq. Halbuki şər və xeyir – bunlar abstraksiyadır, nəzəri ümumiləşdirmədir. Yazıçı olan bəndə isə, ümumiyyətlə, mütləq kateqoriyalarla danışmamalıdır. Yoxsa filan ayağından yapışıb, “bu elektrik dirəyidir” deyən korun vəziyyətinə düşər.   

– Niyə hesab eləyirsiz ki, xeyir şərdən üstün ola bilməz?

– Elə bu mülahizəyə görə. Çünki bildiyimiz Xeyir və Şər iç-içədir, biri digərini şərtləndirir, biri olmadan o biri də mövcud ola bilmir. Yəni onlar bir-biriylə müqayisədə var. Yoxsa in və yan, qadın və kişi başlanğıcı, simvolik “ağ” və “qara”, nə bilim xeyir və şər kimi anlayışlar da olmazdı. Yəni onlar həmişəyaşar anlayışlar olmazdı, hansısa tarixi mərhələdə biri o birinin başını yeyərdi, vəssalam. Amma belə olmur, bunlardan biri o birini yox etmək dərəcəsində üstələyəndə gözəgörünməz işə qarışır, hər şeyi tərsinə çevirir. Bəzi intellektuallarımızın sevimli müəllifi Karl Popperin dediyi kimi: Yer üzündə cənnət yaratmaq istəyi həmişə cəhənnəm qurmaqla nəticələnir. “Dao”ya görə, heç nə öz-özlüyündə pis, gözəl və ya eybəcər deyil: “Yoxluq və varlıq bir-birindən törəyir, asan və çətin nəsnələr bir-birini doğurur, uzun və gödək nəsnələr bir-birini tamamlayır, hündür və alçaq nə varsa bir-birinə sarı meyllənir, biri digərini tanımağa kömək eləyir”. Ona görə də, dəyərləndirmələr subyektivdir, birinin xeyir saydığını o biri şər hesab eləyir və sairə. Ona görə könül sevən göyçəkdir və hər kəsin öz bağışlayanı, öz Allahı var. Yerdə qalan şeylərin çoxu manipulyasiyadır, insanların başını piyləmək üçün düşünülmüş məntiqi konstruksiyalardır. Vəfa, sədaqət və belə-belə şeylər kimi. Mənə görə, adam ol, adam balası ol, yetər. 

– Yaxşı, konkret danışaq, uşaq qatili şərdir, yoxsa yox?

– Baxın, orta əsrlərdə yaşamış italyan mütəfəkkiri var, Nikolo Makiavelli. Məşhur “Hökmdar” əsərinin müəllifi. Bu sənətkar yazır ki, tarixi şəxsiyyətlər yox, proseslər idarə edir. Bu adamın çox fikirləri ilə razı deyiləm, məsələn “məqsəd vasitəyə haqq qazandırır” filan kimi. Amma məncə, bu məsələdə haqlıdır. Stalin, Hitler, Lenin və ya hər hansı başqa “bəbək qatili”nin uşaqlıq fotolarına baxın. Adam yanağından çimdikləmək, atıb-tutmaq istəyir. İnanıram ki, hansısa başqa tarixi şəraitdə Hitler yaxşı rəssam, Stalin şair və ya din xadimi, Lenin isə həmkarlar birliyinin sədri filan olardı. Çox güman ki, Hitler, Stalin, Pol Pot olmasaydı, onların yeri boş qalmayacaqdı. İnsan belədir, prosesin məntiqinə uyğun məcburi gedişlər edir, sonra buna aludə olur. Bu situasiyanı özündə ehtiva edən ən parlaq obrazlardan biri “Master və Marqarita”dakı Ponti Pilatdır. Ponti Pilat İeşuanın günahkar olmadığını bilir, hətta ürəyindən keçir ki, ona kömək eləsin. Amma çuğullardan və yuxarı dairələrin qəzəbinə gəlməkdən qorxub, ölüm hökmü çıxarmalı olur. Bundan sonra İudanı da öldürməyi əmr edir, amma bu dəfə heyfini çıxmaq üçün. Yəni məsələ uzanır. Yanlış anlamayın, bu mülahizələr uşaq qatilinə haqq qazandırmaq üçün deyil. 

– Sizin hekayəçi kimi maraqlı təhkiyə üslubunuz var. "Veyil dərəsi" sanki iki hissədən ibarətdir - publisistika və ədəbiyyatdan... 

– Bu hekayədə oxucunu təsvir olunan hadisəyə inandırmaq üçün publisistik təsir bağışlayan texnikadan istifadə etmişəm. Hətta bəzi dostlar bunu olmuş hadisə sayır. Əslində hekayə, türklər demiş, tamamilə xəyal ürünürüdr. Burada məqsəd psixoloji manipulyasiyaların köməyi ilə, hekayənin bədii siqlətinə xələl gətirmədən, oxucuda müəyyən illüziyalar, gerçəklik duyğusu yaratmaqdır. Amma bədii obrazı “publisistik” elementlərlə inandırıcı hala gətirmək texnikası mənə aid deyil. Bunun, tutalım, Saltıkov-Şedrin kimi baniləri var. 

– Koronavirus pandemiyasından sonra nələr dəyişə bilər?
 
– Heç nə dəyişməyəcək. Nə qədər ki, “Vosmoyun bazarı” sivil ticarət mərkəzinə çevrilməyib, ya da oradan götürülüb yerində park salınmayıb, o həndəvərdə yaşayan on minlərlə insan cəhənnəm əzabından qurtulmayıb, koronavirusdan sonra da heç nə dəyişməyəcək.

– "Min yol mənə söylər" romanınızdan söz açanda bu əsərin elitar ədəbiyyat nümunəsi olduğunu söyləmişdiniz. Elitar ədəbiyyat nədir?

– Bunu yəqin dırnaqarası təvazökarlığımın fontan elədiyi vaxtlarda demişəm, qüsura baxmayın. Amma ədəbi mətnlərin təsnifləndirməsində belə məsələ yer alır. Stereotiplərlə, şablonlarla dolub-daşan kütləvi ədəbiyyatdan fərqli olaraq, bu ədəbiyyat mürəkkəb bədii formalara istinad edir, əhvalat danışmır, insan tiplərindən söz açır. Yəni bu mətnlər kütləvi auditoriyaya hesablanmır, daha çox ixtisaslaşmış insanlar tərəfindən yazılır və oxunur. Onların yazılmasına daha çox əmək sərf olunur. Kobud şəkildə desək, bir var əl əməyi, bir də var tokar dəzgahında düzəldilmiş tekstlər. Kütləvi ədəbiyyat nümunələrini elementar qaydaları bilən evdar qadınlar da yazır. Bəzən yaxşı satılan kitablar da ərsəyə gətirirlər. Açığı, kütləvi ədəbiyyatı və bu istehsalat sahəsi ilə məşğul olanları qınamaq fikrindən uzağam. Çünki pop-mədəniyyətin də öz istehlakçıları və öz dünyası var.   

–  Mentaliteti tənəzzülə aparan səbəb sayırsınız. Mentalitetdən imtina, məsələn, ədəbiyyatı hansı formada inkişafa aparıb? Mentalitetdən imtina edən böyük yazıçılar çox olubmu?

– Yox, mentalitet öz-özlüyündə tənəzzülə aparan faktor deyil. Baxır hansı metalitetdən söhbət gedir. Mentalitet elə bir nəsnədir ki, istəsən də yaxa qurtara bilməzsən. Amma müəyyən korrektələr etmək hər kəsin əlindədir. Burada əsas məsələ odur ki, gərək kütləvi mədəniyyətin stereotipləri ilə formalaşan kollektiv şüurun əsir-yesiri olmayasan. Heyf ki, bizdə mentalitetlə bağlı məsələlər lazımi səviyyədə araşdırılmır, normal elmi müzakirələr aparılmır, heç bir qənaətə varılmır. Hər şey kortəbii baş verir. İstənilən halda yazı-pozu adamının bilməsində fayda var: bu termin fərdlərin, sosial qrupların, geniş götürsək, millətlərin, xalqların ümumi özəlliklərini əks etdirir və kifayət qədər lokal səciyyə daşıyır. Çünki “bəşəriyyətin mentaliteti” deyilən şey yoxdur. Ona görə mentalitetin yağında yaxşı xörəklər bişirmək olar, amma bu, başqa coğrafiyalarda yaşayan insanlar üçün dadlı təam təsiri bağışlamaya bilər. Bu mənada məşhur rejissor Eldar Ryazanovun rus mentaliteti ilə bağlı dedikləri maraqlıdır. O deyir ki, – sitatın yüzdə yüz dəqiqliyinə zəmanət vermirəm, amma fikir təhrif olunmayıb – folklora baxanda məlum olur ki, ruslar hər şeyi birdən əldə eləmək istəyir, amma əlini ağdan-qaraya vurmamaq şərtiylə. Bu mentalitet insanlarda simpatiya doğurmur. Rusiyada ən yaxşı adamlar metalitetdən uzaq duranlardır. Orada Ryazanovdan başqa da rus mentalitetinin inkişafa əngəl olduğunu iddia edən adamlar var. Məncə, bu sözlər aşağı-yuxarı bizə də aid oluna bilər. Mən Ryazanovun dediklərinə özümüzdən bəzi əlavələr də eləyə bilərəm. Məsələn, söz verib, dalından qaçmaq, minnət qoymaq və sairə kimi xüsusiyyətlər. 

- Uzun müddət Rusiyada yaşamısınız. Bu ölkə kimindir: rus xalqının, yoxsa imperiya tarixi ənənələrinin? 

- Siz dünyanın doqquzda bir hissəsində, özü də ən münbit və faydalı qazıntılarla hədsiz dərəcədə zəngin olan torpaqlarda yaşayan bir xalq təsəvvür edin. Özü də bu xalq dünya əhalisinin cüzi hissəsini təşkil edir. Yəni bu qədər var-dövlətin qabağında xalqın böyük əksəriyyətinin ehtiyac içində yaşaması adama çox şey deyir. Bunu mən demirəm, dövlətin özünün statistik göstəricilərinə göz yetirmək kifayətdir. Şübhəsiz, orada imperiya ənənələri çox güclüdür və rusların çoxu bu ənənələri yaşatmaq üçün hər cür məhrumiyyətə dözür. Bu onları nə yaxşı, nə də pis tərəfdən xarakterizə etmir, sadəcə belə bir mədəni diskursa tapınıblar. Özləri bilən yaxşıdır.  

– Qorki adına Moskva Ədəbiyyat İnstitutunda istedadlı bir şair təhsil alırdı - Şaiq Vəli... 

– Şaiq Vəliylə dost olmuşuq, ailəvi yaxınlığımız olub. Oldluqca kaloritli, istedadlı, dostcanlı adam idi rəhmətlik. Dəyirmanın gözündən ölü salsan, diri çıxardı. Bütün təbəddülatlara baxmayaraq, xoşbəxt ömür sürdü deyə bilərəm, əfsanəyə çevrildi. İndi ailəsi Fransada yaşayır, onlarla münasibətlərimiz heç vaxt kəsilməyib. “Oldu, deyilənlər oldu, Olacaqlar olacaqlar! Soldu, açıldı gül… soldu, Solacaqlar solacaqlar. Ağla, gülməzlər gülməzlər, Öl! Ölməzlər ölməzlər… Məni bilməzlər bilməzlər, Biləcəklər biləcəklər!” – bu şeiri yalnız Şaiq yaza bilərdi. Sumqayıtda ölüm ayağında olanda, arabir gedib yoluxurdum. O vaxt ondan bir yazı da yazdım. Hələm-hələm ağlayan deyiləm, amma o yazını yazanda da ağladım, çap olunandan sonra da. Onun o dünyada yaxşı yerlərdə olduğunu düşünürəm. 

– Sizin daosizmə ifrat vurğunluğunuz gözə çapır. Bu, bizim eramızdan əvvəlin fəlsəfəsidir. Bizim eranın fəlsəfələrindən əlinizi üzmüsünüzmü?

– Fəlsəfəylə yalnız işimə görə maraqlanıram. Fəlsəfəyə ifrat aludə olanlar, bu onların peşəsiylə bağlı deyilsə, mənə bir az qaranlıq adamlar kimi gəlir. Xüsusən də sofizmlə məşğul olanlar. “Altı nömrəli palata”da Çexovun dediyi kimi: Rusiyada fəlsəfə deyilən şey yoxdur, amma hər yerindən duran filosofluq eləyir. Amma institutda antik dövrlərdən tutmuş, günümüzə qədər bütün böyük cərəyanlardan imtahan verməyə məcbur ediblər. Daosizmə gəlincə, bu daha çox təlimdir, heç vaxt rəsmi din olmayıb. Daosizmlə maraqlanmağımda əsas məqsəd “Dao De Dzin”i mədəniyyətimizə qazandırmaq fikri olub. Bu əsər, demək olar, bütün dünya dillərinə, özü də dəfələrlə tərcümə olunub. Dünyada yüzlərlə şərhçisi, ixtisaslaşmış təfsirçiləri var. Bu əsəri hələ institutda oxuyarkən tərcümə etmək istəmişdim, amma onda nə elə imkan vardı, nə də təcrübə. 

– Şeirləriniz də nəsr nümunəsidir sanki. Danışan poetikası var şeirlərinizin. 

– Əslində ədəbiyyatşünaslığın özündə də poeziya və proza anlayışları arasında dəqiq sərhəd cizilməyib. Bu, mümkün də deyil. Qədim Yunanıstanda bədii tekst adına nə vardısa, hamısı poeziya adlanırdı. Mifloji mətnlər, rəvayətlər filan, ümumiyyətlə, bədii ədəbiyyat sayılmırdı. Qafiyəli-vəznli əsərlər var ki, nəsrə aid edilir, heç bir ritmi, qafiyəsi olmayan əsərlər də var ki, poeziya nümunəsi sayılır. Ona görə güləbətinə uyub, mahiyyətdən uzaqlaşmağa dəyməz. Yaxşısı “danışan poetika”nı gözləməkdir. Bunu sezdiyinizə görə sizə minnətdaram.

– Stiven Kinqin "Ölü zona" əsərini dilimizə çevirmisiniz. Bu yazıçıda sizi cəlb edən nədir?

– Stiven Kinqin təkcə “Ölü zona” əsərini yox, başqa bir neçə uzun hekayəsini də çevirmişəm, “Seçilmiş əsərləri” başlığıyla nəşr olunub. “Stiven Kinqi niyə oxumalıyıq” adlı məqaləm də yayımlanıb. Qısaca təkrar edim ki, Stiven Kinq hazırda əsərləri ən çox oxunan, ekranlaşdırılan, səhnələşdirilən müasir Amerika yazıçılarındandır. Triller, fantastika, fentezi, mistika və dram janrlarında qələmə aldığı altmışdan çox romanı, iki yüzdən çox hekayəsi ilə böyük populyarlıq qazanıb, müxtəlif dünya dillərində nəşr olunan kitablarının ümumi tirajı üç yüz əlli milyondan çoxdur. Lakin Stiven Kinq yaradıcılığının populyarlığını sadəcə kütləvi ədəbiyyat və ya bestsellerlər industriyası ilə əlaqələndirmək doğru olmazdı. Onun əsərləri haqqında müxtəlif ölkələrdə saysız-hesabsız araşdırmalar, təhlillər aparılıb və bu proses davam edir. İstənilən halda, kommersiya ədəbiyyatının ən qatı əleyhdarları belə, Stiven Kinqin özünəməxsus bədii dilinin, üslubi özəlliklərinin, tamamilə fərqli yazı manerasının olduğunu qeyd edir və onu “janr ədəbiyyatı”nın tanınmış nümayəndələri ilə eyni cərgəyə qoymur. Belə olan halda, Stiven Kinqin populyarlığını onun istedadının xarakteri və dünyagörüşünün özünəməxsusluğu ilə izah etmək lazım gəlir. 
Fürsətdən istifadə edib, oxucularımıza Alberto Moravianın “Çoçara” romanını oxumağı tövsiyə edirəm. Moravia gəlib-keçmiş ən böyük sənətkarlardandır. Mahir Qarayev onun hekayələrini tərcümə eləyib, mən “Çoçara” romanını, kitab bu adla da nəşr olunub. 

– Yeni romanınız olacaqmı? 

– Əvvəlcə hekayələr kitabını nəşr etməyi düşünürəm, sonra roman da olacaq. Sağlıq olsun!

Söhbətləşdi: Oqtay Qorçu
Похожие новости
00:10, Сегодня
Два члена правительства Греции подали в отставку
00:09, Сегодня
Посольство Казахстана в Украине призвало сограждан покинуть Одесскую и Харьковскую области
00:08, Сегодня
В Китае начались продажи первого электрокара от Xiaomi - ВИДЕО
00:07, Сегодня
Назначен новый проректор Сумгайытского государственного университета
00:04, Сегодня
Армения боится помогать России обходить санкции Запада
00:03, Сегодня
Айк Марутян анонсировал создание новой партии в Армении
00:02, Сегодня
Шахмар Гусейнов получил пост советника главы SOCAR
00:00, Сегодня
Уроженец АзССР сознался в Москве в убийстве, совершенном в 2001-м году
28 Mar 2024 | 23:58
Азербайджанские эксперты идентифицировали останки 107 пропавших
28 Mar 2024 | 23:56
В Турции снимут ремейк «Холопа»
28 Mar 2024 | 23:49
Пожар в жилом здании в Гяндже-(фото, видео)
28 Mar 2024 | 23:44
Число жертв в Газе достигло 32552
28 Mar 2024 | 23:32
Симонян: Членство в ЕС является наиболее приемлемым вариантом для Армении
28 Mar 2024 | 23:24
В Баку 62-летний мужчина скончался на рабочем месте
28 Mar 2024 | 23:19
В Польше подозревают экс-главу Еврокорпуса в разглашении секретных данных
28 Mar 2024 | 23:10
В США допустили крупный теракт на Олимпиаде в Париже
28 Mar 2024 | 23:01
Боевые товарищи Национального героя Эльбруса Аллахвердиева поделились воспоминаниями о нем - ВИДЕО
28 Mar 2024 | 22:54
УЕФА может изменить регламент Евро-2024
28 Mar 2024 | 22:49
Нетаньяху заявил о захвате стратегических активов ХАМАС
28 Mar 2024 | 22:45
Папа Франциск омыл женщинам ноги-(видео)
28 Mar 2024 | 22:44
В Сумгайыте начался капитальный ремонт дорог - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:24
Симонян анонсировал майскую встречу с Гафаровой
28 Mar 2024 | 22:23
В ЮАР автобус упал с моста, есть погибшие
28 Mar 2024 | 22:18
В бакинском ресторане произошел пожар - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:09
ООН: Боевые действия на востоке ДР Конго вынудили почти 6 млн людей покинуть свои дома
28 Mar 2024 | 21:54
В Белом доме сравнили российских чиновников с «продавцами навоза»
28 Mar 2024 | 21:50
СМИ: Мощный взрыв прогремел в столице Сомали
28 Mar 2024 | 21:48
В Евлахском районе легковая машина врезалась в бетономешалку: есть погибший
28 Mar 2024 | 21:44
Зеленский: Путин не остановится, он горит идеей восстановить СССР
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:35
В Огузском районе приняты меры в отношении лиц, продававших табачные изделия несовершеннолетним
28 Mar 2024 | 21:34
Израиль задействовал систему Patriot для перехвата летевшего из Ливана аппарата
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
28 Mar 2024 | 21:01
Время имсака, ифтара и намаза девятнадцатого дня месяца Рамазан - ФОТО
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 20:24
Аббас утвердил состав нового правительства Палестины
28 Mar 2024 | 20:14
В бакинской тюрьме скончался бывший главврач, осужденный за хищение более полумиллиона манатов
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 19:46
В Афганистане произошло сильное землетрясение
28 Mar 2024 | 19:43
Стали известны правила проведения тестового этапа по приему на работу руководителей детсадов - ОБНОВЛЕНО
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:25
В Азербайджане 23 новых наркотических средства добавлены в список запрещенных веществ
28 Mar 2024 | 19:24
Премьер Италии осудила Макрона за идею отправить войска в Украину
28 Mar 2024 | 19:16
В России задержали 9-летнюю девочку, предложившую незнакомой женщине устроить теракт - ВИДЕО/ФОТО
28 Mar 2024 | 19:13
Число заявок на пособие по безработице в США снизилось
28 Mar 2024 | 19:03
Оценена стоимость строительства аналога "Крокусу"
28 Mar 2024 | 19:02
В Мингячевире загорелось здание общежития: жильцы были эвакуированы - ВИДЕО
28 Mar 2024 | 18:57
СК РФ объявил о задержании еще одного подозреваемого по делу о теракте в «Крокусе»
28 Mar 2024 | 18:50
Утверждены правила предоставления субсидий на железнодорожные пассажироперевозки в окрестностях Баку
28 Mar 2024 | 18:43
Деяния ночи аль-Кадр: Имеющим возможность желательно накрыть стол нуждающимся - ФОТО
28 Mar 2024 | 18:43
"Смертельный" вред коррекции носа филлерами - ПРЕДУПРЕЖДЕНИЕ КОСМЕТОЛОГА
28 Mar 2024 | 18:31
ГЭЦ выбирает аудитора
28 Mar 2024 | 18:25
Задержан подозреваемый в краже телефона и сумки у жителя Баку - ВИДЕО
28 Mar 2024 | 18:21
В Баку в квартире обнаружено тело
28 Mar 2024 | 18:10
Еще четыре азербайджанских боксера вышли в финал международного турнира в Баку
28 Mar 2024 | 18:04
В МВД отреагировали на жалобу спортсменки об избиении ее сожителем - ФОТО/ВИДЕО
28 Mar 2024 | 18:02
Вниманию желающих стать заместителем директора
28 Mar 2024 | 18:00
СМИ: США не передали РФ все данные о подготовке теракта, чтобы не выдать свои источники
28 Mar 2024 | 17:56
Почему в Сумгайыте объединили школу и музыкальный колледж? - ВИДЕО
28 Mar 2024 | 17:52
В Азербайджане введены требования к цвету пассажирских автобусов
28 Mar 2024 | 17:49
Скончался заслуженный артист Азербайджана - ФОТО
28 Mar 2024 | 17:47
Главный тренер сборной Азербайджана по баскетболу: Я доволен выступлением девушек во Франции
28 Mar 2024 | 17:44
В Бардинском районе автомобиль столкнулся с мопедом: есть пострадавший
28 Mar 2024 | 17:41
Супруга Чингиза Мехдиева разоблачила мужа: компания на Сейшелах, дорогая недвижимость в США и Азербайджане
28 Mar 2024 | 17:32
Агентство отреагировало на жалобу жильцов затопленных домов в Гяндже - ФОТО
28 Mar 2024 | 17:29
В Казахстане река вышла из берегов: жители ловят рыбу голыми руками - ВИДЕО
28 Mar 2024 | 17:28
В Агдеринском районе обнаружены оружие и боеприпасы
28 Mar 2024 | 17:10
В Азербайджане такси будут белого и красного цвета
28 Mar 2024 | 17:08
Крайне тяжелые условия содержания ждут террористов, напавших на "Крокус"
28 Mar 2024 | 17:07
В Иране активисток приговорили к 60 годам тюрьмы в совокупности - ФОТО
28 Mar 2024 | 17:04
Напавшие на "Крокус Сити Холл" террористы могли быть под влиянием психотропных веществ
28 Mar 2024 | 17:02
В Иране сотни тысяч школьников бросили учебу - ФОТО
28 Mar 2024 | 16:58
Массовая драка произошла в аэропорту Парижа - ВИДЕО
28 Mar 2024 | 16:42
В Турции допустили причастность иностранной разведки к теракту в Crocus
28 Mar 2024 | 16:35
В праздничные дни в ДТП погибли 7 человек
28 Mar 2024 | 16:29
Алла Пугачева прервала молчание после теракта в «Крокусе»: Скорбь должна быть в душе, а не в соцсетях - ФОТО
28 Mar 2024 | 16:25
В США во время учений потерпел крушение военный вертолет
28 Mar 2024 | 16:22
Успешно завершился первый рейс контейнеровоза Maersk на биотопливе
28 Mar 2024 | 16:00
Пугачева впервые высказалась о теракте в "Крокусе" - ФОТО
28 Mar 2024 | 15:58
Жители Джалилабада жалуются на плохую дорогу
28 Mar 2024 | 15:55
В Болгарии пройдут досрочные парламентские выборы
28 Mar 2024 | 15:50
Глава МИД Латвии подал в отставку
28 Mar 2024 | 15:48
Смертность в Грузии превысила рождаемость
28 Mar 2024 | 15:46
Сильный шторм на западе Франции привел к нарушению движения поездов
28 Mar 2024 | 15:38
Жители Нахчывана жалуются на проблемы с транспортом: что предпримет госслужба? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
28 Mar 2024 | 15:31
28-летнего жителя Газахского района убили на глазах у его сестры
28 Mar 2024 | 15:22
Американский эксперт: США стремятся ограничить влияние России в Армении - ФОТО
28 Mar 2024 | 15:17
В Азербайджане будут подготовлены правила распределения средств, взимаемых за платные дороги
28 Mar 2024 | 15:17
У ставшей донором для своего брата азербайджанской певицы возникли проблемы со здоровьем - ВИДЕО
28 Mar 2024 | 15:11
Армия Нигерии ликвидировала за две недели более 200 боевиков
28 Mar 2024 | 15:03
Азербайджанские дзюдоистки выступят на Кубке Европы в Польше
28 Mar 2024 | 14:57
В России усилили меры безопасности на транспорте после теракта в "Крокус Сити Холле"
28 Mar 2024 | 14:50
На Бакинской кольцевой дороге произошло ДТП: образовался транспортный затор
28 Mar 2024 | 14:47
Почему Путин не посетил место теракта
28 Mar 2024 | 14:26
На рынке жилья в столице наблюдается рост цен
28 Mar 2024 | 14:24
Высокопоставленному чиновнику сделали строгий выговор в связи с гибелью женщины в лифте - ФОТО
28 Mar 2024 | 14:23
В Баку подорожали подземные парковочные места в жилых домах
28 Mar 2024 | 14:15
Си Цзиньпин посетит с визитом Казахстан в начале июля
28 Mar 2024 | 14:14
Аппарат Пашиняна потребовал закрытия всех офисов сепаратистов Карабаха в Армении
ЕЖЕДНЕВНО
28 Mar 2024 | 08:30
В США неизвестный счастливчик выиграл 1,13 млрд долларов в лотерею - ФОТО
28 Mar 2024 | 06:50
Более 20 тысяч автомобилей выпустили в Казахстане за два месяца 2024 года
28 Mar 2024 | 06:28
ООН: Ежедневно в мире в мусор выбрасывают 1 млрд порций еды
28 Mar 2024 | 07:44
Глава Службы внешней разведки России посетил КНДР
28 Mar 2024 | 07:58
В Кельбаджаре обнаружены ручные гранаты
28 Mar 2024 | 05:19
Генсек ОДКБ не исключил расширения организации в обозримой перспективе
28 Mar 2024 | 09:00
Создана нейросеть для улучшения вкуса пива
28 Mar 2024 | 07:59
Стало известно, как вербовали напавших на российский "Крокус" террористов
28 Mar 2024 | 06:08
Туркменистан готов диверсифицировать поставки природного газа на пространстве ОЭС
28 Mar 2024 | 09:25
Азербайджанская нефть подешевела
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
28 Mar 2024 | 08:30
В США неизвестный счастливчик выиграл 1,13 млрд долларов в лотерею - ФОТО
28 Mar 2024 | 06:50
Более 20 тысяч автомобилей выпустили в Казахстане за два месяца 2024 года
28 Mar 2024 | 06:28
ООН: Ежедневно в мире в мусор выбрасывают 1 млрд порций еды
28 Mar 2024 | 07:44
Глава Службы внешней разведки России посетил КНДР
28 Mar 2024 | 07:58
В Кельбаджаре обнаружены ручные гранаты
28 Mar 2024 | 05:19
Генсек ОДКБ не исключил расширения организации в обозримой перспективе
28 Mar 2024 | 09:00
Создана нейросеть для улучшения вкуса пива
28 Mar 2024 | 07:59
Стало известно, как вербовали напавших на российский "Крокус" террористов
28 Mar 2024 | 06:08
Туркменистан готов диверсифицировать поставки природного газа на пространстве ОЭС
28 Mar 2024 | 09:25
Азербайджанская нефть подешевела
Писатели