Moskva xatirələri
Читать: 7127
30 Jun 2020 | 13:54
Moskva xatirələri

 

I hissə

 

 

1984-cü ildə Moskvada MİU-ya qəbul oldum. Birinci kursda bir ay idi ki, oxuyurdum.

Moskvada Puşkin metrosundan çıxaraq Teverskoyda Babayevin adı­­­­na karamelni mağa­za­sı­na girdim. Orada üç kilo “mecta” kon­fe­ti­ni almaq üçün çek almışdım. Növbəyə du­ra­raq satıcıya çeki təqdim edib konfeti verməsini istədim. Sa­­tı­cı mənə bildirdi ki, adam başına iki kilo verilir. Bu vaxt arxadan bir qız satıcıya dedi ki, biz iki nə­fə­rik, üç kilo versin. Mən arxaya baxarkən gözəl bir qız gördüm. Ona tə­şəkkür etdim. Onun gözlərində, üzündə mənə aid nəsə olduğunu gö­r­düm. Gözümü ondan çəkə bilmirdim. Satıcı mənim üç kilo kon­fe­timi hazır edərək vermişdi. Mənim fikrim isə qızda qalmışdı. Onu haradansa tanıdığımı düşünürdüm. Satıcı mənə dedi:

- Al konfetini get, növbəni gecikdirmə.

 Növbədə olan o qız çek verib bir kilo konfet aldı. Hər birimizə iki ki­­­­­lo düşdü. Mən ye­ni­dən mağazanın içərisindəki bölmələrə baxaraq baş­­­qa konfet də almaq üçün qiy­mətlərinə baxdım. Kassaya ya­xın­la­şa­­raq pulu ödəyib çekini alandan sonra da gəlib həmən şokoladı al­maq üçün kassada növbə tutdum. Məndən qabaqda yenə də həmin qı­­zı gör­düm. O, yenə bir kilo mənim konfet aldığım şöbəyə çek vur­­­­­­dur­du. Mən o qızdan xahiş edərək dedim:

- Üç kilo alsam, mənə bir kilonun alınmasında kömək edərsinizmi?

 Qız:

- Sən alverçisənsə, kömək etməyəcəyəm, əgər alverçi deyilsənsə, kömək edərəm, - cavabında söylədi.

Mən gülərək qıza dedim:

- Mən konfet alverçisiyəm.

Qız mənə gülərək dedi:

- Məni bağışla, sənə kömək etməyəcəyəm.

Mən çeki alandan sonra yenə konfet bölü­münə getdim. Qız da ora­da növbəyə durmuşdu. Hər ikimiz özümüzə məxsus olan kon­feti al­­dıq. Mən yenidən sıraya duraraq iki kilo da konfet aldım.

 Mağazadan çıxıb Teverskoydan aşağı düşdüm ki, mərkəzi poçtla al­­­­­­­dığım konfeti rayona göndərim. Yol boyu maqazində gördüyüm qı­­­­­zın üzündə gördüyüm nuraniliyi, mehribançılığı xatırladım. Lakin o, mənə alverçi dediyinə görə, ondan incimişdim. Ona görə nu­ra­ni­lik, mehribançı­lıq bir anda xəyalımdan yox oldu. Poçta gəlib bir bağ­­­­­lama alaraq konfetləri yerləşdirdim. Sonra açıqca alaraq qarda­şı­­­mın ad gününü təbrik üçün ürək sözlərimi yazıb bağlamaya qoy­dum. Bağlamanı göndərmək üşün mənə bir vərəq verib dedilər ki, bu­­nu doldur. Rus dilində yaxşı bilmədiyim üçün vərəqi doldura bil­mə­­dim. Yaxınlıqda bir qız teleqram yazırdı. Vərəq əlimdə ona ya­xın­­­laşdım ki, mənə kömək etsin. O, başını qaldıranda mağazada mə­­­nə alverçi deyən qızın olduğunu gördüm. Yenidən dilim tutuldu. Ge­­ri çəkilib bağlama qoyduğum stola yaxınlaşdım. Yenicə vərəqi yaz­maq istəyirdim ki, qız özü mənə yaxınlaşıb:

- Sizə kömək edəcəm, - dedi və vərəqi doldurdu. Sonra isə öz te­leq­ram­ını yazmağa davam etdi. Mən Moskvada çəkdirdiyim bir ne­çə fo­­toşəklimi və ad gününə yazdığım açıqcanı bağlamaya qoy­dum. Bu vaxt həmin qız yenidən mənə yaxınlaşıb dedi:

- Sənə alverçi dediyimə görə, məndən incimisən? - açıqcaya ba­xa­raq əlavə etdi, - sən ad günü hədiyyəsi göndərirsən, kimin ad gü­nü­-

dür?

 Dedim:

- Kiçik qardaşımın ad günüdür,  8-ci sinifdə oxuyur.

 Qız açıqcada yazdığım yazını oxumaq istədi. Qardaşıma gön­də­rə­cə­yim şəkillərimə də baxıb:

- Sizin dildə oxuya bilmirəm, - dedi və özü yeni ad günü açıqcası se­­çib aldı. Sonra rus dilində yazdı. Məndən qardaşımın adını so­ru­şub nəsə əlavə edib mənə dedi:

- Mənim də balaca qardaşım 8-ci sinifdə oxuyur. Qardaşının ad gü­nü­­nə konfet almaqda sənə kömək etmədiyimə görə məni bagışla. Sə­nə alverçi dediyimə görə, icazə verin bu açıqcanı da qardaşına mən həd­di­yə edim. Deyəsən, qardaşın rus dilində bilir.

- Mənim qardaşım məktəbdə rus bölməsində oxuyur.

O qız mənim və qarda­şı­mın adını soruşub açıqcanı yaz­ma­ğa baş­la­dı. Onun üzündəki mehribançılığı, nuraniliyi yenidən görməyə baş­la­dım. Gözümü onun üzünə zilləmişdim. O, açıqcanı yazıb qurtar­dıq­dan sonra ondan soruşdum:

- Adınızı deyərsinizmi?

Qız dedi:

- Yox. Əgər üçüncü dəfə görüşsək adımı deyərəm.

Mən yenə onun üzündəki mehriban sifətinin bir anda yox olduğunu

gör­­düm. Qız durub getdi. Mən də bağlamanı poçta təhvil verdim. Son­­­­ra dayımgilin ev telefonunu yığmaq üçün poçtda qoyulmuş apa­rat­­­­lara yaxınlaşdım. Aparatla zəng etmək üçün mütləq iki qəpiklik ol­­­­malı idi. Zəng vurmaq üçün boş kabinaya girdim. Telefon iş­lə­mir­­­di. Kabinadan çıxıb ikincisinə yaxınlaşdım. Burada isə bir qız zəng vururdu. Başqa aparatlar da məşğul olduğundan qızın danı­şı­ğını bitir­mə­si­ni gözləməli oldum. Onun əynindəki paltar mənə tanış gəl­­di. Diq­qət­lə fikir verdikdə, gördüm ki, telefonla danışan həmin qız­­­dır. Ar­xa­dan onun yığdığı nömrəyə baxıb gördüm ki, 4225959 nöm­­­­rə­si­ni yığdı. Yadıma düşdü ki, bu qızla bir neçə dəfə te­lefonla da­­­nış­mı­şam. Mən qaldığım evin telefon nöməsi 3225959 ol­­­du­ğun­dan, səhv salaraq bu nömrəyə çox zəng vurmuşam. Hətta qı­zın adı­nın Lena olduğunu da öyrənmişdim. Lena telefonla da­nı­şır­dı:

- Mənəm, mama, Lenadır. Atam evdədirmi? De ki, teleqramı vur­dum.

 Bu vaxt başqa kabina boşaldı. Keçib telefon aparatından 3225959 nöm­rəsini yığdım. Rayondan balaca dayım Hafiz gəl­miş­di. Mənim ins­tituta gedib-gəlməyimə nəzarət edirdi. Böyük dayı­mın isə Mosk­va­da Bakinski ilə Sevanski küçəsinin kəsiş­məsin­də evi var idi. Mən ki­çik dayımla orada qalırdım. Dayıma dərslərimin bit­diyini və ins­ti­tutdan çıxıb rayonda olan kiçik qardaşım Ni­za­mi­nin ad gününə bağ­lama göndərdiyimə görə, yubanacağımı bil­dir­dim. Dayım dedi:

- Şəhərin mərkəzində məni gözlə. Axşam kinoya gedərik. Mən gə­li­rəm.

  Puşkin metrosunun yaxınlığında görüş vaxtını dəqiqləşdirdik. Da­yım­­la danışdıqdan sonra Lena zəng vurduğu kabinaya yaxınlaşdım. Le­nanı görmədim. Hər yerə baxdım. O, yox idi. Düşündüm ki,

onun­­­la bir gündə təsadüfən dörd dəfə görüşdüm.

Ona təsadüfən neçə dəfə zəng vurmuşam, onunla neçə dəfə te­le­fon­-

da danışmışam. İndi isə onun üzündəki mehribançılığı, nuraniliyi gö­­­zümün qabağına gətirəndə, hiss edirdim ki, onun gözlərində mə­nə aid qeyri-adi nə isə var. Bir də onu görə biləcəyəmmi deyə fi­kir­ləş­dim. Yadıma düşdü ki, telefon nömrəsi məndə var. Hətta əz­bər­dən bilirdim. İndi mənə aydın olurdu ki, hərdən onlara səhv ola­raq zəng etməyim təsadüfi deyilmiş.

 Yarım saatdan sonra dayımla görüşdük. Şəhərdə bir az gəzişdik, ki­­­no­ya baxdıq. Dayım məndən tez-tez soruşurdu:

- Nə olub? Nəsə fikirlisən, bir problemin yoxdur ki? – deyə suallar ve­rirdi. Mən isə heç nə demirdim. Hafiz dayılarımın ən kiçiyi idi. Mə­nə siqaret çəkməyi də o, öyrətmişdi. Aramız açıq idi. Ona heç de­mədim. Kino qurtaranda ayağa qalxdım. Həmin anda işıqlar yan­dı. Təsadüfən dönüb arxaya baxdıqda Lenanı gördüm. Donub qal­dım. Rəngim qaçdı, əllərim əsməyə başladı. Ona baxa-baxa qal­dım. Le­nanın yanında atası, anası, qardaşı var idi. Mən hiss etdim ki, Le­na da həmin anda şoka düşmüşdü. Qeyri-ixtiyari ikimiz də bir-biri­mi­zin üzünə baxdıq. Lenanın ailəsi zaldan çıxırdı, dayım isə digər sıra tərəfdən zaldan çıxırdı. Lenadan soruşa bildim:

- Bizim bu gün beşinci görüşümüzdü. Adını deməlisən.

 O, gülərək mənə dedi:

- Adımı növbəti görüşdə deyəcəyəm.

- Onda səni sabah yenə tapacam, harada olsan belə.

Lena sözümdən bir az da xoşhallanaraq:

- Sabah məni tapsan adımı mütləq deyəcəm, -  dedi. Bir az ara ve­rib, - səninlə tanış da olacam, ancaq sabah. Çünki sabah mən bütün

gü­nü evdə olacam, şəhərə çıxmayacam, sabah istirahət günümdü.

- Sənə zəng vuracam, necə olsa səni tapacam, - dedim.

- Bizi izləyib evimizi öyrənəcəksən? Onu demək istəyirsən? Onda məni bir daha görməyəcəksən.

 Lenanın valideyn­ləri və dayım ön sıradan camaatla kinoteatrdan çı­­xırdılar. Arxa sırada olduğumuzdan bizi görmürdülər.

- Yox, mən sənin adını da bilirəm, telefon nömrənizi də, - dedim.

Lena:

- Nə? Ola bilməz. Mənim adımı desən səninlə dost olacam, - dedi.

-Adın Lenadır.

 - Onda sən bayaqdan bizə qulaq asırmışsan. Sən təsadüfən bu sıra­da oturmamısan. Bəs telefonumuzun nömrəsi neçədir?

Özümdən asılı olmayaraq tez:

- Telefon nömrəniz 4225959-dur, - deyərkən, Lena:

- Nə dedin? Sən hardan bilirsən? -  dedi və qaçmağa başladı. Kino­teat­­­rın pilləkanlarını tez-tez enib məndən uzaqlaşdı. Mən onun ar­xa­­­sınca getmək istəsəm də, ayaqlarım tərpənmədi. Sanki quruyub ye­­rimdə qalmışdım. Bir də gördüm ki, qapı yaxınlığında Lenanın va­lideynləri onu axtarır. Onlar Lenanı tapdıqda sualı sual dalınca yağ­dırmağa başladılar:

- Biz səni axtarırdıq. Harda qalmışdın? Sənə nə olub, rəngin niyə qa­çıbdır? Sifətin niyə pörtüb?

Onların iki addımlığına qədər gələ bilmişdim. Camaat kino­teatr­dan

as­ta-asta gedirdi deyə, qapının ağzında çıxmaq üçün hamı növbə göz­­­lə­yirdi. Lenanın valideynləri isə durmadan ona suallar verir­dilər:

- Sənə nə olub belə? Özündə deyilsən. Sənə kimsə söz deyib?

 Lena məcburən yalan cavab verməli oldu:

- Yuxuya dalmışam. Bir də ayıldım ki, siz getmisiniz. Tək qalmış­-

dım deyə, qorxmuşdum.

 Onların danışıqlarını eşidirdim. Birdən camaatın içindən məni gö-rən dayım Hafiz uca səslə mənə:

- Hardasan, mən də səni axtarıram, - deyərək, mənə baxdı. Bir az

üzü­­­­­­mə diqqətlə nəzər etdikdən sonra, - Sənə nə olub? Rəngin qaçıb, əl­­­lərin də əsir, deyə mənə suallar verirdi. Lena da bizim yaxınlı­ğı­mız­­­­da idi. Hiss edirdim ki, o, dayımın dediklərini başa düşür, mə­nim rəngimin qaçdığını, əllərimin əsdiyini görürdü. Biz kinoteatr­dan yavaş-yavaş çıxırdıq, qapıya doğru yaxınlaşdıqda camaat hər tə­­­rəfdən bizi sıxdı. Mən Lena ilə çiyin-çiyinə toxunaraq on addım be­­­­ləcə getdik. Elə oldu ki, əllərimiz də bir-birinə dəydi. Həmin an Le­­­­na gözlərimin içinə baxdı və mənim əlimdən möhkəm sixmağa baş­­­­ladı. Mən də onun əlini sıxdım. Beləcə bir neçə addım da get­dik. Lenanın sağ tərəfində ailəsi gedirdi. O, mənə baxıb dedi:

- Sənin əllərin əsir, ürəyinin döyüntüsünü hiss edirəm əllərində.

- Mən də sənin ürəyinin döyüntüsünü əllərində hiss edirəm.

 Addımlarımızı daha da asta atırdıq ki, vaxt uzansın. Biz ilk dəfə idi ki, bir-birimzə toxunmuşduq. Həmin an mən özümü dünyanın ən xoş­bəxti hiss edir, sanki göylərdə uçurdum. 

Biz yavaş yeridiyimizdən Lenanın valideynləri və dayım bizdən xey­­­li aralanmış, qapıdan çıxmışdılar. Biz isə əllərimizi sıx tutaraq

ay­rılmaq istəmirdik. Lena məndən soruşdu:

- Mənim adımı və telefon nömrəmizi sənə kim deyib?

- Səninlə telefonda çox danışmışam.

- Görüşəndə izah edərsən. Sabah bu vaxt burada səni gözləyəcə­-

yəm.

- Səni görmək üçün səhər saat səkkizdən burada olacam.

 - Sabah tezdən axşama qədər?

- Neçədə istəsən gələrsən. Mən burada olacam.

 Biz qapıya yaxınlaşdıq. Lenanın valideynləri qapının kandarında onu gözləyirdilər. O, əlini əlimdən çəkdi. Lenanın atası, qardaşı ye­ni­­­­dən ondan soruşmağa başladılar:

- Sənə nə olub? Təcili yardım çağıraqmı? - anası isə gözünü mənim üzü­­­mə zilləmişdi. Çox güman ki, o, nəsə hiss etmişdi. Çünki bizi ya­na­­­şı olanda  görmüşdü. Bu vaxt dayım Hafizin yaxınlaşıb:

- Sən hardasan? Yenə səni itirmişdim. Rəngin niyə qaçıbdır? - de­yə suallar verəndə də Lenanın anası onu eşidirdi.

 Atası isə Lenaya sual verirdi:

- Həkim lazımdırmı, qızım? - anası isə diqqətlə üzümə baxaraq Le­na­nın atasına:

- Yox, həkim lazım deyil, - dedi. Nəhayət hamımız kinoteatrın hə­yə­­­­ti­nə çıxdıq. Lakin gözüm hələ də Lenada idi. Onun anası isə mə­nə baxırdı. Lena utandığından başını aşağı salmışdı.

Metroya qədər onların dalınca getdim. Onlar şirniyyat mağazasının qar­şısından keçərək, univermaq tərəfə getdilər. Bu an Lenanın sözü ya­dıma düsdü. Onları izləsəm Lenaya yalan danışmış olacaqdım.

Xəyallardan ayılmamışdım ki dayım məni silkələyərək:

- Özünə gəldinsə metroya gedək, - dedi.

- Yox, bir az havada qalım, - deyə bildirdim. Bir az dayımla gəziş­dik. Sonra metroya düşüb evə getdik. Evdə dayıma hər şeyin yaxşı ol­­­duğunu dedim. Mən də Lena kimi yalan danışdım:

- Kinoteatrda yatmışdım. Yuxudan oyananda qorxdum, - deyə, onu

sa­­kitləşdirməyə çalışdım.

Səhər saat altı tamamda yuxudan oyandım. Paltarımı geyinib evdən

çıx­maq istəyəndə dayım dilləndi:

- Səni instituta gedəndə saat səkkizdə yuxudan oyada bilmirdim, in­­di saat altıda yuxudan durmusan, həm də bazar günü.

- Dayı, gələndə sənə dəyəcəm, - deyib onunla xudahafizləşib  get­-

dim. Saat yeddiyə qalmış Rusiya kinoteatrının qarşısına çatdım. Saat səkkizdə Lena gəldi. Onu görəndə sevincimdən uçmaq istə­yir­dim. Lenanı qucaqladım. Sevindiyimdən axan göz yaşlarım Lena­nın göz yaşlarına qarışdı. O, gözümün içinə baxaraq adını dedi:

- Lena.

Mən də özümü təqdim etdim:

- Cəlal.

Lena:

- Cəlal hə, Qasımov?

 Mən təəccübləndim:

- Mənim soyadımı hardan bilirsən? Yəqin bağlamanı yazanda ya­dın­da qalıb?

Lena Cəlaləddin Qasımov Qəzənfəroviç, 1967-ci ildə Tovuz ra­yo­nunda anadan olub, 1974-cü ildə bir nömrəli orta məktəbə daxil olub. Orta məktəbi bitirdikdən sonra MİU-ya qəbul olub, hazırda bi­rin­ci kursda oxu­yur. İki dayısı Moskvada yaşayır. Biri akademik­dir, bi­ri profess­or­dur. Kiçik dayısı isə onun mühafizəçisidir. Bir bacısı və bir qar­daşı var, adı da Nizamidir. Onun ad gününü mən də təbrik etmişəm.

- Mən çox təəccübləndim, bunları hardan bilirsən? Kimdən öyrən­misən?

Lena:

- Hardan öyrəndiyimi üçüncü dəfə görüşəndə deyəcəm sənə.

Dedim:

- Bəs konfet alverçisi olduğumu öyrənmədin ki?

Lena gülərək:

- Yox, sən alverçi deyilsən. Səni səhv salmışdım, amma sən də kon­­­­­­­­fet­­lərin ən yaxşısını, dadlısını seçməyi mənə öyrətdin. Mən mosk­­­­­valı olsam da, sən Moskva konfetlərini məndən yaxşı tanı­yır­san. Poçtda səndən ayrılandan sonra gedib həmin mağazadan sən al­­­­­dığın şokoladların hərəsindən yarım kilo alıb evimizə apardım. Anam da, atam da, hətta qardaşım da mənə dedilər ki, nə dadlıdır bun­lar. Sənə kim seçibdir? Onlara dedim ki, mənə hədiyyə alıblar, bir azərbaycanlı, Tovuz rayonundandır, adı da Nizamidir. Atam əsə­bi­ləşdi, kimdir o azərbaycanlı? Sən hədiyyəni niyə qəbul et­mi­sən? Mən də dedim ki, o, rus dilində yaza bilmirdi, bağlama gön­də­rən­də onun əvəzinə vərəqi yazdım, o, da əvəzində bağla­manın içindəki kon­­fetlərin hərəsindən bir dənə verdi. Mən də o konfetləri yedim, xo­­şuma gəldi, gedib onlardan aldım. Atamın sifəti dəyiş­miş­di. O, ka­­rameli yeməyi dayandırmışdı. Dedi ki, onda niyə çox almadın? Biz yeyib qurtardıq ki. Konfeti çaysız yeyib qurtardıq. Düzünü bil­mək istəsən, sən bağlamanı yığanda istədim ki, bağlamadakı kon­fet­­lərin hərəsindən bir dənə götürüb dadına baxım. Sən aldığın kon­fet­lərdən heç almamışdım.

Onun bu sözlərindən sonra dedim:

- Rayona zəng edib deyəcəm ki, o bağlamanın ağzını açmasınlar. Sə­ni rayona aparacam, onda sən özün o bağlamanı açarsan.

- Mən rayona gedəcəm? Həm də sizə, Tovuza? – təəccüblə dedi.

- Hə, gedəcən. Sən məni tanıyandan sonra mənə etibar edəcəksən, inanacaqsan və mənimlə gedəcəksən.

- Mən nə qədər inansam da, sən mənim xarakterimi öyrənənə qədər uzun bir vaxt lazımdır. Nədənsə çox tələsirsən.

- Səni illərcə, əsrlərcə gözləyərəm. Mən səni sevirəm. Hər şey bir an­­da, bir gündə baş verdi. Özüm də bilmirəm ki, ürəyim, əllərim ni­yə əsdi. Tanrının işi idi ki, bizi bir gündə beş dəfə görüşdürdü. Sə­ni ilk dəfə görəndən səndə bir doğmalıq hiss etdim, gözlərində ila­hi varlığımı, sevgimi, həyatımın qadınını gördüm.   

- Məni tanımırsan, barəmdə heç nə bilmirsən. Tez deyilmi mənə

sev­­­diyini, ürəyini birinci gündən açmağın? Amma kinoteatrda səni gö­­­rəndə, səninlə yan-yana gedərkən əllərimiz bir-birinə toxunanda, san­­­ki ilahi bir qüvvə bizim əllərimizi birləşdirdi, bir-birinə ya­pış­dır­­dı. Mən az qala atamın, anamın yanında da əllərimi ayırmırdım, am­­­ma atam görməsə də, anam görmüşdü. Evdə məni danladı. Ana­ma dedim ki, həmişə bizə zəng vuran oğlandır. Səni səsindən tanı­dım. Anam dedi ki, o, öz evlərinə yığarkən bizim evə düşür həmişə, o oğ­­lan­dır?  Dedim ki, hə, ana, təsadüfən biz onunla bir gündə dörd dəfə qarşılaşdıq. Anam isə dedi: “Elə gün olub ki, o, bir gündə 4 dəfə bi­zim evə zəng vurub, sonra üzr istəyib ki, səhv yığıb, burada nəsə var” - deyərək gülümsədi. Amma dünən elə bildim ki, sən dördün­cü dəfədə məni görmədin.

Mən dedim:

- Dördüncü dəfədə səni telefon nömrəni yığanda tanıdım. Sən evi­ni­zə zəng vuranda nömrəni görüb tanıdım, amma sən məni görmə­din axı.

Lena:

- Düzdür, onda səni görmədim. Verdiyin konfeti alıb səndən ay­rı­lan­­­­dan sonra sənin “Rusiya” kinoteatrının afişasına diqqətlə baxıb get­­diyini gördüm. Sən fikirli gedirdin. Səndən sonra mən də afişaya bax­­dım. Evə gəlib konfetləri göstərdim, səndən danışdım. Elə bu an­da anam dedi ki, biz çoxdandı kinoteatra getmirik, görəsən nə fil­mi var? Atam dedi: “Mən də kinoteatra getmək istəyirəm. Onlara de­dim ki, bu gün Fransa filmi var. Axşama atam, anam və qardaşım ha­zırlaşdı. Atam dedi ki, biz indiyə kimi ailəliklə kinoya getməmi­şik. Anam mənə də hazırlaşmağımı tapşırdı. Mən də hazırlaşdım və biz ailəliklə kinoteatra gəldik. Kinonun ən maraqlı yerində yat­mış­dım. Yuxumda gördüm ki, sənə bir konfet verirəm. Kinonun axırın­da yuxudan ayıldım. Kino qurtarmışdı. İşıqlar yandı və mən bir an­da ayağa qalxdım. Elə həmin vaxt səni gördüm. Yuxudan ayıl­ma­ğım­­­la, işıqların yanması və səni gözümün qabağında görməyim bir an­da baş verdi. Elə bilirdim ki, hələ yuxudayam, ayılmamışam. Am­ma sən də məni görməmişdin. Necə oldu ki, biz bir-birimizlə bir kinoteatrda yanbayan sırada oturmuşduq. Anama danışanda o, mə­nə dedi: “Bu təsadüf deyil, bu sizi birləşdirən, görüşdürən qüv­və­­dir, amma siz bu barədə fikirləşməyin. Sən birinci kursdasan, dərs­­­lərinlə məşğul ol, mənə demədən onunla gorüşə getmə. Ümu­miy­­yətlə, görüşə getməyə icazə vermirəm”. Mən ilk dəfədir ki, ana-­

ma demədən, onun icazəsi olmadan, ondan xəbərsiz evdən çıxıram.

   Biz Puşkin metrosunun yaxınlığında yerləşən “Rusiya” kinoteatrı ilə üzbəüz skamyada oturaraq, söhbət etdik. Lenaya dedim:

- Bilmək istəyirəm, sən kimsən, mənim barəmdə söylədiyin mə­lu­mat­ları haradan öyrənmisən?

- Bilirsən, bu barədə axşam evə gedəndə zəng vurub deyəcəm. Am­-

ma indi özüm haqqında danışacam. Səndən beş ay kiçiyəm. İyunun on birində Moskvada anadan olmuşam. Lomonosov adına MQU-də şərq­­şünaslıq fakultəsində oxuyuram. Qardaşım onuncu sinifdə oxu­yur. Atam rejissordu, anam MQU-da dərs deyir. Əmilərim və da­yı­la­rım hüquqşünasdır.

Biz ilk görüşdə bir-birimizi çoxdan tanıyırmışıq kimi Teverskoy kü­çəsi ilə birgə addımladıq. Sonra Puşkin metrosunun yanxınlığı ilə yuxarı qalxdıq. Oradan isə “köhnə Bakı” restoranına  gəlib orada  ye­­mək yedik. Söhbət zamanı Lena məndən soruşdu:

- Kinoteatrdan çıxanda arxamızca gəlib bizim evimizin ün­vanını öyrən­dinmi?

- Yox, çünki mənə demişdin ki, belə eyləmə. Həm də sən arxaya baxmadınmı ki, dalınca gəlib-gəlmədiyimi dəqiqləşdirəsən?

- Xeyr, elə bilirdim ki, hələ də yuxudayam. Ona görə dönüb bir də­fə də olsa, arxaya baxmadım, amma səni metronun yaxınlığına gə­lə­­nə kimi gördüm. Mənimlə yanbayan gedirdin, anam da sənə ba­xır­dı. Dayının da sənə görə narahat olduğunu gördüm. Atamın mə­nə verdiyi sualları dayın da sənə verirdi. Bəs sən nə cavab verirdin?

- Mən də dayıma sən dediyin kimi cavab verdim. Çünki sənin vali­deyn­lərinə verdiyin cavabı eşidirdim. Dayıma dedim ki, yatmışdım, yuxudan oyananda qorxmuşam. Əslində ikimizə də nəsə olmuşdur. İki­miz­də də bir-birimizə qarşı olan münasibətimiz, qarşılıqlı sev­gi­miz büruzə vermişdi. Hər ikimizdə olan həyəcan indi də davam edir. Görüşümüzdən beş saat keçsə də, hələ də həyəcanımız keç­mə­yib. Ürəyimin döyüntüsü, əllərimin əsməsi keçməyibdir. Gözlərinə ba­xanda çoxdandır axtardığım gözləri görürəm. Sən mənə doğma gə­­­lirsən, sanki sənin bu gözlərini, bu üzünü çoxdan tanıyıram.

Le­na dözməyib dilləndi:

- Təklifini birinci görüşdə qəbul etdim, səninlə restorana gəldim, heç fi­­kirləşmədən “hə” dedim. Qorxdum ki, məndən yenə küsərsən. Bi­rinci təsadüfi görüşdə sənə alverçi deyəndə məndən küsmüşdün. Söz verirəm ki, bundan sonra sənin xətrinə dəyməyəcəm. Bizim qar­­şılıqlı sevgimizə hörmət edəcəm, sadiq olacam, sən də sadiq ol. Mə­­ni aldatma, həyatda ilk və son dəfə bir nəfəri sevəcəm. Sənə xə­t­ri­­nə dəyəsi bir söz deməyəcəm ki, məndən küsəsən, - deyərək əl­lə­rim­­dən tutaraq bərk sıxdı, bir az ara verib sual verdi, - elədirmi?

 “Bakı” restoranında azərbaycan mətbəxindən yedik, bir az tələbə­lik həyatından, dərslərimizdən söhbət etdik. Sonra resto­ran­dan çı­xa­raq Kreml meydanına gəldik. Lena evlərinə zəng vurub anasına ki­tabxanada olduğunu bildirdi. Anası isə:

- Sən mənə yalan danışırsan. Elə indi tez evə gəlməlisən, - dedi.

Le­­na ansının təkidindən sonra evlərinə gedəsi oldu. Mən Lenanı ev­­­lərinə ötürəndə saat altı tamam olardı. Evlərinin yaxınlığına qə­dər onunla gəldim və ayrılma məqamında sabah onun oxuduğu in­s­ti­tuta gələcəyimi bil­dirərək de­dim:

- Çox maraqlıdır ki, mənim barəmdə hər şeyi bilirsən. Demişdin ki, növbəti görüşdə deyəcəm. Sabah tezdən səni burada qarşılayıb instituta aparacam.

Lena:

- Sabah soruşsan sənin barəndə olan məlumatları haradan öyrəndi­yi­­­mi deyəcəm, - söylədi və onunla doqquzun yarısında ilk görüşdü­yü­­müz yerdə, Tverskoy küçəsində əsas poçtun yanında görüşüb, ora­­­dan da piyada gəzərək Lenanın oxuduğu instituta gedəcəyimiz ba­­­rədə razılaşdıqdan sonra məndən ayrılıb evlərinə getdi. Mən evə

gəl­dim. Dayım Hafiz evdə məni gözləyirdi:

- Necə oldu komsomol? İclasın necə keçdi?

Təəccüblə dedim:

- Nə iclas?

Hafiz:

- Zəng gəlmişdi evə. Səni soruşdular, dedim ki, evdə yoxdur, kim­dir soruşan? Dedilər ki, institutun komsomol komitəsindəndir, Cə­lal gecikir. O, komsomola ilk dəfə harada qəbul olubsa, onun ün­va­nı­nı verin, özü gələnə qədər anketə yazmalıyıq. Mən də  nə varsa, de­­dim, sonra söylədilər ki, onun ailəsi barədə də məlumat verin. Mən də nə soruşdularsa, cavab verdim. Sonra dedilər ki, sən kim­sən? Dedim: “Dayısıyam, Cəlalı instituta aparıb-gətirirəm”. Sonra bəzi suallar da verdilər.

 Gülərək dedim:

- Dayı, o, komsomol komitə katibidir.

 Bu vaxt zəng gəldi. Dayım telefona cavab vermək istəyərkən mən im­kan vermədim. Tez özüm götürdüm. Dayıma dedim ki, rayondan anam zəng vurub, mənimlə maraqlanır, dərslərimdən, yeməyimdən, içməyimdən soruşur. Dayım dedi:

- İndi bacıma deyəcəm ki, sən evə gec gəlirsən.

 Mən də telefonu uzaqlaşdıraraq dedim:

- Dayı, mən də deyəcəyəm ki, Hafiz dayım heç mənim institutumun

ye­rini tanımır. Yalandan deyir ki, mən instituta aparıb-gətirirəm. Hafiz:

- Mən zarafat edirdim, - sakitcə mənə dedi və sonra anamla danışı­dı, - hə, vaxtında dərsə gedirik, mən özüm aparıram, dərsdən çı­xan­da da özüm evə gətirirəm, bütün gün də dərs oxuyur.

 Mən atamla, qardaşımla, bacımla danışdım və sonra anama dedim:

- Birinci bağlamanı  mən gələnə qədər açmayın, ikinci bağlamanı

aça bilərsiniz, qardaşımın ad gününə konfet alıb bağ­lamanı sabah

gön­dərəcəm.

 Səhərə qədər telefonun yanında zəng gözlədim. Səhərisi gün tez­dən Tverskaya küçəsində əsas poçtun yanında Lena ilə görüş­düm, onun­­­la piyada bir az gəzərək, onu Puşkin metrosundan üç daya­na­caq sonrada yerləşən  Lomonosov adına MQU-ya apardım. O, sin­fə getdi və mən zəng vurulana qədər onu gözlədim. Tənəffüsdə biz ye­­nidən görüşdük. Beləcə, dərslərinin sonuna qədər onu gözlədim. Dərs qurtardıqdan sonra Lena ilə Puşkin metrosuna gəldik. Şirniy­yat mağazasına getdik. Onunla birlikdə iki dəfə növbə tutub səkkiz kilo konfet-şokolad aldıq. Oradan da əsas poçta gəlib bağlamanı yo­la saldıq. Lena bağlamanın vərəqini yazdı və özü iki ad günü açıq­cası aldı. Birini öz adından, birini də mənim adımdan yazaraq qar­daşımın ad gününü təbrik etdi. Bağlamanı yola salandan sonra ye­nidən Tverskaya küçəsinin əhali çox olan tərəfinə gəlib “Bakı” res­­toranında yemək yedik. Onun narahat olduğunu gördüm. Anası­nın onu ciddi nəzarət altında saxladığını söylədi. Lena evlərinə get­mək istədiyni bildirərək dedi:

- Anam məndən şübhələnibdir. Sənə olan sevgim məni anama ya­lan danışmağa məcbur edir.

 Sabah həmin yerdə onu gözləyəcəyimi və onunla instituta gedəcə­yi­mi razılaşdıqdan sonra onu evlərinə qədər ötürdüm.

  Hər gün mən onu dərsə aparırdım və beləcə hər şey təkrar olurdu. Oxuduğum instituta isə getmirdim. Lena bu barədə deyirdi:

- Sənin instituta  getməməyindən narahatam.

 Onda deyirdim:

- Lena, mənim institutum sənsən, burada sənin yanıdadır. Heç evdə də dayana bilmirəm.

 Beləcə, dərslərimə getmirdim. Bütün gün MQU-un həyətində, met­­­­­­­ro ilə Universitetin arasında olurdum. Arada Lena da dərsdən tez çıxırdı, mənimlə şəhərdə gəzirdi. Lakin arabir olurdu ki, öz oxu­­­­­­duğum instituta gedirdim. İki aya ya­xın vaxt idi ki, mənə qa­yıb­lar yazılırdı. Həmin gün mənə sonuncu xə­bərdarlıq edildi. Amma mən axırıncı xəbərdarlığa da fikir ver­mə­dim. Xəyalım da, ürəyim də, ancaq Lenanın yanında idi.

 Bir gün yenə səhər tezdən həmişəki yerdə Lenanı gözləyir­dim ki, dər­sə gedək. Bu zaman tanımadığım bir nəfər yaxınlaşıb adının Anas­tasiya, özünün isə Lenanın anası olduğunu bildirib dedi:

- Lena bu gün dərsə getməyəcək. Gəldim, sənə deyəm ki, Lena­dan əl çəkməlisən, yoxsa sənə baha başa gələcək.

 Dedim:

- Lenanın yo­lun­da hər şeyə hazıram. Heç nədən qorxmuram.

 Lenanın anası Anastasiya dedi:

- Bax, mən gəlmişəm sənə bildirəm. Bu barədə Lenanın atası bil­mir. Əgər o, xəbər tutsa, səninlə belə söhbət etməyəcək. Hələ əmisi bil­sə, səni institutdan da qovacaqlar, eyni zamanda iyirmi dörd saat ərzində Mosk­vanı tərk edəcəksən. Səni deportasiya edəcəklər və bir də Mosk­vaya bu­raxılmayacaqsan.

Mən onun dediklərini göz altına alaraq dedim:

 - Məni institutdan qovdura bilərsiniz. Amma mən Moskvadan Le­na­sız getməyəcəm.

 Anastasiya:

- Sən onsuz da institutdan qovulmaq üzrəsən. Fikirləş, hələ ki, mən

istəyirəm səni başa salım.

Özümü o yerə qoymayıb dedim:

- Mən Lenanı sevirəm. Heç bir qüvvə bizi ayıra bilməyəcək.

 Anastasiya:

- Onda gəl belə danışaq. Lenanı onsuz da daha görməyəcəksən. Onu maşın aparıb-gətirəcəkdir. Sən də başla dərslərini oxumağa, çün­­ki institutdan qovulnmaq üzrəsən, Lena da dərsləri ilə məşğul ol­­sun. İnstitutu bitirin, əgər bir-birinizə qarşı sevginiz qalsa, evlən­mə­­yinizə mən razıyam. Həm də Lenadan da şikayət var ki, dərs­lə­ri­ni oxumur, geri qalır, dərsləri buraxır.

 Mən dedim:

- Lenasız bir gün də ayrı dura bilmirəm. Mən bu gün də Lenanı gö­rə­cəm, onu görməsəm dəli olaram. Sizə yalan demirəm, mən Le­na­-

nı sevirəm, xahiş edirəm, bizi ayırmayın.

Anastasiya:

- Məni başa düşmədinsə, nə Lenanı görəcəksən, nə də ki, Mosk­vanı, - deyib getdi.

 Tez Lenanın oxuduğu instituta gəldim. O, məni görən kimi, dərs­dən çıxıb  mənə ciddi sözü olduğunu dedi:

- Bir müddət görüşməyək, anam bilir, atam və əmilərim də bilsə, sə­nə pislik edəcəklər.

 Lenaya dedim:

- Səndən ayrı dura bilmirəm. Heç nədən də qorxmuram. Bircə qorx­du­ğum Moskvadan deportasiya etməkləridir. Bilmək istəyi­rəm, sən mənimləsənmi? Mənimlə Azərbaycana gedəcəksənmi? 

Lena:

- Bəs səni institutdan qovsalar?

 Dedim:

- Mən Bakıda oxuyaram. Sən yanımda olanda isə heç kimdən, heç nə­dən qorxmuram. Bircə səndən ayrılmaqdan qorxuram. Məndən bu­nu nə heç kim istəyə, nə də məndən ala bilməz. Əgər sən mə­nim­lə birlikdə olsan, bizə heç kim qalib gələ bilməyəcəkdir.

  Lena da mənsiz yaşaya bilmədiyini, mənimlə birlikdə axıra qədər mübarizə edəcəyini bildirdi.

 Səhərsi günü Lena ilə dərsə gedəndə mənə dedi:

- Sən öz oxuduğun instituta get maraqlan, bizimkilər artıq səni qov­-

dur­­mağa qərar verdilər. İnstitutdan qovulan kimi, sən Moskva qey­diy­­yatından çıxarılacaqsan və həmən deportasiya ediləcəksən.

 Lenadan ayrılıb MİU-nə gəldim. Öyrəndim ki, birinci kursun bi­rin­­ci semestr imtahanları başlayıb. Tələbə yoldaşlarımla görüş­düm. Qrup nümayəndəsi məndən:

- Sən əyani oxuyursan, yoxsa qiyabi? – soruşdu və məni elanlar vu­ru­­lan lövhənin qarşısına gətirdi. Əli ilə lövhədə yazılanı göstərib dedi, - bax, sən institutdan xaric olunmusan, yüz altmış saat dərs burax­dı­ğına gö­­rə, dekanatlıq bu gün üç dəfə səni soruşub. Sənə axırıncı xəbər­dar­­lıq edilmişdi. Bəs niyə səni institutdan xaric etdilər?

 Mən ona heç nə deməyib de­ka­natlığa getdim. Orada mənim ya­şa­dı­ğım ünvanı istəyib de­dilər:

 - Sən hansı ünvanda qalırsan, biz səninlə necə əlaqə saxlayaq?

  Dekana dedim:

- Məni institutdan xaric etmisiz, indən sonra mənimlə əlaqəyə nə eh­tiyac var?

  Dekan:

- Polis maraqlanır, sənin yaşadığın ünvanı istəyirlər.

 Ünvanı bilmədiyimdən:

- Ünvanı mən özüm də bilmirəm, amma göstərə bilərəm, - deyərək mən çıxıb MQU-ya gəldim ki, Lena ilə görüşüm.

 Lena dərsdən çıxırdı. Onunla rastlaşdım:

- Nə xəbər? Necə oldu? – deyə soruşdu.

- Məni institutdan xaric ediblər. Üstəlik də ünvanımı sorışurdular ki, polislər istəyir, məni deportasiya etmək istəyirlər.

 Lena qəmgin halda:

- Mən anama dedim, amma o, inanmadı. Onda qəti fikrimi bildir­dim ki, Cəlalı deportasiya etsələr, elə bilin məni də deportasiya edib­­­­­­lər. Deyəsən, yenə inanmayıblar. Mən səndən tez gedəcəm Ba­kı­­­ya. Səni deportasiya edənlər özləri sənədlərini ləğv edəcəklər, am­­­ma məni bir ara görməyəcəksən. Məndən nigaran qalma, zən­gi­mi gözləyərsən. Zəng vurub yerimi deyəcəm. Həm də sənin ün­va­nını bilirəm, - Tovuz rayonu, Oktyabr küçəsi 19, - bir az ara ve­rib za­rafatla sözünə davam etdi, - ya da ad günündə konfet, şo­kolad alıb göndərərəm, bilirəm hansıları xoşlayırsan. Qardaşının da ad gü­­nünü bilirəm, şirniyyat mağazası və poçt da bizim evin ya­xın­lı­ğın­­dadır, – deyərək məndən ayrıldı.

 Evə gələndə dayım Hafiz:

- Hardasan? Niyə gec gəldin? Yenə nə işlər görürsən? Bax, evə zəng vuranda deyəcəm ki, evə gec gəlir, nə işlə məşğul olduğunu bil­­mi­rəm, - deyə, məni sorğu-suala tutdu.

  Mən də dayıma dedim:

- Mən də atama deyəcəm ki, Hafiz dayım heç mə­nim institutumun ye­ri­ni bilmir, gələndən evdən çıxmayıb, bir-iki dəfə mə­nimlə ki­no­-

teat­ra gedib.

 Dayım Hafiz hiddətlənərək:

- Yaxşı, onda vaxtında gəl evə, mən heç nə deməyəcəm. Sən də heç nə demə, - dedi.

 Hər axşam olduğu kimi, gecə saat on ikidən sonra anamla, atamla da­­­nı­­ş­dım. Dərslərimi yeyib-içməyimi, pulumun olub-olmadığını so­­­­­­­ruş­dular. Mən vəziyyətimin də, dərslərimin də yaxşı olduğunu bil­­­­­dirdim. Sonra bacım və qardaşımla da danışdım. Azərbaycan ra­yon­­­ları ilə o vaxt telefonla əlaqə saxlamaq gecə saat on ikidən son­ra mümkün idi. Hər gün gecə valideynlərim mənimlə telefon əla­qə­si saxlayandan sonra yatırdılar. Mənim göndərdiyim bağlamalar da çat­mışdı. Dediyim kimi, birinci bağlamanı saxlayıb, ikincini aç­mış­dı­lar. Qardaşım da ad günü açıqcasını almışdı. O, məndən so­ruşdu:

 - Lena kimdir? O, da mənə açıqca yazıb, məni təbrik edib.

 Ona dedim:

 - Tələbə yoldaşımdır.

 Atam da bildirdi ki, birinci semestrdə gələcəyik sənin yanına.

 Səhəri günü Lena mənə bildirdi:

- Sənin deportasiya edilməyin haqqında qərar verilib. Biz ikimiz də getməliyik.

 Elə həmin gün axşam Domodedovo hava limanında Lena ilə görüş tə­­yin etdik. Evə gəlib paltarlarımı, əşyalarımı çantaya yığıb hazır­laş­­­dım. Dayıma hara hazırlaşdığımı soruşduqda dedim:

- İnstitutdan bir həftəlik bizi təcrübə keçməyə göndərirlər, ola bilsin ki, bir az çox çəkdi, - dedim və hava limanına gəldim. Lena ilə gö­rüş­dük. Bakıya təyyarə uçmuşdu. Leninqrada reys olduğunu so­ruş­­duq. Dedilər, - Şeremetyevo hava limanına getməlisiniz. Onda mən indi hara reys olduğunu soruşdum. Bir saatdan sonra Tallinə uçuş olacağını bildirdilər. İki bilet aldım və biz Tallinə gəldik. Şə­hə­­ri gəzdik, üç gündən sonra biz Leninqrada (indiki Peterburqa)  get­­dik. Orada da üç gün qalandan sonra Bakıya gəldik. Lena ilə İçə­­ri şəhəri, Qız qalasını gəzdik.

 Günü-gündən bir-birimizə daha çox alışırdıq. Eyni zamanda ara­mız­da olan sevgi, məhəbbət də dərinləşir, bir-birimizə daha sıx bağlanırdıq. Elə dü­şünürdük ki, bundan sonra ayrı yaşaya bilmərik.

 Bir gündən sonra Lenanı məcbur etdim ki, evlərinə zəng vursun. O, sözümdən çıxmırdı, amma məndən xahiş etdi ki, buna görə onu məc­bur etməyim. Onda Lenaya bildirdim:

- Zəng vurmasan səni axtaracaqlar. Anan da qaldığım evin telefon nöm­­rəsini bilir. Dayımı tapacaqlar və o, bilsə ki, mən institutdan qo­­­­vulmuşam atama deyəcək, - bu sözlərdən sonra Lena evlərinə zəng vurmağa razılıq verdi.  Anası ağlaya-ağlaya Lenadan soruşdu:

- Sən hardasan Lena?

Lena:

- Məni siz deportasiya etdirmisiz, indi Bakıdayam.

 Anası ağlamağını saxlaya bilməyərək:

- Evinə qayıt, qızım. Hər şeyi oduğu kimi yenidən başlayın, biz qa­rış­mayacağıq. Düşünmürdük ki, siz bir-birinizi belə sevirsiniz. Sən ev­­dən qaça bilməzsən. Evə qayıt. Cəlalın deportasiyası dayanıbdır, in­s­tituta da bərpa olunacaqdır. Söz verirəm. Hər ikinizin imtahanla­rı başlayıbdır, gəlməsəniz ikiniz də kursda qalacaqsınız. Cəlalın da­yı­sı da bizdədir, istəyirsən onunla danış, - dedi. Lena anasının de­­­diklərini mənə söyləyib sonda dedi:

- Dayın bizdədir, indi telefondadır.

 Tez dayım Hafizdən soruşdum:

- Dayı, atama deməmisən ki, mən institutdan qovulmuşam?

Dayım Hafiz:

- Yox, deməmişəm. Sən institutdan qovulmusan ki? Sən nə vaxt qo­­vulmusan? Camaatın qızını hara aparmısan? Başqası olsaydı bi­zim başımıza oyun açardı. Tez gəl Moskvaya, qızı da gətir, eşi­dir­sən, yoxsa atana deyəcəyəm ki, Bakıdadır, semestr imtahanları baş­la­yıb, sən isə qızı da götürüb aradan çıxmısan. İm­ta­han­la­rı­nı ver­məsən institutdan qovulcaqsan, atan bilsə, ikimizin də başına oyun açacaq. Səni bilmirəm, mən qorxuram. Atan da gəlməlidir Mosk­va­ya. Sən ondan tez gəl, - dedi.

 Sonra telefonu Lenanın atası götürüb mənə dedi:

- Səninlə kişi söhbəti edirəm. Hər şey olduğu kimi qalacaq. Biz bilməzdik ki, siz bir-birinizi belə sevirsiniz. Qızım sənə görə ata-anasına qarşı çıxdı. Qayıdıb gəlin, biz bir də bu məsələyə qarış­ma­ya­ca­ğıq, amma institutu bitirməyənədək evlənmək yoxdur. İstəsən ni­şan­lana bilərsiniz.

 Mən:

- Oldu, gəlirik, amma dayım bilməsin ki, institutdan qovulmuşam, -te­lefon dəstəyini asıb Lenaya, - başqa yolumuz yoxdur, biz istə­di­yi­mi­zə nail olduq, - dedim.

 Lena sözümdən çıxmadı. Biz Moskvaya gəldik. Onların evində qo­naq qaldım. Atası dürüstlüyümə, Lenaya qarşı münasibətimə görə mənə dedi:

- Sənə verdiyim sözün üstdə duracağam, Lenanı instituta aparıb, gə­tirəcəksən. Amma onda özün dərslərdə necə iştirak edəcəksən?

- Mən institutdan qovulmuşam axı, - dedim.

 Onlar bizim işimizə, görüşməyimizə qarışmadılar. Ancaq axşam saat altıda Lena evdə olmalıdır deyə, aramızda razılaşdıq. Eyni za­man­da instituta bərpa işimə çalışsalar da, mümkün olmadı. Lenanın va­lideynlərinə dedim ki, növbəti ili instituta yenidən qəbul olaca­ğam, siz narahat olmayın. Lena isə müvəffəqiyyətləri verib imta­hanlara hazırlaşırdı. Mən də Lenaya baş çəkir, onu dərsdən sonra evə, hərdən isə kitabxanaya aparırdım. İnstitutdan qovulmağım ba­rə­də heç kim bilmirdi, heç dayım da. O, axşamlar on ikidən sonra va­lideynlərimə zəng vurur, hər işin qaydasında olduğunu deyirdi.   Bu gün yenə də zəng gəldi, atam dedi:

- Sabah anan, qardaşın və bacınla Moskvaya gəlirik.

 Tezdən MİU-ya getdim. Dayım atamgili qarşılayıb birbaşa ora gə­tir­di. Məni institutun qarşısında gözləyirdilər. İnsti­tut­dan çıxıb on­larla görüşdüm. Sonra evə gəldik. Atam dərslərimlə, im­­tahanla­rım­la maraqlandı, qiymət kitabçasını istədi. Yalandan dedim:

- Məşğələləri vermişəm, imtahanlardan biri qalıb.

Qiymət kitabçasını aparıb Lenaya yazdırdım. İmtahan və məşğə­lə­-

lə­rin verilməsinə saxta qol çəkdik. Sonra da atama göstərdim. Atam bizi restorana gətirib qonaqlıq verdi.

Atam dedi:

- Hafiz heç institutun yerini tanımırdı. O, səni hər gün instituta necə aparırdı? Hafiz, sən elə bil mənim kimi birinci dəfədir ki, instituta gedirdin.

Mən tez müdaxilə edib dedim:

- Dayımla instituta metro ilə gedirik. O, taksi ilə getməyib ki, yolu tanısın.

Qardaşım isə aralığa salıb sakitcə məndən soruşdu:

- Mənə ad günümdə açıqca yazan Lena kimdir? Demişdin görüşən­də deyəcəm. 

Mən:

- Səni tanış edəcəm, amma heç kimə bu barədə deməyərsən.

 Atam dedi:

- Axşam mərkəzə gedərik, şəhəri gəzib, sonra da restoranda şam edə­rik.

 İmkan tapıb Lenaya zəng vurub bu barədə ona bildirdim. Lena da de­di ki, biz də axşam ailəlikcə evimizin yaxınlığındakı restorana ge­­­dəcəyik, siz də ora gəlsəniz, uzaqdan da olsa, ailənizi görərdim.

 Valideynlərimlə birlikdə şəhərə çıxdıq, bir az gəzdikdən sonra Tvers­­­koy küçəsində yerləşən restorana gəldik. Lena da valideynləri ilə restoranda idi. Biz onların stolu ilə üzbəüz oturduq. Lenanın va­li­­­deynləri məni tanıdı. Mən ailəmin yanında onlarla görüşə bil­mə­dim. Bir azdan atam restoranın telefonundan zəng edib qohumu, aka­­­­­demik Saxraddin Abbasoviçi restorana dəvət etmək üçün ge­dən­­də, mən Lenanın ailəsi  əyləşədiyi stola yaxınlaşaraq onun atası, ana­­sı ilə görüşdüm, qardaşımı onlarla tanış etdim. Qardaşıma de­dim:

- Bax, Lena budur, tanış ol.

 Valideynlərim gəlib deyə, onlardan icazə istəyərək öz stoluma keç­dim. Qardaşıma Lenanın tələbə yoldaşım olduğunu dedim.

 Az keçmədən atamın qohumu da gəldi. Bizimlə əyləşdi və söhbət əs­nasında atam özlərini həkimə yoxlatmaq istədiyini bildirib dos­tun­dan xahiş etdi ki, onları savadlı həkimin qəbuluna aparsın. Ata­mın qohumu da sabaha vaxt təyin etdi ki, onları həkim nəzarə­tin­dən keçirsin.

 Biz stoldan duranda mən Lena əyləşən stola yaxın­laşa­raq, onun va­­lideynləri ilə görüşüb ayrılmaq istədim. Lenanın anası soruşdu:

- Bu da təsadüfi görüşdü?

Dedim:

- Bəli, bu da təsadüfi görüşdür.

 Sonuncu imtahanın vaxtını atama bildirdim. Yenə də MİU-ya get­dim. Atamla institutdan çıxaraq həyətdə görüşdüm. İmtahanı ver­dim, - deyəndə, atam məni təbrik etdi. Sonra anamla həkimə get­di­lər. Mən qardaşımla şəhəri gəzməyə çıxdım. Ona şəhəri gös­tər­dim. Lena da sonuncu imtahana hazırlaşırdı. Dözə bilməyib şəhərdən ona zəng edib görüşməyimizi bildirdim. Bir az keçmiş Lena gəldi və biz şəhəri yenidən gəzməyə başladıq. Lenanı evlərinə apararkən o, atasının mənimlə görüşmək istədiyini bildirdi. Qardaşımla onlara getdim. Lenanın atası bizimlə görüşdükdən sonra soruşdu:

- Sən valideynlərinlə bizi niyə tanış etmədin?

Dedim:

- Onlar da sizin kimi, mənə oxumağı, institutu bitirəcəyimi de­yə­cək­­­­dilər. Onlara yalan danışmışam. MİU-da oxumadığımı atam bil­sə, məni Moskvada qalmağa qoymayacaq, Bakıya aparacaq. Ona gö­­rə də sevgimin xətrinə valideynlərimə yalan danışmışam.

Lenanın atası:

- Bəs sənin fikrin nədir? Nə vaxta kimi valideynlərindən gizlədə­cək­­sən? İnstitutdan qovulmağını deməyəcəksən?

Dedim:

- Gələn il yenidən qəbul olacam, atama deməyəcəm.

 Biz çay içdik. Lena dedi:

- Bəs qardaşın deməyəcək atana?

Dedim:

- Yox, qardaşım deməyəcək. Onu da deyim ki, restoranı mən yox,

atam seçmişdi. Bu təsadüf  ailəmizi də bir restoranda  görüşdürdü.

Lenanın valideynləri məni hörmətlə yola saldılar. Qardaşımla evi­mi­zə gəldik. 

Valideynlərim bir həftə Moskvada qaldı. Bu müddət ərzində onlar hə­kim nəzarətindən keçdilər. Bir gün də atamın qohumu akademik Saxrəddin Abbasoviçin qonağı oldular.

Valideynlərimi Bakıya yola salanda, bir müddət də Moskvada qal­maq üçün atama dedim:

- Bizi institutdan təcrübəyə göndərirlər, bu səbəbdən sizinlə gedə bil­məyəcəm.

 Atam dedi:

- Dərsində möhkəm ol. Bir də qonşumuz Şəmşədinin oğlu demişdi ki, səni keçən ay Bakıda görüb. Bakıda nə gəzirdin?

 Mən də dedim:

- O, Moskvada oxuyur axı, Bakıda deyil. Yəqin şəhərdə görmüşəm de­yib.

Atam:

- Sən tətildə də Moskvada qalacaqsan?

Dedim:

- Təcrübəmiz var, qurtardıqdan sonra gələcəyəm.

 Anam da həmişəki göstərişlərini verdikdən sonra onlarla vidalaşıb yola saldım. Dayım Hafiz də onlarla Bakıya getdi.

Moskvada hava limanında tək qaldım. Lenaya zəng etdim. Telefo­nu anası qaldırıb dedi:

- Lena yoxdu evdə, - dəstəyi asıb ətrafa baxdım. Gözlərimə inan­ma­­­dım. Lena bir az aralıdan mənə baxırdı, amma yaxınlaş­mır­dı. Özüm­­dən asılı olmayaraq, ona yaxınlaşdım. Kədərli olduğunu hiss

et­­dim. Bildim ki, məndən inciyib. Ona vəziyyəti izah etdim:

- Səni valideynlərimlə tanış edə bilməzdim, çünki bizdə adət-ənənə

ba­şaqadır. Atam bilsə ki, oxumuram, sənə görə istitut­dan qovulmu­şam, o, məni Moskvada qoymayacaq. Məni Bakıya apa­­racaq. Bili­rəm onun xasiyyətini, səni sevdiymə görə, atama ya­­lan danışmaq məc­­buriyyətində qaldım, - deyib, onun könlünü aldım.

O, üzündə təbəssüm yaradaraq:

- Elə bil­dim mənimlə görüşmədən Bakıya gedəcəksən. Gəlmişdim ki, görüşüm, sonra get, - deyə, kədərlənməyini izah etdi.

 Lena ilə şəhərə gəldik. Şəhərdə tək qaldığımdan və Lenanın vali­deyn­ləri saat altıya qədər gəzməyimizə icazə verdiyindən, özümüzü azad hiss edirdik.

Bir neçə gündən sonra Lenanın ailəsi Leninqrada tətilə getdilər. Mən də onlarla getdim. Çünki artıq onlarla bir ailə kimi olmuşdum. Ora­da bütün gün Lena ilə birlikdə olduğumdan, tətilin bitməyini istəmirdim.

Yay tətili bitdi. İkinci semestr dərsləri başladı. Həmşəki kimi, Le­na­­­nı dərsə aparıb, evə gətirirdim. Dayım da gəlmişdi. Yenə dərsə get­­mədiyimi görüb dayım Hafiz soruşdu:

- İnstitutdan qovulmusan? Düzünü de.

Mən dillənmədim. O, Bakıda yaşayan ortan­cıl dayım Samir Tağıza­də­yə zəng edib bu barədə dedi. O, Azərbaycan Elmlər Akadem­ya­sı­nın pro­fessoru, SSRİ Yazıçılar İttifaqının üzvü, tanınmış yazıçı idi. İlin iki ayını Moskvada keçirirdi. Moskvada kitabları, məqa­lə­lə­­ri çıxırdı. Qaldığımız evə də beşinci sinifdə oxuyanda yay tə­ti­lin­­də dayımla gəlmişdim. Hafiz dayım məndən on il böyük olsa da, aramız açıq idi, amma Samir dayım çox ciddi adam idi. Atam­dan sonra çəkindiyim və hörmət etdiyim Samir dayım idi. O, Mosk­­­vaya gəl­di. Hafiz dayımı Bakıya yola salıb evə gəldikdə, Samir dayım mən­dən soruş­du:

- İnstitutdan qovublar səni?

Dayıma düzünü dedim:

- Mən birinci semestrdən institutdan qovulmuşam.

Dayım Samir:

- Necə? Sən qovulmusan deyirsən? – deyə, mənə əsəbiləşdi.

- Hə, qovulmuşam, - dedim.

- Bəs nə üçün qovulmusan? – dayım soruşdu.

- Rus dilində bilmədiyim üçün birinci semestrdən qovdular.

- Bəs mənə niyə demədin? Bilirsən ki, o institutda tanıdığım müəl­lim­lər, dekanlar var. Niyə indi deyirsən?

- Gec idi artıq, - deyə bildim.

- Yalan deyirsən, bəs Hafiz niyə yalandan deyir ki, hər gün özüm dər­­sə aparıram deyə? – dayım həqiqəti öyrənmək istədi.

- Hafiz də bilmirdi. O, hər gün məni aparır dərsə. Mən də gedirdim. Bir də Hafizlə dərs bitəndən sonra görüşürdüm, - deyəndə, dayım çox əsəbiləşdi.

- İndi atana nə deyəcəyik? Bilirsən də, atan bilsə nə olacaq?

- Mən Tovuza gedə bilməyəcəm, bir daha onun üzünə baxa bil­mə­yə­­cəm, - deyə, məni nələr gözlədiyini bildirdim.

- Axı mənə niyə deməmisən? Sənin işini düzəldə bilərdim. Əlaqə­lə­rim də var hər yerdə. Yaxşı, indi neyləyək? – deyib fikrimi öyrən­mək istədi. Mən isə başımı aşağı salıb susmuşdum. Bir az sükutdan

sonra dayım çıxış yolu üçün soruşdu, - indi necə? Heç olmasa, rus dilini öyrənmisənmi?

- Hə, öyrənmişəm, - dedim.

Dayım:

- Bəs bu il yenidən sənədlərini verib qəbul olsan, oxuyacaqsanmı, yoxsa yenə də qovulacaqsan?

- Oxuyacam, - tez dilləndim.

-Yaxşı, yat. Sabah fikirləşək görüm, atana necə deyə biləcəm. Özün bilirsən də, atan bilsə, mənə nələr deyəcək?

Səhəri gün dayım məni də özü ilə SSRİ Elmlər Akademiyasına gə­tir­di. Mənimlə rus dilində danışırdı:

- Sən rus dilində danışa bilirsən. Səkkiz ayda çox öyrənmisən.

O, Elmlər Akademiyasında dostları ilə görüşdü. Orta məktəbdə oxu­yan­da onun dostlarını tanıyırdım. Elmlər Akademyasında, Yazıçılar İttifaqında məni “qardaşım” – deyə, dostlarına təqdim edirdi. Yusif Səmədoğlu da tez-tez Moskvaya gəlirdi. Bir gün Yusif Səmədoğlu dayımdan soruşdu:

- Sən Tağızadə, qardaşın Qasımovdu?

Dayım çıxılmaz halda:

- Bacım oğludur, - demişdi.

Biz günorta “Bakı” restoranına gəldik. Dayım mənim işim haqda çox fikirləşdi. Mənə dedi:

- Sən rus dilində yaxşı bilirsən, demək olar öyrənmisən, amma atan bil­sə, səni qoymayacaq gələn ili Moskvada oxuyasan. Səni Bakıda oxut­­duracaq. Mən də istəyirəm sən Moskvada oxuyasan, amma atan­dan asılıdır.

Tez dayıma dedim:

- Atam bilməsin, artıq bir neçə ay qalıb növbəti qəbula. Elə bilərik ki, bir il də gec qəbul olmuşam.

Dayım:

- Deyirsən mən də atana yalan danışım?

- Yox, yalan niyə? Mən qəbul olub əsgər gedəcəm, sonra da bir şey fi­kirləşərik. Əsgərliyə aparanda da deyərik ki, imtahanlardan kəsiri ol­duğuna görə bir il kursda qalıb.

 Dayım:

- Bəs sən hazırlaşmısan? Heç olmasa, imtahanlara hazırsanmı?

- Hə, hazıram, bir də ki, bir aya təkrarlayaram, - bir az ara verib əla­­­­­­və etdim, - mənim əsas qorxduğum fənn rus dilindən imla yaz­maq­dır. O da özün görürsən ki, rus dilini bilirəm.

- Bu barədə fikirləşərəm. Səndən bir söz soruşacam, amma mənə düzünü de, bir ayda nə qədər pul xərcləyirsən?

- İki min rubl, - dedim.

- Sənə düzünü söylə dedim, bir ayda nə qədər xərcləyirsən? Səkkiz ayda evdən nə qədər pul göndəriblər? – dayım səsini qaldırdı.

- Düzünü desəm, bilmirəm, həftədə evdən beş yüz rubl göndərirlər, elə olur xalam da göndərir. Həftəyə min rubl olur.

- Necə? Bəs o pulları hara xərcləyirdin? Məni başa sal görüm.

- Restoranda olurdum. İkinci ayda on gün restorana getdim, sonra restorana getmədim, evdə yemək yeyirdim, - deyə, izah etdim.

Dayım təccüblənərək:

- Yenə başa düşmədim, mən sənin dekanınla danışmışam. O, mənə de­di ki, sən cəmi bir ay on gün dərsə getmisən, sonralar həftədə bir də­fə getmisən. Onda da bir dərsdə oturub, digər dərslərdən qaç­mı­san. Özün də deyirsən ki, bir ay on gün restoranda olmusan, onda sən nəsə başqa işlə məşğul olmusan. Nə dərsə getməyə vaxtın olub, nə də ki, restorana. Mənə düzünü danış, - deyə həqiqəti öyrənmək is­tədi.

Dedim:

- Rus dilini bilmirdim, müəllimim bir söz soruşanda cavabını verə bil­mirdim, amma indi öyrənmişəm.

- Atana mən özüm deyəcəm ki, Moskva sənlik deyil, əgər düz de-yir­sənsə, onda mən gərək atana yalan danışım. Deyim ki, sən Mosk­­vada MİU-da oxuyursan, dərslərin də yaxşı gedir, - dayım de­di və son­ra əlavə etdi, - biz “Bakı” restoranına gedəndə qulluqçular mə­ni yad­larından çıxarıb hamısı səninlə görüşdü, buna nə deyə bi­lər­sən? Səni hardan tanıyırlar?  - sualları üstümə yağdırdı.

- Arada gəlirəm, - deyə bildim.

 Dayım admnistratorla təklikdə söhbət etdi, sonra mənə yaxınlaşıb:

- Hə, xoşum gəldi, içki içmirsən, bura da bir qızla gəlirsən, - dedi.

O, qız deyəndə mənim rəngim qaçdı. Dayımın:

- Hə, o qız deməli, sənə rus dilində danışmağı öyrədib. Yaxşı elə­mi­­sən, - deyəndə özümə gəldim. Dayım başqa heç nə demədi.

Biz restorandan çıxdıq. Dayım V.İ.Lenin adına Mərkəzi Kitabxana-

ya gedirdi. Mənə dedi ki, axşam saat altıda səni orada gözləyəcə-yəm. Biz ayrılan kimi tez Lenagilə getdim. Sonra onunla şəhərə çıx­dım. Lena da həyəcanla məndən xəbər gözləyirdi ki, dayım nə de­yəcək? Ümumiyyətlə, institutdan qovulmağıma nə deyəcəkdir?

Olanları Lenaya danışdım:

- Dayım şərtlər qoydu mənə. Dedi ki, ayda beş yüz rubl xərcləyə­cəm və məni instituta düzəldəcək.

Lena gülməyə başladı. Ona dedim:

- Niyə gülürsən? Axı məni cəzalandırırlar, sən isə sevinirsən.

Lena:

- Bilirsən niyə gülürəm? Biz hər dəfə Arbatda yerləşən restorana ge­­­dəndə, sən Azərbaycan mahnısı sifariş edirsən, mən də o mahnını əz­­­bərləmişəm. Otuz beş manat restoranın hesabı edir, beş manat qul­­luqçuya veri­rsən, yüz manat da musiqiçilərə. Bir mahnını on də­fə sifariş edirsən.

Səhərisi gün dayımla görüşdüm. O, məni 201 nömrəli SQPTU-ya düzəltdi. İş düzələndən sonra mənə dedi:

- MAD İnstitutunun axşam söbəsinə qəbul başlayır. Moskva qey­diy­yatı lazımdır. SQPTU səni Moskvaya qeydiyyata salacaq və işi­ni MAD İnstitutuna qəbul edəcəklər. SQPTU-da bir il oxuya­caq­san, sonra dörd il inşaatda işləyəcəksən, Moskvada ev verəcəklər sənə. İnstitutu qurtaranda Moskvada evin olacaq.

 Dayım dediyi kimi, sənədlərimi institutun axşam şöbəsinə verdim. Eyni vaxtda peşə məktəbində oxuyurdum. Ona görə də evdən çıxıb SQPTU-nun yataqxanasına yerləşdim. Dayım otaq yoldaşımı da rus qoy­durdu ki, dili daha yaxşı öyrənim. Gündüz oxuyub, gecə də ins­ti­tutda oxu­yub rus dilini də tez öyrənəcəkdim. Ona görə də vaxtım ol­ma­ya­caq­dı. Həm də dayım evimizə tapşırdı ki, mənə ayda beş yüz rubldan artıq pul göndərməsinlər. Mənə də xəbərdarlıq etdi ki, bu dəfə qaydaları pozsan, artıq Moskva ilə vidalaşmalı olacaqsan.  Ha­fiz dayıma da tapşırıq verib onu da mənə nəzarət üçün yata­xa­na­da yerləşdirib özü Bakıya getdi.

 Mən gündüz işləyib, gecə də dərsdə olurdum. Lena ilə həftədə iki-üç dəfə bir saatlıq görüşürdüm. Bazar günü vaxtımın çoxunu onun­la keçirirdim. Həftədə iki dəfə də telefonla danışırdım. Gecə on iki­dən sonra poçta gedirdim. Ora getmək üçün beş dayanacaq piya­da get­məli idim. Yolun iki kilometri də meşənin içindən keçirdi. Me­şənin keçən yolun yaxınlığında hərbi hissə var idi. Əsgərlər ax­şam onlara rast gələn insanları soyurdular. Bir neçə dəfə qabağımı kəs­miş­dilər. Amma onları vurub yerə yıxaraq, keçib getmişdim. Bir gün də üç əsgər qarşımı kəsdi. Onlar içkili idi. Üçünü də yerə sər­dim. Zərbəmdən birinin çənəsi qırıldı. Poçtdan qayıdanda da gör­düm ki, biri oturacaqda uzanıb, ikisi də parkın qaranlıq yerində ça­xır içir. Məni görüb ikisi yaxınlaşdı. Mən də düz üstlərinə getdim. Yaxınlaşanda biri:

- Bu o dəli idmançıdır, - dedi və onlar öz yerlərinə əyləşdilər. On-lara yaxınlaşanda gördüm ki, əsgərlərdən biri yatır. Keçib getmək istəyəndə onlardan biri:

- Ey, idmançı, bu yoldaşımızın çənəsini qırmısan. Biz indi neynə­yə­­cəyik? – deyə sual verdi. Mən isə heç nə olmamış kimi yan­la­rın­dan keçib getdim.

 Üç gün sonra yenə poçtdan gələndə həmin yerdə milislər məni bölməyə gətirdilər. Bölmə bizim yataqxananın yanında yerlə­şir­di. Orada mənim ayaqqabımın altına baxdılar. Mənə suallar ver­dilər:

- Kimsən? Gecənin bu vaxtı haradan gəlirsən?

- Poçtdan gəlirəm, yataqxanamız lap yaxınlıqda yerləşir, - dedim.

 Onlar poçta zəng vurub dediklərimi dəqiqləşdirmək üçün yazdı­ğım telefon nömrələrini yoxlatdılar, onlara olan sifarişi təsdiq edən sə­nəndi yoxladılar. Mən qorxmuşdum. Elə bildim ki, əsgərin çə­nə­si­ni qırdığım üçün məni gətiriblər. Hadisəni danışmaq istəyirdim ki, mi­lis işçisi məni danladı:

- Gecələr orada neçə hadisə olub. Bir də gecə oradan keçmə, - dedi və məni buraxdı. Gecə olduğu üçün ünvanıma aparmaq istədiklə­ri­ni dedilər. Onlara təşəkkür edib yataqxananın yaxınlıqda olduğunu dedim.

 Üç gün sonra yenə poçta getdim. Gecələr poçtda bir qadın olurdu. Ar­tıq onunla dostlaşmışdıq. Onda qadın mənə danışdı ki, əsgərlər bir nəfəri ölümcül hala salıblar, pullarını da götürüblər. Adam da iki gündən sonra xəstəxanada ayılıb onu əsgələrin vurduğunu deyir. On­lardan biri ayaqqabısı ilə onun başına necə vurubsa, ayaq­qa­bı­nın dabanındakı nalın izi alnında qalıb. Həmin əsgəri tapıblar. Onda başa düşdüm ki, mənim ayaqqabımın altına niyə baxırdılar.

SQPT-da bir ay oxuduqdan sonra məni doqquz aylıq təcrübəyə gön­­­­­dərdilər. İnşaatda yüksək kran idarə etməyi öyrənməli idim.  Bu­­­nu biləndə çox sevindim. Çünki Lenanı görməyə vaxtım çox ola­­­caqdı. Hətta səhərlər onu dərsə aparmağa da vaxtım olacaqdı. Ax­­şam­­lar isə instituta gedirdim. Şəhərin mərkəzində yerlə­şir­di.

Birinci semestr imtanlardan keçdim. Dayım Samir Tağızadə gəl­miş­­di. Bir neçə müəllimə də məni tapşırdı. Kəsirim olmadı. Axırın­cı im­tahanda atam gəldi. “Rusiya” otelində qalmalı oldu. Axşam mənə dedi:

- Sabah saat ikidə ins­titutun qabğında səni gözləycəyəm.

Səhəri mən MAD İnstitutundan çıxıb MİU-a getdim. Atam elə bi­lir­di ki, mən orada oxuyuram. Amma onunla görüşəndə hiss etdim ki, nəsə duyub. Mənə dedi:

- Dayına dedim, axşam restoranda görüşüb nahar edək, dedi ki, ax-

şama işi var, gələ bilməyəcək. Hiss etdim ki, məndən qaçır. Bəlkə nə baş verdiyini deyəsən.

- İndi zəng vurub deyərəm, - söylədim.

 Dayım yaşadığı evin telefonunu yığdım. Yenə səhv edib Lenagilin

ev nömrəsinə düşdüm. Lena ilə danışıb sonra dayıma zəng etdim. Ona dedim:

- Atam restoranda səni gözləyir, niyə gəlmirsən?

- Atanın gözünün içinə necə baxacam, ona yalan danışmışam. Məni məcbur etdin. Deyərsən, görüşü var, gələ bilməyəcək, - dayım dedi.

Onda atam dedi:

- Sabah neçə nəfər olsa, tələbə yoldaşlarını dəvət et, harada istə­sə­ni­niz sizə qonaqlıq verəcəm.

Yemək yeyib axşama qədər atamla birlikdə şəhərdə gəzdik. Sonra o, otelə getdi, mən də Samir dayım qaldığı evə gəldim. Dayım evdə idi. Mənə dedi:

- Sabah tezdən Bakıya gedirəm. Atanla üz-üzə gəlsəm o, başa düşə-­

cək. Çünki onun gözlərinin içinə baxa bilmərəm.

 Səhərisi dayım Bakıya getdi, mən də Lenagilin tələbə yoldaşları olan üç qıza və beş nəfər də öz dostlarıma, bir də Qazax rayonunun Daş Salahlı kəndindən Zakirə xəbərdarlıq etdim ki, mənimlə birlik­də MİU-da oxuduqlarını desinlər, yəni biz hamımız tələbə yolda­şı­yıq. MADİ-dan isə heç kimlə yaxın əlaqə saxlamırdım. Tələbə yol­daş­larım hamısı yaşlı idi, əsgərlikdən gəlmişdilər.

 Biz restorana gəldik. Şəhərin mərkəzində “Rusiya” otelinin yanın-da atam onlarla tanış oldu. Sonra restoranda əyləşdik. Məclisdə atam sağlıq dedi:

- Mehriban olun, həyatda ən yaxın dostlar bir uşaqlıq dostu olur, bir də tələbəlik dostu, - deyib, sözünə bir az ara verib əlavə etdi, - siz yeyin-için, istirahət edin.

Birinci sağlıqdan sonra  atam:

- Hə, mən get­­­dim otelə, - deyib süfrədən qalxdı. Onu yola salanda mənə dedi:

- Sabah tez gəl, gedib bilet alaq. Birlikdə Gəncəyə gedəcəyik.

 Səhəri gün tezdən atamla görüşdüm və getməmək üçün ona yalan

dedim:

- Mənim təcrübəm var, on gün gedim təcrübə keçməyə, sonra icazə alıb gələcəm.

 Atam isə təkid etdi:

- A bala, anan deyib ki, sənsiz gəlməyim. Bu Moskvada sən nə tap-mısan ki, ayrıla bilmirsən? Yaxşı, on gün gözləyərik, - deyib, özünə bilet aldı. Atamı yola saldım. Dərs də qurtarmışdı. Peşə məktəbində keçəcəyim təcrübəyə getmirdim. Lenadan da ayrıla bilmirdim. Hər gün Lena ilə görüşürdüm. On gün keçdi. Mən rayona gəldim. On gün də qalıb, sonra Moskvaya qayıtdım. Dərslərimiz başlamışdı. 18 yaşım tamam idi. Krasnı Qvardeyski rayonunda hərbi komissarlıq-da yoxlamadan keçmişdim. Birinci kursu bitirib əsgər gedəsi idim. Artıq imtahan­ların vaxtı çatmışdı, müvəffəqiyyətləri verib qurtar-dım, birinci imta­handan da keçdim.

Gecə saat dörd idi. Qapı döyüldü. Yuxudan oyanıb qapını açdım. Gələn dayım idi. Birbaşa hava limanından mən qaldığım yerə gəl­miş­di. Onun sərt sifətinə baxan kimi bildim ki, nə isə baş verib. Da­yım əsəbi mənə:

- Keç əl-üzünü yu, cəld ol, - dedi.

 Keçib əl-üzümü yudum. Amma hiss etdim ki, dayım Lena ilə aram­­dakı münasibətdən xəbər tutub. Yoxsa, gecənin bu vaxtı belə əsə­bi bura gəlməzdi. Dayım olan otağa keçdim. İstədim ki, Lena ilə mü­nasibətimizdən danışım:

-  Dayı.., - demişdim ki, məni görüb üstümə əsəbiləşdi:

- Ə, nə dayı? Hə, nə dayı? Sənə nə demişdim? Bu son şansındı, Moskva sənlik deyil, dedim? Niyə mənə qulaq asmadın?

- Nə olub axı? Bir de görüm, - deyə təəccübümü gizlətmədim.

- Sənin hələ xəbərin yoxdu? Mən Bakıdan eşidib gəlmişəm, sən isə heç nə olmayıb deyirsən. Səni ikinci institutun MADİ-dən də qo­vub­lar, - möhkəm səslə dedi.

- Necə qovublar? Mən dünən imtahan verdim. Biri gün də imtaha-nım var, - dedim.

 - Sən peşə məktəbində təcrübəyə getmədiyinə görə.

- İnstitutun peşə məktəbinə nə aidiyyatı var axı? – sual verdim.

- Sən təcrübəyə getmədiyinə görə, 201 nömrəli SQPTU məktəbin-dən qovulmusan. Səni SQPTU-dan qovan kimi, Moskvada qeydiy-yatdan çıxarıblar, qeydiyyatdan çıxdığına görə də institutdan xaric olunursan. Sən MADİ-də axşam oxuyursan, ona görə də qeydiyyat-sız oxuya bilməzsən. Dünən MADİ-yə SQPTU-dan məktub yazıb-lar və dekan da axşam mənə zəng vurdu. Dur hazırlaş gedək, gö-rüm neyniyəcəyik?

 Mən saata baxdım.

- Hələ saat beş yoxdu. Səhər açılmayıb. Bir çay içək, - dedim.

- Tez ol geyin, piyada gedəcəyik, biz çatana kimi səhər açılar, - da­yım hazırlaşmağımı istədi.

 Biz piyada gedə-gedə dayım məni danlayır, mən isə sakitcə başımı aşağı salıb hələ məni həyatın hansı surprizləri gözlədiyindən xəbər-siz gedirdim.

Biz SQPTU-ya çatdıq. Dayım müdirin otağına getdi. İki saat söhbət etdi. Müavin də, usta da gəldi. Sonra məni çağırıb danladılar və son xəbərdarlıq edib MADİ-na  yeni məktub yazıb poçtla göndərdilər.

Biz MADİ-na getdik. Dayım dekanla görüşdü. Sonra direktorla uzun çəkən söhbət etdi. Artıq hava qaralmışdı. İnstitutdan çıxanda mənə dedi:

- Sabah saat onda MADİ-nin qarşısında olarsan.

 Səhər tezdən gəlib gözləyirdim. Bir də baxıb dayımın SSRİ Elmlər

Aka­demi­­ya­sının yaşlı bir akademiki ilə gəldiyini gördüm. Onlar rek­­­to­run qəbuluna keçdilər. Yarım saatdan sonra çıxdılar. Akade-miki yo­la salan kimi, bir taksiyə minib aeroporta gəldik. Yol boyu mənə cid­di tapşırıqlarını verdi:

- Peşə məktəbində hər gün təcrübədə olacaqsan. İki, ya üç aydan son­ra əsgərliyə gedəcəksən. Əsgərlikdən gələndə peşə məktəbi səni işlə təmin edəcək və Moskva qeydiyyatı veriləcəkdir, amma bir şərtlə ki, gərək SQPT-da imtahan verib diplom alasan. Sonra fərq imtahanlarını verib ikinci kursdan oxuyacaqsan. Əsgərlikdən sonra da rus dilini lap yaxşı öyrənəcəksən.

 Biz aeroporta çatdıq. Dayımı Bakıya yola salıb Lena ilə şəhərdə gö­rüşdüm. Lena fikirli olduğumu görüb soruşdu:

- Nə olub? İmtahandan kəsilmisən? Kefin niyə yoxdu?

- Yox, bu dəfə də institutdan qovuldum, - dedim və başıma gələn­lə­ri danışdım. Lena özünü günahlandıraraq dedi:

- Bütün günahlar məndədi. Sən gərək hər gün təcrübəyə gedəsən.

 Səhəri gün təcrübəyə getdim. Orada 120 metr hündürlükdə krana qalx­dım. Əlcək götürməmişdim, möhkəm də qar yağmışdı. Bir güc­­­­­lə yuxarı qalxa bildim. Əllərim donmuşdu. Kabinya daxil ol­duq­­­da cavan bir qızın yay geyimində olduğunu gördüm. Pəncərə də açıq idi. Qız bizim məktəbi iki il öncə bitirib burada çalışırdı. Mə­nim təcrübəyə gəldiyimi bilib dedi:

- Usta hər gün səni soruşur. Bəs hardaydın?

- Sən burada necə oturmusan? Üşümürsənmi şaxtada? – deyə təəc-­

cü­bümü gizlədə bilməyib soruşdum.

- İndi sən də soyunacaqsan, - qız gülərək dedi.

 Bir az oturmuşdum ki, məndən bir tər axmağa başladı. Qızın dedi­yi kimi oldu. Soyunmağa məcbur oldum. Üst paltarımı asmağa yer axtarırdım ki, qız əlimdən alıb yerə atıb dedi:

- Hər yer gül kimidir, bir qram da toz ola bilməz. Ayaqqabının al­tı­-

na bax, bu qarda toz da yoxdu.

 Sonra o, kranın istifadə qaydalarını başa saldı. Dörd sürətötürücü olduğunu və hər birinin hərəkət qaydasını bildirdi və dedi:

- On səkkiz mərtəbəli hərbi akademiya tikmişik. Artıq bina hazır­dır. Gündə bir-iki dəfə iş olur. Bütün gün yatıram burada. Yaxşı ki, gəl­din. Dərdləşməyə adam axtarırdım, - deyib ah çəkdi. Sözünə az ara ve­rib davam etdi, - burada qayda belədir ki, yeni gələn təc­rü­bə­çi qo­naqlıq verir. İşdən sonra məni hara aparacaqsan? Hansı res­to­ra­na ge­dəcəyik? – soruşdu.

 Mənim isə Lena ilə görüşüm vardı. Dedim:

- Bu gün vaxtım yoxdu.

- Yaxşı, onda burada, kranın içində qeyd edərik, - deyib mənə gös­tə­riş verdi, - get, bir şeylər al, burada oturarıq. Onsuz da saat altıya qə­dər buradasan.

- Bu şaxtada bir də düşmərəm aşağı. Əllərimə bax, çat-çat olub. İstəyirsən get özün al, - deyib ona iyirmi beş rubl uzadıb, - özün nə istəyirsən get al, - dedim.

- Hamısına? – təəccüblə soruşdu.

- Hə, - dedim. O, çıxıb getdi. Yarım saat keçmişdi ki, aşağıdan bir yük maşınının siqnalını eşitdim. Fəhlələr işarə edirdilər ki, kranın asıl­­qanını yük olan tərəfə gətirim, onlar da yükü boşaltsınlar. Pən­cə­­rədən başımı çıxardıb:

- Mən təkəm burada, kranı idarə edə bilmirəm, - desəm də, onları ba­­­şa sala bilmədim. Onlar əsəbiləşərək əlləri ilə işarə edirdilər ki, kra­­­nın asılqanını yük maşınının üzərinə gətirim, amma mənim nə de­mək istədiyimi eşitmirdilər. Elə bilirdilər ki, kranda olan krançı qız­­dır. Sonda bezib kranın asılqanını yük maşını tərəf gətirdim. Ka­na­­tı aşağı buraxdım. Fəhlələr isə qarmağın dördünü də yükə keçirib əl­­ləri ilə işarə etdilər ki, yükü qaldırım. Mən də kanatı yığaraq asıl­qa­­nı işarə etdikləri tərəfə çəkməyə başladım. Yükü tam qaldırmadı­ğı­­ma görə, sağa tərəf çəkəndə yük maşının bortuna dəydi və av­to­mo­­bil iki təkər üzərinə qalxdı. Fəhlələr özlərini yük maşınından ye­rə atıb hərəsi bir tərəfə qaçdı. Təcrübəm olmadığına görə kranıın sü­­rətötürücüsünü çaşıb birbaşa dördüncüyə qoymuşam. Ona görə də yük yellənməyə başladı. Dörd qarmağın üçü çıxdı. Bir qarmaq­dan asılı qalan yük isə daha bərk yelləndi. Nəticədə kabina da ye­rin­­dən hərəkət etdi. Çox qorxdum. Kran sanki aşacaqdı. Mən özü­mü itirdiyimdən sürətötürücünü gah saga, gah sola tez-tez hərəkət et­­dirərək kranı saxlamaq istəyirdim. Bu vaxt fəhlələr aşa­ğı­dan elekt­­­­­­riki söndürdülər. Bir də onda özümə gəldim ki, kran artıq ni­zam­­­lanıb, asılqanda olan yük artıq hərəkət etmir və kabinada olan elekt­­rik qızdırıcısı da sönüb. İçəri bir anda soyumağa başladı. Pən­cə­rə­­dən gördüm ki, işçilərin hamısı mənə baxır. Briqadir qışqıraraq:

- Axmaq qız, içki içmisən? – dedi. Onlar hələ də başa düşmürdülər ki, kranda qız yox, mənəm. Bu bu vaxt qız gəldi. Briqadir onu gö­rüb əli ilə məni göstərərək qızdan:

- Sən haradan gəlirsən? Bəs krandakı kimdir? - soruşub onun əlində-

ki bağlamanı açdı. Orada pivə, çaxır, kolbasa, çörək olduğunu gö­rüb, onu inşaatın vaqonuna apardı. Gördüm ki, vəziyyət pisdir, içəri isə buz kimi olub. Mən də düşüb vaqona gəldim. Onlar çaxırla pi­və­ləri stolun üstünə qoyub sənədləşdirirdilər. Baş idarədən də nü­ma­yən­də gəldi. Dəyən zərərin üç min rubla qədər olduğunu hesab­la­dı­lar. Dedim ki, ziyanı ödəyəcəyəm. Onlar isə dedilər ki, sən get, bir də ayağın bura dəyməsin. SQPTU-ya gəlib direktorla ustaya hadi­sə­ni olduğu kimi danışdım və dedim:

- Bütün ziyanı ödəməyə hazıram.

 Direktor mənə:

- Əgər dediyin kimi olubsa, sən heç bir məsuliyyət daşımırsan, bü­-

tün ziyanı krançı qızla, briqadir ödəməlidir. Çünki onların səni kra­na tək buraxmaları  qadağandır. Hələ səni məcbur ediblər ki, kranı idarə edə­sən, - dedi və üzünü ustaya tutub tapşırdı, - sabah gedib ha­disə ye­rini araşdır və hadisənin necə baş verdiyini dəqiqləşdir. Son­ra bi­zim zaldakı kranda Qasımovu öyrət, imtahanlara az qalıb, mən qar­da­şına  söz  vermişəm.

 Dayım Samir Tağızadə həmişə məni direktora qardaşı kimi təqdim et­­mişdi. Səhəri gün usta mənə dedi ki, orada baş vermiş hadisəyə gö­rə sən heç bir məsuliyyət daşımırsan, günahkar onlardı. Sonra mə­­ni zala gətirdi. Orada olan balaca kranın içinə girdim. Güclə yer­lə­­şirdim. Hər gün saat altıya kimi məşq etdirirdi. Kranı idarə etmək çox asan idi. Bircə günə öyrəndim, amma usta hər gün saat altı ta­mam olmamış məni buraxmırdı. Üçüncü gün ona qiymətli konyak al­dım ki, məni tez buraxsın. O, mənə dedi:

- Qardaşının bizə et­­diyi hörmətin yanında bu konyak heç nədi. Nə qə­­­dər hədiyyə al­­san da, onu bil ki, o qədər də səni çox öyrə­də­cə­yəm.

 Bir ay da keçdi. İmtahanı verib diplom aldım. Məni mühasibin ya­nı­na göndərdilər. O, mənə dedi:

- Sən burada necə oxuyursan ki, hər ay sənə çatacaq otuz iki rubl təqaüdünün  cəmi bir ayını almısan, digər aylar  yığılıb qalıb.

 O, hesablayıb mənim pulumu da verdi. Diplomumu da yazdılar. Ar­tıq azadlığa çıxmışdım. Lena ilə görüşməyə vaxtım olacaqdı. Lena da imtahanlarını verib ikinci kursu bitirmişdi.

 Həftədə bir dəfə akademik Saxraddin Abasoviçgilə getməli idim. Onun da evi şəhərin mərkəzində yerləşirdi. Sonuncu dəfə gedəndə mənə dedi ki, dayın təcili ona zəng vurmağını istəyib. Mən də dayı­-

ma zəng etdim. O, dedi:

- Təcili rayona get. Peşə məktəbin ilə danışdım. Təbrik edirəm, dip­lom almısan. Amma bir aydan sonra əsgər gedəcəksən. Ona görə də rayona getməlisən. Anan səni gözləyir. Bir aydan sonra qayıdarsan.

 Dayımla danışdıqdan sonra  Lena ilə görüşdüm. O, dedi:

- Mən də valideynlərimə sənin kimi yalan danışmağa məcbur ol-­

dum. Onlar Leninqrada getdilər, mən də yalandan dedim ki, bir im­ta­hanım qalıb, onu verib gələcəyəm. Səni gözləyirdim. Gedək Le­ninq­­­ra­da.

 Mən razılaşdım. Axşama dəmir yolu vağzalında görüş yerini təyin et­dik. Evə gəlib paltarlarımı götürdüm. Fikirləşdim ki, Leninqrad­dan da Gəncəyə gedərəm. Axşam dəmir yoluna gəldim. Lena ilə gö­rüşüb bilet almaq üçün kassaya yaxınlaşdıq. Kassir dedi:

- Bilet yoxdu, son bir həftəyə bütün biletlər satılıb. Xaricdən çoxlu turistlər gəlib, Leninqrada gedəcəklər.

 Biz aeroporta getdik. Orada da bilet olmadı. Bu vaxt elan eşitdik ki, Tallinə gedən təyyarəyə qeydiyyat başlayır. İkimiz də bir-biri­mi­zin üzünə baxdıq. Tallində Tartuda gəzdiymiz yadımıza düşdü və ona başımla işarə etdim. O, gülümsədi. Baxışımızdan bir-birimi­zi başa düşdük deyə, kassaya yaxınlaşıb bilet soruşdum. Kassir bi­le­tin olduğunu dedi. İki bilet alıb Tallinə getdik. Oradan da Lenin­q­ra­da biletin üç gündən sonraya olacağını dedilər. Bilet alıb Tartuya gəldik. Lena anası ilə danışdı. Biletin olmadığını və üç gündən son­ra gələcəyini dedi. Sonra restorana getdik. Mən çox rahatlanmış­dım. Çünki üç gün heç kim bizi axtarmayacaqdı. Üç gün Lena ilə bir yerdə olacaqdım. Lena dedi:

- Yadındadı, bura birinci dəfə gəldiyimiz? Tanrı bizi yenə bura gə­tir­di.

- Əlbəttə, birinci gəlişimizdə həyəcan, qorxu, fikir içində idim, am­ma indi üç gün səninlə birlikdə olacağam. İnanıram ki, biz üçüncü də­fə də gələcəyik bu şəhərə. Onda artıq mənim həyat yoldaşım ola­caq­san, - dedim.

O günləri arzulayaraq bir şampan sifariş etdim. Yemək yedikdən son­­ra res­torandan çıxıb otelə gəldik. Yolda bir maqazinə girdim. Le­­naya dedim ki, bu gece sərxoş olmaq istəyirəm. O, etiraz etmədi.  Bir şampan almaq istədim, amma yox idi. Azərbaycanın “Göy-göl” kon­yakını görüb onu aldım. Oteldə Lena konyakdan bircə badə iç-­

di. Qalanını özüm içdim. Az keçməmiş sərxoş oldum.

 Səhər açıldı. Yuxudan oyananda gördüm ki, Lena ilə bir yatmışam. Tez durub əynimi geyindim. Lena da oyandı. Axşamkı hadisəni xa­tır­layıb utandım. Dedim:

- Lena məni bağışla. Mən artıq özüm özümə güvənimi itirdim. Sö­züm­də durmadım.

 Lena cavabında:

- Mən peşiman deyiləm. Sevdiyim oğlanla yatmışam. Öz istəyimlə olub hər şey - dedi.

 Əl-üzümü yuyanda güzgüdə özümə baxdım. Niyə səhv etdiyimi dü­şündüm. On dəqiqə idi ki, hamamda idim. Qapı açıldı. Lena mənə dedi:

- Sən peşimansan? Məni sevmirsənmi? Biz evlənməyəcəyikmi?

- Mən səni sevirəm. Biz evlənəcəyik, amma sənin valideynlərinə söz ver­mişdim ki, səninlə aramızda toy gününə qədər heç nə olma­ya­­caq. İndi onların üzünə necə baxacam?

- Elə bunun dərdini çəkirsən? Bizim ikimizin də on səkkiz yaşı ta­mam­dır. Pasportumuz da üstümüzdədi. Gedək VVAQ şöbəsinə. Ata­mın da üzünə bax, əmimin də, - deyəndə güldüm. Onu qu­caq­la­yıb:

- Düz deyirsən, elə indi gedərik, səhər yeməyini yemədən mən ha­zır, - dedim. Lena gülüb:

- Zarafat edirəm, sən əsgərlikdən gələndən sonra valideynlərimizin də xeyir-duasını alıb onların iştirakı ilə birlikdə evlənərik, - dedi.

 Səhər yeməyindən sonra Tartuya gəlib tarixi yerlərə baxdıq. Şəhəri gəzməyə başladıq.

 Vaxt çox tez gəlib keçdi. Biz Leninqrada gəldik. Mən Lenanın va­li­deynlərindən qaçırdım. Üzbəüz gəlmək istəmirdim. Onların üzünə ba­xa bilməzdim. Lena da bunu başa düşürdü.

Beş gündən sonra Tovuza gəldim. On günə qayıtmaq istəyirdim.

Am­­ma rayonda atam da, anam da məni danladılar. Atam dedi:

- Moskvada sən nə tapmısan ki, evini, obanı unutmusan? Sən gələn ayın beşində əsgər gedəcəksən. Ayın üçündə səni yola salacağam.

 Sonra da dayım zəng vurdu ki, Moskvaya buraxmayın, iyirmibeş gün­dən sonra əsgərlik vaxtıdı, onda getsin.

 Beləcə, iyirmi beş gün rayonda  qaldım. Sonra Moskvaya  getdim.

Atam məni yola salanda dedi:

- Moskvaya çatanda  Saxrəddinə zəng vur, səni Bakıya saldıracaq.

 Moskvaya düşəndə Saxrəddinə zəng etdim. O, axşamüstü saat yed­di­də “Meçta” restoranında olmağımı tapşırdı. Vaxtdan bir az da tez gəl­dim. Bir azdan akademik Saxrəddin Abbasoviç mən qeydiy­yat­da ol­duğum rayonun hərbi komissaları ilə gəldilər. Oturub çörək ye­dik. Komissar dedi:

- İstəyirsən Azərbaycanda əsgər olasan? Moskva qeydiyyatıyla ora düş­mək çox asandı. Onda sabah on tamamda yanımda olarsan.

 Səhəri gün tezdən komissarın yanına gəldim. O, mənim şəxsi işimə baxıb dedi:

- Qrupun 20a-dır. Əla qrupdur. Sən yeddidə stadionda olarsan. Yed­­­di əsgər gedəcəksiniz.

 Təəccüblə soruşdum:

- Bəs məni ayın beşinə çağırış ediblər axı?

 Komissar dedi:

- Ayın on doqquzuna kimi çağırış vaxtıdır, hansına düşsən qəbul edə­­cəklər, amma ayın yeddisində sən Bakıya düşəcəksən.

  Ayın dördü idi. Üç günüm var idi. Lena ilə vaxtımı keçirmək istə­dim. Onunla görüşdüm. Vəziyyəti dedim. Üç günümüzün qaldığını, am­ma heç ondan ayrılmaq istəmədiyimi söylədim.

 Üç gün keçdi. Lakin mən getmədim. Fikirləşdim ki, on doq­qu­zun­-

da gedərəm. Lenadan ayrılmaq istəmirdim. Hara salsalar fərq et­-

mir­di. Bircə Lenadan ayrılmaq istəmirdim. Dayım Moskvaya gəldi. Mənə dedi:

- Sən hələ əsgərliyə getməmisən?

- Ayın on doqquzunda son çağırışda gedəcəm, - dedim.

- Onda biz səni yola salacağıq, - dayım dedi.

 Mən yenə də vaxtımın çoxunu Lena ilə keçirdim. Ayın on səkkizi ge­­cə Lena ilə görüşdüm. O, sabah tezdən Kassirski şossedən sta­dion dayanacağına yaxın yerləşən stadionun içərisindən məni əs­gər­liyə yola salacaqdı.

 Səhəri gün mən tezdən stadiona gəldim. Əsgərliyə gedəndə məni da­yım, professor Samir Tağızadə, bir də dayımın yoldaşı professor Ley­la Tağızadə yola saldı. Moskvada Domedovski şossedə yola ya­xın stadion var idi. Çağırışçıları o stadionda yığıb, oradan hərbi his­sə­yə aparırdılar. Yola salmağa Lena da gəlmişdi. Da­yımın yanında Le­nayla görüşmədim. Dayımdan utandığıma görə, Le­na da kənar­dan mənə baxırdı. Mən isə dayım ilə sağollaşaraq onu tez yola sal­maq istəyirdim. Çünki Lena ilə görüşmək istəyirdim. Fikrimi da­yım başa düşməmişdi. Çünki o, Lenanı tanımırdı. Ona görə də get­mir­di.

- İstəyirsiz gedin, əziyyət çəkməyin, - dedim.

- Səni maşına min­­dirməyənədək getməyəcəm, - dayım dedi.

 Dayımla söhbət etsəm də, gö­züm Lenada idi. Bir azdan bizi hərbi ma­­şına mindirib əsgər apardılar. Lenanın üzünə baxa-baxa onunla gö­­rüşə bilmədim. Dayımdan utan­dığıma görə...

 Lenanın ev ünvanını bilmirdim. Evlərini tanısam da, bi­nanın nöm­rə­­si­­ni, mənzili bilmirdim. Necə məktub yazacaqdım? Am­ma ev te­le­fo­nu­­nu əzbər bilirdim. Düşündüm ki, zəng vuraraq Le­nanı başa sa­la­cam. Ona izah edəcəm ki, mən dayımın yanında sənə yaxınlaşa bil­mə­­­dim. Dayımdan utandım. Mən səni çox istəyirəm. O, məni ba­şa dü­­­şər. Axşam bir hərbi hissəyə gətirdilər. Səhəri günü dəmiryolu vağ­­­­zalına apardılar. Qatara minərək Qorkiyə gəldik. Qorki şəhə­rin­­­də vağ­zaldan qaçaraq küçə telefonu ilə Lenaya zəng vurdum. Le­­­na­nın dərsdə olduğunu dedilər. Onda Moskvada dayım­la danış­dım. Sonra Bakıya da zəng etdim. Tovuzla da danış­dım. Son­ra Le­nagilə bir də zəng vurub Lenanın anası Anastasiyaya dedim:

- Le­naya deyərsən ki, məni bağışlasın. Mən özüm ona hər şeyi başa sa­­­lacam. Lena ilə dayımın yanında görüşmədiyim üçün mə­ni bağış­la­sın.

 Lena bu xəbəri eşidəndə elə başa düşür ki, ondan ayrılmaq üçün de­­mişəm. Həm də görüşmədiyim üçün Lena ondan ayrıldığı­mı başa düşür.

 Bizi Qorkidə bir gün qalandan sonra hərbi təyyarə limanına gətir­di­­lər. Dedilər ki, siz Almaniyaya gedirsiz, hərbi qulluğu orada ba­şa vuracaqsız. Mən həm əsəbiləşdim, həm də kədərləndim ki, Le­na­ya zəng vurub görüşə bilməyəcəyəm. Təyyarəyə minərək Almani­ya­ya gəldik.

Bizi sıraya düzdülər. Ali məktəb bitirənlərdən və institutda oxuyan­lar­­dan otuz nəfərini ayırdılar. Sonra onların içərisindən on beş nəfər seç­­di­lər. Seçilənlərin içərisində mən də vardım. Generala məruzə et­­di­lər. O, seçilənlərə bir-bir baxıb suallar ünvanlayırdı. Mənə ça­­tan­da soruşdu:

- Hansı institutda oxuyursan?

Mən də rusca de­dim:

- Moskovskiy Avtodorojnıy İnstitut.

General:
- Bir addım irəli!

Mən irəli çıxdım. Köməkçisi mənim ad-familyamı yazdı. Qəribə idi, o, mənim yanımdakılara bir neçə sual vermişdi, amma mənə bir­cə sual verdi. Adları yazılanları sıradan ayırdılar. Rabitə sahəsi ən məx­­­fi hərbi sahə sayılırdı. 

Beləcə, rabitəçi ol­dum. Amma əvvəlcə altı ay oxuma­lı i­dim. Dərsə başladığımız ilk gün çavuşdan soruş­dum:

- Burada azərbaycanlı varmı? 

Çavuş:
- Neynirsən azərbaycanlıları? 

- Yerlilərimi soruşuram, burda nə var ki? 

Cavuş heyrətlə:

- Sən azərbaycanlısan? Bəs bura necə düşmüsən? - deyib məni rota komandirinin müavininin yanına gətirdi. O, da məni gətirdi rota komandirinin yanına ki, bu əsgər azərbaycanlıdır. Rota komandiri

 tez mənim hərbi biletimə baxıb soruşdu:

- Qasımov, sən necə düşmüsən bura, səni kim yazıb?

- Bilmirəm, seçildik, məni də seçilən yoldaşlarımla bura gətir­dilər. 

Komandir gizirə tərəf dönüb dedi:

- Götür əsgəri də, çöldə gözləyin. 

Komandirin qapısı açıq idi. O, deyəsən generalla danışırdı. Birdən komandir çıxdı, gizirə  səsləndi:

- Bu əsgəri generalın qəbuluna apar, özü də qaça-qaça gedin.

Gizir üstümə çımxırdı:

- Tez ol, gəl!

 Dayanıb əyin-başımı qaydaya salıb soruşdum:

- Nə olub axı? 

Gizir:

- Gəl, danışma. Aləmi qatmısan bir-birinə. Neçə ildir burada işləyi­rəm, hələ generalın qəbulunda olmamışam. Sən gələn kimi çağırdı.

İn­­di səni yerlilərinin yanına, piyada hissəsinə göndərəcək.

Bu baş verənlərdən heç nə başa düşmürdüm. Amma bu qaçhaqaç mə­­­­ni bir balaca qorxuya salmışdı. Gözləmə otağında çox qalma­dım. Çağırdılar kı, “əsgər Qasımov gəlsin”. Otağa girəndə za­bit­lə­ri­mi­­­zi ayaqüstə gördüm. Bizim komandir də daxil olmaqla bir ne­­­çəsini tanıyırdım. Girən kimi istədim məruzə edəm, general sö­zü­­­mü kəsərək:

- Axırıncı dəfə deyirəm, bu əsgəri kim yazıb bura? Kim satıb və­təni? Cavab verin!

Heç kimdən səs çıxmadı. General bu dəfə mənim üstümə səsini qal­dırdı:

- Əsgər Qasımov, kim yazıb səni bu məxfi rotaya? Sən bura neçə düşmüsən?! 
Mən duruxa-duruxa səsləndim:

- Yoldaş general, siz. 

General: 
- Başa düşmədim!

- Siz yazdınız, yoldaş general - deyə  təkrar elədim. 

O, köməkçisinə:

 - Mən? Bəlkə sən?

Köməkçisi kəkələyə-kəkələyə:

 - Sualınıza cavab verdi, siz də dediniz bir addım qabağa! Mən də bura götürdüm.

Köməkçinin qırmızı dəftəri vardı, mənim adımı da dəftərdə qeyd elə­diyi yeri əlində hazır tutmuşdu. 

General:
- Hansı? O arxa sırada olan?

Köməkçi: 
- Bəli, yoldaş general. 

General: 
- Demək mən yazmışam?! Olsun. Burada oxuyacaq. Əla rabitəçi ola­caq. O, ilk qafqazlı olaraq bura düşə bilib, mən də onu bura­dan SSRİ-nin ən məxfi yerinə göndərəcəm. 

O, ikinci rotanın komandirinə xüsusi tapşırıq verdi:

- Qasımov ən yaxşı radioteleqrafçı olacaq! Dağılışın!

Rota komandiri məni bir otağa gətirdi, orada yığılan çavuşlarla ta­nış eləyib lazımi tapşırıqlarını verdi. Onlara generalın əmrini çat­dır­dı. Sonra çavuşlar mənə dedilər ki, biz işlədiyimiz müddətdə bu məxfi rotada azərbaycanlı olmayıb. Bu əsgər əla rabitəçi olma­lıdır, “azbuka mozq” öyrədirdilər. 

Bir ay keçmişdi. Yazıqlar məni öyrətmək üçün dəridən-qabıqdan çı­­­xırdılar. Mənsə bir şey öyrənə bilmirdim. Hələ də ancaq “azbuka mozq” öyrədirdilər. Çavuşlar məni bütün növbədən azad eləmiş­di­lər. Rota komandiri bir gün məni onlardan soruşdu:

- Qasımov necədir, öyrənə bilirmi?

Çavuşlar:
- Biz ona hələ rus dilini öyrədirik - dedilər. 

Hələ də düşündükcə öz-özümə məhəttəl qalıram. Mən o vaxt rus di­li­ni elə öyrəndim ki, inanırsınız, indi də unutmamışam. Hələ indi də “az­buka mozq”dan radioqramma qəbul edib göndərə bilərəm. 
Xü­­lasə, vaxt gəldi. İmtahan verib qazandım. General məni şəxsən qə­bul edib dedi:

- Səni ən məxfi yerlərə göndərəcəyəm zabit ştatına. O hərbçidən bi­ri sən olacaqsan. Çünki bura düşən ilk qafqazlı sən olmusan. Sə­nə güvənirəm! - sonra da əlini kürəyimə çəkdi.

Generalla ilk görüşüm yadıma düşdü. Ona qarşı olan nifrətim öz yerini hörmətə, sayğıya verdi.

Verderdə müdavim kimi tədris kursunu başa vurduqdan sonra Vey­ma­­rın Nora qəsəbəsində səkkiz qərargahdan ibarət, sahə poçtası 61877 olan hərbi hissənin rabitə batalyonuna gəldim. Məni məxfi sə­­­­nəd­­lər­lə tanış etdikdən sonra radiostansiyanın rəisi vəzifəsinə tə­yin elədilər. 

İşlədikcə anlayırdım ki, dünyanın ən böyük ölkəsi olan Sovet hö­ku­­məti mənə nə qədər vacib sahə etibar edib. İçimdə məsuliyyətlə bə­­rabər qəribə bir qorxu da vardı. Kapitalist ölkələrindən radioq­ram­lar gəlirdi, onlar çox məxfi idi. Onların qəbulu elə də asan iş de­yil­di. Adam inanmırdı ki, belə bir işin öhdəsindən gələ bilər.

Ciddi bir rejimdə xidmət edirdim. Yazdığımız məktubları zərfə qo­yub ağzı açıq verirdik. Bizə gələn məktublar da eyni şəkildə gəlirdi. O vaxtlar təzə çıxmış fotoaparatlar vardı  - Kodak. Çəkən kimi özü də çı­xa­­rırdı. Mən o şəklimin birini cibimə qoymuşdum. Uzun müd­dət ci­bim­də qaldığından şəklin üz səthi ikiyə aralanmışdı. Ağlıma gəldi ki, bu “sloyların” arasına pul qoymaq olar. Düz deyirlər ki, bizim ağ­lımıza gələn heç almanların da ağlına gəlməz. O şəkli evə gön­dər­dim və yazdım ki, bura şax pul qoyub göndərsinlər. Elə də oldu. Ne­çə dəfələrlə evdən bu qaydada pul gəldi. Mən də onu dəyişib xərc­ləməyə başladım. 

Bir gün batalyonun qərargahına çağırdılar. Gəldim ki, bir mayor əy­­lə­şib. İçəri girən kimi yanında dayanmış rota komandirimiz de­di: 
- Budur Qasımov. 

Mayor ağzında familiyamı təkrarladı:

- Qasımov, Qasımov… sonra, - mənim Qasımovla bir az söhbətim ola­caq, - dedi. Rota komandirimiz çıxdı. Mayorun ilk sualı belə oldu: 
- Sən bura necə düşmüsən? 

Bilmirdim söhbət nədən gedir. Bu söz məni cox əsəbiləşdirdi. Mən elə bildim yenə bu məsələylə bağlı sorğu-sual eləməyə gəliblər. Qaşlarımı çatıb:

- Bilmirəm, hamı necə, mən də elə, - dedim. 

Mayor soruşdu: 

- Yaxşı, mətləbə keçək. Sən neçə marka alırsan? 

- 70 marka. 

Mayor: 
- Hə, çünki sən zabit ştatında oturmusan. Bəs nə qədər xərcləyirsən ayda? 
- Elə 70 marka. 

Mayor: 
- Yalan deyirsən. 

Baxdım ki, mundirindəki prokuror gerbidi. Səhərəcən bir stəkan su da içmədi, mənimlə mübahisə etdi. Qarışıq suallar verdi. Hər dəfə də istəyinə nail olmayınca yeni bir siqar yandırırdı. Səhərə yaxın qov­luğunu da götürüb çıxdı. Mənə isə bir stəkan kompot, bir dilim də ağ çörək gətirmişdilər. Qayıdıb mənə dedi ki, çörəyini ye, indi gə­ləcəm başlayarıq. Mən də kompotu içdim, çörəyi yeyə bilmədim. Boğazımdan keçmədi. Cibimdə altmış rus rublu, yüz əlli alman markası vardı. Üstümə baxış keçirilsə, onu da tapacaqlarından qor­xur­dum. Bir az keçməmiş əlində nəsə kağız-kuğuz gəldi və əy­ləş­mə­dən dedi: 

- Hə, indi nə deyəcəksən? Bunlar da sənin dükandan aldıqlarının si­ya­hısı. Sonuncu ay 320 marka, əvvəlki ay 270 marka. Sübut üçün bunlar kifayətdir. 

Sözümün üstündə durmaqdan başqa çıxış yolum yox idi. Boynuma

 al­madım: 
- Siz nə danışırsınız? Məndə bu qədər pul nə gəzirdi? 

Mayor sözümü kəsdi: 

- Bax, partizan, elə mənə də o lazımdır ki, səndə bu qədər pul har­dan­dır?! Buyur görək.

Yenə boynuma almadım. O, bir siyahı çı­xa­rıb mənim mağazaya getdiyim günlərin tarixini, aldığım əşya­ların ad­larını, qiymətlərini ortaya qoydu:

- Bu da sübut! İndi istəyirsən satıcı üzünə dursun ki, sən ordan al­ver eləməmisən, hə?! 

- Hə, eləmişəm, - deyib başımı aşağı saldım. Başqa yolum qalma­mış­dı, - bir ildən artıqdır pullarımı yığırdım ki, evə gedəndə hədiyyələr alım, amma dözə bilmədim, xərcləməyə başladım.

Partizan sözü xoşuma gəldi. O addan sonra onun gözünün içinə dik bax­dım. Əlacsız qalıb əlini cibinə apardı. Partiya biletini çıxarıb sto­lun üstünə qoyub dedi:

- Sən qazandın! And olsun bu partbiletimə, əgər başqa bir cinayətin yox­­dursa, (satqınlığı nəzərdə tuturdu) təkcə bu pul məsələsidirsə, səni bağışlayacam. Düzünü de görüm, bu pullar hardandır?

Ona inan­­dığım üçün dedim:

 - Bax and içdiniz. Hələ bir siqar verin.

Verdiyi siqarı yandırıb dərin qülab aldım. Başım fırlandı. Elə bil sərxoş oldum, danış­ma­ğa  başladım: 

- Pul mənə məktubda gəlir, şəklin arasında. 

Mayor: 

- Necə? Bəs rus pulunu necə markaya dəyişirdin? 

- Əsgərlərə verirdim dəyişdirib gətirirdilər. 

Mayor: 
- Əsgərlər bunu edə bilməzdilər, düzünü de. 

- Partbiletinizə and için ki, heç kimi incitməyəcəksiniz. 

Güldü, - sən bilirsən nəsən, - dedi və and içib dedi:

- Amma bu şərtlə, hərbi sirr, satqınlıq olmasın.

 Dedim:

- Elə işimiz yoxdur. Mən səhərlər idman edəndə, yəni qaçan vaxt sü­rü­cünün yanına çatanda rus pulunu onun yanında tullayıb qa­çı­şı­ma davam edirdim. O, da götürürdü. Sürücü zabitlərin uşaqlarını mək­­təbə aparırdı deyə, şəhərə sərbəst çıxa bilirdi. Ona pul dəyiş­dir­mək çətin olmurdu. 

O, sadəcə başını bulayıb:

- Bir şey də soruşacam, bu başqa məsələdir, mənimçün maraqlıdır, - bir qurtum su alıb sözünə davam etdi, - rusların özü yüz dəfə yox­la­nandan sonra bura düşə bilir. Sən necə olub bura düşmüsən? Bi­lir­sən ki, bura Veymarın Nora kəndindəki səkkiz ştabdan ibarət So­vet Ordusunun ən məxfi hərbi hissəsidir. Sən bura elə-belə təsadüfi düşə bilməzdin. 

- Çavuşlardan tutmuş generala qədər bu sualı mənə çox veriblər. Hələ də anlamıram, burda nə var ki? Mən də Sovet vətəndaşıyam, So­vet Ordusunun əsgəriyəm. Niyə elə bilirsiniz ki, mən buraya han­­sısa yollarla düşmüşəm. Burada qulluq etmək mənə çox lazım idi? İstəyirsiniz bu saat məni başqa hərbi hissəyə göndərin, Sizə min­­nətdar olaram. 

Mayor:
- Mən göndərə bilmərəm. Bilirəm, xidmət etdiyin hissə cox məxfi­dir. Arxa qapıdan maşınla girəndə sürücü belə, səndən icazəsiz içə­ri daxil ola bilməz. Nə də komandirin iş sahəsinə kimsə girə bilər. Əgər sənin sürücün belə, icazəsiz bircə dəfə maşınıyla içəri daxil olarsa, onu üç illik həbs cəzası gözləyir. Çox məxfi, ciddi yer olsa da, şərəfli yerdir, hər adam burda xidmət edə bilmir. Sən niyə istə­mirsən, bilmirəm. 

Dedim ki:

- İnciməyin, “bura necə düşmüsən” sualından bezmişəm. Hər sual ve­riləndə özüm də şübhələnməyə başlayıram. Mən axı öz xahişimlə bura düşməmişəm ki. 

Mayor sonda bildirdi:

- Səninlə söhbətimizin nəticələrindən çox şey asılı idi. Mənim ra­por­­­tumu gözləyirlər. Batalyon komandirinizə deyəcəyəm ki, Qası­mov xidmətini davam etdirə bilər. 

Sağollaşıb çıxdı. Bir neçə gündən sonra məni axtardığını eşitdim. Ürə­­yim qopdu ki, görəsən indi neyləmişəm. Görüşdük. Mənə bir mək­­tub uzatdı. Açıb baxdım ki, mənə gəlib. İlk dəfə idi ki, mək­­tubu özüm açırdım. İçində şəkil var idi. Şəklin bir küncünü ara­la­dım, iki qatın arasında beş ədəd “onluq” vardı. 

Yadınızdadı da, qırmızı onluq! Alman bankı 50 və 100 rubl əski­naz­larını qəbul etmirdi, ancaq 5-lik, 10-luq dəyişirdi. 

Mayor: 
- Bu sonuncu dəfə olsun, - deyib gülümsədi, ayağa durub dedi, - sən yaxşı əsgərsən, vətənə ləyaqətlə qulluq edirsən. Sənin SSRİ haq­da bildiyin məxfi məlumatları heç mən bilmirəm. 

O, mənim komandirimə dedi:

- Qasımov bizə bilmədiklərimizi də öyrətdi.

Komandirim:
- Qasımov əla rabitəçidir. Məsuliyyətlə və şərəflə xidmət edir.

Cəmi bir neçə gün əvvəl nifrət elədiyim mayor sözünün üstündə durmuşdu. Bu da ona qarşı rəğbət oyatmışdı məndə. Bizi səkkizinci ordu qərargahının hərbi texnikası yerləşən qarajları mühafizə rotası qoruyurdu. O rotada dörd azərbaycanlı vardı. Mən özümün əsgərlik albomumda onların ünvanını göstərirəm:

 1) Çavuş Həsənov Nizami (Xaçmaz şəhəri, ev 9, tel. 3-15-69),

2) Dadaşov Afşar, (Astara rayonu, Siyakeran kəndi, tel. 24-1-42), 

3) Heydərov Seyfəddin (Masallı rayonu, Türkoba kəndi),

4) Əliyev İdris (Salyan rayonu, Stansiya qəsəbəsi, ev 83.)

Bu dörd həmyerlimlə həftədə bir dəfə görüşürdüm. Məxfi rabitəçi olduğumdan nəzarətdə idim. Odur ki, görüşümüz çox çəkmirdi, cəmi beş dəqiqə söhbət edə bilirdik. (34 il görmədiyim əsgər yol­daş­larımı yenidən görsəydim çox sevinərdim. Bəlkə də on­lar­dan hansısa biri bu yazımı oxudu, ya da oxuyanlardan onları ta­nı­yanlar olsa, əlim onlara çatar…) 

  On səkkiz yaşında iyirmi iki nəfərlik bir radiostansiyaya rəhbərlik edən, on səkkiz yaşında rəis olan qafqazlı balasının həyatı… Bəs əl­li yaşında necə? Hardadır? Kimdir?

Əsgərliyə başlayır. Hərbi xidməti bitirəndə məni təyyarə Kros­no­da-­

ra gətirdi. Təyyarədən düşən kimi bilet aldım. Sonra Lenaya zəng vur­­dum. Onun səsini eşidərkən sevincimdən uçurdum. Onu çox sev­­diyimi bildirib, indi Moskvaya gəldiyimi söylədim. Təyyarə bir saat­­dan sonra uçacaqdır.

Lena:
- Bəs iki ildən sonra sənin yadına indimi düşmüşəm? Gəlsən də mən səninlə görüşməyəcəm, - deyərək telefonu yerinə qoydu. 

Təkrar nə qədər yığsam da, Lena telefonu açmadı. Atası mənə dedi:

- Lena səninlə bir daha danışmaq istəmir.

Mən Bakıyla, dayımla danışdım. Moskva biletini qaytarararaq Ba­kı­ya qatarla gəldim. Bakıdan da Lenaya zəng vurdum. Lena yenə te­le­fo­nu götürür və səsimi eşidəndə telefonu qapadır. Tovuzdan da Lenaya zəng vu­rdum. Lenanın qardaşı telefonu götürərək dedi:

- O, səninlə danış­maq istəmir. Bir də bizi narahat etmə.

Qohumlarımız gələrək hamı yeyib-içib şənlənirdi. Mən isə Lenanın qar­daşı­nın sözündən sonra çox kədərləndim. Bir şüşə arağı tək iç­dim. Da­yım Samir Tağızadə zəng vurub hərbi xidməti başa vur­du­ğu­ma gö­rə təbrik etdi. Bildirdi ki, bir aydan sonra gələrsən Mosk­vaya, fərq im­tanlarını verərsən. İkinci kursdan oxuyacaqsan. Atan bilmə­sin ha, institutdan qovulmağını demə!

Mən içkidən sərxoş olmuşdum. Atam soruşdu:

- Dayın nə yaxşı zəng vur­muşdu?

Dedim:

- Dayım mənim işimi danışıbdır. Fərq imtahanlarını ve­rərək ikinci kurs­dan oxuyacam.

Atam:

- Səni kursda saxlamayıblar?

- Yox, məni institutdan qovmuşdular. İndi dayım işimi danışıbdı.

- Səni MİU-dan qovublar deyirsən?

Sərxoş olduğumdan danışığımı bilmirdim. Atama düzünü dedim:

- 1984-cü ildə MİU-dan qovublar. Mən 1985-ci ildə MADİ-ya qə­bul olmuşam. Oradan da məni qovdular. İndi fərq imtahanları verib ikin­ci kursa qəbul olacağam.

Atam heç nə demədi. Sakitcə üzümə baxırdı. Amma onun gözlərini gö­rəndə bir andaca ayıldım. O, sakitcə durub həyətə çıxdı.

 Səhər açıldı. Mən də araq içməyi bacarmırdım. Bir də gördüm ki, anam məni oyadır ki, dur, atan səni çağırır. Həyətə düşəndə gör­düm ki, Gəncə aeroportunun rəisi Ələddinin maşını həyətdədir.

 Atam:

- Təcili əynini geyin, gəl.

 Əynimi dəyişərək atama yaxınlaşdım. Mənə heç nə demədi. Ae­ro­por­tun rəisinin sürücüsünə dedi ki, təyyarəyə mindirib Moskvaya yo­­la salırsan, - üzünü mənə tutub, - sənədlərini institutdan alıb Ba­kı­ya gəlirsən. Çünki Bakıda oxuya­caq­­san, - deyib getdi. Sevinərək tez maşına minib hava limanına get­­dim. Lenanı gör­mə­yə gedəcək­dim. Amma fikirləşmirdim ki, Mosk­­­­vadan sənədlərimi alıb Bakıya gələcəm, Lenadan birdəfəlik uzaq­­­­laşacağam.

Təyyarə ilə Gəncədən Moskvaya getdim. Birbaşa MQU-­da Lenanın qrupuna getdim. O, sinifdə yox idi. Tələbə yol­daş­­­­­ları dedi ki, Lena bir il kursda qalıb. Həmin kursda onu ax­tar­dım. Nəhayət tənəffüsdə Le­nanı tapdım. Ona yaxınlaşdım. Bir an­lıq hər ikimiz yerimizdə do­nub qaldıq. Əllərim əsməyə başladı. Ürə­­yim elə döyünürdü ki, cə­sarət edib, onu qucaqlaya bilmədim. Sual vermək istədim, do­daq­la­rım bir-birinə yapışdı. Lena da mənim ki­­mi olmuşdu. Ürəyinin dö­yüntüsünü hiss edirdim. O, mənim sala­mı­mı almadı. Başını aşağı salaraq sinfə keçdi. Mən yerimdə do­na­raq qalmışdım. Dərs bitənə qədər Lenanı gözlədim. Lena dərsdən çıx­dı. Yaxınlaşaraq onunla bir­likdə addımlamağa başladım. Bir müd­­dət ona heç nə demədim. Biz xeyli addımlayaraq piyada Arbad pros­­pektinə gəldik. Ordan da Le­nagilin evinə piyada da getmək olar­­­dı. Mən Lenanın könlünü al­maq üçün bilmirdim nə deyim, har­dan başlayım? Danışa bilmirdim, susurdum. Sözə Lena başladı:

- Eşidirəm, sən nə üçün gəlmisən?

-  Lena, mən səni sevdiyim üçün gəlmişəm. 

- Sən sevsəydin, keçən dəfə mənə yaxınlaşardın. Səni əsgər yola sal­­mağa gələndə sən başını aşağı saldın. Heç elə bil məni tanıma­dın. Budurmu sənin sevgin?

- Dayımın yanında utandım. Bizim aramızda pərdə var. Bö­yük-ki­çik münasibətləri. Ona görə sənə yaxınlaşa bilmədim.

Lena gülümsəyərək:

- Mən sənə inanım, deyirsən? Bəs onda sən mənim anama zəng vu­ra­raq demisən ki, Lena məni bağışlasın. Anam səndən soruşanda de­misən ki, özü başa düşəcək. Bəs buna sözün nədir? Sən mənim ana­ma niyə elə demisən? Mənim özümə deyərdin. Məni bağışla! Biz ayrılırıq deyə bilməzdin? Bircə demə mənim anam yalan da­nı­şıb. O, mənə heç vaxt yalan danışmayıb. Bəs sən indi o sözdən son­ra nə üçün gəlmisən?

- Mən sənə ona görə demişdim ki, məni bağışla, mən əsgər ge­dər­kən səninlə görüşə bilməmişdim. Dayımın yanında dayımdan utan­­dığım üçün demişdim. Səni sevdiyim üçün məni bağışla demişdim.

- Sən məni bir dəfə aldatmısan, ikinci dəfə aldatmağa çalışma! Məni inandırma! Bəs sən mənə iki ildə bir dəfə də zəng vurmadın.

Məni soruşmadın ki, sağammı, ölmüşəmmi?

- Mən əsgərliyi Almaniyada keçirdim. Almaniyadan zəng vurmaq olmurdu.

- Mənə bir dənə də olsun məktub yazmamısan? Bəlkə, yazı yaza bilmirsən? Yenə mənə yalan danışaraq inandırmağa çalışma!

- Mən evinizi tanıyıram. Amma ünvanını, poçt ünvanını bilmirdim. Mənzil neçədir, bina neçədir. Mən sənə heç vaxt yalan deməmişəm. Mən səni sevirəm.

- Sən on gün bundan qabaq mənə zəng vurmuşdun ki, Moskvaya gə­lirəm. On gündü harda idin? Moskvada mənim kimi neçə qızı al­dat­mısan? On gün keçdikdən sonra məni görməyə gəlmisən. Məni sev­səydin, on gündən sonra yadına düşməzdim.

- Mən Almaniyada hərbi xidməti başa vurduqdan sonra təyyarəmiz Kros­nodara endi. Mən təyyarədən düşən kimi birbaşa Moskvaya bi­­let aldım. Birinci sənə zəng vurdum. Sənsə mənimlə danışmadın. Mən heç valideynlərimə də zəng vurmamışdım. Amma birinci sənə zəng vurdum. Sənsə mənimlə danışmadın. Mən də Bakıya gedəsi ol­dum. Bax, bu gün səhər tezdən Moskvaya gəlmişəm. Bu da bi­le­tim. Bir bax! Birbaşa da sənin yanına gəlmişəm. Mənim səndən baş­qa sevdiyim, görüşdüyüm qız yoxdu. Mən səni sevirəm. Mən sənə yalan danışmamışam.

- Mən fikirləşməliyəm. Sənə inanmaq istəyirəm də, istəmirəm də. Mə­­nə vaxt ver.

- Mən səni dördüncü kursda axtarırdım. Sən üçüncü kursda qalmı­san. Nəsə problem olubmu?

Lena mənim yaxamdan tutaraq ağlaya-ağlaya dedi:

- Var. Problemin böyüyü sən olmusan. Mən bir ili şokda olmuşam.

Sənsiz yaşaya bilmirdim. Özümü öldürmək istəyirdim. Bir il mən dər­sə də getmirdim. Kursda qaldım. Həyatda hər kəsdən, hamıdan küs­müşdüm. Mən həyata yeni qayıtdım. Səni yeni unutduğum bir vaxt­da sən yenə ortaya çıxaraq mənə deyirsən ki, problemin varmı? Am­ma özün məni problemin içinə soxmusan, - deyərək o mənimlə sa­­ğollaşmadan evlərinə getdi. Artıq onların binasına yaxınlasmış­dıq. Mən onların pəncərəsinin altında axşama qədər gözləməyə baş­­ladım. Lenanın başına gələnləri düşünürdüm. Məni çox istədi­yi­ni, bir-birimizi başa düşməməyimizi... Mən özümü günahlan­dı­rır­dım. Axşam üstü Lena həyətə düşdü. Onların evlərinin qabağında TASS yaxınlığındakı parkda gəzişirdik. Mən ona heç nə deyə bil­mir­dim. Yenə dilim-ağzım elə qurumuşdu ki...

Lena mənə dedi:

- Bir ildi stresdəyəm. Yenicə stersdən çıxmışam. Mən psixoloqun müalicəsindən sonra səni unutmuşam. Unutmaq istəmişəm. Səni bir daha itirsəm yaşaya bilməyəcəm. Məni çox istəyirsənsə, həqiqətən də düz deyirsənsə, mənə bir cavab verərsən. Amma bu gün yox, sabah görüşəndə deyərsən.

- Sabaha qədər gözləyə bilmərəm. Səni sevirəm. Sevdiyim qıza gö­rə iki dəfə institutdan qovuldum. Onun yolunda hər şeyə ha­zıram.

O, mənimlə bir saata yaxın parkda gəzdi. Sonra getdi evlərinə.

Mən Lenadan ayrılandan  sonra dayımgilə getdim. Dayıma dedim:

- Atam mənim institutdan qovulduğumu bilib.

Dayım əsəbiləşərək mənə:

- Niyə demisən? Nə üçün? Mən sənə demişdim, amma sən eşitmə­din. Məsələni də danışıb həll etmişdim. Fərq imtahanlarını verib, sən ikinci kursdan oxuyacaqdın.

- Sərxoş idim, bilmirəm, necə olub ki, danışmışam.

- Bəs indi niyə gəlmisən? Hələ bir aydan sonra fərq imtahanların baş­­layacaqdır.

- Atam göndəribdir ki, get sənədlərini geri al! Sən Bakıda oxuya­caq­san! Mən isə Moskvada oxumaq istəyirəm.

Dayım atama zəng vurdu. O vaxt Bakı ilə danışmaq asan idi. Bir saa­­­ta evlə danışmaq olurdu. Amma Azərbaycanın rayonlarına, To­vu­­za gecə saat on ikidən sonra danışmaq olurdu. Gecə saat biri keçmişdi ki, bizim sifariş qəbul olundu. Tovuza zəng getdi. Dayım atam­la danışmağa başladı:

- O, institutda oxuyur, sadəcə kəsiri olduğu üçün kursda qalıb. Cəlil qovulmayıb. Bir aydan sonra im­tahanları verərək ikinci kursda oxuyacaq.

Atam:

- Mənim oğlum MİU-ya qəbul olmuşdur, MAD İnstitutuna deyil.

Dayım:

- Bəs oğlunu MİU-dan MADİ-yə köçürüblər. Hər ikisi eyni institut­du, eyni fakültələrdi, - dedi.

Dayım nə qədər elədisə də, atam razılaşmadı. Bir saat telefonla da­nış­­dılar. Dayım atama nə dedisə, atam razılaşmadı. Bir saatdan ar­tıq telefonla danışdılar. Atam razılıq vermədi. Dedi:

- İnstitutdan qo­vulub. Bu orda nə işlə məşğul olur? Mənim niyə xəbərim yoxdu?

Dayım:

- Rus dilını bilmirdi, əsgərlikdə öyrənibdir. İndi rus dilini bilir.

Atam:

- Yox, olmaz! Bakıda oxuyacaq. Sənədlərini al ver, Bakı­ya yola sal. Səninlə Bakıda söhbət edəcəm, - deyib telefonu sön­dür­dü.

Səhəri günü yenə dayım atamla bir saatdan çox danışdılar. Xeyri ol­­madı. Atamı yola gətirə bilmədi. Sonda razılaşıb:

- Yaxşı, yaxşı, yola salaram - de­­diyini eşitdim. Sonra zəng vurdu, nəsə danışdılar. Sonradan bil­dim ki, dayım Moskvada hörmət-izzət sahibi olan, həm də qohu­mu­­muz akademik Saxrəddin Abbasoviçlə mə­sələni danışıb. O, da ata­ma zəng edib ki, o yaxşı, nüfuzlu ins­ti­tut­dur, qoy oxusun. Atam ona da razılıq verməyib. Moskva kitabım da belə bağlandı.

 

Mən səhəri günü Lenayla görüşdüm. Lena mənə qarşı bir az də­yiş­miş­di. Biz onunla Tverskoy küçəsindən Krasnı Ploşad tərəfə ge­dir­-

dik. Lena mənə:

- Sənə verdiyim sualın cavabını verməyə hələ tələsmə, fikirləş. Mən bir gün yox, bir ay da gözləyərəm, bir il də gözləyərəm, amma tələsmə, - dedi.

- Yox, mən səni bir dəqiqə də gözlətməyərək deyirəm ki, həyatım­da səndən başqa sevdiyim qadın olmayıb. Bir tək səni sevmişəm,

səni də həmişə sevəcəyəm, - həyəcanla söylədim.

- Mənim də həyatda ilk görüşdüyüm, sevdiyim sən olmusan! Sən­dən başqası olmayıbdır. Mən hələ bu barədə fikirləşməliyəm. Mə­nim üçün çətindir, çox çətindir. Səni ikinci dəfə itirsəm, mənim so­num deməkdir. Amma sənin? Bu gün kefin yoxdu, mənim bil­mə­di­yim nəsə varmı?

Rayonda olanları, atamın məni necə Moskvaya yola saldığını de­yən­də Lena:

- Sən də atanın sözüylə Moskvaya gəldin. Bəs dedinmi ki, mən Moskvada oxumaq istəyirəm, yoxsa tez gəldin işlərini almağa?

Mən deyə bilmədim ki, bizdə atamın sözü qanundur. Onun sözünə qarşı çıxa bilmərəm. Bircə onu deyə bildim:

- Moskva adını eşidəndə səni görəcəyim üçün sevinərək gəldim. Dayım burda oxumağımı dedi. Mən də burda oxuyacam. Amma Bakıda belə oxusam, sənsiz yaşaya bilmərəm. Səni də aparacam. Səninlə evlənəcəm, səndən ayrılmayacam.

Lena:

- Sən dayının yanında mənə yaxınlaşmadın. Mənə “sağ ol” da de­mə­dən əsgərə getdiyin halda, sən Bakıya məni necə aparacaqsan? Orada dayıların, qohumların lap çox­dur. Sən orda da mənə yaxın gəlməyə­cək­sən? Məndən utanacaqsan?

- Mən səndən utanmıram. Mən dayımdan utanıram. O, özü mənə de­yirdi ki, bir qızla tanış olub, dost olsan, sən rus dilini tez və yaxşı  öy­rə­nə­cəksən. Amma mən heç özüm bilmirəm necə oldu?

Lena:

- Mən sənə deyim, necə oldu? Bizi tanrımız özü ayırır. Görmürsən, ­bu qədər də təsadüfmü olar? Bizi bir-birimizdən ayırmaq üçün hər iki­mizə əzab çəkdirir ki, siz indidən ayrılmalısız. Mən sənə ina­nı­ram. Mən ikinci ayrılıqdan qorxuram ki, sən məni sevsən də həyat özü bizi yenə ayıracaqdır. Biz birlikdə xoşbəxt olmayacağıq. Tan­rı­mız belə məsləhət görur. Bunu mənə psixoloq deyir. Məni müalicə edən həkim deyir. Mən hələ də müalicədəyəm və səninlə aramızda olan söhbəti də ona deyirəm. O, mənə qulaq asdı. O, da sənin məni al­datmadığını bildirdi. Sənin sevdiyini bildirdi, amma dedi ki, hər iki­niz səbrli olun. Sizi həyat yenə də ayıra bilər və o, dedikləri düz çıxır. Bax, sən Bakıya gedəsi oldun.

- Sən mənim sevdiyimsən. Mən mübarizə aparacam, mən səndən ayrılmayacam.

- Birdən atan məni məsləhət görmədi. Dedi ki, razı deyiləm Lenay­la ev­lən­məyinə. Bəs atan mənimlə evlənməyinə razı olmasa, necə? On­da necə olacaq? Atanın sözünün də qanun olduğunu deyirsən.

- Atam məni hamıdan çox istəyir. O, razı olacaq mən sevdiyim, is­tə­di­yim qadınla xoşbəxt olum. O qadın da sənsən. Atam nəyə qarışsa da, mənim sevdiyimə qarışmaz.

Gəzə-gəzə Qızıl Meydana gəldik. Bir az dolanıb oradan da Lena­gi­lin evləri tərəfə yollandıq. Evlərinə çatanda Lena dedi:

- Biz hər ikimiz özümüzü gözləməliyik. Tanrımız bizi ayıra bilər. Gə­rək öz taleyimizlə razılaşaq. Səninlə görüşəcəm, söhbət edəcəm. Ar­tıq sənsizliyə öyrəşmişəm. Hazırda psixoloqda müalicədəyəm. O, məni elə müalicə edir ki, sənin həmişə mənim yanımda olmağını hiss edirəm. Hər gün dərsim bitəndə evə qaçıram. Elə bilirəm ki,  ev­­­də məni gözləyirsən. Hətta sən indi mənim yanımda olsan belə, mən yenə də evə tələsirəm. Elə bilirəm ki, sən evdəsən, məni evdə göz­­ləyirsən.

Söhbət edə-edə evlərinə yaxınlaşdıq. O, evlərinə getdi. Onun sözlə­ri mənə çox pis təsir etdi. Lenanı pis vəziyyətə saldığıma görə özü­­mü günahlandırırdım. Mən dayımgilə gəldim. Dayım makina­da ki­tab yazırdı. Onun yazdığı kitabı oxudum. Kitabın adı “Dözüm” idi. Əsgərlikdə olanda dayım daha üç kitab yazmışdı: “Əsirlik”, “Və­fa günü”, “Ağrı”. Mən kitablara baxaraq, onun yeni yazdığı ki­ta­­bını oxumağa başladım. Gecə saat on ikini keçmişdi ki, zəng gəl­di. Tovuzdan atam zəng vurmuşdu. Mənə dedi ki, sən işlərini ge­ri al­­dınmı?

Mən:

- Yox, - dedim.

Atam ciddi tapşırdı:

- Sən sabah geri qayıdacaqsan Bakıya. Oradan da Tovuza gəl­məli­sən. Oldumu?

Mən isə, - oldu, - deyib, başqa bir otağa keçdim. Lenaya zəng vu­rub dedim ki, mən sabah Bakıya getməliyəm, atam zəng vurub.

Lena bir az susdu və dedi:

- Sən atanı günahlandırma. Sənə demişdim ki, bu bizim taleyimiz­dir. Sabah mən dərsə getməyəcəm. Qardaşımgil xaricə gedibdir. Oğ­lu evdə mənim yanımdadır. Birlikdə görüşərik. Sənə bilet alarıq. Şə­kil çəkdirərik, səni biz yola salarıq. Razısanmı?

Mən isə bir müddət susdum. Sonra dedim:

- Necə razı olmaya bilərəm ki, mən elə indi gecə ilə gələrəm. Sə­hə­-

rə qədər səndən ayrılanadək bir yerdə olmaq üçün.

Lena:

- Bəs uşağı gətirsəm, uşaqla gəlsəm, narazı olmazsan ki?

- Təki sən gəl. Məni yola salarsan. Uşaqla da gələ bilərsən.

Bu vaxt Lenanın telefonundan səs gəldi:

- Lena, kimdi? Gecə kimdi zəng vuran?

Bu səs qardaşının səsiydi. Lena isə dedi ki, kimsə səhv salıbdır.

Sabahı gün tezdən biz görüşdük. Həyatımın ən xoşbəxt günlərindən biri idi. Həmin gün Lena qardaşı oğluyla gəlmişdi. Uşağın bir yaşı var idi. Əslində uşaq mənim uşağım imiş. Amma mən uşaq barədə heç nə bilmirdim. Biz bilet almağa getdik. Axşam 8-də Gən­cə reysi var idi. Təyyarə limanında bilet alandan sonra çoxlu şə­kil çəkdir­dik. Lena uşağı mənim qucağıma verərək, çoxlu şəkil çək­dirdi.

Son­r­a uşaq mənim qucağımdan düşmürdü.

Lena:

- Gör, sənin qucağında səni necə qucaqlayır? Elə bil səni də tanıyır. Uşaq səsini belə çıxartmırdı. 

Axşama kimi əyləndik və hava limanına gəldik. Onlardan ayrılanda uşaq mənim qucağımdan düşmək istəmirdi.

Lena:

- Sən bir buna bax! Səninlə getmək istəyir Bakıya.

Lena uşağı məndən alanda uşaq ağlamağa başladı. Mən Lenayla gö­­­rüşdüm. Sonra uşağın üzündən öpəndə onun göz yaşları mənim do­dağıma dəydi. Lenaya dedim:

- Bu uşaqdakı iy mənə elə doğma gəlir ki.. Nə səndən, nə də ki, uşaq­dan ayrılmaq istəyirəm. Amma gələcəm. Bakıda instituta qəbul olsam da, sənin yanında olacam. Mənə inan. Biz ayrılmayacağıq, -

 deyərək sağollaşdım.

Təyyarəyə minib Bakıya gəldim, oradan da Tovuza. Gördüm ki, atam mənə təzə attestat almaq üçün məktəbin direktorunu yanına çağırtdırıb. Qəzetdə elan verərək, təzə attestat verdilər. Mən Bakıya gəldim. Sənədlərimi Bakı Dövlət Universitetinin hüquq fakültəsinə verdim. Sənədlərimi götürmədi­lər. Çünki atası vəzifədə olanların uşaqları hüquqa sənəd verə bilməzdi. Dayım Moskvadan Bakıya gəl­di. Müəllimlər onu tanıyırdı. Dedilər ki, hüquqa mümkün deyil. Da­yım dedi ki, bəs onda Moskvaya aparsın. Atam yenə razılıq ver­mədi. Mən sənədlərimi Bakı Dövlət Universitetinin tarix fa­kül­tə­si­nə verdim. 1987-ci ildə tarix fakültəsinə qəbul oldum. Yay tə­tili bit­dikdən sonra rayondan Bakıya gəldim. Dərsdən üç gün tez gəl­ib Moskvaya getdim. Lenayla görüşdüm. Lenaya dedim ki, qar­da­ş­ının həmin oğlunu da gətir. Biz görüşdük.

Lena zarafatla:

- Sən mənim üçün yox, uşaq üçün darıxmısan, - deyib, bizim şəkli­-

mizi çəkdi.

İki gündən sonra Bakıya gəldim. Sentyabrın birində bizim dərsimiz

başladı. Mən ikinci kursu bitirdikdən sonra qiyabi şöbəyə keçdim. Telefonla danışanda Lenaya bildirdim:

- Üçüncü kursdan qiyabi şöbəyə keçib Moskvaya gələcəm. Səni Ba­­­kıya gətirəcəm.

İki ildə iki dəfə Moskvaya getmişdim. Təyyarənin bileti qırx iki ma­nat olsa da, tələbə bileti ilə iyirmi yeddi manata ala bilirdim.

 Mən qiyabi şöbəyə keçdim. Moskvaya gedirdim ki, Qarabağ mü­ha­ribəsi başladı. 90-cı il müharibənin ağır vaxtlari idi. Mən hava li­ma­nına gəldim. Moskvaya bilet aldım. Təyyarəyə minib Moskvaya ge­dirdim. Dedilər ki, cavanlar vətənin dar günündə xaricə qaçırlar. Er­mənilər Qazağa, Tovuza hücum ediblər, yüzdən çox qrad atıblar, çoxlu insanlar ölüb, yaralılar var, - deyəndə mənə pis təsir elədi. Həmin təyyarədən endim. Hava limanından poçta gəldim. Mosk­va­ya, Lenagilə zəng vurdum. Lenanın anası mənə dedi:

- Lena uşağı da götürüb səni qarşıla­ma­ğa Domodedovo limanına get­di. Bəs sən gəlmirsən? Təyyarə üç saatdan sonra enməlidir. Lena de­di ki, üç saat tez gedəcəm.

Mənə pis təsir etdi ki, yenə də Lenanı pis vəziyyətdə qoydum. Onun­la sağollaşaraq məlumat bürosundan soruşdum ki, Moskva rey­­si bugün varmı? Dedilər ki, ikinci reys axşam saat 20:00-da uça­caq­dır. Mən limandakı poçtdan Tovuza zəng vurdum ki, öyrənim er­mənilər Tovuza hücum ediblərmi? Anam dedi ki, qardaşın kö­nül­lü dəstəyə yazılıb. Çənlibeldə döyüşür. Ermənilər indinin özündə də Tovuza qrad, alazan raketləri atırlar. Eşidirsənmi, səsini? Düz bi­zim evimizin yaxınlığına düşür.

Qrad, alazan raketlərinin partla­yı­şının səsini öz qulağımla eşidir­dim. Anamdan soruşdum:

- Bəs siz nə üçün evdəsiniz?

Telefonu atam götürüb dedi:

- Biz harda olmalıyıq? Sənin kimi Bakıya, Moskvaya qaçaraq tor­pa­ğımızı ermənilərə verək? Biz padvaldayıq. Qonşular da bura yı­ğı­lıbdır, bura təhlükəsizdir.

Çıxılmaz vəziyyətdə idim. Bilmirdim Moskvaya gedim, ya Tovu­za? Bir elan eşitdim ki, Bakıdan Gəncəyə (Kirovabad) gedən təy­ya­rə yola düşür. Tez Gəncəyə bilet aldım. Təyyarənin getməyinə 30 də­­qiqə qalmışdı. Poçtdan Moskvaya, Lenagilə zəng vurdum. Le­na­nın anasına dedim:

- Lenaya deyərsən məni bağışlasın. Tovuzda müharibə gedir, mən müharibəyə gedirəm, müharibədən sağ qayıtsam, biz görüşüb evlə­nə­cəyik. Mən taleyimizlə bağlı Lenanın dediyi kimi düşünürəm. Tanrımız istəsə, biz bir yerdə olacağıq. Lenanın mənə dediyi sözlə razıla­şı­ram. Ona deyərsən ki, mən onu çox istəyirəm. Mən onu sevirəm.

Lenanın anası:

- Onsuz da mən səninlə təklikdə söhbət edəcəkdim. Sə­nə bu de­­dik­lərimi Lena bilməməlidir. Sən Moskvaya gəlsən də, Lenanı Azər­bay­cana aparmağa qoymayacağıq. Lena xəstədir. Uşaqlıqdan xəs­tə­li­yi var. Həkimlər bir neçə il ömrü olduğunu bildirir. Sən to­yun vax­­tını uzat. Onun ömrünün son günlərini bizdən ayırma. Le­na­nın xəstəliyindən özünün xəbəri yoxdu. Səndən xahiş edirəm.

- Lena xəstədir? Nə xəstəliyidir? Nəyi var? Həkimlər nə deyir?

- Bilmirəm, bir il də yaşaya bilər. Müalicəsi olmayan xəstəlikdir.

  Mən telefonda donaraq qaldım. Gözlərim yaşardı. Lenanın mənə de­­diyi sözlər yadıma düşdü ki, tanrı taleyimizi istəsəydi, bizi birləş­di­­rərdi. Amma o, bizi ayırdı ki, səninlə xoşbəxt olmayaca­ğıq. Bəlkə də, tanrımız bizi yenə də birləşdirəcəkdir. Təyyarə limanında mə­nim adımı çəkirdilər ki, təyyarəyə minim. Kirovabad təyyarəsi uç­maq üzrədir. Ayaqlarım elə bil tutulmuşdu. Mən təyyarəyə tərəf

get­­­dim.

  Təyyarə ilə Gəncəyə, oradan da avtobusla rayona gəldim. Təkcə bi­­­zim küçəyə bir gündə on bir qrad atmışdılar. Bir neçə qonşu­mu­zun evi dağılmışdı. Bizim qonşumuz Nəsimi vardı, on yeddi ya­şın­da. AzNK İnstitutuna yeni qəbul olmuşdu. Dərsi hələ baş­la­ma­mış­dı. Qrad düz yanına düşüb, o, da rəhmətə getmişdi. Tovuzda yer­lə­şən N say­lı hərbi hissədə vətəni qorumaq üçün müharibənin ən ağ­rı-acı­lı gün­lərini gördüm. Qubadlıda, Ağdamda ağır döyüşlərdə ol­dum. Düz on bir ay hərbi biletimə N saylı hərbi hissənin mö­hü­rü­nü vur­­dular ki, mən döyüşlərdə olmuşam. Xocalı soyqırımını göz­lə­rim­lə gör­düm. İnsanlığa sığmayan qəddarlığın, işgəncələrin şa­hi­di ol­­­dum. Bədnam qonşularımız Azərbaycanda hakimiy­yət­siz­li­yin, öz­­­­­­ba­şı­nalığın baş verdiyi bir vaxtda bundan istifadə edib Azərbay­can ərazilərinə basqın etdilər. Mülki camaata divan tutdular. O dövr­­də mənim əsəblərim korlanmışdı. Ağdamda bizim müdafiəçi­lə­­ri­miz­dən biri mənim yaxınlığımda gözümün qabağında ermənilə­rə atəş açırdı. Ermənilərin atdığı “Alazanı” göydə vurmağa çalışır­dı. Ala­zanın biri onun yaxınlığında partladı. Qəlpələrdən bir yekəsi bi­zim əs­gərin başını deşdi. Bir anda bir saniyədə insanın başı yox ol­du, am­ma o, ayaq üstə durub əlindəki avtomatla Ermənistan tə­rə­fə atəş açırdı. Boğazından isə qan fontan vururdu. Qəlpələrdən bi­ri də mənim ayağıma girdi. Qəlpə yarası aldım. O ağrını, acı­nı da hiss et­mirdim. Əsirlərimizə verilən işgəncələrdən danışanda ürəyim ağ­rı­yır. Təsvir edə bilmirəm ki, necə vəhşiliklərin şahidi olmuşam. Le­­­­na da yadımdan çıxmışdı. Bütün keçmişimi unu­t­­­muş­dum.

Məni Bakıya gətirdilər. Xəstəxanada müalicə olundum. Tə­ləbə yol­daş­larım yanıma gəlib dedilər ki, diplomum hazırdı. Universitetə gedib almağım qalıb. Dekanımız Səməd müəllim də xəstəxanaya yanıma gəlmişdi. Mən ondan soruşdum:

- Mən Universiteti bitirmişəm ki? İndi neçənci ildir?

Səməd müəl­lim:

- 1993-cü ildir, - deyəndə mən ayağa qalxdım. Hava limanina get­dim. Ordan da Moskvaya Lenagilin evlərinə getdim. TASS-nın yanında köhnə qədimi beş mərtəbəli taxtadan pilləkanları olan bi­na yox idi. Onun yerində 22 mərtəbəli bina tikilib içində insanlar ya­şa­yır­dı. Mən bir aya yaxın Moskvada qaldım. Lenadan heç bir xə­bər ala bilmədim. Hər yerdə onu axtardım. Tapa bilmədim. Yeni­dən mən Qarabağa müharibəyə getdim. Artıq bir çox torpaqlarımız is­ğal olunmuşdur. 1994-cü ildə atəşkəs elan ediləndən sonra mən ye­nə Mosk­vaya getdim. Bir uşaqlıq dostum, həm də qohumum var idi. Bir il Moskvada işlədim, amma daim Lenanı axta­r­sam da onu tapa bilmədim. Axtarmadığım yer qalmadı.

Otuz ildən sonra Moskvadan bir zəng gəldi:

- Adım Denisdi. Sabah on ikidə Bakıya gələcəm. Səninlə işim var.

 Səhəri gün mən onunla görüşdüm. O, mənə bir şəkil göstərib dedi:

- Tanıdın?

 Mən şəklə baxdım. Təəccüb məni götürdü. Lena ilə mənim şəklim i­di. Qucağımda bir uşaq da vardı. Mən çox həyəcanlandım. Şəkil əlimdə qaldı, əllərim əsməyə başladı:

- Lena hardadır?  Necədir? – soruşa bildim.

- Lena bu dünayda deyil, - deyəndə mən ondan on addım ayrıldım.

 Gözlərimdən yaş axırdı, Lenanı xatırlayırdım. On dəqiqə yerimdən tərpənmədim. Denis mənə yaxınlaşdı. Gözlərimin içinə baxıb bir dəsmal verdi ki, göz yaşlarımı silim. Titrək səslə:

- Denis, Moskvadan Bakıya bu xəbəri demək üçünmü gəlmisən? – deyə soruşdum.

- Dedim, görüm Lenanı həqiqətənmi sevmisən? Onun ölüm xəbə­ri­ni eşidəndə sənə necə təsir edəcək? – deyə, Denis məqsədini açıq­la­d­ı. Mən də göz yaşlarımı silib ona dedim:

- Bu şəkildəki uşaq sənsən, Lenanın qardaşı oğlusan.

Denis:

- Hə, mənəm, Lena mənə vəsiyyət eləmişdi ki, onu ikinci dəfə nə üçün aldatmağının səbəbini soruşum.

- Lena rəhmətə gedəndə sənin iki-üç yaşın olardı. Sənə necə vəsiy­yət edə bilərdi? – deyə, təəccüblə soruşdum.

 Denis:

- Hə, deməli, sən Lenanın ölməyini bilirdin?

- Sonuncu dəfə zəng vuranda nənən dedi ki, Lenanın ömrünə az qa­lıb, onu Azərbaycana aparmağa qoymayacağam. Çox xahiş etdim ki, bizi ayırmasın, - ara verib Lena ilə olan xatirələrimi danışmağa baş­­­ladım. Denis də maraqla qulaq asdı. Söhbətimizdən altı saat keç­­­­mişdi. Birdən Denis dedi:

- Bu gün Moskvaya qayıdacam. Təyyarənin yola düşməsinə iki saat  qalıb.

Mən onunla hava limanina gəldim ki, onu yola salım. Yol boyu  ba­şı­ma gələnləri, müha­ri­bə vaxtı olduğunu danışdım. Sonda ondan so­­ruşdum:

- Bəs məni necə tapdın? Mənsə sizi düz 30 ildir ki, gecə-gündüz ax­­­­­­­ta­rıram. Sizin evinizə də getdim. 93-cü il­də Lenagilin evlərinə gedəndə evlərinin söküldüyünü gördüm. Yerində 22 mərtəbəli baş­qa bir bi­na­nın olduğunu gördüm. Sən necə tapdın?

Denis:

- Mən nənəmdən öyrəndim. Sən axırıncı dəfə nənəmlə danışanda de­­­mi­­sən ki, Azərbaycanda sizin rayonda, Tovuzda müharibə gedir. Nə­­­nə­­min yadında qalmışdı. O, mənə demişdi ki, Özbəkistanda bir şə­­­hər var - adı TAŞAUZ. Buna oxşar bir adı var. Onların rayonu er­­­mə­­nilərlə müharibə gedən bölgədədir. Mən də azərbaycanlılarla gö­­­rüşürdüm. Onlardan soruşdum ki, Azərbaycanın müharibə gedən To­vuz adlı sərhəd rayon var, adı Taşauza oxşayır? Onlar isə mənə de­dilər ki, hə, var belə rayon, amma adı Tovuzdur. Mən bir neçə nə­­fər tovuzluyla görüşdüm. Heç biri səni tanımadı. Sonra da mənə dedilər ki, Moskvada Krasnoqvardeyski rayonda Spilovski 52-də Mu­sa Cəlil küçəsnin yanında “Antares” restoranı var. Tovuzlu uşaq­­larındır. Mən də restorana gəldim. Müdiri tapdım. Adı Xaliq idi. O, səni tanıdı, ünvanını verdi.

Mən Bakıya hava limanında Denislə vidalaşanda onun göz yaşla­rının axdığını gördüm. Lenanın iyini ondan alırdım deyə,  ayrılmaq istəmirdim. O, təyyarəyə getdi. Mən Lena ilə son göruşumuzu xa­­tır­ladım.

Lenayla son görüşəndə də uşaq mənim qucağımdan enmirdi. Lena mənə dedi ki, uşağı gördün, məni yaddan çıxartdın. Uşaq şalvarını isladanda Lena mənə dedi:

- Sən dəyiş, mən bacarmıram.

Biz ikimiz də onun şalvarını dəyişəndə mən uşağın bədənindəki xa­lı gördüm. Eyni mənim bədənimdə olduğu yerdə o uşaqda gör­düm. Bu qədər təsadüf ola bilməzdi. Lena mənə özu o xalı göstərmək is­təyibmiş. Denis mənə deyirdi ki, onu uşaq vaxtı bir mən gəz­dir­mi­şəm, bir də babası gəzdirib. Denisin mənimlə belə maraqlanma­ğı, mə­nə verdiyi suallardan aydın olurdu ki, deməli, o, hər şeyi bilir. De­məli, nənəsi ona hər şeyi deyib.

Lenayla tanış olduğum günləri yadıma saldım. Tanrı bizi necə tez-tez təsadüflərlə Lena ilə görüşdürürdüsə, elə də təsadüflərlə ayı­r­ır­dı. Səbəb nəydi bizi ayırmaqda? Öz-özümə sual verirdim. Sə­bəb Lenanın xəstə olmasında idi. Bəs bizi təsadüflər nəticəsində tez-tez görüşdürməyinə səbəb nə ola bilərdi? Səbəbi var. Var sə­bə­bi. Bi­zim oğlumuz oldu. Amma mən indi bildim. Bildim ki, Denis mə­nim oğlumdu. Denis bir anda təəccübləndi. Mən təyyarəyə tərəf qa­çaraq gömrük sərhəddindən keçib özumü təyyarəyə çatdırdım...

 

Rəh­mətlik dayım adlı-sanlı professor, alim, yazıçı idi. İyirmidən çox kitab müəllifi idi. 1999-cu ildə Türkiyədə yol-nəqliyyat qəzası za­manı həlak oldu.

Davamı daha ətraflı CƏLALƏDDİN QASIMOVUN “RƏİSİN GÜNDƏLİYİ”  KİTABINDA

Moskva xatirələri Moskva xatirələri Moskva xatirələri Moskva xatirələri Moskva xatirələri Moskva xatirələri
Похожие новости
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
03:06, Сегодня
МВФ повысил прогноз экономического роста для Узбекистана на 2024 год
02:54, Сегодня
Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии - ВИДЕО
02:46, Сегодня
Ходжалинский аэропорт переходит под контроль Азербайджана - ВИДЕО
02:39, Сегодня
В Гейгеле произошла авария: есть пострадавшие
02:04, Сегодня
В Баку мужчина нанес своему отцу тяжелую травму
02:02, Сегодня
США заблокировали резолюцию о признании Палестины полноправным членом ООН
01:28, Сегодня
Житель Кельбаджара: Из 113-дневного окружения в Башлыбеле живыми спаслись 29 человек - ВИДЕО
01:17, Сегодня
Заслуженный артист: Я не сплю после смерти сына
01:12, Сегодня
Хроника Западного Азербайджана: Армения вскоре может быть стерта с карты мира - ВИДЕО
00:53, Сегодня
В Агдашском районе повесился 30-летний мужчина
00:47, Сегодня
Глава COP-29 встретился с главой Европейского инвестиционного банка - ФОТО
00:19, Сегодня
25-летний житель Губы повесился на лестнице
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:47
МИД Ирана заявил, что ответные шаги Тегерана завершены
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:23
В Баку у наркокурьера изъяли 5 кг марихуаны и 3 000 таблеток метадона - ВИДЕО
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 23:01
Исследователь: Через несколько дней после Башлыбельской трагедии две семьи остались в окружении - ВИДЕО
18 Apr 2024 | 22:57
В Абшеронском районе 30-летний мужчина покончил жизнь самосожжением
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 22:41
Житель поселка Бина: Ощущение, будто мы живем в Сомали - ВИДЕО
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 22:28
УЕФА оштрафовал "Барселону"
18 Apr 2024 | 22:22
Хуситы атаковали 98 судов после обострения в секторе Газа
18 Apr 2024 | 22:00
Солнце готовит Земле космический шторм в ближайшие дни
18 Apr 2024 | 21:47
У берегов Мексики зафиксировали сильное землетрясение
18 Apr 2024 | 20:53
Власти Украины приговорили Анатолия Карпова к 15-ти годам тюрьмы
18 Apr 2024 | 20:48
Партнеры по НАТО могут поставить Украине шесть систем Patriot
18 Apr 2024 | 20:46
Заседание Совета Украина-НАТО пройдет 19 апреля на уровне министров обороны
18 Apr 2024 | 20:40
Фон дер Ляйен: Отток капитала из ЕС составляет €300 млрд в год
18 Apr 2024 | 20:35
В России хотят усилить войска в Украине бездомными собаками
18 Apr 2024 | 20:25
Макрон: ЕС выступает за введение новых санкций против Ирана и России
18 Apr 2024 | 20:23
Столтенберг ждет, что Украина сама обеспечит себя войсками
18 Apr 2024 | 20:21
В борьбе с тиктокерами полиции следует обратить внимание на пропаганду разврата
18 Apr 2024 | 20:20
Национальный герой Азербайджана перенес инфаркт
18 Apr 2024 | 20:18
Менингит всего за сутки погубил 17-летнюю испанскую спортсменку
18 Apr 2024 | 20:17
Луи Боно находится с визитом в Грузии
18 Apr 2024 | 20:12
Казахстан запретил импорт авиатоплива
18 Apr 2024 | 20:02
Шахин Аббасов зарезал москвича ударом в пах за замечание о парковке
18 Apr 2024 | 20:01
ВОЗ: Более 25 тыс. человек заболели холерой в марте текущего года
18 Apr 2024 | 19:53
Украина блокирует пророссийские TikTok-каналы
18 Apr 2024 | 19:45
Предотвращено покушение на Зеленского
18 Apr 2024 | 19:42
«Карабах» улучшил положение в мировом рейтинге
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 19:37
Индия передумала строить свои корабли в Турции
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 19:16
При TƏBİB создан Республиканский центр педиатрии, назначен директор
18 Apr 2024 | 19:14
В Баку состоялся показ документального фильма о литовском моряке "Прыжок"
18 Apr 2024 | 19:14
Во Франции совершено нападение с ножом: ранены дети
18 Apr 2024 | 19:10
"Галатасарай" ищет альтернативу Мауро Икарди
18 Apr 2024 | 19:05
Аргентина заявила о намерении стать глобальным партнером НАТО
18 Apr 2024 | 19:04
Российская военная база в Армении подверглась кибератаке
18 Apr 2024 | 19:01
Новая угроза в связи с наводнением в Иране: берегитесь крокодилов! - ВИДЕО
18 Apr 2024 | 18:54
Новый председатель Госкомитета принял посла Турции
18 Apr 2024 | 18:52
Вагит Алекперов возглавил рейтинг богатейших миллиардеров России
18 Apr 2024 | 18:47
МИД Армении: На брюссельской встрече не было секретной повестки
18 Apr 2024 | 18:45
Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью Baku TV - ВИДЕО
18 Apr 2024 | 18:41
Байден: США с союзниками вводят санкции против Ирана
18 Apr 2024 | 18:39
Экс-министра обороны Армении оставили под арестом
18 Apr 2024 | 18:26
Во сколько обходится тонировка автомобильных стекол? - ВИДЕО
18 Apr 2024 | 18:07
Президент Грузии прокомментировала митинги в стране против закона об иноагентах
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 11:08
Полузащитник "Реала" Вальверде: "Манчестер Сити" играет в футбол лучше нас
18 Apr 2024 | 12:12
В Азербайджане 21 апреля выпускные экзамены сдадут более 46 тыс. учащихся
18 Apr 2024 | 12:03
Лига конференций УЕФА: сегодня пройдут ответные игры 1/4 финала - АФИША
18 Apr 2024 | 12:15
Инженер Boeing рассказал Конгрессу США о риске авиакатастрофы
18 Apr 2024 | 12:25
Европейский инвестбанк предоставит помощь в 560 млн евро на восстановление Украины
18 Apr 2024 | 11:57
На выезде с Бакинского автовокзала на Кольцевую дорогу движение транспорта будет ограничено
18 Apr 2024 | 11:44
Вице-канцлер Германии прибыл с необъявленным визитом в Киев
18 Apr 2024 | 16:20
Польские фермеры возобновили протесты на границе с Украиной
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:08
Военный атташе США в Армении посетил Гюмри
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 11:08
Полузащитник "Реала" Вальверде: "Манчестер Сити" играет в футбол лучше нас
18 Apr 2024 | 12:12
В Азербайджане 21 апреля выпускные экзамены сдадут более 46 тыс. учащихся
18 Apr 2024 | 12:03
Лига конференций УЕФА: сегодня пройдут ответные игры 1/4 финала - АФИША
18 Apr 2024 | 12:15
Инженер Boeing рассказал Конгрессу США о риске авиакатастрофы
18 Apr 2024 | 12:25
Европейский инвестбанк предоставит помощь в 560 млн евро на восстановление Украины
18 Apr 2024 | 11:57
На выезде с Бакинского автовокзала на Кольцевую дорогу движение транспорта будет ограничено
18 Apr 2024 | 11:44
Вице-канцлер Германии прибыл с необъявленным визитом в Киев
18 Apr 2024 | 16:20
Польские фермеры возобновили протесты на границе с Украиной
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:08
Военный атташе США в Армении посетил Гюмри
Писатели