Bütün cəmiyyətlərdə polisə ehtiyac var...
Читать: 981
30 Jun 2020 | 16:50
Bütün cəmiyyətlərdə polisə ehtiyac var...

(Qarşılıqlı münasibətlərin tənzimlənməsinə akademik baxış)

“Hər cür həqiqət barədə susanda o zəhərə dönür”

Fridrix Nitsşe

İstənilən dövlət, cəmiyyətin siyasi elitası hakim olduğu müəyyən coğrafi məkanda hüquq qaydalarını və sabitliyi təmin etmək üçün ixtisaslaşmış idarəçilik aparatı vasitəsilə inandırma və məcburetmə metodundan istifadə etməyə ehtiyac duyur. Dövlətin özünəxas belə əlaməti ümumməcburi xarakterli normativ hüquqi aktların qəbul olunmasını, dövlət orqanları sistemində ixtisaslaşmış bir təşkilatın mövcudluğunu tələb edir. Beləliklə, dövlət suverenliyinin bərqərar olduğu ərazidə qanunçuluğun və ictimai asayişin mühafizəsi xüsusi bir dövlət orqanının təsisatını tələb edir. Alternativ yol yoxdur.

Əks təqdirdə “inşa”edilən dövlətin özülü kağızdan düzələn evcik kimi külək səmtinə sovrulub dağılar. Həmişə belə olub və belə olacaq. Böyük şərq mütəfəkkiri Nəsrəddin Tusinin təbirincə ifadə etsək: “Dövlət, çılpaq qadın kimi hər yoldan ötənin üzünə açıq ola bilməz...” ifadəsi bu gün də təravətini itirməyib.

Demokratik prinsiplərin qərar tutduğu müasir dövlətlərdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı dövlətlərin ali məqsədi olaraq ehtiva edilir. Bu mənada insan hüquqları dövlətin digər dövlətlərə, habelə dünya ictimaiyyətinə olan münasibətdə xarici siyasətin ayrılmaz tərkib hissəsini təşkil edir.

1948-ci il Ümumdünya İnsan Hüquqları haqqında Bəyanamədə hamılıqla tanınan “İnsan hüquq və azadlıqlarına hörmət” prisipi Beynəlxalq hüququn subyekti sayılan dövlətlərə - İlk növbədə: İnsan hüquq və azadlıqlarının toxunulmazlığını və özgəninkiləşdirilə bilməməsinin birbaşa qüvvədə olmasını nəzərə almağı; ikincisi: Dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən, cinsindən asılı olmadan və heç bir ayrıseçkiliyə yol vermədən bu sahədə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi tövsiyə edilir.

İnsan hüquq və azadlıqlarının müdafiəsi funksiyası və hüquq qaydalarının qorunması bəşəriyyət tarixindən bəlli dörd dövlət tipinin (quldarlıq, feodalizm, kapitalizm və sosializm) hüquq-mühafizə orqanlarının sistemli fəaliyyətinin əsas qayəsi olmuşdur. Bu gün də hansı ictimai-iqtisadi formasiyada yaşamağımızdan və hakimiyyətdə hansı

komandanın “hakimi mütləqliyindən” asılı olmayaraq belədir. İnsan hüquqları toxunulmaz, pozulmaz və ayrılmaz prinsiplərlə bəşəri dəyərlər sırasında yer alır.

Müasir dünyada beynəlxalq hüququn subyekti olan ölkələrinin əksəriyyəti hüquqi dövlət quruculuğu yolu ilə inkişaf edir. Konstitusion nəzəriyyəyə əsasən hüquqi dövlətlərdə insan hüquq və azadlıqlarının mühafizəsi vətəndaş cəmiyyətinin normal inkişafının təmin etməsilə xarakterizə olunur. Yəni, ictimai qaydanı qorumaq, vətəndaş cəmiyyətinin bazisini təşkil edən ictimai təhlükəsizliyinin təmini ilə sıx bağlı olduğundan, ictimai münasibətlərə ziyan vuran, insanların həyat və sağlamlıqlarına, əmlaklarına yönələn qəsdlərin qarşısını almaq da bura daxildir.

İctimai təhlükəsizlik qaydalarına riayət etmək fərdlərin bir-birilərinə olan münasibətlərə dəyər verməkdən keçir.

Vətəndaş cəmiyyəti institutları maarifləndirmə yolu ilə hüquq qaydalarının təmin olunmasını arzu olunan həddə həyata keçirə bilməyəndə, təbii ki, bu funksiyanı hamını qane edəcək formada dövlət və onun hüquq-mühafizə orqanları həyata keçirir.

Bu “tənzimliyici və qadağanedici” funksiyaların icrası hüquq-mühafizə orqanlarının qarşısında duran əsas –başlıca missiyasıdır.

İctimai qaydanın mühafizəsi və ölkə daxilində təhlükəsizliyin təmini formaca və məzmunca dövlətin ixtisaslaşmış orqanlarının fəaliyyətinə aid edilir.

Nəzəri baxımdan yuxarıda qeyd etdiyim mülahizələrə söykənərək dövlətin ixtisaslaşmış qurumu kimi polis, aşağıdakı funksiyaları yerinə yetirir:

a) Dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyini ,

b) Şəxsiyyətin qanuni maraqlarının, hüquq və azadlıqlarının mühafizəsini və müdafiəsini təmin etmək;

c) Şəxsin hüquq və azadlıqlarının habelə, vəzifələrinin həyata keçirilməsinə şərait yaratmaq;

d) Cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni-mənəvi əsasının mühafizəsi və müdafiəsini təşkil etmək;

Bu məqəsdlə polis digər hüquq-mühafizə orqanları ilə birgə, ictimai qaydanın mühafizəsini həyata keçirir, vətəndaşların şəxsi təhlükəsizliyini və ictimai təhlükəsizliyi təmin edir, profilaktik tədbirlər həyata keçirir, ictimai qaydaların pozulmasının qarşısını alır, qaydanı pozanları məsuliyyətə cəlb edir və əlavə funksiyaları yerinə yetirir.

Hüquq-mühafizə orqanları fəaliyyətlərində aşağıdakı əsas prinsipləri rəhbər tuturlar:

1) Qanunçuluq prinsipini- bu prinsipin iki aspekti var; ictimai qaydanın mühafizəsi üzrə tədbirlər həyata keçirilir, hüquqlar müdafiə edilir və cəmiyyətin, habelə dövlətin maraqlarını, vətəndaşların azadlıqları qorunur. Digər tərəfdən, hüquq-mühafizə orqanlarının bütün fəaliyyəti qanuna və qanunçuluğa əsaslanmalıdır.

2) Şəxsin hüquq və azadlıqlarının təmini prinsipini - Yəni, hər bir insan təbii, ayrılmaz, pozulmaz və toxunulmaz hüquq və azadlıqlara malikdir. Hüquq-mühafizə orqanları insanları bu sahədə mühafizə edir-ayrıseçkilik hallarına yol vermədən bu bəşəri dəyərlərin qorunmasını həyata keçirir.

3) Demokratizm prinsipi də mühüm bir prinsipdir. Yəni, hüquq –mühafizə orqanlarının fəaliyyətinə ictimai nəzarətin mümkünlüyü. Mühafizəyə təhkim olunmuş əməkdaşlar, xalq və ictimaiyyət qarşısında işləri barədə hesabat xarakterli çıxışlar, məruzələr edir, bu həm də əhalinin cinayətkarlıqla mübarizədə dövlətin hüquq- -mühafizə orqanlarına –polis orqanlarına dəstəyin təminini şərtləndirə bilər.

4) Aşkarlıq prinsipini- Əhalinin hüquq-mühafizə orqanlarına yaxınlığı və yaxud da əksinə, vəzifələrin icrası aşkarlıq və ictimai rəyin hüquq-mühafizə orqanlarının fəaliyyətinə təsir edə biləcəyi, nüfuzun artmasını əngəlləyə biləcək səmtə yönəltməyi nəzərdə tutur.

İstənilən sosial sistemin, hüquq-mühafizə sisteminin funksiyasının əsas şərtlərindən biri onun tərkib hissələrinin ümumi məqsəd və maraq naminə səmərəli fəaliyyətinə nail olmaqdan ibarətdir. Polisin, hökumətin digər qurumları ilə qarşılıqlı əlaqəsi norma yaratma, hüququn icrası və hüquq –mühafizə orqanlarının birgə fəaliyyətinin qanunvericiliklə nəzərdə tutulan vəzifələrin icrasına səmtlənən (hüquq-mühafizə) funksiyaların həyata keçirilməsilə ümumi marağa xidmət etmək təşkil edir..

Polis, hakimiyyət səlahiyyətlərinə malik dövlət strukturunun bir hissəsidir. Səlahiyyəti daxilində özünəxas, təşkilati - hüquqi vəzifələrin və funksiyaların, ictimai təhlükəsizliyin və ictimai qaydanın, vətəndaşların qanuni maraqlarının, hüquq və azadlıqlarının müdafiəsini, habelə mülkiyyətin bütün növlərinin toxunulmazlığını təmin edən, hüquqpozmaların xəbərdarlığını, profilaktikasını həyata keçirən, baş verə biləcək cinayətlərin qarşısını almaq və törədilmiş cinayətlərin isti izlə açılmasını təmin etməli olan bir qurumdur.

Polisin cinayətkarlıqla mübarizədə dövlət orqanları və cəmiyyətlə qarşılıqlı fəaliyyəti, bu sahədə mövcud problemləri müxtəlif mənbələr təhlil etmiş, qəbul olunan ümumi əlamətlər tövsiyə xarakterli olsa da, aşağıda diqqət çəkən istiqamətlər var:

1.Qarşılıqlı əlaqə - bu, müxtəlif orqanların, subyektlərin razılaşdırılmış birgə fəaliyyətin birgə həyata keçirilməsi; Razılaşma qarşılıqlı fəaliyyətin əsas və zəruri əlaməti kimi tərəfləri vahid məqsədə -sistemə səfərbər etməkdir.

2.Qarşılıqlı fəaliyyətin çoxsubyektliyi. Yəni razılaşdırılmış birgə fəaliyyətdə minimum iki tərəfin iştirakı. Tərəflərin hər biri birgə fəaliyyətdə bir neçə iştirakçı ilə təmsil oluna bilərlər.

3.Subyektlərin güc birliyi- subyektlər arasında əməkdaşlıq münasibətlərini müəyyən edir.

4.Qarşılıqlı fəaliyyət- Bu, tərəflərin təşəbbüsü olmadan mümükünsüzdür. Çünki, bir tərərfin iradəsi qarşılıqlı fəaliyyət üçün kifayət etmir.

5.Tərəflərin bərabərliyi, subordinasiya mənasında bir-birindən asılı olmaması. Qarşılıqlı fəaliyyət əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

6.Qarşılıqlı fəaliyyətin qanunnauyğunluğu. Polisin iyerarxik strukturuna uyğun olaraq qarşılıqlı fəaliyyət 4 mərhələdə həyata keçirilir.

- Ölkə daxilində bu fəaliyyətin həyata keçirilməsi özündə təşkilatçılığı və qarşılıqlı fəaliyyətin tədqiqini əks etdirir. Burada qarşılıqlı fəaliyyətin subyekti qismində Daxili İşlər Nazirliyi, DTX, Gömrük Komitəsi, Vergi Orqanı, Baş prokurorluq və onların rəhbərləri çıxış edə bilərlər. Bu səviyyədə təşkilati qərarları Daxili İşlər Naziri, onun müavinləri və Nazirin formalaşdırdığı kollegiya qəbul edir.

- Ərazilər üzrə qarşılıqlı fəaliyyəti DİN-nin Baş idarələri və idarələri həyata keçirirlər.Təşkilati qərarları bu səviyyədə Baş idarə və idarə (şöbə) rəisləri digər hüquq- -mühafizə orqanları ilə razılaşdırılaraq əməkdaşlıq çərçivəsində həyata keçirir.

- Yerli səviyyədə Rayon polis şöbələri həyata keçirirlər. (Digər yerli orqanlarla və digər icra orqanlarının yerlərdəki şöbələri ilə)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ictimai qaydanın və təhlükəsizliyin mühafizəsini, cinayətkarlıqla mübarizənin təşkilini dəqiq fəaliyyət istiqamətləri üzrə həyata keçirir. Bu missiyada fərqli fəaliyyətə malik dövlət orqanları da iştirak edir, cəmiyyətin həyat fəaliyyəti sahəsində müxtəlif funksiyaları yerinə yetirən müəssisə və təşkilatlarin rolu var.

Belə əlaqələrin möhkəmləndirilməsi və inkişafı obyektiv reallıqdır, qanunauyğundur və təbii ki, müvafiq normativ –hüquqi bazanın üzərində qərar tutur.

Polisin cəmiyyətin müxtəlif təbəqəsilə hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətinə dair əsas istiqamətlərinə;

- Hüquqpozmaları doğuran səbəb və şəraitin öyrənilməsində birgə iştirak;

- Qarşılıqlı maraq kəsb edən informasiyaların mübadiləsi;

- Hüquq qaydalarının gücləndirilməsi məsələləri üzrə birgə təkliflərin (tövsiyələrin) hazırlanması;

- Hüquqi təbliğat sahəsində birgə tədbirlərin keçirilməsi, hüquq qaydalarının təminində vətəndaşların iştirakı, ictimai nəzarətin təşkili;

Hüquq qaydalarının təmin edilməsində iştirak etmək istəyən könüllülərlə müqavilə əsasında Post Patrul Xidmətinə cəlb etməyin də vaxtı çatıb. Polisin əməliyyat gücü ilə bağlanmayan ərazilərdə həmin könüllülər, hətta fövqəladə şəraitlərdə gecə vaxtlarında da PPX ilə təsdiqlənmiş dislokasiya üzrə asayişin mühafizəsinə cəlb etmək mümkündür.

Bir aktual məsələ də var. Bu hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərinin qarşılıqlı əlaqədə işləməsidir. Amma KİV əməkdaşlarının kriminal mövzulara dair məlumatın hazırlamasında və yayılmasında jurnalistlərin bilik və bacarığı problem olaraq qalır.

Kriminogen şəraitin ölkədəki sosial və iqtisadi faktorlarla bağlılığı bəzən yanlış və ya təhrif olunmuş formada, həqiqət pərdələnməklə yayılır.

Statistik məlumatlardan bəlli olur ki, cinayətkarlıq artır, bəzi dövrlərdə və yerlərdə “gəncləşir”. Bu cəmiyyətin təbii halıdır. Çünki, cəmiyyətin heç vaxt cinayətdən və cinayətkarlıqdan doymuş həddi olmamışdır. Zaman, dünya dəyişdikcə cəmiyyətdə fərdlərin davranışları da dəyişir. Dəyişiliklər bütün zamanlarda ictimai orqanizmə ziyan vurub. Bunu dərd etməyə dəyməz. Yetər ki, mübarizə qurumları ayıq, çevik, əhali ilə işləyə bilsin və prinsipal olsun. Cinayətlərin artımı və “gəncləşməsi” səbəblərinə jurnalist təqqiqatında həmişə aydınlıq gətirilmir və yaxud, miqrasiyanın cinayətkarlığın və cinayətlərin artımında rolunu qeyd etməməklə cinayətkarlıqla mübarizənin obyektiv mənzərəsini görmək çətin olur. Ona görə də hüquq-mühafizə orqanlarının mətbuat xidmətləri və KİV, kommunikativ prosesin bütün iştirakçıları üçün qarşılıqlı fəaliyyəti vacibdir: Hüquq-mühafizə orqanları, daha çox DİN “KİV-lərin və (vətəndaş) cəmiyyətin(in) cinayətkalıqla mübarizədə rolu”na dair layihələrin icrasına müntəzəm yer ayrılmalı, KİV-lərin bu sahədə ixtisaslaşması üçün seminar-təlimlər keçirilməlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Daxili İşlər orqanları ilə KİV-lər arasında qarşılıqlı əlaqənin inkişafı, konfidensiallıq təşkil edən məlumatlar istisna olmaqla digər ictimai əhəmiyyət kəsb edən məlumatların əldə edilməsində və yayılmasında çətinliklər yoxdur. İnformasiya aşkarlığı var. DİN-in Mətbuat Xidmətinin məlumatları korrektlidir, cinayətkarlığın vəziyyətini əks etdirən informasiyalar ictimai rəydə çaşqınlıq yaratmır, digər hüquq-mühafizə orqanlarının mətbuat xidməti ilə qarşılıqlı bağlılıq var. Bu ümumi marağın təzahürü, ictimai rəyin düzgün formalaşdırılmasına təsir edə biləcək çevik reaksiyadır.

İnformasiyaların şəffaflığı və aşkarlığı bəzən digər xəbər portalları üçün sui- -istifadələrə yol açır. İnternet şəbəkələrdə mənbəyi və məzmunu DİN-nin və yaxud digər hüquq-mühafizə orqanlarının mətbuat xidmətinin məlumatları ilə uzlaşmayan və yaxud, həqiqətə söykənməyən, qarşı tərəfin münasibəti öyrənilmədən informasiyaların yayılması, ictimai rəyi çaşdıra, bəzən də əks məcraya yönələdə bilir. DİO, DTX özünün fəaliyyət istiqamətlərinə görə spesifik hakimiyyət səlahiyyətlərinə malik orqanlardır. Bu orqanların xidməti funksiyaları ilə bağlı informasiyaların əldə olunması səhih mənbələrə söykənmirsə,onun yayılması arzuolunmazdır. KİV-nin nümayəndələri bunun fərqində və məsuliyyətində olmalıdırlar.Əks halda cinayət qanunvericiliyi ilə təqib oluna bilərlər.

Polis orqanlarının xidməti fəaliyyətindəki uğurlu nəticələr biləvasitə ictimaiyyətin,müasir anlamda daha çox vətəndaş cəmiyyətinin bu missiyada iştirakı ilə mümkün olur.QHT-lərə Dövlət Dəsytəyi Şurası əhalini maarifləndirmək,cinayətlərin xəbərdarlığı və profilaktikası məqsədilə müəyyən layihələri maliyələşdirir,polis orqanlarına dəstək olur.Vətəndaş cəmiyyətinin dövlət və hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyəti bu sahədə siyasətin formalaşdırılmasına və icrasının təmin edilməsinə imkan verir.

Qarşılıqlı fəaliyyətin əsas formaları, təşkilati, profilaktik və hüquqtətbiqetmə formasında həyata keçirilməsi fayda verir. Sabitliyin hamılıqla qorunmasına maraq və vərdiş yaranır, vətəndaş məmnunluğu ifadə olunur.

Həm polis orqanlarında, həm də çevrəsində ictimai təşkilatlarla qarşılıqlı fəaliyyətin müəyyən edilməsi, belə fəaliyyətin dairəsinin öyrənilməsi, yaranan problemlərin aradan qaldırılmasında polisin rolu və yeri, qərarların qəbulunda ictimaiyyətin rolu, qarşılıqlı fəaliyyətin məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyətin təşkilinə dair birgə qərarların qəbulu, birgə proqramların və iş planının hazırlanması, qarşılıqlı fəaliyyətin nəticələrinin KİV-də geniş işıqlandırılması, əhali arasında təbliğat işinin

aparılması, tərəflərin(maraqlı tərəflərin) fəaliyyətin təhlilinə nəzarəti ümumi maraq baxımından xeyirlidir. Vətəndaş cəmiyyəti bu istiqamətdə olan layihələrin icrasında səriştəsi var və birgə fəaliyyətə hazırdır.

Polisin və vətəndaşların qarşılıqlı əlaqəsi aşağıdakı prinsiplərə riayət olunmaqla da həyata keçirilə biiər:

Güclərin konsolidasiyası və hüquq qaydalarının təmin edilməsinə dair qərarların qəbulunda razılıq;

Polisin əhaliyə göstərdiyi xidmətin keyfiyyət və kəmiyyətinə görə ictimaiyyət qarşısında hesabatlılığı;

Polisin fəaliyyətində aşkarlıq və əlçatanlıq (normativ-hüquqi və təşkilati-idarəçilik əsasına bələd olma , konfidensiallıq qorunmaqla)

Mənə, iyun ayinin ilk dekadasında Yasamaldakı məlum olayın sosial şəbəkələrdə yayılması ilə bağlı çoxlu suallar verilir.TV və radiolara, youtube kanallarına dəvət olundum... Bu məqsədli idimi? Razılaşmaqda çətinlik çəkirəm. Belə qənaətdəyəm ki, cəmiyyətin özünə xas, birmənalı qarşılanmayan düşüncəsində polisin vətəndaş məmnunluğu ilə ifadə olunan, uzun illər, çətin xidmət nəticəsində formalaşmış imicinə qəsdən ziyan vuruldu. ”Əməliyyat çəkilişi” əməliyyat istifadəsi üçün nəzərdə tutulmuşdu, yayılmamalıydı, amma yayıldı, izləyicilərin dairəsi böyüdü. Polisin müdafiəsinə “qalxanlar”ı aşağıladılar. Bunu, bizim polisin ermənilərə qarşı döyüşlərdə qazandığı qəhrəmanlıq səlnaməsinə birbaşa qəsd adlandırıram. Nəticə: “Çevik qrupa təlimat düzgün verilməmişdi.” Kadrlar belə deməyə əsas verir.

Tarixdə imperiyaların, kralların, sosialist dövlətlərinin idarəçilik üsul-idarəsində həmişə çatışmazlıqlar, sui-istifadələr, qusurlar olub. İşləyən kollektiv səhvlərdən və yanlış qərarlardan xali deyil. Amma,o səhvləri böyütməyə, cəmiyyətə yanlış rakursdan təqdim etməyə gərək yox. Çoxminli Azərbaycan Polisinin də digər dövlət qurumları kimi fəaliyyətlərini yüksək hüquqi qüvvəyə malik ölkə Konstitusiyasına və hamılıqla tanınmış beynəlxalq normalara uyğun həyata keçirərkən xidməti xətalara yol verməsi mümkün haldır. Lakin, heç kimin zərrə qədər şübhəsi olmasın ki, Polis əməkdaşının xidmətindəki xətalar, sui-istifadələr, hətta ən kiçik səhvlər belə kollegiyanın diqqətindən kənarda qalmır.Heç nə və heç kim unudulmur. Əməlin dərəcəsinə müvafiq məsuliyyətə cəlb olunurlar. Sadəcə, spesifik xidməti səlahiyyətə malik DİN, bu barədə olan araşdırmaların və görülən tədbirlərin nəticəsi barədə ictimaiyyətə geniş məlumat vermir.

Beləliklə, zamanın dəyirmanı fırlanmaqda davam edir. Aşağıda duran yuxarı, yuxarıda duran isə aşağıya yuvarlanır. Dünya da beləcə dəyişir. Dünən səhv sandığımız, bu gün həqiqət olur. İnsanların şüur və düşüncələrində də dəyişikliklər baş verir. Amma, bəzən bu dəyişikliklərə KİV-də və sosial şəbəkələrdə yayılan məlumatlar təsirsiz ötüşmür. Yayılan informasiyalar cəmiyyətin müəyyən həssas qrupunu məcrasından kənara çəkə, bəzən də əksinə, haqq yola qaytara bilər.

2 iyul Azərbaycan polisinin yaranmasının 102-ci ildönümü qeyd olunur. Çox təəssüf ki, pandemiya dövrünün tələbinə uyğun qeyd edəcəyik. Axı, polisin özü, bu karantin rejimi qaydalarını qoruyan xidmətin canlı iştirakçısı və həm də “qurbanlarındandır.” Gəlin, birlikdə bu bayram ərəfəsində çoxminli Azərbaycan polisinin Ali rütbəli elitar qulluqçularını, yüksək rütbəli zabitləri, sıravi heyəti-bir sözlə asayişin mühafizəsilə bağlı xidmətini davam etdirən bütün şəxsi heyəti səmimi qəlbdən təbrik edək, onlara çətin, lakin şərəfli xidmətlərində səbr, dözüm, sədaqət və cəsarət, çətinliklərə tab gətirmək üçün Uca Rəbbimizdən hər birinə sağlam həyat arzulayaq. Heç vaxt həddi aşmağa şərait yaranmasın!

Ermənilərə qarşı döyüşlərdə yüksək şücaət göstərərək canını vətən uğrunda fəda etmiş ilk MİLLİ qəhrəmanımız da Polislərin sırasındadır. Şəhidlərin ruhu şad olsun!...

Bayramınız mübarək! ALLAH millətimizi qorusun!

Şəmsəddin Əliyev.

Polis və müharibə veteranı.
Похожие новости
00:32, Сегодня
В губинском селе опоры ЛЭП находятся в аварийном состоянии - ВИДЕО
00:31, Сегодня
Как будет выглядеть сцена «Евровидения-2024»? - ФОТО
00:30, Сегодня
В Азербайджане массовая продажа автомобилей, использовавшихся как такси, привела к снижению цен на рынке
00:28, Сегодня
Пелоси считает, что Россия способствует пропалестинским протестам
00:27, Сегодня
Байден пока не планирует встречаться с Эрдоганом
25 Apr 2024 | 23:54
На гедабейском рынке проведен мониторинг: выявлены серьезные недочеты - ФОТО
25 Apr 2024 | 23:29
Установлены личности пострадавших в тяжелом ДТП в Джалилабадском районе - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:58
В Сумгайыте привлечены к ответственности пешеходы, игнорировавшие ПДД - ФОТО/ВИДЕО
25 Apr 2024 | 22:51
Мост в губинском селе находится в аварийном состоянии - ВИДЕО
25 Apr 2024 | 22:37
Азербайджанский дзюдоист завоевал серебряную медаль на чемпионате Европы - ОБНОВЛЕНО
25 Apr 2024 | 22:29
Названо время весенних каникул для начальных классов
25 Apr 2024 | 22:13
Ильхам Алиев прибыл с рабочим визитом в Германию - ФОТО
25 Apr 2024 | 21:51
Сахиба Гафарова находится с официальным визитом в Черногории
25 Apr 2024 | 21:42
Депутат Верховной Рады: Варданян был «кошельком для войн» и его номинирование на Нобелевскую премию - абсурд
25 Apr 2024 | 21:01
Айдын Сулейманлы стал чемпионом Азербайджана по шахматам
25 Apr 2024 | 20:32
ГЭЦ: Школьники в Сумгайыте, Нахчыване и Губадлинском районе показали наилучшие результаты на экзаменах
25 Apr 2024 | 20:21
В Азербайджане произведены все соцвыплаты за апрель
25 Apr 2024 | 19:56
В Баку арестован водитель, грубо нарушивший ПДД - ВИДЕО
25 Apr 2024 | 19:33
Армянский военный подорвался на мине в приграничной с Азербайджаном зоне
25 Apr 2024 | 19:01
Азербайджан и Казахстан обсудили развитие военного сотрудничества-(ФОТО - ВИДЕО)
25 Apr 2024 | 18:56
В итальянском Турине жителям запретили курить на расстоянии менее 5 метров от других людей
25 Apr 2024 | 18:50
Обнародован график приема в Центре приема граждан в мае
25 Apr 2024 | 18:44
В Женеве обсудили отчет омбудсмена Азербайджана
25 Apr 2024 | 18:29
Туркменистан планирует построить завод по освоению минеральных запасов залива Кара-Богаз-Гол
25 Apr 2024 | 18:23
Столтенберг рассказал, кем станет после работы генсеком НАТО
25 Apr 2024 | 18:23
На улицах Баку появились велосипедные светофоры
25 Apr 2024 | 18:22
Баку и Эр-Рияд будут сотрудничать в сфере перехода к зеленой энергетике в рамках председательства Азербайджана на COP29
25 Apr 2024 | 18:21
Анналена Бербок: Азербайджан может быть уверен в поддержке Германии в рамках COP29
25 Apr 2024 | 18:17
В Лянкяранском районе в ДТП пострадал учитель - ФОТО
25 Apr 2024 | 18:16
Чистая прибыль НКО Азербайджана выросла в 3 раза
25 Apr 2024 | 18:02
В Анкаре на фармацевтической фабрике вспыхнул пожар
25 Apr 2024 | 18:01
На границе Азербайджана и Армении установлено 20 пограничных столбов
25 Apr 2024 | 18:01
Убытки кредитных союзов в Азербайджане выросли на 60%
25 Apr 2024 | 18:00
Привезенный из Тайваня в Азербайджан фруктовый сок оказался непригодным для употребления - ФОТО
25 Apr 2024 | 17:56
В Бардинском районе очистят превращенную в свалку территорию села - ОБНОВЛЕНО + ВИДЕО
25 Apr 2024 | 17:45
В автобусах не соблюдаются правила гигиены - ВИДЕО
25 Apr 2024 | 17:21
Ильхам Алиев подарил президенту Кыргызстана карабахского скакуна
25 Apr 2024 | 17:00
Цены на продукты питания в Азербайджане стабилизировались
25 Apr 2024 | 16:47
Состоялся совместный обед президентов Азербайджана и Кыргызстана
25 Apr 2024 | 16:47
Суд постановил восстановить в должности уволенного директором TƏBİB главврача
25 Apr 2024 | 16:42
Убил брата, отказавшегося платить за свет - ПОДРОБНОСТИ ПРЕСТУПЛЕНИЯ + ВИДЕО
25 Apr 2024 | 16:26
Ильхам Алиев и Мехрибан Алиева направили венок на церемонию похорон Эльмиры Сулеймановой - ФОТО
25 Apr 2024 | 16:16
На бакинской улице два года не работает светофор - ВИДЕО
25 Apr 2024 | 15:46
Симонян прокомментировал установку первого пограничного столба на армяно-азербайжданской границе
25 Apr 2024 | 15:21
Главы Азербайджана и Кыргызстана приняли участие в церемонии закладки фундамента школы в селе Хыдырлы - ФОТО
25 Apr 2024 | 14:44
В Ходжалинском районе обнаружены человеческие останки - ФОТО/ВИДЕО
25 Apr 2024 | 14:41
В Азербайджане с целью женитьбы похищена ученица 8-го класса
25 Apr 2024 | 14:18
Захарова: Армянские СМИ бессовестно перевирают слова российского руководства
25 Apr 2024 | 14:07
В Баку прошла встреча председателей комитетов по внешним связям парламентов тюркских государств - ОБНОВЛЕНО
25 Apr 2024 | 14:05
В международной регате «Кубок президента-2024» Азербайджан представят около 80 спортсменов
25 Apr 2024 | 13:58
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме
25 Apr 2024 | 13:58
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме - ФОТО
25 Apr 2024 | 13:52
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром - ФОТО
25 Apr 2024 | 13:52
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром
25 Apr 2024 | 13:47
Закрывается известная бакинская школа: учеников переводят в другое учебное заведение - ФОТО
25 Apr 2024 | 13:40
Компания Wizz Air может увеличить количество рейсов в Азербайджан
25 Apr 2024 | 13:35
Азербайджанский гимнаст вышел в финал Кубка мира
25 Apr 2024 | 13:34
Территория вокруг моста, который будет передан Азербайджану на газахском направлении, очищена от мин
25 Apr 2024 | 13:31
Хикмет Гаджиев: Физули находится на полной реконструкции - ВИДЕО
25 Apr 2024 | 13:28
В Шуше пройдет Международный конкурс: победитель получит 10 000 долларов
25 Apr 2024 | 13:23
Министр уволил директора школы-интерната
25 Apr 2024 | 13:12
Община Западного Азербайджана ответила Госдепартаменту США
25 Apr 2024 | 13:11
Завтра в Азербайджане воздух прогреется до 31 градуса - ПРОГНОЗ ПОГОДЫ
25 Apr 2024 | 13:08
Ален Симонян: Ереван готов обсудить с Баку вопрос закупки газа
25 Apr 2024 | 13:06
Генпрокуратура обратилась к пользователям соцсетей и СМИ в связи с самоубийством Насиба Гулиева
25 Apr 2024 | 13:05
Арестован мужчина, обвиняемый в шантаже гражданина Турции
25 Apr 2024 | 12:58
Покончивший с собой бывший главный педиатр похоронен рядом с отцом - ОБНОВЛЕНО - ФОТО
25 Apr 2024 | 12:51
Еще один депутат анонсировал парламентские выборы в Азербайджане - ФОТО
25 Apr 2024 | 12:50
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии после реставрации Агдамской Джума-мечети - ФОТО
25 Apr 2024 | 12:33
Главы Азербайджана и Кыргызстана ознакомились с ходом работ во дворце Панахали хана и комплексе Имарет - ФОТО
25 Apr 2024 | 12:32
Кто он - новоназначенный премьер-министр Нахчыванской АР? - ДОСЬЕ
25 Apr 2024 | 12:20
Премьер-министр Нахчыванской Автономной Республики освобожден от должности - ФОТО
25 Apr 2024 | 12:07
В азербайджанской армии проводятся командно-штабные учения - ФОТО/ВИДЕО
25 Apr 2024 | 11:04
Граждане смогут посещать город Лачын на личном автомобиле
25 Apr 2024 | 10:35
В Баку проходит заседание по экономическому сотрудничеству между правительствами Азербайджана и Венгрии
25 Apr 2024 | 10:34
Александр Масляков отойдет от работы в КВН из-за опухоли в легких?
25 Apr 2024 | 10:16
В полуфинале Кубка Азербайджана по футболу установлен рекорд
25 Apr 2024 | 10:11
Назначены дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку
25 Apr 2024 | 10:03
В Ханкенди обнаружены оружие и боеприпасы
25 Apr 2024 | 10:00
В Турции задержаны 23 подозреваемых в связях с ИГ
25 Apr 2024 | 09:54
Нефть марки Brent подорожала до 88,2 доллара за баррель
25 Apr 2024 | 09:40
МИД РФ: Ядерные объекты НАТО в Польше при их появлении станут военной целью России
25 Apr 2024 | 09:27
Чемпионат Европы: Cемь азербайджанских дзюдоистов приступают к борьбе
25 Apr 2024 | 09:24
ЦАХАЛ заявил, что продолжит преследовать ХАМАС до освобождения всех похищенных
25 Apr 2024 | 09:23
Курсы валют Центрального банка Азербайджана-(25.04.2024)
25 Apr 2024 | 09:15
Азербайджанская нефть незначительно подорожала
25 Apr 2024 | 09:14
Toyota в 2023 финансовом году произвела по всему миру рекордное количество машин
25 Apr 2024 | 09:00
Венеция ввела взнос для туристов
25 Apr 2024 | 08:42
Утерянную картину Густава Климта выставили на аукцион - ФОТО
25 Apr 2024 | 08:28
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
25 Apr 2024 | 08:20
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
25 Apr 2024 | 08:00
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
25 Apr 2024 | 07:39
Словацкий евродепутат выпустил голубя на заседании ЕП в Страсбурге - ВИДЕО
25 Apr 2024 | 07:30
Яшар Гюлер встретился с австралийским коллегой
25 Apr 2024 | 07:06
Таджикистан и Узбекистан упростят транзитный проезд грузовых автомобилей
25 Apr 2024 | 06:58
Бегун продегустировал 25 сортов вина во время Лондонского марафона - ВИДЕО
25 Apr 2024 | 06:38
Lamborghini представила первый гибридный кроссовер - ФОТО
25 Apr 2024 | 06:20
Опубликованны последние данные о состоянии экономики Германии
25 Apr 2024 | 06:18
Илон Маск уверен, что на Западе начнется гражданская война - ФОТО
25 Apr 2024 | 05:21
Индекс потребительских цен Ирана упал на 4,8%
ЕЖЕДНЕВНО
25 Apr 2024 | 08:20
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
25 Apr 2024 | 08:00
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
25 Apr 2024 | 08:28
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
25 Apr 2024 | 09:24
ЦАХАЛ заявил, что продолжит преследовать ХАМАС до освобождения всех похищенных
25 Apr 2024 | 09:15
Азербайджанская нефть незначительно подорожала
25 Apr 2024 | 09:14
Toyota в 2023 финансовом году произвела по всему миру рекордное количество машин
25 Apr 2024 | 09:27
Чемпионат Европы: Cемь азербайджанских дзюдоистов приступают к борьбе
25 Apr 2024 | 09:00
Венеция ввела взнос для туристов
25 Apr 2024 | 08:42
Утерянную картину Густава Климта выставили на аукцион - ФОТО
25 Apr 2024 | 09:40
МИД РФ: Ядерные объекты НАТО в Польше при их появлении станут военной целью России
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
Ежемесячно
25 Apr 2024 | 08:20
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
25 Apr 2024 | 08:00
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
25 Apr 2024 | 08:28
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
25 Apr 2024 | 09:24
ЦАХАЛ заявил, что продолжит преследовать ХАМАС до освобождения всех похищенных
25 Apr 2024 | 09:15
Азербайджанская нефть незначительно подорожала
25 Apr 2024 | 09:14
Toyota в 2023 финансовом году произвела по всему миру рекордное количество машин
25 Apr 2024 | 09:27
Чемпионат Европы: Cемь азербайджанских дзюдоистов приступают к борьбе
25 Apr 2024 | 09:00
Венеция ввела взнос для туристов
25 Apr 2024 | 08:42
Утерянную картину Густава Климта выставили на аукцион - ФОТО
25 Apr 2024 | 09:40
МИД РФ: Ядерные объекты НАТО в Польше при их появлении станут военной целью России
Писатели