Dünyada koronaviruala bağlı vəziyyət ürəkaçan deyil. İndiyədək dünyada 10 milyondan çox insan bu virusa yoluxub, 500 mindən çox insan ölüb.
Moderator.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, koronavirusun ağır nəticələri hələ illər sonra qarşımıza çıxacaq:
"Dünyada elə fəlakətlər var ki, koronavirus onları üstələyir".
Onun sözlərinə görə, ən ciddi fəsad insanların həyat şərairində özünü göstərir:
"Koronavirus dünya şərairində müharibə kimi qəbul olunmalıdır. Bütün dünyada virus bitməyincə, heç birimiz bundan sığortalanmayacağıq. Müəyyən yumşalamalardan sonra yoluxmalar artır və ona görə də yenidən sərtləşdrilmələrə gedilir".