Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formasında təşkil edilən görüşündən sonra, Minsk qrupu həmsədrləri Qarabağ problemi ilə bağlı növbəti bəyanat səsləndiriblər. Işğalçıya siyasi təzyiq göstərməyən həmsdərlər, bu dəfə də Qarabağ probleminin hərbi yolla həllinin mümkün olmadığını bildirib, xalqları sülhə hazırlamağın vacibliyini vurğulayıblar.
Moderator.az-a
açıqlamasında məsələyə münsibət bildirən Respublika Veteranlar Təşkilaıtnın sədr
müavini, polkovnik Cəlil Xəlilov beynəlxalq təşkilatların Qarabağ məsələsində qətiyyət
sərgiləməsinin vacibliyinə toxunub:
“İstər Minsk qrupu, istərsə
də digər beynəlxalq təşkilatlar uzun illərdir ki, erməni işğalından əziyyət çəkən
Azərbaycanın hüquqlarına hörmət etməyə borcludurlar. Onlar işğalçı ilə işğala məruz
qalan arasında fərq qoymalı, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin
icrası ilə bağlı Ermənistana təzyiq göstərməlidirlər.
Artıq uzun müddətdir ki, Ermənistan
Qarabağ probleminin həllinə maneçilik törədir. Habelə, işğal edilmiş Azərbaycan
torpaqlarında müxtəlif layihələr, tikinti işləri həyata keçirir. Ermənistandakı
erməni ailələrinin işğal edilmiş Azərbaycan torpaqlarında məskunlaşdırılması
istiqamətində iş aparır. Bütün bunlar onu göstərir ki, düşmən işğal etdiyi torpaqları
azad etmək niyyətində deyil. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar
işğalçıya təzyiq göstərmək, onları işğal etdikəlri torpaqları azad etməyə vadar
etmək əvəzinə, sadəcə bəyanat verməklə kifayətlənirlər. Lakin həm Ermənistan, həm
də həmsdr dövlətlər bilməlidir ki, Azərbaycan işğal faktı ilə heç vaxt
barışmaycaq və gərəkirsə öz torpaqlarını azad etmək üçün digər vasitələrdən istifadə
edəcək. Heç kim unutmasın ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları
sırasındadır və bu ordu Qarabağı ən qısa müddətdə erməni terrorçularından azad
etməyə qadirdir”.
Seymur ƏLİYEV