"Buna görə Sahibə Qafarovaya şəxsən təşəkkürlərim var..."
Читать: 3204
02 Jul 2020 | 09:13
Altıncı çağırış Milli Məclisin yaz sessiyası mayın 31-də  öz işini başa çatdırıb. İyunun 1-dən start götürən növbədənkənar sessiya isə iyunun 30-da yekunlaşdı.

Bəs altıncı çağırış parlamentin yaz sessiyası parlament jurnalistlərinin yadında necə qaldı?

Modern.az bu sualla Parlament Jurnalistləri Birliyinin (PJB) üzvlərinə müraciət edib.

“Spiker Sahibə Qafarovaya isə şəxsən təşəkkürlərim var”


“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə keçən sessiyada bəzi gözləntilərinin reallaşmadığını desə də, ümumilikdə parlamentin işindən razı qaldığını bildirib:

“Ötən dəfə mətbuat yeni parlamentdən gözləntilərimi soruşanda arzu-istəklərimi dilə gətirmişdim. Cəmiyyətin çoxsaylı sosial-iqtisadi problemləri olsa belə, mənim üçün olmazsa olmaz Qarabağla bağlı parlamentin edə biləcəkləridir. Bu baxımdan gözləntilərim hələ ki  özünü doğrultmayıb. Yaranma səbəbi nə olmuş olsa belə, bəşəriyyətin yeni bəlası və elan edilməmiş 3-cü dünya müharibəsi hesab etdiyim koronavirusla mübarizə sahəsində parlament üzərinə düşən qanunverciliyin yeni çağırışlarışlara uyğunlaşdırılması və bəzi mesajların verilməsi məsələsində, məncə, bacardığını etdi.

Spiker Sahibə Qafarovaya isə şəxsən təşəkkürlərim var. O, artıq hər çıxışında deputatlarla bərabər media nümayəndələrinə də xitab etməklə əslində bizləri saya salmış oldu. Ümid etmək qalır ki, prezidentin Milli Mətbuatın 145 illik yubileyinin təntənəli keçirilməsi haqqında imzaladığı sərəncamdan sonra media əhlinə bütövlükdə cəmiyyətin münasibəti dəyişəcək, hüsn-rəğbəti xeyli artacaq”.

“Pandemiya olmasaydı parlamentdə daha səmərəli işlər görüləcəkdi”

PJB sədri Elşad Eyvazlı Milli Məclisin ötən sessiyasının bir sıra maraqlı məqamlarla yadda qaldığını bildirib:

“Milli Məclisin son sessiyası bir çox tərəfləri ilə media nümayəndələrinin yadında qaldı. İlk olaraq ondan başlayaq ki, bu günə qədər Milli Məclisin heç bir iclasında parlament rəhbərliyi səviyyəsində jurnalistlərə ehtiram göstərilib xitab səsləndirilməmişdi. Bu cür addımın atılması isə mətbuat nümayəndələri tərəfindən yüksək qiymətləndirildi və Milli Məclis sədri tərəfindən ölkə mediasına verilən dəyər kimi xarakterizə olundu. Mövcud şərait jurnalistlərdə əhval-ruhiyyə, parlamentlə əməkdaşlıqdan məmnunluq yaratdı. Bu günə qədər belə fikir var idi ki, Milli Məclisin plenar iclası ayda iki dəfədən az olmamaqla keçirilməlidir. Sanki mövzu qıtlığı ya da qanunverciliklə bağlı hər şey həll olunmuş kimi vəziyyət var idi. Amma son sessiya pandemiya dövrünə təsadüf etsə də, həftədə iki dəfə Milli Məclisin iclası keçirildi və görünən o idi ki, pandemiya olmasaydı daha səmərəli işlər görüləcəkdi.

Seçicilərlə deputatların əlaqə yaratma məsələsinə də toxunmaq istərdim. Ötən sessiya pandemiya dövrünə təsadüf etsə də, bəzi deputatlar karantin rejimini pozmaq hesabına belə seçiciləri ilə görüşmək istəyirdi. Yəni bu onu göstərir ki, artıq deputatlar birbaşa seçicilərinin yanında olacaqlar. 

Beynəlxalq əlaqələrdə də ciddi dəyişikliklər olacağına əminik. Pandemiya dönəmində beynəlxalq səviyyədə onlayn konfranslar keçirildi. Karantin rejiminin sonlandırılmasından sonra bu konfranslar canlı olaraq keçiriləcək və beynəlxalq məsələləri bilən deputatların bu konfranslarda uğurla iştirakından gözləntilər var”. 

E.Eyvazlı parlamentin cəmiyyətə açıq olmasından da danışıb:

“Ən vacib məsələlərdən birini də qeyd edim ki, Milli Məclisin komitə rəhbərləri, sədr müavini fikir səsləndirdi ki, bundan sonrakı qanun layihələrinin müzakirələrində ictimai dinləmələr, sosial-ictimai müzakirələrin keçirilməsi vacib bir məsələ kimi ortada olacaq. Bu da onu göstərir ki, qanun layihələrinin müzakirələrində ictimai rəy nəzərə alınacaq.

Ən əsası, millət vəkillərinin bundan əvvəlki çağırışın deputatları ilə eyni statusda olmalarına rəğmən nüfuz məsələsinin bu sessiyadan sonra daha da qalxacağı göründü. Çünki artıq Milli Məclis buna özü çox maraqlıdır. Əvvəllər bəzən ya deputatların ya rəhbərliyin günahı ucbatından millət vəkillərinin nüfuzu xeyli aşağı düşmüşdü. Hətta biz dəfələrlə şahidi olmuşduq ki,  hansısa tədbirlərdə icra başçıları belə deputatlardan öndə otururdu. Amma indi o məsələlər də geridə qalıb.

Ümumilikdə onu deyə bilərəm ki, ötən sessiya maraqlı, vacib məqamlarla yadda qaldı”.

“Etikxeber.az” saytının baş redaktoru Kamil Həmzəoğlu yaz sessiyasında olan dəyişiklikləri yüksək qiymətləndirərək, yeni rəhbərlikdən razı qaldığını vurğulayıb:


“Altıncı çağırış Milli Məclisin ilk sessiyası demək olar ki, tarixə qovuşdu. Bu dövr kifayət qədər gərgin və ağır dönəmə-koronavirus pandemiyasına təsadüf etdi. Belə zamanda da Milli Məclis öhdəliyinə düşən işləri layiqincə görməyi bacardı. Son 30 ildə Azərbaycan parlamenti tarixində ikinci dəfə xanım millət vəkili parlament sədri seçildi. Çox qəribədir ki, hər iki xanım spikerin də soyadı eynidir - Qafarova. 1990-91-ci ildən sonra ilk dəfə olaraq müxalifət partiyasının təmsilçisi olan Fəzail İbrahimli vitse-spiker seçildi.

Ötən dönəmlərdə cari məsələlərin müzakirələrinə təsadüfi halda rast gəlmək olardı, qanun layihələrinin müzakirələri demək olar ki, tələsik başa çatdırılırdı. Amma Sahibə xanım hər bir millət vəkilinə öz fikirlərini bildirmək üçün kifayət qədər şərait yaratdı və onların irad, təkliflərinə sonacan səbrlə yanaşdı. Yəni artıq hər kəs Milli Məclisin əsl siyasət meydanı, siyasi fikirlərin səsləndiyi bir məkan olduğu qənaətinə gəldi. Bundan başqa, ötən çağırışlarda jurnalistlərə parlamentə noutbuklarını gətirməyə icazə verilmirdi, amma Sahibə xanım bu qadağanı da götürdü. Onu da qeyd edim ki, istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra Milli Məclislə bağlı öz tənqidi fikirlərimi səsləndirmişdim.
İndi düşünürəm ki, Milli Məclisin yeni rəhbərliyi parlamentin nüfuzunun qaldırılması istiqamətində müsbət irəliləyişlərə nail ola bildi. İnanıram ki, növbəti dönəmlərdə də bu proses davam edəcək”.

“Elan olunmamış müharibə” şəraitində bütün məsələlərin həlli mümkünsüzdür”

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy yaz sessiyası boyunca parlamentdə koronavirusla mübarizə sahəsində vacib addımların atıldığını qeyd edib:

“Milli Məclisin yaz sessiyası faktiki olaraq fövqəladə vəziyyət rejimində işlədi. Düzdür, ölkədə fövqəladə rejim tətbiq olunmayıb, ancaq nəzərə almaq lazımdır ki, koronavirus parlamentin qapılarından da içəri daxil ola bildi, həm deputatlar, həm də Milli Məclis Aparatının işçiləri arasında virusa yoluxanlar oldu. Təbii ki, belə bir durumda böyük bir heyətin, yetərsay olmaq şərtilə hər dəfə toplaşması, gündəlikdəki məsələləri müzakirə etməsi, qanunverici orqanı olaraq qarşısındakı vəzifələrin öhdəsindən gəlməsi elə də asan deyildi. Amma mən deyərdim ki, Milli Məclis pandemiyanın yaratdığı ciddi fəsadların fonunda yaz sessiyası və növbədənkənar sessiya ərzində üzərinə düşən missiyanı yerinə yetirə bildi. Düzdür, yaz sessiyasının işlər planına daxil olan bir sıra qanun layihələri növbəti sessiyaya qaldı, amma nəzərə almalıyıq ki, “elan olunmamış müharibə” şəraitində qarşıya qoyulan bütün məsələləri həll etmək mümkünsüzdür. Onu da xüsusi vurğulamaq lazımdır ki, növbədənkənar seçkilərin fevral ayında keçirilməsi səbəbindən yaz sessiyası gec başlamışdı və üstəlik, koronavirus pandemiyasının yaratdığı fəsadlar səbəbindən bəzi problemlərin olması təbii idi. Ancaq Milli Məclisin tərkibi - sədarət daxil - qoruyucu maska, əlcəkdən istifadə etməklə, həmçinin onlayn müzakirələr, videokonfanslar keçirməklə də olsa, qanunvericilikdəki boşluqların doldurulması, yeni qanun layihələrinin qəbulu, həmçinin pandemiya ilə mübarizə sahəsində vacib olan addımların atılmasında öz sözünü dedi”.

E.Paşasoyun bu sessiyada sevmədiyi məqam kimi hökumət üzvü olan bəzi məmurların deputatların tənqidi çıxışlarına sərt ritorika ilə cavab verməsi olub:

“Milli Məclisin yaz sessiyasını izləyərkən mənə elə gəldi ki, deputatların ürəyində söz qalmadı. Bunu növbədənkənar sessiyanın son iki iclasında Sədr Sahibə Qafarovanın dəfələrlə müraciət etməsinə rəğmən, çıxış etmək istəməyənlərin olması da təsdiqlədi. Düzdür, pandemiyanın yaratdığı reallıqlar və tələb olunan operativlik amili də var. Amma məncə bu, həm də ondan xəbər verir ki, bu, sədarətin deməyə sözü olanlara kifayət qədər imkan yaratmasının məntiqi nəticəsidir. Cari məsələlərə bəzən bir saatdan artıq vaxtın ayrılması da dediklərimi təsdiqləyir. Parlamentdə 40-dan çox yeni, həm də gənc deputatların olduğunu nəzərə alsaq, deyə bilərik ki, onların potensialı qarşıdakı dönəmdə daha çox üzə çıxacaq.

Yaz sessiyasında şəxsən məni qane etməyən bir amil oldu və açığı, çox təəssüfləndim. Bu da hökumət üzvü olan bəzi məmurların deputatların tənqidi çıxışlarına sərt ritorika ilə cavab vermələri, az qala onları tənbeh etməyə cəhd göstərmələri idi. Hesab edirəm ki, belə mövqe sahibləri ali qanunverici orqanın konstitusiya ilə nəzarət funksiyasını yerinə yetirdiyini unutmamalıdırlar. Həmçinin, onlar dövlət başçısının parlamentə nə qədər önəm verdiyi barədə yaz sessiyasının ilk iclasında dediklərini xatırlasalar, kifayətdir”.

“Ölkə.az” saytının əməkdaşı Mürtəza Bünyadlı da parlamentin ötən sessiyasını qənaətbəxş hesab edib:


“Parlament  cəmiyyətlə hakimiyyət arasında  dialoqun qurulmasında, cəmiyyəti narahat edən məsələlərin həllinə nail olmaq üçün bir vasitəçi qurumdur. Ona görə də orada cəmiyyəti narahat edən məsələlərin qaldırılmasına ehtiyac var. Çünki deputatın cəmiyyəti, seçicisini narahat edən məsələni qaldırdığı və çıxış etdiyi yer parlamentdir. Düzdür, deputatın müvafiq dövlət quurmlarına  müraciət etmək, onlarla görüşüb məsələni qaldırmaq hüquqları var. Ancaq bu heç də hər zaman istənilən nəticəni vermir. Ona görə də deputatalar seçicilərlə görüşdə ciddi problem yaşayır. Seçici deputatdan "parlamentə mənim hansı problemi qaldırdın, həllinə çalışdın" sualını verir. Odur ki,  KİV-lərin komitə iclaslarında iştirakına şərait yardılmalıdır.
Ümumiyyətlə, parlamentin fəaliyyətini müsbət dəyərləndirərəm. Xüsusən də spiker Sahibə xanımın parlamentdə etdiyi bir çox yeniliklər təqdirəlayiqdir. Artıq müvafiq dövlət qurumlarının rəhbərlərinin komitə iclaslarına dəvət olunması, problemlərin müzakirəsi və ya dinləmə keçirilməsi, iclasların aparılma qaydasında müsbət çalarlar çoxdur. İlk dövr üçün bu qısa müddəti qənaətbəxş dəyərləndirmək olar”.

“Ümid payız sessiyasına qaldı...”

“Unikal.org” saytının əməkdaşı Hüseyn İsgəndərov iclasların polemika şəraitində keçirilməsindən razı qaldığını bildirib:


“Öncə onu qeyd edim ki, son yaz sessiyası əvvəlki plenar iclaslardan bir neçə məqama görə maraqlı keçdi. Belə ki, sonuncu sessiya parlament rəhbərliyi də daxil olmaqla, yeni simalarla fəaliyyətə başladı. Uzun illərdən sonra parlamentə qadın rəhbər və eyni zamanda, müxalifət və bitərəflərin nümayəndələrindən vitse-spikerlər seçildi. Ən çox yadda qalan məqam isə  spiker Sahibə Qafarovanın rəhbərliyi altında iclasların əvvəlkindən fərqli olaraq demokratik, deputatlar arasında polemika şəraitində keçirilməsidi. Cari məsələlərin müzakirəsi zamanı hər bir deputatın fikirlərini söyləməsinə şərait yaradılması da ən çox diqqətçəkən  məqam oldu.

 Pandemiya dövründə Milli Məclis də Operativ qərargahın tövsiyələrini nəzərə almaqla, öz işini ölkədə tətbiq olunan qayda-qanuna uyğun qura bildi. Bəzi iclaslarda yaşı 65-dən yuxarı olan millət vəkilləri iştirak etməsələr də, ümumən parlamentin başa çatan sessiyasının işini qənaətbəxş hesab etmək olar. Arzu edək ki, növbəti sessiyalarda da parlament ölkəmiz adına istər beynəlxalq təşkilatlarla işlərdə, istərsə də daxildə aparılan islahatlara uyğun yeni qanunvericilik bazasının hazırlanmasında öz töhfəsini versin.
Pandemiya şəraitində Milli Məclisin komitə iclaslarının onlayn qaydada keçirilməsi  parlament tarixinə düşəcək hadisə idi. Bu kimi yeniliklərin tətbiqi də yadda qalan məqamlardan oldu”.


Oxu.Az-ın əməkdaşı Aqşin Kərimov hesab edir ki, altıncı çağırış Milli Məclis öz fəaliyyətinə başlayar-başlamaz üzərinə çox ağır yük düşdü:


“Koronavirus pandemiyası ali qanunverici orqanın fəaliyyətində təxirəsalınmaz qanun layihələrin qəbulu çağırışını qoydu. Milli Məclis pandemiya ilə əlaqədar epidemiya əleyhinə rejimin pozulmasına görə inzibati və cinayət məsuliyyətlərini təsdiqlədi. Bu mənada parlament günün tələblərinin diktə etdiyi şərtlər altında operativ işlədi. Qanunvericilikdə cinayət hesab olunan 35 əməlin dekriminallaşdırılması ilə bağlı qanun layihəsinin qəbulu da mühüm hadisə idi. Dövlət dili normalarının pozulmasına görə cərimələrin müəyyən edilib İnzibati Xətalar Məcəlləsinə salınması da hesab edirəm ki, təqdir olunası qanunvericilik təşəbbüsü idi”.

Jurnalist bildirib ki, altıncı çağırış Milli Məclisin bəzi iclasları dinamikliyi və gərgin müzakirələri ilə də fərqlənib:

“2019-cu ilin dövlət büdcəsinin icrası barədə qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifovla deputat Qüdrət Həsənquliyevin “atışması” maraqlı oldu. Üstəgəl Samir Şərifovun ad çəkməsə də, ilk dəfə deputat seçilən şəxslərə qarşı ironiyası da jurnalistlərin diqqətindən qaçmadı. Bu cür müzakirələr əslində parlament jurnalistləri üçün əla materiallardır”.

A.Kərimov onu da əlavə edib ki, Milli Məclis “gözləri yol çəkən” bir sıra qanun layihələrinin qəbulunu yenə də təxirə saldı.

“Siyahını uzatmayacam. Amma düşünürəm ki, pandemiya dövründə ən azından Rəqabət Məcəlləsinin qəbulu parlament üçün aktual olmalı idi. Ancaq sənədin bu dəfə də bəxti açılmadı, ümid payız sessiyasına qaldı”.

“Deputatların maska taxmağı parlament tarixinə düşdü”

“Pravda.az” saytının baş redaktoru İlkin Pirəli yeniliklərin davamlı olacağı düşüncəsindədir:

“Parlamentin yaz və növbədənkənar sessiyaları cəmiyyət həyatına təsir edən qərarların qəbulu ilə yadda qaldı. Parlament sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələri artırdı. Bu məsələ cəmiyyətdə kifayət qədər müzakirə edildi. Koronavirus pandemiyası ilə əlaqədar müəyyən çətinliklər yarandı. Amma bu çətinliklər Milli Məclisin işinə o qədər də təsir etmədi, komitə iclasları onlayn rejimdə keçirildi. Plenar iclaslar adi qaydada keçirilsə də, karantin qaydalarına ciddi şəkildə riayət olundu. Hətta buna görə jurnalistlərə inzibati binaya komputerin keçirmələrinə icazə verildi. Ümid edirik, növbəti mərhələdə smartfonların keçirilməsinə də razılıq veriləcək. Milli Məclis nə etmək lazım idisə, etdi.
Əvvəlki dövrlərdən fərqli olaraq deputatların çıxış etmələrinə məhdudiyyət qoyulmadı. Millət vəkillərinə geniş imkanlar yaradıldı. Ona görə də plenar iclas saatlarla çəkdi... Bəzən deputatlar müzakirələri dayandırmağı təklif edirdilər. Hörmətli sədr Sahibə Qafarova dəfələrlə dedi ki, deputat söz istəyirsə, şərait yaradılmalıdır, parlament müzakirə yeridir. Sahibə xanımın rəhbərliyi ilə yeniliklərin davam edəcəyi gözləniləndir”.


“Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev onlayn iclaslara jurnalistlərin qoşula bilməməsindən narazı qalıb:

“Pandemiya dönəmində Milli Məclisin işini normal qiymətləndirirəm. Yəni, iş bu dönəmə uyğun olaraq qurulmuşdu. Komitələrin iclasları onlayn qaydada keçirilirdi. Amma komitələrin onlayn iclaslarına jurnalistlər qoşulmurdu. Həmin iclaslarda jurnalistlər də iştirak edə bilərdilər. Parlamentin başa çatan sessiyasının nə ilə yadda qaldığına gəlincə, bu dövr pandemiya dönəminə təsadüf etdi. Düşünürəm ki, qapalı yerlərdə maska taxmamağa görə cərimələrin tətbiq edilməsi məsələsi yadda qaldı”.

Modern.az saytının əməkdaşı Namidə Bingöl:

“Altıncı çağırış parlament növbədənkənar seçildiyindən yaz sessiyası da işinə bir qədər gec başladı. Üstəlik COVID-19 pandemiyasının dünyada, eləcə də ölkəmizdə tüğyan etməsi parlamentdən də yan keçmədi. Təbii ki, koronavirus parlamentin işində müəyyən gərginliklər yaşatdı. Deputatlar tibbi maska, əlcəklə iclas zalına buraxıldılar. İndi dəqiq analiz aparanda aydın olur ki, bu boyda gərginliyin içərisində bir çox qanun layihələri qəbul edilib, hökumətin, Ombudsmanın hesabatı dinlənilib, bunlar yaddaqalan məqamlardı

Yola saldığımız yaz sessiyasında deputatların aktivliyi də diqqət çəkdi. Nazirlərin qarşısında tənqidi fikirlər söyləyən deputatlar oldu. Həmçinin, ölkədəki su problemi deputatlar tərəfindən xüsusi müzakirələrə çıxarıldı.

Qarşıdan gələn payız sessiyasında heç kimi maskada görmək istəmirəm. Hesab edirəm ki, bu, parlament tarixində xoş olmayan ilk kimi yadda qalacaq".
Похожие новости
11:10, Сегодня
В Сабирабадском районе автомобиль врезался в телегу: есть пострадавшие
11:09, Сегодня
В Хырдалане обнаружено 12 гранат - ФОТО/ВИДЕО
11:07, Сегодня
В Газахе задержан подозреваемый в сбыте наркотиков - ФОТО
11:02, Сегодня
В прошлом году из Азербайджана за границу переведено более $3 млрд
10:57, Сегодня
Заседание рабочей группы Арктического совета пройдет 3 апреля
10:55, Сегодня
Азербайджан привлек почти $7 млрд прямых иностранных инвестиций в прошлом году
10:51, Сегодня
Армения запретила трансляцию передач с Владимиром Соловьевым
10:43, Сегодня
Какие фрукты и овощи пользуются повышенным спросом на рынках? - ВИДЕО
10:42, Сегодня
В Ширване у задержанного изъяли 4 кг наркотиков - ФОТО
10:34, Сегодня
В Индии при падении такси в ущелье погибли 10 человек
10:33, Сегодня
США заявили об уничтожении четырех БПЛА хуситов
10:32, Сегодня
В ЕП заявили, что Нидерланды не пресекают случаи уклонения от санкций Россией
10:28, Сегодня
В Уджарском районе в школе произошел пожар
10:24, Сегодня
Спустя неделю после теракта люди несут цветы к мемориалу возле "Крокус Сити Холла" - ВИДЕО
10:17, Сегодня
Кулеба предупредил Индию о "красной линии" из-за сотрудничества с Россией
10:16, Сегодня
Польша подняла в небо самолеты из-за дальней авиации России
10:04, Сегодня
В Гейчае ВАЗ врезался в стену: есть пострадавшие - ФОТО
10:00, Сегодня
Сотни палестинских детей запустили в Газе воздушных змеев - ВИДЕО
09:53, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
09:51, Сегодня
Цены на нефть завершили первый квартал уверенным ростом
09:45, Сегодня
В Баку 29-летнего мужчину сбил автомобиль
09:40, Сегодня
В Азербайджане у граждан изъяты оружие и боеприпасы
09:39, Сегодня
Охваченный огнем небоскреб в Бразилии попал на ВИДЕО
09:37, Сегодня
Сегодня стартует повторное собеседование в рамках конкурса по приему на должность замдиректора в школах
09:31, Сегодня
В Азербайджане скончался профессор Института археологии
09:28, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(29.03.2024)
09:21, Сегодня
В Баку сотрудник ЖЭУ лишился ног в результате ДТП
09:11, Сегодня
В Сабирабадском районе автомобиль столкнулся с конной повозкой: есть пострадавшие
09:08, Сегодня
СМИ: Кристофера Нолана наградят рыцарским титулом - ФОТО
09:05, Сегодня
Азербайджанская нефть подорожала
09:04, Сегодня
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
09:01, Сегодня
Очередной миграционный караван отправлен в город Физули - ФОТО
08:32, Сегодня
Сербия внимательно следит за инициативой создания «зеленого» коридора Азербайджан-ЕС
08:30, Сегодня
Канадская бабушка побила женский рекорд по стоянию на планке - ФОТО/ВИДЕО
08:28, Сегодня
Грузия планирует увеличить частоту авиарейсов в Германию
08:00, Сегодня
Глобальное потепление изменило вращение Земли
07:39, Сегодня
Спецслужбы Франции рекомендовали отменить церемонию открытия ОИ-2024 в Париже
07:19, Сегодня
Японцы выпустили смартфон, который можно мыть
06:38, Сегодня
Анализ ДНК помог восстановить лицо древнекитайского императора - ФОТО
06:18, Сегодня
Илон Маск увидел нового любовника бывшей девушки и отписался от нее - ФОТО
05:57, Сегодня
Lamborghini впервые за 20 лет сменила логотип - ФОТО
05:37, Сегодня
Названы три потрясения, с которыми столкнется европейская экономика
04:38, Сегодня
Король коренных новозеландцев призвал уравнять в правах людей и китов
03:55, Сегодня
УЕФА может расширить заявку команд-участниц Евро-2024
02:51, Сегодня
В Украине скончался журналист-азербайджанец
01:37, Сегодня
Определились полуфиналисты Кубка Азербайджана по футзалу
00:10, Сегодня
Два члена правительства Греции подали в отставку
00:09, Сегодня
Посольство Казахстана в Украине призвало сограждан покинуть Одесскую и Харьковскую области
00:08, Сегодня
В Китае начались продажи первого электрокара от Xiaomi - ВИДЕО
00:07, Сегодня
Назначен новый проректор Сумгайытского государственного университета
00:04, Сегодня
Армения боится помогать России обходить санкции Запада
00:03, Сегодня
Айк Марутян анонсировал создание новой партии в Армении
00:02, Сегодня
Шахмар Гусейнов получил пост советника главы SOCAR
00:00, Сегодня
Уроженец АзССР сознался в Москве в убийстве, совершенном в 2001-м году
28 Mar 2024 | 23:58
Азербайджанские эксперты идентифицировали останки 107 пропавших
28 Mar 2024 | 23:56
В Турции снимут ремейк «Холопа»
28 Mar 2024 | 23:49
Пожар в жилом здании в Гяндже-(фото, видео)
28 Mar 2024 | 23:44
Число жертв в Газе достигло 32552
28 Mar 2024 | 23:32
Симонян: Членство в ЕС является наиболее приемлемым вариантом для Армении
28 Mar 2024 | 23:24
В Баку 62-летний мужчина скончался на рабочем месте
28 Mar 2024 | 23:19
В Польше подозревают экс-главу Еврокорпуса в разглашении секретных данных
28 Mar 2024 | 23:10
В США допустили крупный теракт на Олимпиаде в Париже
28 Mar 2024 | 23:01
Боевые товарищи Национального героя Эльбруса Аллахвердиева поделились воспоминаниями о нем - ВИДЕО
28 Mar 2024 | 22:54
УЕФА может изменить регламент Евро-2024
28 Mar 2024 | 22:49
Нетаньяху заявил о захвате стратегических активов ХАМАС
28 Mar 2024 | 22:45
Папа Франциск омыл женщинам ноги-(видео)
28 Mar 2024 | 22:44
В Сумгайыте начался капитальный ремонт дорог - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:24
Симонян анонсировал майскую встречу с Гафаровой
28 Mar 2024 | 22:23
В ЮАР автобус упал с моста, есть погибшие
28 Mar 2024 | 22:18
В бакинском ресторане произошел пожар - ФОТО/ВИДЕО
28 Mar 2024 | 22:09
ООН: Боевые действия на востоке ДР Конго вынудили почти 6 млн людей покинуть свои дома
28 Mar 2024 | 21:54
В Белом доме сравнили российских чиновников с «продавцами навоза»
28 Mar 2024 | 21:50
СМИ: Мощный взрыв прогремел в столице Сомали
28 Mar 2024 | 21:48
В Евлахском районе легковая машина врезалась в бетономешалку: есть погибший
28 Mar 2024 | 21:44
Зеленский: Путин не остановится, он горит идеей восстановить СССР
28 Mar 2024 | 21:35
В отношении Рамиза Мехтиева возбуждено административное дело
28 Mar 2024 | 21:35
В Огузском районе приняты меры в отношении лиц, продававших табачные изделия несовершеннолетним
28 Mar 2024 | 21:34
Израиль задействовал систему Patriot для перехвата летевшего из Ливана аппарата
28 Mar 2024 | 21:14
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
28 Mar 2024 | 21:01
Время имсака, ифтара и намаза девятнадцатого дня месяца Рамазан - ФОТО
28 Mar 2024 | 21:01
Израильтян предостерегают от поездок в ряд стран
28 Mar 2024 | 20:47
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
28 Mar 2024 | 20:24
Аббас утвердил состав нового правительства Палестины
28 Mar 2024 | 20:14
В бакинской тюрьме скончался бывший главврач, осужденный за хищение более полумиллиона манатов
28 Mar 2024 | 19:51
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
28 Mar 2024 | 19:46
В Афганистане произошло сильное землетрясение
28 Mar 2024 | 19:43
Стали известны правила проведения тестового этапа по приему на работу руководителей детсадов - ОБНОВЛЕНО
28 Mar 2024 | 19:35
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
28 Mar 2024 | 19:25
В Азербайджане 23 новых наркотических средства добавлены в список запрещенных веществ
28 Mar 2024 | 19:24
Премьер Италии осудила Макрона за идею отправить войска в Украину
28 Mar 2024 | 19:16
В России задержали 9-летнюю девочку, предложившую незнакомой женщине устроить теракт - ВИДЕО/ФОТО
28 Mar 2024 | 19:13
Число заявок на пособие по безработице в США снизилось
28 Mar 2024 | 19:03
Оценена стоимость строительства аналога "Крокусу"
28 Mar 2024 | 19:02
В Мингячевире загорелось здание общежития: жильцы были эвакуированы - ВИДЕО
28 Mar 2024 | 18:57
СК РФ объявил о задержании еще одного подозреваемого по делу о теракте в «Крокусе»
28 Mar 2024 | 18:50
Утверждены правила предоставления субсидий на железнодорожные пассажироперевозки в окрестностях Баку
28 Mar 2024 | 18:43
Деяния ночи аль-Кадр: Имеющим возможность желательно накрыть стол нуждающимся - ФОТО
28 Mar 2024 | 18:43
"Смертельный" вред коррекции носа филлерами - ПРЕДУПРЕЖДЕНИЕ КОСМЕТОЛОГА
28 Mar 2024 | 18:31
ГЭЦ выбирает аудитора
28 Mar 2024 | 18:25
Задержан подозреваемый в краже телефона и сумки у жителя Баку - ВИДЕО
ЕЖЕДНЕВНО
28 Mar 2024 | 12:45
В Кыргызстане заявили о попытках вербовки граждан страны для участия в терактах в РФ
28 Mar 2024 | 12:32
Завтра в Азербайджане воздух прогреется до 20 градусов
28 Mar 2024 | 11:43
Пашинян: Армения не признает никакого "правительства в изгнании"
28 Mar 2024 | 13:25
Колумбия высылает аргентинских чиновников
28 Mar 2024 | 11:53
Сегодня в Азербайджане первая предполагаемая ночь аль-Кадр
28 Mar 2024 | 12:49
Омбудсмен Азербайджана встретилась в Ханкенди с жителями армянского происхождения
28 Mar 2024 | 12:44
Эмин Агаларов: Эвакуационные выходы "Крокуса" работали - ВИДЕ
28 Mar 2024 | 13:07
Избившего жену из-за соцпомощи мужчину освободили от уголовной ответственности
28 Mar 2024 | 12:40
В Нахчыванской АР на трассе произошел обвал - ФОТО/ВИДЕО
28 Mar 2024 | 12:27
Российские артисты исполнили песни Муслима Магомаева и составили альбом "Голос мой услышь" - ВИДЕО
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
28 Mar 2024 | 12:45
В Кыргызстане заявили о попытках вербовки граждан страны для участия в терактах в РФ
28 Mar 2024 | 12:32
Завтра в Азербайджане воздух прогреется до 20 градусов
28 Mar 2024 | 11:43
Пашинян: Армения не признает никакого "правительства в изгнании"
28 Mar 2024 | 13:25
Колумбия высылает аргентинских чиновников
28 Mar 2024 | 11:53
Сегодня в Азербайджане первая предполагаемая ночь аль-Кадр
28 Mar 2024 | 12:49
Омбудсмен Азербайджана встретилась в Ханкенди с жителями армянского происхождения
28 Mar 2024 | 12:44
Эмин Агаларов: Эвакуационные выходы "Крокуса" работали - ВИДЕ
28 Mar 2024 | 13:07
Избившего жену из-за соцпомощи мужчину освободили от уголовной ответственности
28 Mar 2024 | 12:40
В Нахчыванской АР на трассе произошел обвал - ФОТО/ВИДЕО
28 Mar 2024 | 12:27
Российские артисты исполнили песни Муслима Магомаева и составили альбом "Голос мой услышь" - ВИДЕО
Писатели