"Koronavirusa qarşı kollektiv toxunulmazlıq yoxdur".
Moderator.az xəbər verir ki, bu açıqlama ilə məşhur tibb jurnalı “Lancet” çıxış edib. Ispaniyada bu yöndə aparılan araşdırmaların nəticəsini təqdim edən jurnal bildirib ki, ispanların 95%-i hələ də koronavirus riski altındadır. Buna səbəb cəmi hər 20 nəfərdən 1-də koronavirusa qarşı antikorun olması gerçəyidir. Bu səbəbdən də jurnal koronavirusa qarşı kollektiv toxunulmazlıq fərziyyəsinin əlçatmaz olduğunu bildirib.
Jurnalda koronavirusa antikorları olan şəxslərin belə yenidən xəstələnməsinin mümkünlüyü sualına qəti bir cavabın olmadığını vurğulanıb.
Xatırladaq ki, son bir neçə aydır ki, tibbi-elmi dairələrdə koronavirusa qarşı kollektiv toxunulmazlığın mümkün olub-olmadığı ilə bağlı müzakirələr keçirilir. Alimlərin bir qismi bunun mümkün olduğuna inansa da, əksər mütəxəssislər tərəfindən bu ehtimal qəti şəkildə istisna edilməkdədir. Hansı ki, “Lancet”ın bu açıqlaması koronavirusa qarşı kollektiv toxunulmazlığın mümkünlüyü ilə bağlı ümidlərə son qoyub.
Seymur ƏLİYEV