“İnformasiya müharibəsi bəzən bütün müharibənin taleyini həll edir”
Читать: 3850
12 Jul 2020 | 14:38
“İnformasiya müharibəsi bəzən bütün müharibənin taleyini həll edir”

“Dövlətin üçün yararlı nə iş görürsənsə, bu vətənpərvərlik, vətəni sevmək deməkdir”

 

Qarşıdan milli mətbuatın 145-ci ildönümü gəlir.

 

Bəs torpaqlarımızın 20%-nin hələ də erməni işğal altında qaldığı bir zamanda müasir Azərbaycan jurnalistikasının hərbi vətənpərvərlik təbliğatı baxımından rolu nə dərəcədə qənaətbəxşdir?

Media nümayəndələri bu məsələdə üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələ bilirmi?

 

Moderator.az olaraq tanınmış hərbi jurnalist və şərhçi Anar Şuşalı ilə söhbətimizdə bu və digər mətləblərə aydınlıq gətirməyə çalışdıq:

 

-Anar müəllim, öncə Qarabağ müharibəsi və bu müharibə zamanı Azərbaycanın apardığı informasiya savaşı ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə Qarabağ müharibəsi illərində ölkəmiz informasiya müharibəsində etməli olduğu hər şeyi edə bildimi?

 

-Bildiyimiz kimi, vətənimiz tarix boyu işgalla üzləşib. Qalibiyyətli illərimiz də olub, məğlubiyyətlə barışdığımız illərdə. Ancaq xalqımız bütün baş verənlərə əzimlə dözüb, ayaq üstə dayanıb.

 

90 cı illərin əvvələrində də nə yazıq torpaqlarımızın 20 faizi işğal oldu. Şəhid verdik və insanlar öz dədə-baba torpaqlarından məcburi köçkün və qaçqın düşdü. O illərdə mətbuatımız demək olar, blokada şəraitində idi. Ermənilər isə havadarlarının köməkliyi ilə bu vəziyyətdən istifadə edərək öz xeyirlərinə məlumatlar verir, guya biz onların torpaqlarını yandırır, erməni vətandaşlarına işgəncə verir və öldürürük. Sumqayıt hadisələri ilə bağlı xarici mətbuatda yalnış məlumatlar verilirdi. Birinci Qarabağ savaşında xarici mətbuat nümayəndələrinin demək olar ki, çox az bir hissəsi bizim haqq səsimizi dünyaya çatdırdı. Demək olar həmin xarici KİV nümayəndələri hədə-qorxuyla rastlaşırdılar. Bütün bunlara rəğmən insanlarımızda vətənpərvərlik ruhu yüksək idi. Könüllü olaraq döyüşlərdə iştirak edirdilər. Sizə deyərdim ki, Azərbaycanda ilk könüllülük hərakatı o zamandan başlamışdı.

 

Bir məsələyə də toxunmaq istərdim. Fikrimcə, həmin dövürlərdə bizim mətbuat bəzən yalnışlığa yol verirdi. Xocalı soyqrımı zamanı da bunu gördük.

 

Bilirsiz, müharibədə silah-sursat əsas rol oynayır. Ancaq informasiya müharibəsi bəzən bütün müharibənin taleyini həll edir. Və istədiyinə nail olursan. Ermənistanda Rusiyanın köməkliyi ilə bu informasiya müharibəsində qalib oldu. Belə ki, Xocalı soyqırımını Ermənistan törətdi, sonra isə  bizim çəkiliş qruplarını orda çəkilişə şərait yaratdılar. Növbəti həftədə bu şəraiti yenə yaratdılar, bu dəfə isə çəkiliş qruplarımız şoka düşdülər. Ermənilər meyitlərin üzərində görünməmiş vəhşilik etdilər. Biz nə etdik, bütün olanları çılpaqlıqla yayımladıq. O zaman bizim yayım əhatəmiz o qədər güclü deyildi ki, bütün dünyaya yayımlansın. Ermənilər bütün bunları bilirdi. Nəticədə, insnalaırn bir qismində qorxu yarandı. Bir balaca nəsə olan kimi hamı deyirdi, “vay ermənilər bizi qıracaq”, “vay bizi də Xocalının gününə salacaqlar”. Baxın, burda artıq Ermənistanın informasiya müharibəsində qalib gəldi”.

 

-Bəs Heydər Əliyevin hakimiyyətə gəlməsi sizcə bu məsələdə nəyi necə dəyişdi?

 

-Ulu öndər Heydər Əliyev artıq vətənə dönəndə ölkəmiz bərbad bir vəziyyətdə idi. Xaos, hərcimərcik höküm sürürdü. Bütün bunların qarşısını almaq, insanlarda yenə inam hissini yüksəltmək çox çətin idi. Ancaq bütün bunların qarşısını alındı,  döyüşləri bərpa edildi,

insanlarda vətənpərvərlik hissi özlərinə qaytarıldı.

 

Ulu öndər KİV-lə mütəmadi olaraq maraqlanırdı. Onların bütün problemlərini həll etməyə çalışırdı və bunların hamısına da nail oldu. O zamanlar xaricə təhsil almağa hərbiçiləri göndərirdi və hamısıyla birbaşa özü maraqlanırdı. Yenidən ordunu bərpa edən Ulu öndər uğurlu əməliyyat keçirdi. Ali baş Komandanın hər bir əmrini yerinə yetirən zabit və əsgər heyəti uğurlu Horadiz əməlliyatını qələbəylə başa vurub, hərb tariximizdə qızıl hərflərlə öz adlarını yazdırdılar. O zamanlar universitetləri başa vuranlar leytinant kimi hərbi xidmətə yollanırdılar. Həm də onu qeyd etmək istərdim ki, o dövürlərdə jurnalistika kafedrasında jurnalistlər müxtəlif kateqoriyalara bölünürdülər, TV, radio, qəzet və çox maraqlıdır ki, hərbi jurnalistika bölməsi də var idi. Burda məhz bu bölməni bitirənlər bu sahədə çalışırdılar. İxtisas artırmaq üçün müxtəlif yerlərə ezam olunurdular.

 

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün siyasi, iqtisadi inkişafla yanaşı hərbi sahəyədə böyük önəm yetirir. Tez-tez hərbi hissələrə gedir, hərbi arsenalın zənginləşməsinə xüsusi diqqət ayırır.

 

Məhz bu diqqət ölkəmizi regionun liderinə, ordumuzu isə dünyanın 50 ən yaxşı orduaları sırasına daxil etdi. Bütün bunların nəticəsi olaraq 2016-cı ilin aprel ayında Talış yüksəkliyini, Laləİlahə (lələ təpə) kimi yerləri azad etdik.

 

-Anar müəllim, bildiyimiz qədəri ilə media təmsilçisi olaraq aprel döyüşlərini hərbi əməliyyat meydanından birbaşa izləmək imkanınız olub?

 

-Bəli. Həmin döyüşlərdə bir KİV nümayəndəsi kimi demək olar ki, 20 gün həmin döyüşləri izləmək şansım oldu. Onu xüsusi olaraq vurğulamaq istəyirəm ki, həmin döyüşlər zamanı Müdafiə Nazirliyi ilə birlikdə qarşılıqlı işlədik. Bütün məlumatları qarşılıqlı müzakirə edib Azərbaycan tamaşaçısına çatdırdıq. Bu da xalqın ümidini alovlandırdı. İnsanlar küçələrə töküldü qalib Azərbaycan əsgərini alqışladı. Bu da birbaşa vətənpərvərlik hisslərinin yüksəlməsi demək idi.

 

Həmin dövürdə gəncdən tutmuş yaşlı insanlara qədər hamı savaşmaq istəyirdi. Hər kəs Səfərbərlik Xidmətinin müxtəlif şöbə və bölmələrinə üz tuturdu. Bu dəfə biz Ermənistana həm hərbi, həm də informasiya müstəvisində qalib gəldik.

 

Həm vaxtlar təsəvvür edin bir çox dövlətlərin mətbu orqanları burda idilər və onların içərisində erməniləri sevənlər də var idi. Həmin o məxluqlar yenə ermənilərin xeyrinə iş görmək istəyirdilər. Ancaq biz KİV nümayəndələri və hüquq-mühafizə orqanlarına birlikdə bütün bunların qarşısını aldıq. Həm də bir şeyi xatırladım ki, həmin ilə qədər Azərbaycan ordusu ancaq təlimlərdə özünü sınaqdan keçirmişdi. Bütün bu təlimlərin sonu gözəl və hər kəsin arzuladığı kimi qalibiyyətlə nəticələndi.

 

Əlbəttə, bir daha vurğulayım ki, bunun ən böyük nəticəsi birbaşa hərbi-vətənpərvərlik baxımından oldu. Ondan sonra hərbi jurnalistikaya maraq daha da  artdı, hərbi sahədə bloggerlərin sayı çoxaldı. Ümumiyyətlə ,bir şeyi vurğulayım ki, hərbi jurnalistika fəaliyyəti çətin olduğu üçün çox insanlar bu sahəyə maraq göstərmir. Bu sahəni seçən media nümayəndəsi bu sahənin qızmar yayı, şaxtalı qışına dözməlidir. Təsəvvür edin, biz bir süjeti hazırlamaq üçün 7 saat qar sinədən yol getmişik. Bax, budu hərbi jurnalistikanın çətinliyi. Bundan başqa, bunun üçün həm də istək olmalıdı, ürək olmalıdı adamda.

 

Kanallarımızda bayağı hərbi verilişlər olmamalıdı. Çəkilişi gərək dövrün standartlarına uyğun etməlisən. Dinamikaya, görüntüyə üstünlük verməlisən. İndiki tamaşıçılar 20-25 dəqiqədən o tərəfə olan verilişlərə baxmırlar.

 

Bütün bunlardan başqa, hərbi sirri də qorumağı bacarmaq lazımdı. Getdiyin yerdə sənə yad olan, şübhə doğuran hər hansı faktı yerindəcə araşdırıb hərbçi yoldaşlara deməlisən. Mən 16 ildir ki, sırf bu sahədə çalışıram. Ordunun necə inkişaf etdiyini anbaan izləmişəm.

 

-Ölkə başçısının orduya göstərdiyi diqqət və qayğı hərbi jurnalistika peşəsinə də marağın artmasına təsir göstərirmi?

 

-Şübhəsiz. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin orduya ayırdığı diqqət, səfərləri hamısı yüksək nəticə verir. Ordumuz günü-gündən güclənir. Yeni hərbi saytlar, hərbi jurnallar yayımlanır. Bu da yenə deyirəm, hərbi jurnalistikaya marağı artırır. Misal olaraq jurnallardan nümunə kimi "Azəridefence" jurnalını çəkə bilərəm. Çox gözəl tərtib edilmiş jurnaldır. Baş redaktoru Rəşad Süleymanöv hərbi jurnalistikada ixtisaslaşmış jurnalistdir. Onunla əməkdaşlıq edən Zaurda yaxşı jurnalistdir. TV kanallarda isə baxımlı veriliş çox azdı. CBC də Elmira xanım baxımlı layihə hazırlayır. Həm də bildiyiniz kimi, AZTV-də rəhbərlik dəyişikliyindən sonra yeni rəhbər Rövşən Məmmədov kanalda islahatlar apararaq AZTV şablonundan çıxartmağı bacardı. Hərbi sahədə də AZTV-də yayımlanan verilişdə də dəyişiklik oldu. Rövşən müəllim rəhbərliyə gələndən sonra məni də kanala dəvət etdi. Komanda formalaşdırmağı və yeni, baxımlı veriliş hazırlamağı tapşırdı. Mən də yeni komanda yığdım və işə başladıq.

 

Deyim ki, komanda şəklində Azərbaycanda ən maraqlı hərbi verilişi olan "Döyüşçü"nü hazırladıq. Bundan sonra 2020 ci il “könüllülər ili” olmasıyla bağlı "Könüllü döyüşçü"nü ərsəyə gətirdik.  Komanda olaraq Azərbaycan təbiətini isə "Ekoetika" layihəsini də tamaşaçıların ixtiyarına verdik. Onu qeyd edim ki, hər üç layihə tam olaraq dinamik, super çəkilişlərlə bir komanda işi olaraq çox baxımlı, həm də reytinqli oldu.

 

Bilirsiz, vətənpərvərlik təkcə hərbçilərlə işləmək, hərbi jurnalistika sahəsində çalışmaq deyil. Vətənpərvərlik getdiyin yolda bir qocaya qayğı, küçəyə zibil atana “bunu etmə, bu yaxşı hal deyil” deyib onu başa salmaqla, övladlarını savadlı böyütməklə, işlədiyin yerdə birinə kömək etməklə olur. Dövlətin üçün yararlı nə iş görürsənsə bu vətənpərvərlik, vətəni sevmək deməkdir.

 

-Anar müəllim, bəs hərbi jurnalistikamızdakı çatışmazlıqlar nədən ibarətdir?

 

Əslində bu məəslədə uğurlarımızla yanaşı, çatışmamazlığımız da çoxdur. Bunlardan birincisi ali məktəblərdə tək jurnalist ixtisası verilməsi ilə bağlıdır. Jurnalist kimi bakalavır ixtisası verilir. Nə TV, nə radio, nə də qəzet və jurnal kimi hərbi jurnalistika sahəsi də bölünməyib. Müharibə şəraiti olan bir dövlətdə məncə hərbi jurnalistika ixtisasının olması vacibdir. Çünki biz həm silah-sursatla, həm də informasiya ilə düşmənlə müharibə aparırıq. Yenə deyirəm, müharibənin başlanması və qalibiyyətlə bitməsi birbaşa informasiya müharibəsindən aslıdır.

 

Bir də bu sahəyə diqqət ona görə çox ayrılmalıdır ki, hərdən KİV-də cəbhə ilə bağlı məlumatlar veriləndə, ya başqa qoşun növünün əsgərini təqdim edirlər, ya da Azərbaycana aid olmayan xarici ordunun şəkil və videosundan istifadə edirlər.  Bilirsiz, hamı deyə bilər “mən hərbçini sevirəm”, “hərbi haqqında məlumat verirəm”,  lap yaxşı versinlər, ancaq ilk öncə verilən xəbərin doğru və ya yalnış olmasını, görüntünin bizim  orduya aid olub-olmamasını dəqiqləşdirmək lazımdı.

 

-Peşəkar hərbi jurnalist olmağın sirri nədədir?

 

-Bu, bir sıra amillərdən, keyfiyyətlərədn asılıdır. Hərbi jurnalist olmaq üçün 2-3 il bəs eləmir. Gərək mütamadı olaraq Silahlı Qüvvələrlə, xarici ölkələrin silahlanması ilə maraqlanasan. Özünü əziyyətə verəsən. Əgər bunu etmirsənsə, sən heç vaxt bu sahədə işləyə bilməzsən. Kanallarımızda hərbi verilişlərin, hərbi-vətənpərvərlik verilişlərin sayı artırılmalıdır.

 

Hamımız vətənin haqq səsini dünyaya çatdırmaq, bilməyən insanlara öyrətmək və onlara informasiya vermək məsləyimizi uğurla canla-başla yerinə yetirməliyik. Yoxsa sosial şəbəkələrdə kimsə nəsə yazırsa,  onu başlığa çevirib reytinq xatirinə tezbazar “mən birinci verdim” yqnaşması olmamalıdır.

 

Mən TV jurnalistika fəaliyyətimə 2004-cü ildən  Lider TV-də başlamışam. Onda Lider televiziyasının ən baxımlı vaxtı idi. Həmin dövürdə jurnalistlərin “qaymağı” orda işləyirdi. Mən də onlardan baxıb öyrənmişəm. Məqsəd Nur, Rövşən Cahangirov,Seymur Şahbazov, Müsəllim Həsənov, Vəli Əkbər, sonra Mir Şahin Ağayev, Seyfulla Mustafayev, Rahib Qərib, İlqar Mikayılöğlu kimi insanlardan öyrəndim. Adlar sadalamaqla bitməz. Mənim jurnalist fəaliyyətim illərin süzgəcindən keçib gəlib. Hamımıza ən yaxın müddətdə Ali Baş Komandanın, Ordumuzun qələbə sorağını çatdırmaq, işğal altında olan torpaqlarımızın başı üzərində Azərbaycan bayrağını sancıb qələbə xəbərini verməyi arzulayıram”.

 

Seymur ƏLİYEV

 

Похожие новости
09:24, Сегодня
ЦАХАЛ заявил, что продолжит преследовать ХАМАС до освобождения всех похищенных
09:23, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(25.04.2024)
09:15, Сегодня
Азербайджанская нефть незначительно подорожала
08:42, Сегодня
Утерянную картину Густава Климта выставили на аукцион - ФОТО
08:28, Сегодня
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
08:20, Сегодня
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
08:00, Сегодня
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
07:39, Сегодня
Словацкий евродепутат выпустил голубя на заседании ЕП в Страсбурге - ВИДЕО
07:30, Сегодня
Яшар Гюлер встретился с австралийским коллегой
07:06, Сегодня
Таджикистан и Узбекистан упростят транзитный проезд грузовых автомобилей
06:58, Сегодня
Бегун продегустировал 25 сортов вина во время Лондонского марафона - ВИДЕО
06:38, Сегодня
Lamborghini представила первый гибридный кроссовер - ФОТО
06:20, Сегодня
Опубликованны последние данные о состоянии экономики Германии
05:21, Сегодня
Индекс потребительских цен Ирана упал на 4,8%
05:17, Сегодня
Во Франции задержали подростка по подозрению в подготовке теракта на Олимпиаде
05:02, Сегодня
Фируза Ибадова: Я ухожу со сцены, где нет Джаваншира
04:36, Сегодня
Власти США заплатят жертвам сексуального насилия в гимнастике 140 млн долларов из-за прокола ФБР
04:21, Сегодня
Турция и Германия намерены увеличить товарооборот до $60 млрд
03:01, Сегодня
Глава МИД Венгрии прибыл с визитом в Азербайджан - ФОТО
02:07, Сегодня
Узбекистан импортировал газ на $360,2 млн в первом квартале
01:13, Сегодня
Товарооборот между Ираном и Китаем превысил $4 млрд
00:02, Сегодня
В Вашингтоне проведена акция солидарности против лжи о т.н. геноциде армян
00:00, Сегодня
Жители иранского города провели акцию протеста из-за застреленного полицией парня - ФОТО/ВИДЕО
24 Apr 2024 | 23:59
В Турции арестован один из главарей иракcкого крыла Рабочей партии Курдистана
24 Apr 2024 | 23:58
США дали владельцам TikTok время на продажу платформы - ВИДЕО
24 Apr 2024 | 23:39
Шойгу отстранил от должности своего арестованного заместителя
24 Apr 2024 | 23:38
Мбаппе потеряет 127 млн, если покинет свой клуб
24 Apr 2024 | 23:20
По каким вопросам чаще всего обращаются граждане к депутатам Милли Меджлиса? - ВИДЕО
24 Apr 2024 | 23:11
Азербайджан представил доклад на сессии Комитета ООН по борьбе с пытками
24 Apr 2024 | 23:10
В ООН представлен 5-й периодический доклад Азербайджана по Конвенции ООН против пыток
24 Apr 2024 | 23:07
Начался прием заявок для организации павильонов на COP29 в Баку
24 Apr 2024 | 23:05
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу- (обновлено)
24 Apr 2024 | 23:00
Число жертв в Газе достигло 34262
24 Apr 2024 | 22:54
В бакинской многоэтажке произошел пожар
24 Apr 2024 | 22:32
В Ереване разогнали требующих отставки Пашиняна
24 Apr 2024 | 22:27
В Лянкяране участник Отечественной войны совершил самоубийство, узнав о болезни матери
24 Apr 2024 | 22:20
Обнародованы кадры строящегося в Шуше нового жилого комплекса - ВИДЕО
24 Apr 2024 | 22:16
В Тбилиси протестуют против закона об иноагентах-(обновлено)
24 Apr 2024 | 22:13
США приветствуют делимитацию границы между Азербайджаном и Арменией
24 Apr 2024 | 22:07
Кубок Азербайджана: "Карабах" разгромил "Нефтчи" и вышел в финал
24 Apr 2024 | 22:06
В России заочно арестовали Гарри Каспарова
24 Apr 2024 | 22:00
Суд в РФ арестовал средства JPMorgan в размере $439,5 млн
24 Apr 2024 | 21:47
Завершилась конференция, проведенная в Лачыне в рамках международного форума - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:45
В Северной Македонии завершилось голосование на президентских выборах
24 Apr 2024 | 21:40
Из-за сбежавших гвардейских лошадей в Лондоне пострадали пять человек - ВИДЕО
24 Apr 2024 | 21:33
Еще один азербайджанский парапловец стал чемпионом Европы
24 Apr 2024 | 21:31
В Азербайджане отменяются расходы на первоначальную сессию по медиации в коммерческих спорах
24 Apr 2024 | 21:27
Amnesty International уличила Францию в нарушении прав человека
24 Apr 2024 | 21:19
В Баку был организован государственный прием в честь президента Кыргызстана - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:16
В Масаллы пройдет ярмарка труда
24 Apr 2024 | 21:13
МИД Турции: Анкара отвергает предвзятые заявления по событиям 1915 года
24 Apr 2024 | 21:08
Алиев: Памятник Айтматову в Баку будет символизировать наше единство, дружбу и братство
24 Apr 2024 | 21:06
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии памятника Чингизу Айтматову в Баку - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 20:52
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу
24 Apr 2024 | 20:14
В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра - ОБНОВЛЕНО/ФОТО/ВИДЕО
24 Apr 2024 | 20:13
В Азербайджане создан новый колледж
24 Apr 2024 | 19:54
Лукашенко признался, когда «уйдёт на покой»
24 Apr 2024 | 19:53
Определился первый финалист Кубка Азербайджана по футболу - ОБНОВЛЕНО + ВИДЕО
24 Apr 2024 | 19:51
В Баку состоялась церемония открытия Дней культуры Кыргызстана
24 Apr 2024 | 19:47
Президент Кыргызстана почтил память шехидов в Баку - ФОТО
24 Apr 2024 | 19:42
BCG: Решение проблемы дефицита воды в Азербайджане – приоритетный вопрос повестки
24 Apr 2024 | 19:37
В аэропортах Франции отменят до 75% рейсов
24 Apr 2024 | 19:22
ВОЗ: За полвека иммунизация спасла более 150 млн жизней
24 Apr 2024 | 19:22
Коллега совершившего суицид бывшего главного педиатра высказался о произошедшем - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
24 Apr 2024 | 19:19
Как узнать, что бывший в употреблении товар не краденый? - ВИДЕО
24 Apr 2024 | 19:13
Джо Байден подписал законопроект о военной помощи Украине и другим партнерам-ВИДЕО
24 Apr 2024 | 19:00
Самые интересные футбольные матчи последующих дней - АФИША
24 Apr 2024 | 18:57
АБР выделит Грузии 46 млн евро на развитие здравоохранения
24 Apr 2024 | 18:49
Президент Кыргызстана почтил память шехидов в Баку
24 Apr 2024 | 18:43
В Баку преступники нашли новый способ кражи - ВИДЕО
24 Apr 2024 | 18:34
Состояние Ильбера Ортайлы ухудшилось в самолете: рейс задержали
24 Apr 2024 | 18:25
В России проводившего панихиду по Навальному священника наказали
24 Apr 2024 | 18:22
Самолет авиакомпании Air France совершил аварийную посадку в бакинском аэропорту - ФОТО
24 Apr 2024 | 18:21
Первый астронавт Турции приедет в Азербайджан
24 Apr 2024 | 18:02
Алиев и Жапаров на открытии памятника Айтматову в Баку
24 Apr 2024 | 18:01
В WhatsApp появится новая функция
24 Apr 2024 | 17:58
Еще одна страна признала Палестину независимым государством
24 Apr 2024 | 17:57
В Баку ограничена деятельность ресторана, в котором выявлены нарушения - ФОТО
24 Apr 2024 | 17:53
Обвиняемый в избиении модели предстанет перед судом в связи с другим преступлением
24 Apr 2024 | 17:51
В Азербайджаны монеты номиналом 1, 3 и 5 гяпиков могут выйти из обращения? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
24 Apr 2024 | 17:49
Хорошая новость для жителей Зангиланского, Джебраильского и Губадлинского районов - ВИДЕО
24 Apr 2024 | 17:48
В Баку пройдет конференция по космическим технологиям
24 Apr 2024 | 17:31
Лукашенко рассказал о ядерном оружии в Беларуси
24 Apr 2024 | 17:28
Важный момент в процессе делимитации... - Амирбеков
24 Apr 2024 | 17:27
Эрдоган встретился с президентом Германии
24 Apr 2024 | 17:21
В связи с самоубийством бывшего главного педиатра возбудили уголовное дело
24 Apr 2024 | 17:15
Около 10 тысяч школьников примут участие в олимпиаде на тему «Западный Азербайджан»
24 Apr 2024 | 17:13
Суд вынес решение в отношении Алескера Мамедли
24 Apr 2024 | 17:12
Пелоси призвала Нетаньяху уйти в отставку
24 Apr 2024 | 17:09
Россия и Украина впервые провели очные переговоры
24 Apr 2024 | 17:08
В Баку завершается сборка одного из высочайших в мире флагштоков - ФОТО
24 Apr 2024 | 17:05
Состоялось очередное заседание Комиссии по вопросам помилования
24 Apr 2024 | 17:04
Опубликованы кадры "закулисья" аварии на канатной дороге в Анталье - ВИДЕО
24 Apr 2024 | 17:03
В Азербайджане отменят запрет на ввоз ряда лекарств
24 Apr 2024 | 17:00
28 мая в Азербайджане будет амнистия
24 Apr 2024 | 16:56
Hugo Boss уходит из России
24 Apr 2024 | 16:46
На одном из главных проспектов Баку прокладывают велодорожку и обновляют тротуар - ФОТОРЕПОРТАЖ
24 Apr 2024 | 16:37
Скончался бывший главный тренер Хафиз Алиев
24 Apr 2024 | 16:28
В США все сильнее опасаются атаки, аналогичной теракту в "Крокус Сити Холле"
24 Apr 2024 | 16:22
Совфед РФ направил письмо в парламент Армении для разъяснения слов Симоняна
ЕЖЕДНЕВНО
24 Apr 2024 | 10:02
В России начались пожары после атаки БПЛА - ВИДЕО
24 Apr 2024 | 10:53
"Ювентус" установил новый рекорд Кубка Италии
24 Apr 2024 | 10:40
Трофейный танк Leopard покажут на выставке в Москве - ВИДЕО
24 Apr 2024 | 10:34
В Германии мужчина с мачете напал на сотрудника библиотеки
24 Apr 2024 | 10:36
Канада разрешила Airbus использовать российский титан
24 Apr 2024 | 10:20
Ученые зафиксировали редчайший мегавзрыв на Солнце
24 Apr 2024 | 10:16
Аргентина требует ареста иранского министра - ПРИЧИНА
24 Apr 2024 | 11:05
Сотни тысяч аргентинцев вышли на протест к президентскому дворцу - ФОТО/ВИДЕО
24 Apr 2024 | 10:01
Захарова: Учения НАТО на территории Финляндии носят провокационный характер
24 Apr 2024 | 10:53
В Ханкенди обнаружены оружие и боеприпасы
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
Ежемесячно
24 Apr 2024 | 10:02
В России начались пожары после атаки БПЛА - ВИДЕО
24 Apr 2024 | 10:53
"Ювентус" установил новый рекорд Кубка Италии
24 Apr 2024 | 10:40
Трофейный танк Leopard покажут на выставке в Москве - ВИДЕО
24 Apr 2024 | 10:34
В Германии мужчина с мачете напал на сотрудника библиотеки
24 Apr 2024 | 10:36
Канада разрешила Airbus использовать российский титан
24 Apr 2024 | 10:20
Ученые зафиксировали редчайший мегавзрыв на Солнце
24 Apr 2024 | 10:16
Аргентина требует ареста иранского министра - ПРИЧИНА
24 Apr 2024 | 11:05
Сотни тысяч аргентинцев вышли на протест к президентскому дворцу - ФОТО/ВИДЕО
24 Apr 2024 | 10:01
Захарова: Учения НАТО на территории Финляндии носят провокационный характер
24 Apr 2024 | 10:53
В Ханкенди обнаружены оружие и боеприпасы
Писатели