Iyulun 12-də erməni təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhəddində başlayan hərbi qarşıdurma rəsmi İrəvanın sadəcə hərbi imkanlarını deyil, maliyyə potensialını da sarsıdıb. Belə ki, ağır iqtisadi-sosial böhran şəraitində olan, uzunmüddətli müharibə üçün heç bir imkana malik olmayan Ermənistanın, elə ilk hərbi qarşıdurmanın ardınca dilənməyə başladığı məlum olub.
Moderator.az xəbər verir ki, rəsmi İrəvan bu günlərdə ABŞ-dakı erməni diasporunun vasitəsi ilə ianə kampaniyasına start verib. Kampaniya nəticəsində əldə edilən vəsaitin Tavuş bölgəsinə göndəriləcəyi, “Azərbaycanın zorakılığının fəsadlarının aradan qaldırılmasına” sərf ediləcəyi bildirilir. Artıq iki gün ərzində 28 min ABŞ dolları məbləğində vəsaitin toplandığı bildirilir. Kampaniyanın nə zaman yekun vurulacağı bilinmir.
Görünən odur ki, Ermənistan böyük maliyyə vəsaiti tələb edən hərbi əməliyyatların ağırlığını xaricdəki ermənilərin üzərinə qoymağa, maliyyə məsrəflərini “kənar mənbələr” hesabına təmin etməyə çalışır. Mütəxəssislər isə hesab edir ki, Ermənistanın müharibə üçün gərəkli vəsaiti dilənçiliklə əldə etmək cəhdi absurddur və bu, İrəanın nə qədər çarəsiz durumda olduğunu göstərir.
Seymur ƏLİYEV