Rusiya yaxın gələcəkdə Qafqazda 150 min hərbçinin iştirakı ilə böyük təlimlərə start verəcək. Maraqlıdır, bu təlimlərlə iyul döyüşləri arasında hər hansı bir əlaqə varmı? Sözügedən təlimləri Rusiyanın münaqişə tərəflərinə əzələ nümayişi kimi qiymətləndirmək mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə Rusiyanı narahat edən məqamlara toxunub:
“Düşünürəm ki, belə bri əlaqə var. Rusiya Azərbaycan-Ermənistan arasındakı gərginliyə öz maraqları prizmasından baxır. Düşünür ki, münaqişə genşlənsə, o zaman proseslər Rusiyanın hərbi-siyasi maarqlarına təsir göstərə bilər. Bu baxımdan Rusiya hesab edir ki, hər hansı fors-major halı ilə bağlı silahlı qüvvələrin hazır vəziyyətdə olması lazımdır.
Lakin təzyiq məsələsinə gəlincə, bunu Azərbaycan özünə təzyiq hesab etmir. Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər o səviyyədədir ki, burada hər hansı hərbi təzyiqdən söhbət gedə bilməz. Son illər ərzində iki dövlət arasında hərbi müstəvidə əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Rusiyadan müasir silahlar alır. Rusiya hələ ötən il bəyan etmişdi ki, onlar bu əməkdaşlğı davam etdirməkdə maraqlıdırlar.
Rusiyanı narahat edən əsas məqam münaqişə geişlənəcəyi tqədirdə digər qüvvələrin bu münaqişədə iştirakı ilə bağlıdır. Yəni söhbət NATO-nun bu münaqişədəki iştirakından gedir. Bu isə Rusiya üçün arzuedilməzdir və Rusiya məhz buna hazır olmağa çalışır”.
Seymur ƏLİYEV