Artıq çəki və yavaş yeriş sürəti insanda yeni növ koronavirus infeksiyasının ağır bir formasının inkişaf ehtimalını artıran amillərdir.
Moderator.az İsrail mediasına
istinadla xəbər verir ki, bu, mövzu ilə bağlı araşdırma aparan Britaniya alimlərinin əldə etdiyi
nəticədir.
Elmi tədqiqatın müəllifləri 400 mindən çox insanın tibbi
informasiyalarını saxlayan Britaniya biobankının məlumatlarını araşdırıblar. Təhlillər göstərib ki, kilolu insanlarda
koronavirusun ağır formalarının inkişaf etmə
ehtimalı 49 faiz daha yüksəkdir. Ancaq ən çox təhlükə sürətlə gəzə bilməyən
insanlar üçündür. Yavaş yeriyən adamlar bədən çəkilərindən asılı olmayaraq risk
altındadırlar.
"4.8 km/saat sürətlə yürüyə bilən normal çəki və boy indeksinə malik olan insanlar, 6.4
km/saat sürətlə gedən insanlarla müqayisədə “COVID-19”-u iki dəfə ağır keçirə bilərlər"- deyə araşdırma müəllifləri
bildirir.
Qeyd etmək lazımdır ki, gəzinti sürəti, bədənin ümumi sağlamlığının yaxşı bir göstəricisidir.
Sultan Laçın