Vasitəçi işğalçını silahlandırmalıdırmı?
Читать: 1597
14 Aug 2020 | 14:06
Vasitəçi işğalçını silahlandırmalıdırmı?
Ermənistan Azərbaycan Respublikasının ərazilərini öz havadarlarının hərbi-siyasi dəstəyi ilə uzun illərdir işğal altında saxlayır. Beynəlxalq səviyyədə qəbul görmüş rəsmi istilahla desək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə - danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun üç həmsədrindən biri Rusiyadır. Və Rusiya Ermənistana silah göndərir. Özü də, Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır. 

Dünən belə olub, bugün də belədir… və belə ola-ola, tərəflər arasında vasitəçilik institutnun həmsədri olmaqda davam edir… Bu, əlbəttə, təzaddır. 

Bəli, Ermənistanın Rusiyadan silah alması yaxud Rusiyanın Ermənistana silah verməsi xüsusi bir mövzudur. Rusiya Ermənistana hansı əsaslarla silah satır? – Bəlli deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin mediasında heç bir bilgiyə rast gəlinmir.
İctimaiyyətə də bəlli olduğu kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi hücumu barədə məlumat verib. Dövlət başçımız Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Cənab Prezident Ermənistan silahlı qüvvələrinin sərhəd boyu yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın bu hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir. Azərbaycan Prezidenti Rusiya Prezidentinin diqqətinə çatıdırıb ki, Ermənistan-Azərbaycan sərhəddində baş vermiş toqquşmalar başa çatandan sonra – iyulun 17-sindən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurur.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhəddində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək, bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydın-laşdırılması olduğunu vurğulayıb.

Beləliklə, iyul ayının 17-dən avqust ayının 4-dək Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Qonşu Gürcüstan silahların özünün hava məkanından daşınmasına icazə vermədiyi üçün reyslər Rostov-Minvod(RF)–Aktau(QR)–Türkmənbaşı(TR)–Novşer-Rəşt (İİR) – Mehri – İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Çox təəssüflər ki, Gürcüstandan fərqli olaraq, Qazaxıstan, Türkmənistan və İran, Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq verib. Hər üç ölkə respublikamızla yaxın siyasi və iqtisadi münasibətlərdədir; Qazaxıstanla Türkmənistan qardaş ölkədir; İranda milyonlarla soydaşımız (öz dədə-baba torpqlarında) yaşayır… - bütün bunlara baxmayaraq, işğalçı Ermənistana Azərbaycana qarşı işlətməkçün silah-sursat daşınmasına etiraz etməyiblər…

Əlbəttə, Gürcüstan kimi, adıkeçən dövlətlər də belə bir bəd əmələ icazə verməsəydilər, bu, həm beynəlxalq hüquq normalarına uyğun olardı, həm də, biz, qardaş və qonşuların dəyanətini görmüş olardıq. Azərbaycan öz tərəfindən belə dəyanəti qonşu və qardaşlarına qarşı dəfələrlə göstərib… 
Son günlərdə Rusiyanın Ermənistana verdiyi silahlar nədən ibarətdir? Bu silahlara radio elek-tron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. “Hədəf ölkə” haradır? Heç bir şübhə yeri yoxdur ki, söhbət Azərbaycan Respublikasından gedir…
Hər şey bir yana axı o daşınan hərbi yük azərbaycanlı qanını axıtmaq, Azərbaycan torpaqlarının işğalını davam etdirmək, müharibə ritorikasını gücləndirməkçündür bu, adıkeçən dövlətlərin nəyinə lazımdır?!.

Ermənistan-Rusiya münasibətləri sözün mənfi emosiyası ilə “özünəməxsus” özəlliyə sahibdir. İşğalçı Ermənistan 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra, öz təhlükəsizlik siyasətini Rusiya ilə sıx hərbi-siyasi işbirliyi üzərində qurub; 15 may 1992-ci ildə (tairxə diqqət edin: 8 mayda Şuşa, 18 mayda Laçın işğal olunub…) Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda, bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşir.

Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində işbirliyini əsasən Rusiya və KTMT-yə üzv ölkələrlə (Belarus, Qazaxstan, Qırğız Respublikası və Tacikstan ilə) inkişaf etdirməyə çalışır. Əslində, Ermənistanın Rusiya ilə hərbi-siyasi işbirliyi inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə işbirliyi ortamı yüksək olmayıb.

Doğrudur, Ermənistanın əsas silah təminatçısı Rusiyadır, lakin siyahıda başqa dövlətlər də var. Nəzərə alsaq ki heç bir beynəlxalq hüsuq norması işğalçıya silah satmağı təsbit və təşviq etmir, o halda meydana çıxan suallar daha da çoxalır. Çünki Azərbaycan torpaqlarınn işğal altında olduğu mühüm beynəlxalq sənədlərdə qeyd olunub və hansı rayonların işğal altında tutulduğunu bilməyən dövlət və beynəlxalq təşkilat yoxdur. 

Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, ÜDM-də silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.
Daha bugünlərdə Ermənistanın Serbiyadan silah alması barədə KİV-lərdə geniş məlumat yayıldı.
Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı öncədən hazırladığını göstərən faktlardan biri də budur ki, döyüş başlamadan bir neçə gün öncə və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.

Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa, birmənalı olmayan reaksiyalar doğurdu. Zatən başqa cür ola da bilməzdi. Həqiqətən də,çətin günlərdə Serbiya həmişə Azər-baycanın dəstəyini hiss edib. Bir neçə ay öncə rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərmişdi; bundan başqa, Azərbaycan Kosovonun dövlət müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Təbii ki, bu xoşagəlməz faktla bağlı, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi; Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç ölkəsinin Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi. 

Bunun ardınca, Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildirdi ki, “rəsmi Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu durumun hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin”. Sonra avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhəddində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, durumun araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini dedi. Bu çərçivədə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç respublikamızda oldu, danışıqlar aparıldı, respublikamızın narahtlığı bir daha ifadə olundu. Nazir N.Stefanoviç jurnalistlərə verdiyi müsahibə verərəkən fikirlərini bu şəkildə ümumiləşdirdi: “Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli işbirliyinə nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də işbirliyini gücləndirməkdir. Eyni zamanda, bugünkü görüşdə biz təhlükəsizlik sahəsində işbirliyini müzakirə etdik və həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə işbirliyini genişləndirmək barədə razılığa gəldik”.

Göründüyü kimi, işğalçı ölkə bütün parametrlərlə sülhdən uzaq davranır; yalnız ənənəvi müttəfiq(lər)ini deyil, bizə dost olan ölkələri də öz çirkin məqsədlərinin gerçəkləşməsi işinə daxil edir. Bununla belə, dövlətimizin çevik reaksiyaları ilə düşmənin iç üzü dünya ictimaiyyətinə, əlaqədar tərəflərə açıq şəkildə göstərilir və adekvat tədbirlər görülür. Heç kəs unutmamalıdır ki, Azərbaycanın dostluğu, müttəfiqliyi, Azərbaycan tərəfinin bu dostluq və müttəfiqlikdən məmnunluğu nə qədər vacibdirsə, Azərbaycanın narazı qalması, incidilməsi, daha artıq dərəcədə öz təsirlərini göstərəcəkdir. Azərbaycanla dostluq hər kəs üçün qiymətlidir; Azərbaycanla dostluğa xələl gətirməyin də bədəli olduğunu hər kəs bilməlidir.

Qənirə Paşayeva
Millət vəkili
Похожие новости
14:43, Сегодня
В Н-ской воинской части прошли командно-штабные учения
14:07, Сегодня
В Азербайджане должностным лицам налоговых органов специальное звание будет присваиваться бессрочно
13:37, Сегодня
Житель Хачмаза проглотил вилку, а обратился к врачу лишь спустя месяц - ВИДЕО
13:25, Сегодня
Франция может отменить церемонию открытия Олимпиады: организаторам рекомендуют «перейти к плану Б»
13:18, Сегодня
Депутат предложил обеспечить всем детям без родительской опеки образование за счет государства
13:15, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 25 градусов
13:08, Сегодня
Минобороны Швеции: Продолжаются обсуждения поставок Украине истребителей Gripen
12:56, Сегодня
В Ереване ведутся обыски по 40 адресам в рамках дела о нападении на полицейский участок
12:43, Сегодня
Азербайджанские гимнасты примут участие в Кубке мира в Анталье
12:41, Сегодня
Проведен обыск в доме армянского полковника, критикующего Пашиняна - ВИДЕО
12:34, Сегодня
В Баку сдан в эксплуатацию новый электробус - ФОТО
12:32, Сегодня
Почему AzTV не опубликовало интервью Араика Арутюняна? - ЗАЯВЛЕНИЕ
12:30, Сегодня
Милли Меджлис утвердил новые правила проведения спецопераций против религиозного экстремизма
12:29, Сегодня
Азербайджан в прошлом году сократил чистые финансовые обязательства более чем на 1 млрд долларов
12:28, Сегодня
Азербайджан в прошлом году увеличил чистые финансовые активы более чем на 3 млрд долларов
12:26, Сегодня
Процесс перевода учащихся подготовительных групп, IV и VI классов будет приостановлен
12:25, Сегодня
АвтоВАЗ начал производство Lada в Азербайджане
12:17, Сегодня
В Азербайджане отменяется возрастной ценз для кандидатов в судьи
12:15, Сегодня
Еще 35 семей вернулись в родной Физули - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
12:14, Сегодня
В Грузии спасатели ищут попавшего под лавину мужчину
12:13, Сегодня
Можно ли восстановить города Карабаха по облику жилых районов Вены? - ВИДЕО
11:32, Сегодня
После решения Кабмина началась массовая продажа Prius - ФОТО
11:25, Сегодня
Выявлена ​​причина плотности на шоссе Баку - Сумгайыт - ФОТО
11:15, Сегодня
Омбудсмен распространила заявление в связи с 31 марта - Днем геноцида азербайджанцев
11:14, Сегодня
Турнир «Большого шлема» в Анталье: в первый день турнира в борьбу вступят три азербайджанских дзюдоиста
11:10, Сегодня
В Сабирабадском районе автомобиль врезался в телегу: есть пострадавшие
11:09, Сегодня
В Хырдалане обнаружено 12 гранат - ФОТО/ВИДЕО
11:07, Сегодня
В Газахе задержан подозреваемый в сбыте наркотиков - ФОТО
11:02, Сегодня
В прошлом году из Азербайджана за границу переведено более $3 млрд
10:57, Сегодня
Заседание рабочей группы Арктического совета пройдет 3 апреля
10:55, Сегодня
Сегодня «Карабах» может досрочно оформить чемпионство в ПФЛ
10:55, Сегодня
Азербайджан привлек почти $7 млрд прямых иностранных инвестиций в прошлом году
10:51, Сегодня
Армения запретила трансляцию передач с Владимиром Соловьевым
10:43, Сегодня
Какие фрукты и овощи пользуются повышенным спросом на рынках? - ВИДЕО
10:42, Сегодня
В Ширване у задержанного изъяли 4 кг наркотиков - ФОТО
10:34, Сегодня
В Индии при падении такси в ущелье погибли 10 человек
10:33, Сегодня
США заявили об уничтожении четырех БПЛА хуситов
10:32, Сегодня
В ЕП заявили, что Нидерланды не пресекают случаи уклонения от санкций Россией
10:28, Сегодня
В Уджарском районе в школе произошел пожар
10:24, Сегодня
Спустя неделю после теракта люди несут цветы к мемориалу возле "Крокус Сити Холла" - ВИДЕО
10:17, Сегодня
Кулеба предупредил Индию о "красной линии" из-за сотрудничества с Россией
10:16, Сегодня
Польша подняла в небо самолеты из-за дальней авиации России
10:04, Сегодня
В Гейчае ВАЗ врезался в стену: есть пострадавшие - ФОТО
10:00, Сегодня
Сотни палестинских детей запустили в Газе воздушных змеев - ВИДЕО
09:53, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
09:51, Сегодня
Цены на нефть завершили первый квартал уверенным ростом
09:45, Сегодня
В Баку 29-летнего мужчину сбил автомобиль
09:40, Сегодня
В Азербайджане у граждан изъяты оружие и боеприпасы
09:39, Сегодня
Охваченный огнем небоскреб в Бразилии попал на ВИДЕО
09:37, Сегодня
Сегодня стартует повторное собеседование в рамках конкурса по приему на должность замдиректора в школах
09:31, Сегодня
В Азербайджане скончался профессор Института археологии
09:28, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(29.03.2024)
09:21, Сегодня
В Баку сотрудник ЖЭУ лишился ног в результате ДТП
09:11, Сегодня
В Сабирабадском районе автомобиль столкнулся с конной повозкой: есть пострадавшие
09:08, Сегодня
СМИ: Кристофера Нолана наградят рыцарским титулом - ФОТО
09:05, Сегодня
Азербайджанская нефть подорожала
09:04, Сегодня
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
09:01, Сегодня
Очередной миграционный караван отправлен в город Физули - ФОТО
08:32, Сегодня
Сербия внимательно следит за инициативой создания «зеленого» коридора Азербайджан-ЕС
08:30, Сегодня
Канадская бабушка побила женский рекорд по стоянию на планке - ФОТО/ВИДЕО
08:28, Сегодня
Грузия планирует увеличить частоту авиарейсов в Германию
08:00, Сегодня
Глобальное потепление изменило вращение Земли
07:39, Сегодня
Спецслужбы Франции рекомендовали отменить церемонию открытия ОИ-2024 в Париже
07:31, Сегодня
Возвращающаяся в Физули бывшая вынужденная переселенка: Очень тяжело вспоминать те страшные дни
07:19, Сегодня
Японцы выпустили смартфон, который можно мыть
07:09, Сегодня
Байяндик Гейдаров: Наше государство создает рай в Физули
06:59, Сегодня
В Азербайджане стали тратить больше денег на непродовольственные товары - ВИДЕО
06:38, Сегодня
Анализ ДНК помог восстановить лицо древнекитайского императора - ФОТО
06:18, Сегодня
Илон Маск увидел нового любовника бывшей девушки и отписался от нее - ФОТО
05:57, Сегодня
Lamborghini впервые за 20 лет сменила логотип - ФОТО
05:37, Сегодня
Названы три потрясения, с которыми столкнется европейская экономика
04:38, Сегодня
Король коренных новозеландцев призвал уравнять в правах людей и китов
03:55, Сегодня
УЕФА может расширить заявку команд-участниц Евро-2024
03:08, Сегодня
Олавио Жуниньо перейдет во французский клуб? - ЗАЯВЛЕНИЕ
02:51, Сегодня
В Украине скончался журналист-азербайджанец
02:35, Сегодня
На китайском телеканале Phoenix показана специальная передача, посвященная Азербайджану - ФОТО
01:48, Сегодня
Западному Зангезуру может быть предоставлен особый статус по образцу Калининградской модели? - ВИДЕО
01:37, Сегодня
Определились полуфиналисты Кубка Азербайджана по футзалу
00:58, Сегодня
В Азербайджане подорожает шоколад? - КОММЕНТАРИЙ + ВИДЕО
00:10, Сегодня
Два члена правительства Греции подали в отставку
00:09, Сегодня
Посольство Казахстана в Украине призвало сограждан покинуть Одесскую и Харьковскую области
00:08, Сегодня
В Китае начались продажи первого электрокара от Xiaomi - ВИДЕО
00:07, Сегодня
Назначен новый проректор Сумгайытского государственного университета
00:04, Сегодня
Армения боится помогать России обходить санкции Запада
00:03, Сегодня
Айк Марутян анонсировал создание новой партии в Армении
00:02, Сегодня
Шахмар Гусейнов получил пост советника главы SOCAR
00:00, Сегодня
Уроженец АзССР сознался в Москве в убийстве, совершенном в 2001-м году
28 Mar 2024 | 23:58
Азербайджанские эксперты идентифицировали останки 107 пропавших
28 Mar 2024 | 23:56
В Турции снимут ремейк «Холопа»
28 Mar 2024 | 23:49
Пожар в жилом здании в Гяндже-(фото, видео)
28 Mar 2024 | 23:44
Число жертв в Газе достигло 32552
28 Mar 2024 | 23:32
Симонян: Членство в ЕС является наиболее приемлемым вариантом для Армении
28 Mar 2024 | 23:24
В Баку 62-летний мужчина скончался на рабочем месте
28 Mar 2024 | 23:19
В Польше подозревают экс-главу Еврокорпуса в разглашении секретных данных
28 Mar 2024 | 23:10
В США допустили крупный теракт на Олимпиаде в Париже
28 Mar 2024 | 23:01
Боевые товарищи Национального героя Эльбруса Аллахвердиева поделились воспоминаниями о нем - ВИДЕО
28 Mar 2024 | 22:54
УЕФА может изменить регламент Евро-2024
28 Mar 2024 | 22:49
Нетаньяху заявил о захвате стратегических активов ХАМАС
28 Mar 2024 | 22:45
Папа Франциск омыл женщинам ноги-(видео)
28 Mar 2024 | 22:44
В Сумгайыте начался капитальный ремонт дорог - ФОТО/ВИДЕО
ЕЖЕДНЕВНО
28 Mar 2024 | 15:50
Глава МИД Латвии подал в отставку
28 Mar 2024 | 15:38
Жители Нахчывана жалуются на проблемы с транспортом: что предпримет госслужба? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
28 Mar 2024 | 15:46
Сильный шторм на западе Франции привел к нарушению движения поездов
28 Mar 2024 | 15:31
28-летнего жителя Газахского района убили на глазах у его сестры
28 Mar 2024 | 15:11
Армия Нигерии ликвидировала за две недели более 200 боевиков
28 Mar 2024 | 15:17
В Азербайджане будут подготовлены правила распределения средств, взимаемых за платные дороги
28 Mar 2024 | 15:17
У ставшей донором для своего брата азербайджанской певицы возникли проблемы со здоровьем - ВИДЕО
28 Mar 2024 | 15:22
Американский эксперт: США стремятся ограничить влияние России в Армении - ФОТО
28 Mar 2024 | 16:42
В Турции допустили причастность иностранной разведки к теракту в Crocus
28 Mar 2024 | 15:58
Жители Джалилабада жалуются на плохую дорогу
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
28 Mar 2024 | 15:50
Глава МИД Латвии подал в отставку
28 Mar 2024 | 15:38
Жители Нахчывана жалуются на проблемы с транспортом: что предпримет госслужба? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
28 Mar 2024 | 15:46
Сильный шторм на западе Франции привел к нарушению движения поездов
28 Mar 2024 | 15:31
28-летнего жителя Газахского района убили на глазах у его сестры
28 Mar 2024 | 15:11
Армия Нигерии ликвидировала за две недели более 200 боевиков
28 Mar 2024 | 15:17
В Азербайджане будут подготовлены правила распределения средств, взимаемых за платные дороги
28 Mar 2024 | 15:17
У ставшей донором для своего брата азербайджанской певицы возникли проблемы со здоровьем - ВИДЕО
28 Mar 2024 | 15:22
Американский эксперт: США стремятся ограничить влияние России в Армении - ФОТО
28 Mar 2024 | 16:42
В Турции допустили причастность иностранной разведки к теракту в Crocus
28 Mar 2024 | 15:58
Жители Джалилабада жалуются на плохую дорогу
Писатели