Son vaxtlar işğalçı Ermənistanda “könüllü dəstələr”in formalaşdırılması ilə bağlı bəyanatlar səsləndirilməkdədir. Hansı ki, artıq bu istiqamətdə müəyyən addımların atıldığı iddia olunur.
Maraqlıdır, öz vətəndaşlarını
həqiqi hərbi xidmətə cəlb edə bilməyən Ermənistanda insanların guya könüllülük
prinsipi əsasında xidmətə yazılması nə dərəcədə inandırıcıdır?
Moderator.az-a açıqlama
verən millət vəkili Elman Məmmədov bu dəstələrə cəlb edilənlərin böyük əksəriyyətinin
xaricdən gətirilən muzdlular olduğunu bildirdi:
“Heç kimə sirr deyil ki,
bu gün işğalçı Ermənistan və cinayətkar qurumda sürətlə müharibəyə hazırlıq
gedir. Bu məsələdə erməni muzdlularının imkanlarından da geniş istifadə edilir.
Muzdlu qüvvələr hesabına formalaşan qüvvələri isə əhalidən toplanan könüllülər
kimi təqdim edirlər. Halbuki, könüllü dəstələrin əksəriyyətini terrorçu qüvvələr
təşkil edir. İrəvan beynəlxalq erməni terror şəbəkəsinin üzvləri olan bu şəxslərdən
ölkəmizə qarşı hərbi əməliyyatlarda istifadə etməyi planlaşdırır. Lakin düşmən
bilməlidir ki, heç nə Azərbaycan ordusunun qarşısında davam gətirə, torpaqların
azad edilməsi məsələsində bizə əngəl ola bilməz. Azərbaycan hökmən işğaldakı
torpaqlarını azad edəcək və dövlətimizin ərazi bütövlüyü tam bərpa olunacaq”.
Seymur ƏLİYEV