Son gülər Ermənistanın ASALA, PKK və s. terror təşkilatları ilə əməkdaşlığıyla bağlı yeni faktlar ortaya çıxmaqdadır. Dünən DTX tərəfindən Ermənistan ordusundakı PKK terrorçularının səs yazısı ilə bağlı ictimaiyyiləşdirilən məlumatlar da, işğalçı dövlətin öz terrorçu mahiyyətinə uyğun olaraq terror təşkilatları ilə geniş əməkdaşlıq həyata keçirdiyi göstərdi.
İşğalçı Ermənistanın Azərbayacana qarşı terror təşkilatlarının imkanlarıdnan gen-bol istifadə etməsi faktı ölkəmizin sadəcə Ermənistana deyil, həm də qlobal terrorizmə qarşı mübarizə apardığını söyləməyə imkan verirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Cavid Osmanov bunun inkaredilməz bir reallıq olduğunu qeyd etdi:
“Ermənistanın mövcud hərbi-siyasi rəhbərliyi terror təşkilatlarını himayə edən, onların yaranmasında iştirak edən şəxslərdir. Dünyada öz amansızlığı ilə ad çıxaran ASALA və s. kimi terror təşkilatları da Ermənistana məxsusdur və bu gün də işğaldakı torpaqlarımızda bu terror təşkilatlarının tör-töküntüləri mövcuddur. Onlar ölkəmizə qarşı həyata keçirilən terror siyasətində yaxından iştirak edirlər.
Vaxtiylə Suriya və Livandan erməni kökənli ailələri, eləcə də oradakı terrorçu qrurlara aid döyüşçüləri işğaldakı torpaqlarımızda məskunlaşdıran Ermənistan, bu gün də terrorçuların himayədarı mövqeyindən çıxış edir. Ermənistan bununla həm tarixi saxtalaşdırmaq, həm də Azərbaycana qarşı terror əməliyyatlarında bu şəxslərdən muzdlu qüvvə kimi istifadə etməyə cəhd edir. Ermənistanın PKK ilə də əlaqələrə malik olduğu hamıya məlumdur və bununla bağlı konkret faktlar var.
27 sentyabr səhər saatlarında Ermənistan tərəfindən bütün cəbhə boyu başladılan terror əməliyyatlarına cavab olaraq, Azərbaycan anti-terror əməliyyatları həyata keçirməkdədir. Bu əməliyyatlar əsnasında Azərbaycan bir daha dünya ictimaiyyətinə göstərdi ki, Ermənistan hakimiyyəti terror təşkilatlarına dəstək verir, beynəlxalq terrorun inkişafında xüsusi paya sahibdir.
Buna görə də dünya birliyi bu məsələyə həssas yanaşmalı, dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistanın terror siyasətinə qarşı prinsipiallıq sərgiləməli, ciddi iradə ortaya qoymalıdır.
Beynəlxalq terrorizmə dəstək verən Ermənistanın cəzalandırılması günün tələbidir və bunu bütün dünyanın təhlüəsizliyi tələb edir”.
Seymur ƏLİYEV