Ordumuzun uğurlu əks-hücum əməliyyatlarının davam etdiyi bir zamanda, bəzi xarici qüvvələrin ölkəmizə siyasi-diplomatik müstəvidə təzyiq göstərməyə çalışdığı məlumdur.
Moderator.az-a açıqlama
verən Aydınlar Partiyasının sədri Qulanhüseyn Əlibəyli hesab edir ki, bütün təzyiqlərə
rəğmən Azərbaycan ordusunun uğurlu həmlələrini sona qədər davam etdirməli, bu təzyiqlərə
yeni-yeni qələbələrlə cavab verməlidir:
“Işğaldakı torpaqlarımızın
tam olaraq azad edilməsi bizim üçün həyati əhəmiyyət kəsb edir. Hesab edirəm
ki, Azərbaycan ordusu atəşkəs rejiminə baxmayaraq, düşmənə layiqli cavab verir.
Işğaldakı bütün torpaqlarımız axırıncı qarışına qədər azad edilənə qədər,
ordumuz irəliləməkdə davam etməlidir. Ordumuz ərazi bütövlüyümüzü təmin etməlidir.
Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan gəncləri – hər kəs Azərbhaycan
ordusuna inanır, onun zəfər qazanacağına əmindir. Xalq öz ordusuna, Ali Baş
Komandanına arxayındır.
Atəşkəs rejimi öz əhəmiyyətini
itirib. Çünki ermənilər atəşkəsə əməl etməyiblər. Madam ki, onlar əməl etməyiblər,
biz niyə əməl etməliyik ki? Hesab edirəm ki, hərbi əməliyyatlar davam etdirlməli
və işğaldakı torpaqlarımız son qarışına qədər azad olunmalıdır”.
Seymur ƏLİYEV