Ermənistan nə qədər hərbçisinin məhv edildiyi,  yaxud əsir götürüldüyündən xəbərsizdir...
2455
15 Oct 2020 | 06:52

Ermənistan nə qədər hərbçisinin məhv edildiyi, yaxud əsir götürüldüyündən xəbərsizdir...

Son günlər davamlı şəkildə cəbhədəki itkilərinin bir qismini etiraf edən işğalçı Ermənistan rəsmiləri nəhayət, əsir götürülən hərbçilərlə bağlı da danışmağa başlayıb.

Bu barədə işğalçı ölkə Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan açıqlama verib. “Təəssüf ki, mən bizim əsirlər barədə informasiya verə bilmirəm”, Ovannisyan deyib. O iddia edib ki, Azərbaycan tərəf informasiyaları təqdim etmir, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə işləmir.

Ermənistan Müdafiə Nazirliyinin təmsilçisinin dediklərindən aydın olur ki, işğalçı ölkə nə qədər hərbçisinin döyüşlərdə məhv edildiyi, yaxud əsir götürüldüyündən xəbərsizdir. Darmadağın olan orduya görə cavabdehlik daşıyanlar isə bu məsələdə də günahı Azərbaycanın üzərinə yıxmağa çalışırlar.

 
Musavat.com
Seçilmiş xəbərlər
Link kopyalandı!
Последние новости