“Gəncənin yenidən raket atəşinə tutulması düşmənin çarəsizliyindən və simasızlığından xəbər verir”.
Bunu Moderator.az-a
açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkilinin sözlərinə
görə, Ermənistanın hərbi cinayətlərinin onun bütün region üçün ciddi təhlükə mənbəyi
olduğunu göstərir:
“Ermənistan mülki
insanları qətlə yetirməklə bir daha region üçün necə böyük təhlükə mənbəyi
olduğunu isbatladı. Bu hadisə bir daha göstərdi ki, işğalçı dövlət mülki və hərbi
hədəflər arasında fərq qoymur, məqsədli şəkildə dinc insanların qətlini həyata
keçirir. Bu, düşmənin vəhşilyini, onun qeyri-insani xislətini əks etdirdiyi
kimi, həm də çarəsizliyini, ümidsizliyini göstərir.
27 sentyabr tarixindən –
Vətən Müharibəsinin ilk günündən etibarən, bütün cəbhə xətti boyu ardıcıl məğlubiyyətı
uğrayan Ermənistan, hərbi müstəvidəki uğursuzluğunun, çarəsizliyinin əvəzini,
dinc insanları qətlə yetirmək, uşaqları, qadınları öldürməklə çıxmağa çalışır.
Ermənistan rəhbərliyi bu cür xain həmlələrlə həm də öz xalqına göstərmək istəyir
ki, guya erməni ordusu hələ də ayaqdadır, hələ də mübarizə gücünü itirməyib.
Halbuki, Müdafiə Nazirliyinin təqdim etdiyi çoxsaylı faktlar, foto və video
materiallar, o cümlədən ordumuzun sürətlə irəliləməsi düşmənin hərb maşınının
acınacaqlı vəziyyətdə olduğundan, böyük və bərpaedilməz itkilərə məruz
qalmasından xəbər verir.
Ermənistanın mülki
insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlər onun yalnız Azərbaycan üçün
deyil, bütün region üçün ciddi təhdid mənbəyidir və bui təhdidin ortadan
qalxmasında, zərərsizləşdirilməsində ölkəmizlə yanaşı, digər qonşu dövlətlər, o
cümlədən beynəlxalq təşkilatlar da maraqlı olmalıdır”.
Seymur ƏLİYEV