Bu gün Türkiyənin bir sıra şəhərlərində ermənilərin Bərdədə törətdiyi terror aktına etiraz əlaməti olaraq Azərbaycanla həmnrəylik aksiyası keçirilib.
Avropanın iri şəhərlərində
də erməni terroruna etiraz əlaməti olaraq aksiyaların keçirilməsi dünyanın diqqətinin
bu terror aktlarına cəlb etmək baxımından faydalı ola bilərmi?
Moderator.az-a açıqlama
verən Aydınlar Partitasının sədri Qulamhüseyn Əlibəyli, bu cür addımlarıa
ehtiyac olduğunu qeyd etdi:
“Təbii ki, Avropanın iri
şəhərlərində belə aksiyaların keçirilməsi Qərb dövlətlərinin, Avropa ictimaiyyətinin
diqqətinin erməni terroruna cəlb edilməsi baxımından faydalı ola bilər. Biz
uzun müddət erməni terrorunu dünyaya lazımınca tanıda, işğalçı dövlətin terror
siaysətini gərəyincə ifşa edə bilməmişik. Lakin son vaxtlar bu istiqamətdə
ciddi addımlar atılmaqdadır. Erməni terrorunu ifşa edən, dünyanın diqqətini
buna cəlb edən hər bir aksiyanın mühüm əhəmiyyəti var. Son dövrlər biz bu cür
aksiyalara şahid olmaqdayıq. Bunlar erməni terrorunu ifşa edən, dünyanın diqqətini
Azərbaycanın haqq işinə cəlb edən aksiyalardır və bu aksiyalar davamlı
olmalıdır”.
Seymur ƏLİYEV