9 oktyabr seçkilərinin bir özəlliyi də Həcc ziyarətində olan zəvvarlarımızın müqəddəs torpaqlarda səs vernələri oldu. Üstəlik, Məkkədən gələn xəbərlərdə iddia olundu ki, hacı olmağa hazırlaşan seçicilər MSK-ının rəsmi nəticələrini də kölgədə qoyaraq 94 faizlik nəticə göstərərk prezident İlham Əliyevə öz sevgiilərini izhar ediblər.
Bəzi ekspertlər burada da saxtakarlıq edildiyini bildirirlər. Ən vacib müsəlman əməli sayılan Həcdə saxtakarlıqda iştirak edənlərin bu ziyarəti Allah dərgahında qəbul ediləcəkmi? Bəs vacib ibadətə gedib, savab qazanmaq niyyəti niyə unudulur?
İlahiyyatçı ekspert Elşad Miri Moderator.az-a açıqlamasında deyir ki, savab, yaxşılıq iki cür olur: “Birincisi, insanların şəxsi mənada etdikləri yaxşılıq, ikinci isə cəmiyyətin faydalanması üçün olan savab və yaxşılıqlar. Həcc ziyarətində olan zəvvarlar sadəcə öz vətəndaşlıq borclarıın yerinə yetiriblər. Bunun savab olub-olmaması başqa məsələdir. İstənilən seçici dövlətin, millətin müqəddəratı naminə addım atırsa, harada olmasından asılı olmayaraq savab qazanır. Savab insanların niyyəti ilə bağlıdır”.
İlahiyyatçı ekspert qeyd edir ki, kimsə istəməyərək, zorla səsvermədə iştiraka məcbur edilərsə, bu savab deyil: “Seçki saxtakarlığı başqadır, kiminsə zorla seçkiyə gətirilməsi başqa. Məsələn, Türkiyədə səsvermədə iştirak etməyənlərə cəza tətbiq edilir. Amma seçkidə və ya hər hansı işdə saxtakarlıq etmək Allahın haram buyurduğu işdir, günahdır. İnsanları aldatmaq, kimlərəsə hiylə qurmaq harada olmasından asılı olmayaraq belə əməl sahiblərinə günah qazandırır”.
E.Miri vurğulayır ki, bir insan səhv edirsə, saxtakarlığa yol verirsə, bu, onun günahıdır: Həmin şəxslərin ibadətinin qəbul edilib-edilməməsi isə yalnız Allahın işidir”.