Məlum olduğu kimi, Azərbaycan dövləti Ermənistanı uzun illər ərzində törətdiyi çoxsaylı cinayətlərə görə Avropa Məhkəməsinə verib.
Moderator.az-a açıqlamasında bu fakta diqqət çəkən millət vəkili Naqif Həmzəyev, erməni cinayətlərinin bütün platformalarda ifşasının zəruri olduğunu bildirib:
“Biz erməni faşizmi üzərində hərb meydanında qələbə qazanmışıq. Lakin ermənilər uzun illər ərzində bizə vurduğu ziyana və törətdikləri cinayətlərə görə də cavab verməlidir. Buna görə də biz bütün beynəlxalq platformalarda öz haqlarımızı tələb etməliyik. Vətəndaşlarımıza dəyən maddi-mənəvi ziyan Ermənistan tərəfindən hökmən ödənməlidir və bu, Ermənistana dərs olmalıdır.
Erməni lobbisi ilə də mübarizəmiz davam edir. Onlar Ermənistanın məğlubiyyəti reallığı ilə barışmaq istəmirlər. Buna görə də biz diplomatiya və informasiya müstəvisində öz mübarizəmizi davam etdirməliyik. Ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım siyasətini, işğalçılıq siyasətini də dünya birliyinin diqqətinə çatdırmalıyıq. Bütün vasitələrdən istifadə etməliyik ki, beynəlxalq ictimaiyyət erməniləri daha yaxından tanısın və onların yalanlarına inanmasın”.
Seymur ƏLİYEV