Redaksiyamıza ölkə xaricində mühacir həyatı yaşayan şəxsin ölkəyə döndüyü zaman H.Əliyev adına Beynəlxalq Hava Limanında saxlanıldığı barədə məlumat daxil olub. Apardığımız araşdırma zamanı məlum olub ki, uzun müddət ölkə xaricində mühacir həyatı yaşayan ADP-çi gənc Səbuhi İsmayılov 01 noyabr tarixində axşam saatlarında ailəsi ilə birlikdə H.Əliyev adına Beynəlxalq Hava Limanından polis və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən Hava Nəqliyyatında Baş Polis İdarəsinə aparılıb. 3-4 saat həmin idarədə saxlanılan müxalifətçi gəncin ailəsi sərbəst buraxılsa da, özü orada qalıb. Sonradan məlum olub ki, S.İsmayılov oradan Bakı Şəhər Baş Polis İdarəsinə gətirilib. İki gün həmin idarədə saxlanılan S.İsmayılovun barəsində 03 noyabr tarixində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. S.İsmayılovun konkret olaraq nədə ittiham olunduğu bilinməsə də, onun həbsinin motivində ADP üzvü kimi siyasi fəaliyyətinin durduğu bildirilir.