Elman Məmmədov: “Ermənistana bu məsələyə görə təzyiq edilməlidir, yoxsa...”
“İşğalçı, terrorçu dövlət olan Ermənistana qəza vəziyyətində olan Metsamor AES-in dayandırılması üçün təzyiq edilməlidir. Çünki bu stansiyada hər hansı bir qəza olsa, bütün region dövətləri ciddi ziyan çəkəcək”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, aparıcı dövlətlərin, beynəlxalq təkilatların bu yöndə Ermənistana təzyiq göstərməməsi, təəssüf doğurur:
“Təəssüflər olsun ki, Metsamorun fəaliyyətinin dayandırılması ilə bağlı Qərbin, böyük dövlətlərin Ermənistana təzyiqinə şahid olmuruq. Bu azmış kimi, bəzi dövlətlər Ermənistana çox güclü silah-sursat satırlar. Daha doğrusu, bu silahları Emənistana bağışlayırlar.
Təbii ki, dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatlarının Ermənistana münasibətdəki bu mövqeyi təəssüf doğurur. Əgər dünya dövlətləri, Qərb ölkələri, regionda yeni bir fəlakətin qarşısını almaq istəyirsə, o zaman Ermənistana müasir silahların verilməsinin qarşısı alınmalı, Metsamorun fəaliyyətinin dayandırılmasına nail olunmalıdır”.
Seymur ƏLİYEV