2020-ci ilin 44 günlük müharibəsindən sonra Xocavəndin 27133,1 hektar əkin sahəsindən 15 792,1 hektarı Azərbaycanın nəzarəti altına keçib, bunun 8 603,8 hektarı əkin sahəsi, 7 188,3 hektarı dövlət ehtiyat fondu və 250 hektar əkilmiş əkin sahəsidir. Bu barədə yerli erməni mətbuatına rayon rəhbərliyinin aqrar bölməsindən məlumat verilib.
“Müharibədən əvvəl bölgədə təxminən 22 min hektar əkin sahəsi becərilirdi. Hal-hazırda 308,29 hektar üzüm, 230 hektar nar və 62,27 hektar meyvə bağları Azərbaycanın nəzarətindədir ”,- deyə aqrar şöbə əməkdaşı izah edib.
Əlavə olaraq, rayonun "Baytarlıq Xidməti" QSC-nin yerli stansiyasının direktoru Nver Safaryanın dediyinə görə, rayonda müharibə zamanı 578 baş iribuynuzlu heyvan, 872 baş xırdabuynuzlu, 820 baş donuz ölüb, 792 baş iribuynuzlu və 565 baş xırdabuynuzlu heyvan isə itkin düşüb.
Azərbaycanın azad etdiyi ərazilərdəki müəyyən miqdarda kənd təsərrüfatı texnikası və kənd təsərrüfatı avadanlığı da onun nəzarəti altında keçib.
Xocavənd rayonunun müxtəlif erməni icmalarının rəhbərlərinin verdiyi ilkin məlumatlara görə, 15 kombayn, 105 traktor və 100-dən çox digər kənd təsərrüfatı texnikası düşmənin nəzarətində qalıb,- deyə qəzet yazır.