Antiterror təlimləri - Gözlənilən ssenari...
Общество
Читать: 5118
15 Mar 2021 | 14:06
Antiterror təlimləri - Gözlənilən ssenari...
Sülh və ya atəşkəs dövründə qoşunların döyüş hazırlığının ən yüksək və yekun forması təlimlər hesab olunur. Bu təlimlər manqadan tutmuş qoşun növlərinə qədər, Silahlı Qüvvələrin birgə fəaliyyətlərinin uzlaşdırılmasına imkan verir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri başladı. 
 
Əvvəlki təlimlərdən fərqi
 
Adətən bütün təlimlərin planı, onlara qatılacaq qüvvələrin tərkibi, təlimlərin məqsədi və ona sərf ediləcək resurslar bir il əvvəlcədən hazırlanır və təsdiq edilir. Əməliyyat-taktiki təlimləri əvvəlki illərdə də keçirilib. Məsələn 2014-cü ildə keçirilən birgə irimiqyaslı əməliyyat-taktiki təlimləri Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrini əhatə etmişdi. Bu təlimlərə Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bəzi hissə və bölmələri, həmçinin, Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin məhdud iştirakı ilə keçirilmişdi. Təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsinə 5000 nəfərdən artıq şəxsi heyət, 40-a dək döyüş gəmi və katerləri, raket və artilleriya qoşunlarının 58 qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək döyüş təyyarə və helikopterləri, Hava Hücumundan Müdafiə Qoşunlarının bilavasitə, qruplaşmanın hava hücumundan müdafiəsının təşkili məqsədilə 50-dək müxtəlif vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr cəlb edilmişdi.
 
Bu dəfə isə təlim fərqli hərbi-siyasi vəziyyətdə, Azərbaycan Ordusunun Vətən Müharibəsində əldə etdiyi Qələbədən sonra Ermənistan və seperatçı qurum tərəfindən səslənən sərsəm və əsassız bəyanatlar fonunda keçirilir.  
 
Zərurətdən doğan təlim
 
30 il ərzində işğal altında saxladıqları əraziləri tamamilə bərbad vəziyyətə salan Ermənistan hələ də imzaladığı üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməkdən nəinki imtina edir, hətta bu sənədin tələblərinə zidd olan fəaliyyətlər həyata keçirməkdən çəkinmir. Əraziyə yerləşdirilən sülhməramlılar Ermənistan tərəfinin Qarabağa göndərdiyi və ya orada əvvəldən mövcud olan silahlıları ərazidən çıxarılmasını hələ də təmin etməyib. Əvəzində isə isə Qarabağ ərazisinə Ermənistandan müxtəlif yollarla həm terrorçuların, həm əvvəl orada xidmət edən və yeni xidmətə çağrılan hərbçilərin daxil olmasının qarşısını da ala bilmir və ya almaq istəmir. Azərbaycanın bu barədə səsləndirdiyi bəyanatlara isə əks tərəf hələlik adekvat reaksiya vermir, Ayvazyan və Balasanyan kimi bəzi erməni “liderlər” isə hələ də real vəziyyəti olduğu kimi  qəbul etmək istəmir. Onlar keçən ilin sonunda Qarabağa göndərilən terrorçuların aqibətini görməzdən gələrək, təxminən Müharibədən əvvəlkinə bənzəyən saymamazlıq və cəzasızlıq mühiti nümayiş etdirməyə çalışırlar. Qarabağdan 5 ay əvvəl çıxarılmalı və ya Azərbaycana təhvil verilməli olan erməni silahlıları, hazırda sülhməramlı qüvvələrin gözü önündə yenidən səngərlər və istehkam qurğuları inşa edir. Xocavənd ilə Ağdamın sərhəddində yerləşən Çeyil dağdakı alayın komanda məntəqəsi və ya onun kimi digər istehkam qurğuları da vaxtilə rusların gözü qarşısında inşa edilmişdi. Görünür ki, hələ də bəzi insanları sözlə başa salmaq mümkün deyil, onlar daha çox “Dəmir Yumruq” dilini yaxşı anlayırlar. Belə olan vəziyyətdə Azərbaycan Ordusu mövcud döyüş hazırlığı planlarına bəzi korrektələr etmək məcburiyyətində qalır. Belə korrektələri biz həm 2016-cı ildə, həm də 2020-ci ildə müşahidə etmişdik. Hazırda Ordumuzun döyüş hazırlığı planına edilən edilən korrektələr bu gün başlayan təlimlərdə qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqların icra edilməsi ilə əlaqədardır. 
 
Təlimə cəlb edilən resurslar
 
Təlimlərə şəxsi heyət ilə bərabər zirehli, yüngül zirehli və zirehsiz texnikalar, HHM vasitələri, müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemləri və minaatanlar, müxtəlif təyinatlı pilotlu və pilotsuz uçuş aparatlarından ibarət qüvvələr cəlb olunacaq. Təlimlər zamanı əsas motoatıcı hissələrin artilleriya və aviasiya ilə bərabər xüsusi təyinatlı qüvvələrin bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra etməsi də gözlənilir.
 
Rəsmi məlumata görə, başlayan təlimlərdə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq ki, bu da təlimlərin kifayət qədər ciddi miqyas və məqsədlərindən xəbər verir.
 
Gözlənilən ssenari
 
Təlimlərin ilk mərhələsində qoşunlar və idarəetmə məntəqələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də Raket və Artilleriya Qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqların icra ediləcəyi gözlənilir. Sonrakı vəzifələr təlimin niyyətinə uyğun olaraq yerinə yetiriləcək. Təlimdə döyüş atışların praktiki icrası və idarəetmə məntəqələrinin bölmələri döyüşün gedişində idarəetmə imkanları da yoxlanılacaq.
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək. Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.
 
Terror qruplaşmalarının zərəsizləşdirilməsi üzrə  əməliyyatının təşkili və həyata keçirilməsi, mövcud terror qruplaşmasının idarəetmə strukturunun darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və terrorçuların Qarabağa daşınmasına imkan verən ərazilərə, o cümlədən Laçın dəhlizinə nəzarətin birgə həyata keçirilməsi üzrə fəaliyyətlər təlimin məşq ediləcək  əsas suallarından ola bilər. Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçiriləcək təlim zamanı əsas diqqət, hər birimizi narahat edən və hələ də Qarabağda qalmaqda davam edən terror qruplaşmalarının zərərsizləşdirilməsinə yönələcəyi ehtimal olunur. 
Hədəflərin əldə olunması üçün təlimlərdə gözlənilməz, qəfil yaranan tapşırıqların gecə və gündüz yerinə yetirilməsini tələb edən mürəkkəb və dinamik şərait yaradılması ilə bərabər döyüşün hərtərəfli təminatının təşkilinə, xüsusilə çətin iqlim və mürəkkəb relyefə malik ərazidə yerləşən bölmələrin təchizatı məsələlərinə xüsusi və ciddi diqqət yetirilməsi gözlənilir. 
Antiterror təlimlərin məqsədlərinə tam nail olmaq üçün şəxsi heyətə (qrup və bölmələrə), müxtəlif naməlum ərazilərdə əvvəlcədən təlim rəhbərindən başqa kimsəyə məlum olmayan və ya yeni ortaya çıxan vəzifələrin yerinə yetirilməsi üzrə paralael tapşırıqların verilməsi və onların icrasına nəzarət edilməsi də tövsiyə edilə bilər. 
 
Təlimin məqsədləri
 
Bu gündən başlayan əməliyyat- taktiki təlimləri aşağıdakı məqsədlərin əldə edilməsinə imkan verəcəyi ehtimal edilir: 
Şəxsi heyət antiterror əməliyyatlarını yerinə yetirilməsində ciddi vərdişlər əldə edəcək;
Qoşun komandanları fərqli məqsədlər daşıyan əməliyyatların idarəetməsində təcrübə qazanacaq;
Qələbə sayəsində yüksək mənəvi psixoloji üstünlük əldə edən şəxsi heyətin döyüş və fiziki imkanları artırılacaq;
Real döyüş şəraitinə yaxınlaşdırılan vəziyyətdə antiterror əməliyyatlarının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün şəxsi heyət tam səfərbər ediləcək;
Əldə edilən döyüş təcrübəsi, o cümlədən silahlı mübarizə üzrə fəaliyyət taktikası, qoşun növlərinin, silah və texnikaların mürəkkəb iqlim və ərazi şərtlərində keçirilən antiterror əməliyyatları şəraitində tətbiqi təkmilləşdiriləcək.
 
Nəticə
 
Bir çox ölkələrin silahlı qüvvələrində keçirilən təlimlərin təcrübəsinə əsaslanaraq, hazırda Azərbaycan Ordusunun keçirdiyi irimiqyaslı döyüş atışlı taktiki təlimlərin hərbi məqsədlərlə bərabər hərbi-siyasi və siyasi məqsədlər daşıdığı müşahidə olunur. Azərbaycan da Ermənistana real qüvvə nümayiş etdirməklə onu aqressiya niyyətindən əl çəkməklə üçtərəfli Bəyanatın şərtlərini tərəddüd etmədən yerinə yetirməsinə nail olmağa çalışır. Əks halda isə təlimlərdə baş verən fəaliyyətlərin Azərbaycan üçün təhdid törədilən istənilən ərazidə həyata keçirilməsi qaçılmaz olacaq. 
 
Qoşunlarımızın fəaliyyətində şablonlara və passivliyə yol verməmək üçün Müdafiə Nazirliyinin əlində Müharibədə əldə olunan çox qiymətli təcrübə də mövcuddur. Bura Türkiyə və Pakistanın da qiymətli təcrübəsindən yararlana bilərik. Odur ki, bu təlimlərin təşkil edilməsi və keçirilməsində kifayət qədər yeni silahlı mübarizə metodlarından istifadə ediləcəyi gözlənilir. Müharibə zamanı təminat və təchizat məslələrində aşkarlanan azsaylı çatışmazlıqların aradan qaldırılması üçün fəaliyyətlər həyata keçiriləcəyi də ehtimal olunur. 
Terrorçuların yerləşdiyi ərazidən asılı olmayaraq aşkarlanmasında və zərərsizləşdirilməsində politsuz vasitələrin pilotlu aviasiya ilə bərabər antiterror qrupları ilə əlaqələndirilməsi də aktual məsələ hesab olunur. Belə bir metodun təlim müddətində hansısa terrorçu üzərində nöqtə atışı ilə real tətbiqi, düşmənçilik toxumu səpən erməni “liderlər” arasında “qurbağa gölünə atılan daş” effekti yaradacağına əminəm.
 
Görünən odur ki, 44 günlük Müharibədə darmadağın edilən erməni ordusunun tör töküntülərini bu dəfə nə Rusiya, nə də digər havadarları qoruya bilməyəcək. Bunu nə qədər tez dərk etsələr, bir o qədər Ermənistan üçün sərfəli olacaq. Ən azından erməni silahlılarının həyat təhlükəsinin miqyası bir o qədər kiçik ola bilər.  Müharibəyə qədərki dövrdə, yəni silah və şəxsi heyətlə tam komplektləşdirilmiş vəziyyətində bir neçə saat müqavimət göstərə bilməyən Ermənistan ordusunun, hazırkı əzilmiş, zorlanmış, alçaldılmış və idarəetməsinin ən böhranlı vəziyyətində növbəti dəfə Azərbaycan Əsgərinə qarşı müharibəyə hazırlayanlar, həmin erməni əsgərlərin əvvəlkilər ilə eyni taleyi bölüşdüyünü mütləq görməlidirlər. Ən yaxşısı isə onların Azərbaycanda mühakimə olunmasını və erməni xalqına müraciətini təmin etməkdən ibarətdir. Əks halda bu tiplərin ağıllanmasını gözləmirəm.  
 
Ədalət Verdiyev
Hərbi ekspert
Похожие новости
00:15, Сегодня
Венгрия не будет участвовать в фонде НАТО для Украины на €100 млрд
00:05, Сегодня
В Азербайджане отмечается 79-летие со дня победы над фашизмом
08 May 2024 | 23:51
В Иране полиция нравов арестовывает и женщин в хиджабе? - ВИДЕО
08 May 2024 | 23:14
Хикмет Гаджиев встретился с помощником генсека ООН - ФОТО
08 May 2024 | 23:06
Вашингтон готовит для Киева новые пакеты военной помощи
08 May 2024 | 23:05
Лига конференций: определился первый финалист турнира - ВИДЕО
08 May 2024 | 22:23
Москва во власти снегопада-(фото)
08 May 2024 | 22:21
Израильский дипломат: Отрадно видеть свободу и равенство евреев в Азербайджане
08 May 2024 | 22:18
Президент Турции: Мы будем поддерживать Азербайджан во всех сферах
08 May 2024 | 22:17
Кикнадзе: В Грузии применяют отработанные в других странах сценарии беспорядков
08 May 2024 | 22:00
В Баку начали поднимать со дна моря останки судов, затонувших много лет назад - ФОТОРЕПОРТАЖ + ВИДЕО
08 May 2024 | 21:52
Мать шехида: Я рада, что останки моего сына нашлись - ВИДЕО
08 May 2024 | 21:45
Улицу рядом с посольством России в Париже назовут именем Навального
08 May 2024 | 21:42
В Северной Македонии завершилось голосование на парламентских и президентских выборах
08 May 2024 | 21:38
Посол Турции в Азербайджане принял учащихся анкарского лицея имени Расулзаде
08 May 2024 | 21:33
Арахамия оценил масштабы мобресурса среди заключенных в Украине
08 May 2024 | 21:26
Доходы Грузии от туризма в этом году составят $4,5 млрд
08 May 2024 | 21:20
В Билясуваре два человека пострадали в ДТП
08 May 2024 | 21:14
Экс-глава МИД Айвазян: Армения может стать частью тюркского мира
08 May 2024 | 21:09
Турецкий регулятор оштрафовал Meta на почти 40 млн долларов
08 May 2024 | 20:52
Назван самый дорогой футбольный клуб в мире
08 May 2024 | 20:51
Посол: Азербайджан на пороге исторического момента
08 May 2024 | 20:49
Лидеры Нидерландов и Казахстана проведут переговоры в Астане
08 May 2024 | 20:42
В Амстердаме начались столкновения между спецназом и пропалестинскими демонстрантами
08 May 2024 | 20:38
Чемпион UFC пожертвовал 100 тыс. долларов пострадавшим от наводнений в Бразилии
08 May 2024 | 20:33
Премьер-министр: Турецкие компании реализуют в Карабахе проекты общей стоимостью 4 млрд долларов
08 May 2024 | 20:16
Байрамов проинформировал израильского дипломата о ситуации в регионе-(фото)
08 May 2024 | 20:10
Пашинян принялся жаловаться на ЕАЭС
08 May 2024 | 20:04
В габалинском селе спасатели выручили беспомощных детей- (видео)
08 May 2024 | 20:00
Путин открыл саммит ЕАЭС в Москве-(видео)
08 May 2024 | 19:54
Эрдоган надеется на скорейшее подписание мира между Баку и Ереваном
08 May 2024 | 19:52
Врачи обнаружили мертвого червя в мозге Кеннеди-младшего
08 May 2024 | 19:45
В Анкаре стартовал турецко-азербайджанский бизнес-форум - ФОТО
08 May 2024 | 19:42
Грету Тунберг оштрафовали
08 May 2024 | 19:33
Посол США в Армении приветствует договоренность между Баку и Ереваном
08 May 2024 | 19:30
ОДКБ: Армения остается членом организации
08 May 2024 | 19:28
Остин подтвердил вывод американских войск из Нигера
08 May 2024 | 19:21
Министр уволил директора, обвиняемого в получении взятки
08 May 2024 | 19:15
Радев отбыл из Баку
08 May 2024 | 19:15
Президент Болгарии и его супруга посетили Национальную гимнастическую арену
08 May 2024 | 19:14
«Азербайджан стал для Болгарии важным партнером». Полный текст сегодняшней речи Радева
08 May 2024 | 19:12
МИД Эстонии вызвал временного поверенного в делах РФ
08 May 2024 | 19:04
Стала известна причина массового отравления в Загатальском районе
08 May 2024 | 18:53
Президент Туркменистана прибыл в Москву
08 May 2024 | 18:52
Армения прекращает участие в финансировании деятельности ОДКБ
08 May 2024 | 18:47
Азербайджан и Турция подписали ряд документов
08 May 2024 | 18:45
Зидан зажжет олимпийский котел
08 May 2024 | 18:43
«У нас нет разногласий с Болгарией». Полный текст сегодняшней речи Алиева
08 May 2024 | 18:37
Лидеры ЕС недовольны работой фон дер Ляйен
08 May 2024 | 18:36
Асадов передал Эрдогану приглашение Алиева на COP29-(обновлено, фото)
08 May 2024 | 18:18
Эльчин Амирбеков - Le Figaro: Не надо интерпретировать решение о возвращении азербайджанских сел как уступку
08 May 2024 | 18:17
Авиаудар Израиля по южному Ливану: есть погибшие и раненые
08 May 2024 | 18:15
В России опасаются побега заместителя Шойгу в ЕС
08 May 2024 | 18:14
Спикер Милли Меджлиса встретилась с президентом Болгарии - ФОТО
08 May 2024 | 18:02
Состоялась встреча президентов Азербайджана и Болгарии в расширенном составе - ОБНОВЛЕНО + ФОТО
08 May 2024 | 18:00
Али Асадов передал Эрдогану приглашение на COP29
08 May 2024 | 17:53
Продолжается процесс предоставления постоянного жилья военнослужащим - ФОТО/ВИДЕО
08 May 2024 | 17:51
ЕС поможет Грузии 30 млн. евро
08 May 2024 | 17:42
Исмаил Серагельдин награжден Почетным дипломом Президента Азербайджанской Республики
08 May 2024 | 17:34
Президент Болгарии Румен Радев почтил память шехидов в Баку - ФОТО
08 May 2024 | 17:27
Али Асадов поблагодарил Турцию за поддержку справедливой борьбы Азербайджана
08 May 2024 | 17:25
Али Асадов и Джевдет Йылмаз обсудили итоги 44-дневной войны в Карабахе - ОБНОВЛЕНО + ФОТО
08 May 2024 | 17:15
В Лерикском районе простились с шехидом первой Карабахской войны - ФОТО
08 May 2024 | 17:13
Количество погибших в Газе достигло отметки 34,8 тысяч
08 May 2024 | 17:09
В Анкаре проходит 11-е заседание Совместной межправкомиссии Азербайджана и Турции - ПРЯМОЙ ЭФИР
08 May 2024 | 17:05
Баку и София с июня возобновят прямые авиарейсы
08 May 2024 | 17:01
В Баку одна из дорог закрывается на ремонт
08 May 2024 | 16:38
Делегация Национального университета обороны Турции посетила штаб ВМС-(фото)
08 May 2024 | 16:24
Британия высылает из страны военного атташе России
08 May 2024 | 16:22
В лянкяранском селе простились с шехидом первой Карабахской войны - ФОТО
08 May 2024 | 16:13
Парламент Украины поддержал законопроект о мобилизации осужденных
08 May 2024 | 16:02
В честь президента Болгарии дан официальный обед-ФОТО
08 May 2024 | 16:01
В Зангиланском и Джебраильском районах стартовало кардиообследование населения
08 May 2024 | 15:43
Послы ЕС одобрили украинский план реформ в обмен на помощь ЕС в размере €50 млрд
08 May 2024 | 15:40
АФФА оштрафовала "Кяпаз" на более чем 8 000 манатов
08 May 2024 | 15:38
США теряет в рейтингах из-за поддержки Израиля
08 May 2024 | 15:23
Товарищеская игра: Азербайджан встретился с Турцией - ВИДЕО
08 May 2024 | 14:46
В Украине продлили военное положение и мобилизацию
08 May 2024 | 14:23
СМИ: Суд Пакистана перевел супругу Имрана Хана из-под домашнего ареста в тюрьму
08 May 2024 | 14:10
Азербайджанский спецназ участвует в двух международных учениях в Турции-(фото)
08 May 2024 | 13:40
Реваншисты в Армении предложили жителям приграничных сел сжечь свои дома, пообещав компенсацию
08 May 2024 | 12:41
Женская команда Азербайджана по боксу пройдет подготовку в Алматы
08 May 2024 | 12:16
Япония потребует от США не передавать Patriot Киеву
08 May 2024 | 12:05
Небинарный участник «Евровидения» от Ирландии устроил на сцене сеанс экзорцизма
08 May 2024 | 12:02
Началась встреча президентов Азербайджана и Болгарии в расширенном составе
08 May 2024 | 11:52
Самолет F-16 ВВС Сингапура разбился на авиабазе 
08 May 2024 | 11:20
9 мая изменится режим работы Бакинского метрополитена
08 May 2024 | 11:15
В Азербайджане пассажирские перевозки по железной дороге в апреле выросли на 22%
08 May 2024 | 11:15
Стало известно о состоянии отравившихся в отеле четырех друзей - ФОТО
08 May 2024 | 11:14
Началась встреча президентов Азербайджана и Болгарии один на один
08 May 2024 | 11:13
Центр Carnegie: Азербайджан показал, как разрешить территориальный конфликт вопреки Москве
08 May 2024 | 11:11
Лига конференций УЕФА: сегодня станет известен первый финалист
08 May 2024 | 11:06
Стало известно о состоянии отравившихся донером в Загатальском районе
08 May 2024 | 10:57
После массового отравления в Загатальском районе приостановлена работа ряда донерных
08 May 2024 | 10:52
Сегодня день рождения Национального героя Азербайджана Ильгара Мирзоева - ФОТО
08 May 2024 | 10:44
В Баку в квартире нашли труп
08 May 2024 | 10:34
Зеленский: Массированный ракетный удар нациста Путина
08 May 2024 | 10:26
В Баку благоустроен и сдан в пользование горожанам очередной парк - ФОТО
08 May 2024 | 10:25
Россия нанесла массированный удар по Украине
08 May 2024 | 10:18
Лига чемпионов УЕФА: определится соперник "Боруссии Дортмунд"
ЕЖЕДНЕВНО
08 May 2024 | 00:54
Виталий Оруджев признан лучшим в США борцом
08 May 2024 | 00:56
Вупи Голдберг в свое время крепко пристрастилась к кокаину
08 May 2024 | 00:55
Fahree и Илькин Довлатов выступили на конкурсе «Евровидение 2024»
08 May 2024 | 01:00
Дортмундская "Боруссия" обыграла "ПСЖ" в ответном матче и вышла в финал ЛЧ УЕФА
08 May 2024 | 01:01
На Солнце произошли 10 мощных вспышек
08 May 2024 | 09:09
В Северной Македонии начались парламентские и президентские выборы
08 May 2024 | 09:41
США завершили строительство системы плавучих пирсов
08 May 2024 | 09:28
До июля страны ЕС согласуют 14-й пакет санкций в отношении России
08 May 2024 | 09:14
В Ширване задержан подозреваемый в мошенничестве - ФОТО
08 May 2024 | 01:45
В Баку арестован злостный автохулиган - ВИДЕО
ЕЖЕНЕДЕЛЬНО
03 May 2024 | 15:43
Вилаят Эйвазов назначил генерала своим советником
03 May 2024 | 16:18
Участники VI Всемирного форума межкультурного диалога совершили намаз в Джума-мечети в Агдаме-ФОТО
03 May 2024 | 16:12
Эрдоган прокомментировал вопрос прекращения торговли с Израилем
03 May 2024 | 16:09
Эльвин Баладжанов: Вопрос кибербуллинга пока не нашел отражения в законодательстве
03 May 2024 | 15:11
Германия обвинила Россию в нападении на Шольца
03 May 2024 | 15:24
Генпрокуратура Армении направила в СНБ заявление против Пашиняна
03 May 2024 | 15:51
Кремль зафиксировал «нагнетание напряженности» вокруг Украины
03 May 2024 | 16:54
Россия пригрозила западным странам «ударом возмездия»
03 May 2024 | 17:58
В Азербайджане отцы смогут получать льготную трудовую пенсию за детей
03 May 2024 | 16:20
Путин и Рахмон провели переговоры на фоне обострения отношений
Ежемесячно
08 May 2024 | 00:54
Виталий Оруджев признан лучшим в США борцом
08 May 2024 | 00:56
Вупи Голдберг в свое время крепко пристрастилась к кокаину
08 May 2024 | 00:55
Fahree и Илькин Довлатов выступили на конкурсе «Евровидение 2024»
08 May 2024 | 01:00
Дортмундская "Боруссия" обыграла "ПСЖ" в ответном матче и вышла в финал ЛЧ УЕФА
08 May 2024 | 01:01
На Солнце произошли 10 мощных вспышек
08 May 2024 | 09:09
В Северной Македонии начались парламентские и президентские выборы
08 May 2024 | 09:41
США завершили строительство системы плавучих пирсов
08 May 2024 | 09:28
До июля страны ЕС согласуют 14-й пакет санкций в отношении России
08 May 2024 | 09:14
В Ширване задержан подозреваемый в мошенничестве - ФОТО
08 May 2024 | 01:45
В Баку арестован злостный автохулиган - ВИДЕО
Писатели