Moderator.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə “Erməni faşizmi” (Armenian fascism) kitabı ingilis dilinə tərcümə edilərək nəşr edilib. Kitabın müəllifi Türkiyənin Erciyes Universitetinin Erməni dili və ədəbiyyatı fakültəsinin professoru Qafar Çaxmaqlıdır. Kitab ingilis dilinə Səfər Səfərli və Bəhruz Orucov tərəfindən tərcümə edilmişdir.
Müəllif kitabda erməni cəmiyyətinin iç üzünü açmaq və onların başqa xalqlara yanaşmada nasist mövqeyinin köklərinin nələrdən ibarət olduğunu ortaya qoymaq baxımından tarixi faktlar ortaya qoymuşdur. Kitabda erməni faşizminin kökləri araşdırılaraq onun bugünkü Ermənistanda əsas ideologiyaya çevrilməsindən bəhs edilir və bunun ölkədə ayrı-ayrı fərdlərə, bütün cəmiyyət mənsublarına təlqin edildiyi bildirilir. Kitabın ingilis dilinə tərcümə edilməsi erməni faşizminin dünya ictimaiyyətinə təqdim edilməsi baxımından olduqca əhəmiyyətlidir.