Elman Məmmədov: “Erməniləri törətdikləri cinayətlərə görə üzr istməyə Azərbaycan vadar edəcək”
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində paylaşım edib. Hikmət Hacıyev paylaşımında Ermənistanın törətdiyi vəhşiliklərə görə üzr istməsinin vacibliyinə toxunub:
“Ermənistanın Azərbaycan xalqınının əmlakına qarşı ələ keçirilmiş torpaqlarda ağlasığmaz vandalizm törətdikdən sonra Azərbaycana qarşı hər hansı bir iddia irəli sürmək üçün mənəvi haqqı yoxdur. Ermənistan II Dünya müharibəsindəki işğalçı dövlətlər kimi Azərbaycan xalqından üzr istəməli və məsuliyyəti öz üzərinə götürməlidir."
Maraqlıdır, Ermənistanın Azərbaycandan üzr istəməsi, məsuliyyəti öz üzərinə götürməsi və etdiyi cinayətlərə görə cavab verməsi məsələsində beynəlxalq təşkilatların ölkəmizə dəstək verməsi mümkündürmü? Əgər Ermənistan üzr istməsə, etdiyi əməllərin məsuliyyətini öz üzərinə götürməsə, o zaman Azərbaycan işğalçı dövləti buna vadar edə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycan 30 ilə yaxındır ki, bu iddia ilə çıxış edir, çalışır ki, Ermənistan soyqırım törədən, işğalçılıq siyasəti yürüdən dövlət kimi cəzalansın. Lakin Azırbaycanın bütün səylərinə baxmayaraq, beynəlxalq qurumlar Ermənistana “yüngülvari” də olsa sanksiya tətbiq etdimi? Xeyr. Əksinə, onlar həmiə Ermənistanın müdafiçiləri rolunda çıxış ediblər. Bu gün də həmin proses davam edir.
Bir neçə beynəlxalq təşkilat quldurları, təxribatçıları öz hesabatlarında müdafiə etdi. Azərbaycanı təqsirləndirirlər ki, erməni quldurlarına yaxşı baxmırlar. Bunların deməsindən belə çıxır ki, Azərbaycan gərək bir sanatoriya aça, erməni terrorçularını orada yedirib-içirə, bəsləyə... Halbuki, bu quldurlar soyqırım törədən, dinc insanların qanıını tökən qatillərdir. Beynəlxalq təşkilatlar isə onların müdafiəsinə qalxır. Buna görə də beynəlxalq təşkilatların Ermənistanın cəzalanmasında itirak edəcəyi inandırıcı görünmür.
Ermənistanı işğalçılıq siyasətinə, törətdiyi vəhşiliklərə görə Azərbaycan ordusu cəzalandırıb və bundan sonra da ermənilər öz iddialarından, təxribatlarından əl çəkməsələr, Azərbaycan tərəfindən cəzalandırılacaqlar. Onları üzr istəməyə, etdikləri cinayətlərə görə cavab verməyə məhz Azərbaycan vadar edəcək. Ermənistanı daim nəzarətdə saxlamağın, onu lazım gələn anda cəzalandırmağın ən optimal yolu güclü Azərbaycanın mövcudluğudur. Yaxın tarix bu həqiqəti bir daha sübut etdi”.
Seymur ƏLİYEV