Moderator.az xəbər verir ki, 30.03.2021-ci il tarixində Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Məişət zorakılığına yox deyək” adlı onlayn görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, UADM-nin,Gənclər İdman İdarəsinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak edib.
Görüşdə insan hüquqları, xüsusilə qadın hüquqlarının müdafiəsi ilə bağlı aparılan dövlət siyasətidən danışılıb, bu sahəyə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.