Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır
Общество
Читать: 1030
01 Apr 2021 | 11:12
Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə 1992-ci il oktyabrın 16-da xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, 91 nəfər ziyalısı Ulu öndər Heydər Əliyevə müraciət etdi.
 
Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
 
1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi.
 
Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub.
 
1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan cənab İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi. 1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ulu öndərin səsləndirdiyi fikirlər həm gənclərimizə, həm də ölkəmizin mövcudluğunu həzm edə bilməyən qüvvələrə önəmli mesaj idi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Ulu öndərə böyük inam və etimad göstərən Azərbaycan gəncliyi tezliklə dövlətin və hakim Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi.
 
YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır.
 
Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi: “Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun
 
nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.
 
Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir.Bu gün YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib.
 
Yeni Azərbaycan Partiyasının VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisədir. Qurultayda Prezident, YAP-ın sədri İlham Əliyev geniş proqram xarakterli nitq söylədi. Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında çıxışında vurğuladığı kimi, son üç il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olub.
 
Təbii ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Azərbaycan bu Qələbəsi ilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Hər birimiz şahidik ki, son 17 il ərzində dövlətimizin başçısı münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. Əldə olunmuş tarixi Qələbə dövlətimizin başçısının güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Ancaq bu möhtəşəm tarixi Zəfər gününə qədər ölkəmizdə bu Qələbəni şərtləndirən bir çox proseslər, o cümlədən zəruri hazırlıq işləri həyata keçirilmiş, mühüm hadisələr baş verib.
 
Həmçinin Yeni Azərbaycan Partiyasının VI qurultayından keçən 3 il ərzində ölkəmizdə prezident, bələdiyyə və parlament seçkiləri keçirilib. Əlbəttə ki, bu seçkilərin ölkəmizin ictimai-siyasi həyatında müstəsna yeri var. Belə ki, məhz bu seçkilərdən sonra ölkəmiz yeni siyasi islahatlar mərhələsinə qədəm qoydu. Etiraf olunmalıdır ki, son illər Azərbaycanda bütün sahələrdə əldə olunmuş uğur və nailiyyətlərdə bu islahatların böyük rolu var.
 
Həmçinin keçən il partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Bu vəziyyət isə əlbəttə ki, hərbi əməliyyatların aparıldığı dövrdə ölkədə sabitlik və siyasi həmrəyliyin təmin olunması baxımından son dərəcə mühüm amil kimi çıxış etdi. Ümumilikdə isə, əgər biz son 17 ildə ölkəmizdə gedən proseslərə xronoloji ardıcıllıqla nəzər salsaq görərik ki, bütün bu illər ərzində Azərbaycan Prezidenti tərəfindən qarşıya konkret hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, ölkə bu hədəflərə çatırdı və ondan sonra qarşıya yeni hədəflər qoyulurdu. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin edildi, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və əsas məsələ - ölkəmizin ərazi bütövlüyünün bərpası təmin olundu.
 
Ölkəmizdəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olub. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi bunu bir daha təsdiqləyir. Şübhə yoxdur ki, bu qərar ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır. Deyə bilərik ki, ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Bu inteqrasiya siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətinə gətirib çıxaracaq. Məhdud resurslara malik partiyaların kifayət qədər güclü siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyaların üzvləri üçün yeni imkanlar yaradacaq. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaq.
 
Eyni zamanda, siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə nail olmaq məqsədi daşıyır. Ölkədə partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına müsbət təsir göstərəcək.Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından xəbər verir. 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamı ifadə edir.
 
Bu gün gənclər kifayət qədər yüksək postlarda təmsil olunurlar. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, YAP-ın yeni formalaşan İdarə Heyətində də kifayət qədər gənc təmsil olunub. Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin xüsusi şücaətinə toxunan dövlətimizin başçısı bundan sonrakı dövrdə də vətənimizin daha da inkişafı üçün gənclərimizin üzərinə böyük yük düşdüyünü qeyd edib. Vətən müharibəsi zamanı şücaət göstərən gənclər məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən gənclik olub. Burada Ulu Öndər Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” kəlamı yada düşür. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin hakimiyyəti dövründə dövlətimizin başçısının fəaliyyətinin bütün istiqamətlərində ən önə çıxan anlayışın Vətən sevgisini olduğunu gördü, belə yetişdi.
 
Prezident İlham Əliyev həmçinin Qarabağın bərpasında, Böyük Qayıdışın icrası zamanı partiyanın gənclərinin də fəal şəkildə iştirak etməli olduğunu xüsusilə vurğuladı. Düşünürəm ki, ətrafında kifayət qədər böyük gənclər ordusu toplayan Yeni Azərbaycan Partiyası bütün bu proseslərdə yaxından iştirak edəcək və üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək. Bütövlükdə, hesab edirəm ki, bundan sonrakı dövrdə də partiya fəaliyyətini müasir dövrün tələblərinə uyğun quracaq, daha böyük uğurlar qazanacaq.
 
Səbinə Muxtarova
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi
Похожие новости
17:02, Сегодня
Британия приступила к производству «самого смертоносного» танка
16:46, Сегодня
В Монголии погибло 7 миллионов голов скота 
16:30, Сегодня
В Баку горит развлекательный центр - ВИДЕО
16:26, Сегодня
Гаджи Нуран: Имя Джаваншира Мамедова постоянно было на слуху благодаря скандалам
16:19, Сегодня
Джейхун Байрамов принял посла Ирана по случаю завершения его дипмиссии
16:15, Сегодня
МИД Турции: Соглашение между Азербайджаном и Арменией - важный вклад в мирный процесс
16:10, Сегодня
В Агджабеди автомобиль насмерть сбил пешехода
16:02, Сегодня
Проходит церемония прощания с Джаванширом Мамедовым - ОБНОВЛЯЕТСЯ + ФОТО/ВИДЕО
15:59, Сегодня
МЧС снесло незаконные постройки в Лянкяране - ФОТО/ВИДЕО
15:46, Сегодня
В Германии обсудят подготовку Азербайджана к COP29
15:42, Сегодня
В Конго в результате вооруженного нападения погибли 16 мирных жителей
15:41, Сегодня
В Грузии могут и пересмотреть закон об иноагентах 
15:31, Сегодня
Причина смерти Джаваншира Мамедова: У него в сердце было четыре стента, нервы доконали его
15:26, Сегодня
Объявленный в международный розыск преступник экстрадирован из Казахстана в Азербайджан
15:21, Сегодня
Ударивший светофор подросток приглашен в полицию вместе с родителями - ВИДЕО
15:17, Сегодня
Китай готовится провести крупнейшую реорганизацию армии за десятилетие
15:09, Сегодня
Эльза Сеидджахан о Джаваншире Мамедове: Он был большим мастером - ВИДЕО
15:05, Сегодня
В Турции горит историческое здание периода Османской империи - ФОТО
15:01, Сегодня
В Подмосковье застрелили азербайджанца - ВИДЕО
14:54, Сегодня
Министры культуры Азербайджана и ОАЭ обсудили вопросы связанные с COP29
14:43, Сегодня
Турция и Египет координируют усилия по доставке помощи в Газу
14:41, Сегодня
В Турции перевернулся микроавтобус, много пострадавших - ФОТО
14:33, Сегодня
30-градусная жара, град, снег: прогноз погоды в Азербайджане на 21 апреля
14:26, Сегодня
Закир Гасанов поручил оказать необходимую поддержку выходящим из Карабаха миротворцам РФ
14:20, Сегодня
В Билясуваре пожилая женщина повесилась на своем платке
14:12, Сегодня
Объявлено место захоронения Джаваншира Мамедова - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
14:01, Сегодня
Flydubai восстановила режим полетов из аэропорта Дубая
13:58, Сегодня
В Азербайджане скоропостижно скончался 42-летний прокурор
13:45, Сегодня
Премьер Армении заявил, что российские пограничники покинут посты в Товузгале
13:37, Сегодня
Азербайджанский технический университет преобразован в юридическое лицо публичного права
13:31, Сегодня
Таджикистан вводит визовый режим с Турцией
13:25, Сегодня
Проблема с дорогой в Огузском районе устранена - ФОТО/ВИДЕО
13:08, Сегодня
С чем связан затор на шоссе Баку - Сумгайыт? - ВИДЕО
11:41, Сегодня
Возбуждено уголовное дело по факту убийства в столице 22-летней девушки - ОБНОВЛЕНО
11:40, Сегодня
Обнаружен ранний биомаркер рассеянного склероза
11:36, Сегодня
В Баку задержаны водители, устроившие драку посреди дороги - ВИДЕО
11:34, Сегодня
В Австрии создали дрон, летающий исключительно на энергии Солнца - ФОТО
11:30, Сегодня
Пашинян все же рассказал соратникам о встрече в Брюсселе
11:29, Сегодня
Стала известна причина смерти 49-летнего заслуженного артиста - ОБНОВЛЕНО
11:24, Сегодня
США планируют очередной крупный пакет военной помощи Украине
11:11, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
11:09, Сегодня
В Баку подросток устроил «драку» со светофором - ВИДЕО
11:06, Сегодня
В Турции перевернулся автобус, пострадали 19 человек
10:56, Сегодня
В Хыналыге выпал град - ФАКТИЧЕСКАЯ ПОГОДА
10:52, Сегодня
Впервые в США: Байден назвал количество произведенного в его стране урана
10:37, Сегодня
Генпрокуратура об убийстве на столичном хлебзаводе - ОБНОВЛЕНО
10:34, Сегодня
Азербайджан за год увеличил валютные резервы на 10%
10:29, Сегодня
Скончался заслуженный артист Азербайджана Юрий Омельченко
10:29, Сегодня
Глава ХАМАС встретится с Эрдоганом
10:18, Сегодня
Глава МИД Ирана назвал сбитые над Исфаханом беспилотники детскими игрушками
10:07, Сегодня
Премьер-лига Азербайджана: сегодня состоятся еще два матча XXXI тура
09:56, Сегодня
ВВС Израиля нанесли удар по опорным пунктам террористов: есть убитые
09:45, Сегодня
Мухтар Бабаев: COP29 имеет ключевое значение для планирования помощи бедным странам
09:43, Сегодня
В Гаджигабуле задержаны подозреваемые в незаконном обороте наркотиков
09:30, Сегодня
В Баку молодой парень убил возлюбленную на почве ревности и ранил себя ножом - ОБНОВЛЕНО
09:28, Сегодня
Всех участников массовой драки на турнире ММА в Москве пожизненно дисквалифицируют - ОБНОВЛЕНО + ВИДЕО
09:23, Сегодня
В Индонезии вновь произошло извержение вулкана Руанг - ФОТО/ВИДЕО
08:52, Сегодня
Госдолг Чехии побил рекорд
08:51, Сегодня
Блинкен приветствовал возвращение Азербайджану четырех сел Газахского района - ФОТО
08:09, Сегодня
Гутерриш призвал Азербайджан и Армению решить все вопросы для нормализации отношений
07:31, Сегодня
Прибрежным водам Мадагаскара угрожает массовая гибель кораллов
06:58, Сегодня
Скамейки парка в центре столицы находятся в ужасном состоянии - ВИДЕО
06:38, Сегодня
Товарооборот между Турцией и Африкой достиг $37 млрд
05:49, Сегодня
Производство автомобилей в Казахстане выросло на 4%
04:56, Сегодня
Военный эксперт прокомментировал возвращение четырех сел Газахского района - ВИДЕО
04:52, Сегодня
Экспорт Грузии сократился на 9,3%
04:37, Сегодня
В коровьем молоке впервые обнаружили птичий грипп
03:57, Сегодня
В Индии планируют запустить первое городское аэротакси
03:53, Сегодня
На военной базе близ Багдада произошел взрыв
03:35, Сегодня
В Азербайджане может подорожать хлеб? - ВИДЕО
03:15, Сегодня
Tesla отзовет практически все Cybertruck из-за технической неисправности
03:04, Сегодня
В Узбекистане продолжает замедляться рост цен на вторичное жилье
02:35, Сегодня
Азербайджанский парабадминтонист вышел в полуфинал международного турнира
02:15, Сегодня
В Нафталане 40-летняя женщина получила сильные ожоги
02:08, Сегодня
В этом году в Азербайджане начнется строительство еще 5 солнечно-ветряных станций
02:01, Сегодня
Уроженка Западного Азербайджана: Армяне вынудили жителей покинуть село, угрожая сожжением - ВИДЕО
01:46, Сегодня
Серия А: "Ювентус" вырвал ничью в выездном матче с "Кальяри" - ВИДЕО
01:28, Сегодня
Уроженец села Ашагы Аскипара: Я сейчас на седьмом небе от счастья - ВИДЕО
01:21, Сегодня
Житель Агдаша столкнулся с мошенничеством: у него возникла задолженность в 105 000 манатов - ВИДЕО
01:18, Сегодня
В Иране побит рекорд по объему внешней торговли
01:06, Сегодня
Спецпредставитель ЕС назвал обнадеживающей работу комиссий по делимитации Азербайджана и Армении - ФОТО/ВИДЕО
01:00, Сегодня
Турецкая Суперлига: "Бешикташ" обыграл "Анкарагюджю" в домашнем матче - ВИДЕО
00:56, Сегодня
Армяне требуют встречи с Пашиняном
00:52, Сегодня
Осужденная на 17 лет женщина рассказала о самой тяжелой для нее ночи в тюрьме - ВИДЕО
00:38, Сегодня
Во время матча на Товузском городском стадионе вновь возникла опасная ситуация - ВИДЕО
00:26, Сегодня
В Иране в день атаки на Израиль начались нападения на женщин из-за нарушений правил ношения хиджаба - ВИДЕО
00:25, Сегодня
В одном из районов Азербайджана будет ограничено газоснабжение
00:23, Сегодня
ГЭЦ: 485 человек не явились на выпускной экзамен
00:21, Сегодня
В Газахе с радостью восприняли новость об освобождении четырех сел района - ФОТО
00:16, Сегодня
В бакинском метро пожилой мужчина упал на рельсы
00:12, Сегодня
Сегодня день рождения легендарной азербайджанской «свекрови»
00:10, Сегодня
Агиль Рустамзаде: Израиль хотел «прощупать» ПВО Ирана
00:09, Сегодня
Жители Словакии собрали 2 млн евро на покупку снарядов для Украины
00:03, Сегодня
В Белом доме пообещали немедленно возобновить поставки оружия Киеву
00:02, Сегодня
Фон дер Ляйен против столкновений между Израилем и Ираном
19 Apr 2024 | 23:48
Мужчина поджег себя во время судебного процесса по делу Трампа в Нью-Йорке - ВИДЕО
19 Apr 2024 | 23:27
Юг Германии завалило снегом: горнолыжные курорты заявили о возобновлении работы
19 Apr 2024 | 23:01
Сход оползня в Стамбуле повредил 14 домов- (фото)
19 Apr 2024 | 23:00
Аэропорт Дубая ограничил число прибывающих рейсов
19 Apr 2024 | 22:54
Цукерберг обошел Маска в списке богатейших людей планеты
ЕЖЕДНЕВНО
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 19:45
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 17:45
Артуро Видаль - о клубе своей мечты
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 17:10
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
Ежемесячно
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 19:45
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 17:45
Артуро Видаль - о клубе своей мечты
Писатели