Metyu Brayza: “Azərbaycan və Türkmənistan arasında dərinləşən dostluq Xəzər bölgəsi üçün yeni imkanlar açdı”
Общество
Читать: 1047
01 Apr 2021 | 18:39
Metyu Brayza: “Azərbaycan və Türkmənistan arasında dərinləşən dostluq Xəzər bölgəsi üçün yeni imkanlar açdı”
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza Report İnformasiya Agentliyinə müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:
 
Cənab Brayza, sizi bir daha burada gördüyümüz üçün şadıq. Biz sizinlə Davosda Dünya İqtisadi Forumu zamanı məruzəçilərdən biri olduğunuz “Caspian Week 2020”də görüşmüşdük.
 
O zaman Xəzər bölgəsindəki bir sıra yeniliklər barədə sizinlə müsahibəmiz olmuşdu.
 
Martın 18-də ABŞ-da keçirilən Horasis Fövqəladə Yığıncağında (//horasis.org/) fikirlərinizi izləyən biri kimi, son bir ildə Mərkəzi Asiya bölgəsinin necə dəyişdiyini və gələcəkdə bölgə üçün proqnozlarınızı eşitmək istərdik.
 
- Xəzər dənizindəki “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsinə dair Memorandum 21 yanvar 2021-ci ildə imzalanmış və daha sonra Azərbaycan və Türkmənistan Parlamentləri tərəfindən təsdiq edilmişdir. Bu tarixi hadisə bölgəyə necə təsir edəcək və hansı yeni imkanlar aça bilər?
 
- “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsinə dair 21 yanvar razılaşması, həqiqətən, tarixi bir müqavilədir. Bu razılaşma yalnız Azərbaycan və Türkmənistan arasında deyil, Xəzər regionunun bütün ölkələri üçün əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradır.
 
Müqavilə Azərbaycan və Türkmənistan arasında daha geniş və dərin əməkdaşlıq üçün əsas maneəni aradan qaldırır. ABŞ diplomatı olaraq fikrini əsasən bölgəyə toplamış biri kimi, mənim zamanımda bu, iki ölkənin münasibətləri üzərində daima asılı vəziyyətdə olan, o zaman “Kəpəz” və ya “Serdar” kimi tanınan neft sahəsi ilə bağlı mübahisə idi. Artıq otuz ildir ki, bu məsələ ətrafındakı fikir ayrılığı iki ölkə arasında inamsızlıq hissi yaratdı. Beləliklə, bu mübahisənin indi həll edilməsi ilə əvvəllər mümkün olmayan bir çox məsələdə indi əməkdaşlıq üçün yol açıqdır.
 
Bu məsələlərdən birincisi, sözsüz ki, iki ölkənin “Dostluq” yatağının işlənməsi üçün birlikdə çalışmasıdır. Bu, layihənin kommersiya baxımından faydalı olmasını təmin etmək üçün iki ölkə arasında bir sıra əlavə razılaşmalar əldə etmələrini tələb edəcəkdir. Bu ilk layihədəki birgə uğurlu təcrübələr, neft və təbii qazdan əlavə, iqtisadi sahələrdə də investisiyalara və yeni iş qurmalarına səbəb ola bilər.
 
Bu yeni əməkdaşlıq sahələrindən digəri də Türkmənistan qazının Xəzər dənizi üzərindən Azərbaycana və xaricə ixracı ola bilər. Azərbaycan sənayesi, xüsusən də neft-kimya sahəsi Türkmənistandan yeni qaz tədarükündən faydalana bilər. Əlavə olaraq, qərb də bu cür yeni qaz təchizatı ilə təmin oluna bilər ki, bu da Azərbaycan və Ermənistanda və əlbəttə ki, Türkiyədə yeni iş yerlərini təmin edə biləcək və iqtisadi inkişafa imkan yaradacaq yeni sənaye layihələrini inkişaf etdirməyə və bununla da İkinci Qarabağ müharibəsinin yaralarını sağaltmağa imkan verəcək.
 
İndi Azərbaycan və Türkmənistanın əməkdaşlıq edə biləcəyi digər bir məsələ də Xəzər dənizinin mühitinin qorunmasıdır. Dənizə edilən neft axıtmaları ölkələrin sərhədlərinə hörmətsizlik kimi hesab olunur. Bu səbəbdən Azərbaycan və Türkmənistan, eləcə də Rusiya, Qazaxıstan və İran birgə Xəzər dənizinin Türkmənistan və Azərbaycan hissəsində əvvəlki neft dağılmalarının vurduğu zərərin azaldılması, gələcəkdə bu cür hadisələrin qarşısını almaq və göstərilən səylərə baxmayaraq, baş verə biləcək qəzaların nəticələrini azaltmaq üçün birlikdə çalışmaqda maraqlıdırlar.
 
Bütün bu yeni əməkdaşlıq nümunələri gerçəkləşdikcə Orta Asiyanı, o cümlədən Əfqanıstan və Cənubi Qafqazı, həmçinin Avropanı Qara Dəniz və Türkiyə üzərindən birləşdirən nəqliyyat dəhlizi güclənəcək. Nəqliyyat dəhlizi dedikdə mən yalnız neft və qaz üçün deyil, həm də dəmir yolu, magistral yollar və gəmilərlə konteyner daşımaları, eləcə də inkişaf etməkdə olan fiber optik şəbəkələr vasitəsilə rəqəmsal nəqliyyatı nəzərdə tuturam.
 
Bu müxtəlif nəqliyyat şəbəkələri bir araya gətirilərək Əfqanıstanda vəziyyətin sabitləşməsinə, Ermənistanla Azərbaycan arasında sülhün möhkəmləndirilməsinə və həm Çin, həm də Rusiyanın cənub sərhədləri boyunca yerləşən ölkələrə rəqabətədavamlı bir iş mühiti yaradan nəqliyyat variantları təqdim etməkdə böyük iş imkanları təmin edilə bilər. Öz şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hər kəs ədalətli rəqabət apardığı təqdirdə, şirkətlər və ölkələr arasında sağlam işbirliyi əslində əməkdaşlığı stimullaşdırır.
 
- 18 mart tarixində ABŞ-da keçirilən Horasis Fövqəladə Toplantısında çıxışınızda Trans-Xəzər qaz kəməri layihəsinə toxundunuz. Mümkünsə bu layihənin necə inkişaf edə biləcəyi barədə fikirlərinizi bizimlə daha ətraflı şəkildə bölüşə bilərsiniz?
 
- “Dostluq” razılaşması ilə qüvvədə olan Transxəzər qaz kəməri üçün əsas siyasi əngəl aradan qaldırıldı. Növbəti addım belə bir layihənin potensial investorlar üçün ticari cəhətdən cəlbedici olmasından əmin olmaqdır. Dostluq yatağı hələ işlənmədiyindən, orada nə qədər təbii qaz hasil ediləcəyini bilmək mümkün deyil. Lakin “Dostluq” Transxəzər boru kəməri üçün mümkün olan yeganə qaz mənbəyi deyil. Azərbaycanın əsas təbii qaz istehsalı infrastrukturundan 90 km-dən az məsafədə yerləşən “Block One” kimi tanınan Türkmənistan qaz yatağı başqa bir alternativ variantdır. İllərdir “Block One”dan qazın coğrafi mövqeyi nəzərə alınmaqla, Türkmənistanın qərbində, yəni Azərbaycan və onun hüdudlarından kənarda təbii bir bazara sahib olduğuna inanırdım.
 
Beləliklə, indi düşünürəm ki, Azərbaycan və Türkmənistan üçün əsas vəzifə birgə çalışmaq və potensial investorlar ilə birlikdə potensial cəhətdən yeni Xəzər təbii qaz tədarükünün qərbə doğru ixracı üçün bir plan müəyyənləşdirməkdir.
 
- 30 ildən sonra Dağlıq Qarabağın Azərbaycana qayıtması faktını görməməzlikdən gəlmək olmaz. Bildiyiniz kimi, Prezident İlham Əliyev işğaldan azad edilən torpaqların inkişafına böyük diqqət yetirir və indi Azərbaycanın əsas hissəsindən Cənubi Ermənistan və Naxçıvan yolu ilə Türkiyəyə nəqliyyat əlaqələrinin qurulması planlaşdırılır.
 
- Bəli, Prezident Əliyev, Baş nazir Paşinyan və Prezident Putin arasında imzalanmış 10 noyabr tarixli bəyanat Azərbaycan tarixindəki ən böyük hərbi və diplomatik qələbədir. Bu ifadə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin Azərbaycanın nəzarətinə qaytarılmasını tələb edən dörd qətnaməsinin şərtlərini yerinə yetirir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının otuz ildən artıq bir müddətdə öz qətnamələrini sülh yolu ilə icra etmək üçün bir yol tapa bilməməsindən təəssüf hissi duyuram.
 
Lakin, çox şadam ki, 10 Noyabr tarixli bəyanat Ermənistan və Azərbaycan arasında barışıq sazişi üçün bir çərçivə müəyyənləşdirən və 2009-cu ilin yanvarında iki ölkənin başçıları tərəfindən qeyri-rəsmi olaraq qəbul edilən ATƏT-in Minsk Qrupu ilə razılaşdırılmış “Madrid prinsipləri” ilə tam uyğundur.
 
Bu yeni vəziyyətdə həm Azərbaycan, həm də Ermənistan üçün bölgədəki bütün nəqliyyat marşrutlarının yenidən açıldığını elan edən 9/10 Noyabr bəyanatının son bəndindən faydalanması vacibdir. Bu müddəa Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə tranzit əlaqələrini bərpa etməsi və zaman keçdikcə regional iqtisadiyyata birləşməsinin yolunu tənmizləyir.
 
Ancaq bu gün Ermənistanın mövcud siyasi böhranı bu cür əməkdaşlığı psixoloji cəhətdən qeyri-mümkün edir. Erməni cəmiyyəti müharibənin nəticələrini qəbul etməyə və silahlı münaqişəyə qayıtmağı dəstəkləyənlərə qarşı yeni və çiçəklənən bir Ermənistan qurmaq üçün irəliləməyə hazır olan kütlələr arasında dərin bir şəkildə bölünüb. Azərbaycan, Azərbaycanla və Türkiyə ilə iqtisadi əməkdaşlıq yolu ilə bu ölkə üçün daha etibarlı və zəngin bir gələcək axtaran ermənilərə bahis oynayır.
 
Bu səbəbdən Azərbaycan Hökuməti həm bərpa olunmuş torpaqlarındakı azərbaycanlılar, həm də erməni qonşuları üçün iqtisadi inkişaf və iş yerlərinə imkan yaradacaq layihələrə infrastruktur investisiyaları hazırlayır. Bunlara yeni magistral yollar, dəmir yolları, təbii qaz kəmərləri, elektrik və su əlaqələri və sənaye obyektləri daxil olacaqdır. Bir fikir Azərbaycan (Naxçıvanda), Ermənistan və Türkiyə ərazilərində yerləşə biləcək mümkün sənaye zonasıdır. Birlikdə bu layihələr Ermənistanın regional iqtisadiyyata birləşməsinə və Orta Asiyadan Avropaya qədər uzanan geniş bir bölgədə yeni ticarət və investisiya əlaqələrini inkişaf etdirməsinə imkan yarada bilər.
 
Bu baxımdan qeyd etmək vacibdir ki, istər müharibə dövrünədək istərsə də bu gün Prezident İlham Əliyev davamlı olaraq Dağlıq Qarabağdakı erməni sakinlərinin evlərində qalacaqlarına və nəticədə öz torpaqlarına qayıdan azərbaycanlılarla yenidən çiyin-çiyinə yaşamaq şansını xoş qarşılayacaqlarına ümüd bəsləyir. Buna nail olmağın əsas yolu isə bölgədə canlı yerli iqtisadiyyatı bərpa etməkdir.
 
ABŞ, Avropa Birliyi və Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumları tərəfindən müharibə yaralarını sağaltmaq və iqtisadi əməkdaşlıq sahəsində gələcək bir baza yaratmaq məqsədi ilə bu layihələr üçün güclü dəstəyin təklif ediləcəyinə inanıram.
 
- Keçən ilin dekabr ayında daha öncəki diplomatik fəaliyyətiniz dövründə sizə tanış olan Azərbaycanın Türkmənistan və Əfqanıstandakı keçmiş səfiri Vahdet Sultanzadə ilə müsahibəmiz olmuşdu. Müsahibəsində cənab Sultanzadə Türkmənistan şirkətləri üçün Azərbaycan iqtisadiyyatının hansı sahələrinin perspektivli ola biləcəyi barədə fikirlərini bildirdi. Siz bu barədə nə düşünürsünüz və sizcə Qərb şirkətləri iki ölkə arasındakı bu cür iş birliyindən necə istifadə edə bilər?
 
- Səfir Vahdet Sultanzadədən başqa Türkmənistan vətəndaşı olmayan birinin o ölkənin mədəniyyəti, tarixi və xalqı haqqında onun qədər çox şey biləcəyini təsəvvür etmək çətindir.
 
Mübaliğəsiz onu Azərbaycan-Türkmənistan münasibətləri tarixində əfsanəvi şəxsiyyət adlandırmaq olar. O, 13 il Türkmənistan üzrə səfirin müşaviri və Azərbaycanın Türkmənistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb. Keçən dekabr ayında səfir Sultanzadə ilə adını çəkdiyiniz reportajı oxumaqdan zövq aldım. Burada səfir Türkmənistan və Azərbaycan şirkətləri arasında neft-kimya, tekstil, aqrobiznes, nəqliyyat və logistika sahələrində potensial birgə investisiya layihələrindən bəhs edib. Bu məhsulların əksəriyyətinin bazarlarının Böyük Xəzər Bölgəsi olacağına baxmayaraq nəqliyyat və loqistika şirkətləri Cənubi Asiyadakı bazarları Avropaya birləşdirərək daha geniş bir coğrafi əraziyə sahib ola bilərlər. Rəqəmsal İpək Yolu adlı yeni ortaya çıxan bir layihə var ki, bu da Avropa ilə Orta Asiya arasında, bəlkə də Xəzər dənizinin altındakı bir kabel vasitəsilə Azərbaycan arasında fiber optik əlaqələr təmin edəcəkdir. Bu yeni şəbəkə istehlakçılar üçün qiymətləri endirərkən internet xidmətinin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaqdır.
 
- Orta Asiya ilə əlaqəli digər məsələlərə gəldikdə, Lapis-Lazuli Dəhlizinin inkişafına dair proqnozunuzu da bilmək istərdim.
 
- Lapus-Lazuli Dəhlizi, bayaq qeyd etdiyim çoxşaxəli nəqliyyat və lojistik əlaqələrini stimullaşdırmaq üçün iddialı bir təşkilatçılıq konsepsiyası təqdim edir. Daha dramatik şəkildə söyləsək, bu, dənizə çıxışı olmayan Əfqanıstanın həm Hindistan, həm Pakistan, həm də Orta Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropaya açılan Şərq-Qərb qapısı olmasına imkan yaradır. Bu səbəbdən Lapus Lazuli Dəhlizi Əfqanıstana dünyadakı mövqeyini pozitiv və tarixi bir şəkildə dəyişdirmə şansı verə bilər. ABŞ-a görə yeni dəhliz Əfqanıstan xalqına iqtisadi inkişaf, investisiya cəlb edilməsi və sabitliyi bərpa etmək imkanları təqdim etməklə böyük strateji əhəmiyyətə malik ola bilər. Bu günlərdə Bayden rəhbərliyi Əfqanıstan Hökuməti ilə Taliban arasında sülh razılaşması üçün yeni və intensiv şəkildə diplomatik səy göstərir. Türkiyə bu təşəbbüs çərçivəsində ilk böyük görüşə ev sahibliyi etmək üzrədir. Həqiqətən də bir razılaşma əldə edilə bilərsə, Lapus-Lazuli Dəhlizi nəticələnən barışı qorumaq və möhkəmləndirmək üçün kritik rol oynaya bilər.
 
- Müsahibəmizi yekunlaşdırarkən və bölgədə son illərdəki böyük dəyişiklikləri nəzərə alaraq, Orta Asiya ölkələrində Qərb investorları üçün maraqlı ola biləcək layihələr növləri barədə fikirlərinizi öyrənirik.
 
- Qərb şirkətləri son bir neçə on ildə Orta Asiyada, əlbətdə ki, neft və təbii qaz sektorunun əsas investorları olmuşlar. 1990-cı illərin sonlarında Prezident Bill Klintonun rəhbərliyi dövründə mən özüm ABŞ-ın Türkiyə ilə birlikdə Xəzərdən Türkiyəyə və ondan kənarda Azərbaycan və Gürcüstan üzərindən və Rusiyadan keçməklə Türkiyəyə neft və təbii qaz boru kəmərlərinin inkişafına dair səylərində intensiv olaraq fəal iştirak etmişəm. Bu səylərin bu gün Avropa Birliyinin Cənub Dəhlizinin təməli olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk və Xəzər Boru Kəməri Konsorsiumu neft boru kəmərləri misalında necə müvəffəqiyyətli olduğunu görürük. Bu layihələr artıq Azərbaycan və Gürcüstanı Transatlantik birliyi ilə birləşdirir, bu da Azərbaycandan əlavə Türkmənistan və Qazaxıstan da daxil olmaqla regional neft istehsalçılarına qlobal bazarlara çıxış təmin edir.
 
Hələ Prezident Klintonun rəhbərliyi dövründə ABŞ Türkmənistanı Transxəzər təbii qaz kəməri ilə Cənubi Dəhlizə çevrilən əraziyə daxil etmək istədi. Daha əvvəl də qeyd etdiyim kimi, “Dostluq” sazişi və Azərbaycanın azad olunmuş torpaqlarını yenidən bərpa etmək həvəsi sayəsində belə bir qaz kəmərinin perspektivləri son iyirmi ilin hər dövrünə nisbətən daha parlaq görünür.
 
Neft və təbii qaz xaricində daha əvvəl də qeyd etdiyim Rəqəmsal İpək Yolu da daxil olmaqla, Qərb şirkətləri tərəfindən digər investisiya imkanları yaranır. Özbəkistan və Qazaxıstanda iddialı iqtisadi və siyasi islahatlar irəlilədikcə bankçılıq, aqrobiznes, istehlak malları istehsalı və logistika sahələrində Qərb investisiyaları üçün yeni imkanlar yaranır.
 
Sonda Report.az-ın Türkmənistanda akkreditə olunmuş bir jurnalist qurumu olması, həmçinin Dünya İqtisadi Forumu zamanı Davosda keçirilən Xəzər Həftəsində iştirak etməsi münasibətilə sizi də təbrik edirəm. Bu, bir tərəfədən məni Report.az saytının jurnalistləri də daxil olmaqla, iş, hökumət və mədəniyyət sahələrindəki bəzi mötəbər insanlarla əlaqələr qurmağıma şərait yaratmaqla yanaşı ağlımı yeni, yaradıcı şəkildə işlətməyə kömək edən çox vacib bir toplantı oldu.
Похожие новости
00:08, Сегодня
Шотландcкой оппозиции не удалось объявить вотум недоверия правительству региона
00:05, Сегодня
Полиция обнаружила партию кокаина весом 1,8 тонны на острове Сен-Мартен
00:02, Сегодня
Армия обороны Израиля заявила о подготовке к наступлению на северном фронте
01 May 2024 | 23:37
Жители агсуинских сел жалуются на состояние местной трассы - ВИДЕО
01 May 2024 | 23:20
Напряженные моменты в бакинском метро - ВИДЕО
01 May 2024 | 23:14
Президент Грузии поддержала протестующих в Тбилиси
01 May 2024 | 22:56
ФРС США сохранила базовую процентную ставку на уровне 5,25-5,5%
01 May 2024 | 22:48
Пашинян разъяснил, зачем Армении нужна нормализация с Азербайджаном
01 May 2024 | 22:45
Баку и Ташкент обсудили углубление стратегического партнерства-(фото)
01 May 2024 | 22:44
Дочь народной артистки расторгла помолвку
01 May 2024 | 22:17
Колумбия намерена разорвать дипотношения с Израилем
01 May 2024 | 21:57
Стало известно о состоянии исполнителя мейханы Агакерима
01 May 2024 | 21:50
Новые антироссийские санкции США коснулись и граждан Азербайджана
01 May 2024 | 21:37
В Имишли в результате автоаварии пострадали пять человек
01 May 2024 | 21:32
Жители бакинского поселка жалуются на проблемы с водоснабжением - ВИДЕО
01 May 2024 | 21:28
В Турции 28 полицейских пострадали в результате первомайских столкновений с манифестантами
01 May 2024 | 21:24
Опровергнуты слухи о грядущей отставке министра обороны Украины-(обновлено)
01 May 2024 | 21:14
Посол Украины: Встречи в Баку были продуктивными-(фото)
01 May 2024 | 21:11
В Гобустанской ЦРБ разгорается скандал: группа экс-работников обратилась в суд
01 May 2024 | 21:07
Армия Израиля сообщила об открытии КПП "Эрез" для доставки помощи в Газу
01 May 2024 | 20:55
Суд вынес решение по ходатайству Губада Ибадоглу
01 May 2024 | 20:41
Ильхам Алиев принял помощника генерального секретаря ООН: детали
01 May 2024 | 20:21
Цены на клубнику в Джалилабаде снизились в четыре раза
01 May 2024 | 20:12
Грузинские депутаты проголосовали за законопроект об иноагентах
01 May 2024 | 20:07
Афины поддерживают соглашение между Азербайджаном и Арменией
01 May 2024 | 20:01
Стражи порядка задержали подростков-вандалов
01 May 2024 | 19:47
Жителя Шекинского района арестовали в зале суда за неуплату алиментов
01 May 2024 | 19:46
130 инспекторов МАГАТЭ отправятся в Иран
01 May 2024 | 19:37
Мехтиева будет курировать матчи чемпионата Европы по футболу
01 May 2024 | 19:23
Министр обороны Украины может подать в отставку
01 May 2024 | 19:09
В Физулинском районе произошел пожар: есть пострадавший
01 May 2024 | 19:00
В Азербайджане стартовали военные сборы
01 May 2024 | 18:58
На Солнце произошли мощные вспышки: ожидается магнитная буря
01 May 2024 | 18:50
Баку и Москва обсудили аспекты культурного сотрудничества-(фото)
01 May 2024 | 18:47
Кобахидзе: Принятие закона об иноагентах ускорит интеграцию Грузии в ЕС
01 May 2024 | 18:28
Количество жертв в Газе достигло 34568
01 May 2024 | 18:20
В Иране арестован племянник бывшего министра обороны Али Шамхани - ФОТО
01 May 2024 | 18:14
Раввин Гронич: В Баку представитель любой религии может ощущать себя в безопасности
01 May 2024 | 17:56
В Баку цены в пятизвездочных отелях выросли почти на 40%
01 May 2024 | 17:53
Нетаньяху ждет от Запада давления на МУС в вопросе Израиля
01 May 2024 | 17:41
В Азербайджане с начала этого года усыновлено 35 детей
01 May 2024 | 17:37
Страны Запада разрешили Украине бить новым оружием по территории России
01 May 2024 | 17:25
В центре Варшавы неизвестные пытались поджечь синагогу
01 May 2024 | 17:17
Армения и НАТО наметили «новые направления сотрудничества» в военном образовании
01 May 2024 | 17:16
Должностные лица центра санитарно-карантинного контроля привлечены к уголовной ответственности-ВИДЕО
01 May 2024 | 17:13
В июне в Азербайджане пять дней подряд будут нерабочими
01 May 2024 | 17:03
Анкара подключится к судебному иску Южной Африки против Израиля
01 May 2024 | 17:00
Пенсионер угодил в тюрьму за призыв «зарезать» чету Макронов
01 May 2024 | 16:50
В Берлине после беспорядков сгорели машины Amazon
01 May 2024 | 16:33
В Азербайджане животные покусали 8 712 человек за три месяца
01 May 2024 | 15:56
В Бейруте взорван ресторан, в котором находились члены КСИР- ВИДЕО
01 May 2024 | 15:43
В Кыргызстане отказались от шествия «Бессмертного полка»
01 May 2024 | 15:38
Рафаэль Надаль эмоционально попрощался с мадридской публикой
01 May 2024 | 15:35
В Китае произошло обрушение дорожного полотна: число погибших возросло - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
01 May 2024 | 15:31
Как южный регион Азербайджана готовится к новому туристическому сезону?
01 May 2024 | 15:28
Ильхам Алиев принял главного раввина России
01 May 2024 | 15:21
Азербайджан упростит визовый режим для участников CОР29
01 May 2024 | 15:20
В Иране казнили семерых заключенных - ФОТО
01 May 2024 | 15:17
В Стамбуле задержали более 140 участников первомайских демонстраций
01 May 2024 | 15:13
В следующем году скорость интернета в Азербайджане достигнет 50 Мбит/с-ФОТО
01 May 2024 | 15:07
В апреле предотвращен выезд из Азербайджана 495 человек
01 May 2024 | 15:03
Укус змеи в Азербайджане: что нужно знать туристам и местным жителям?!
01 May 2024 | 14:50
В Кельбаджарском районе в ДТП погиб гражданин Турции
01 May 2024 | 14:40
Доходы Грузии от туризма превысили доковидный показатель
01 May 2024 | 14:39
Центр Одессы атакован баллистическими ракетами: есть погибшие - ВИДЕО
01 May 2024 | 14:25
Украина начала охоту за российскими крылатыми авиабомбами
01 May 2024 | 14:23
В рамках Всемирного форума по межкультурному диалогу проходит Бакинская встреча религиозных лидеров
01 May 2024 | 14:18
Рассмотрение закона об "иноагентах" в парламенте Грузии началось с конфликта - ВИДЕО
01 May 2024 | 14:14
В Германии подожгли летний домик главы Rheinmetall из-за поставок оружия ВСУ
01 May 2024 | 13:58
В Европарламенте заговорили о лишении Грузии статуса кандидата на членство в ЕС
01 May 2024 | 13:36
Талех Кязымов: У Naxçıvan Bank нет проблем с финансовой устойчивостью
01 May 2024 | 13:32
Пасху в Киеве отпразднуют онлайн?
01 May 2024 | 13:29
Состоялось заседание Наблюдательного совета Азербайджано-узбекской инвестиционной компании - ОБНОВЛЕНО + ФОТО
01 May 2024 | 13:27
ЦИК завтра рассмотрит вопрос депутатского мандата Рамина Мамедова
01 May 2024 | 13:23
Арестованный в ходе операции упраздненного МНБ наркобарон скончался в тюрьме
01 May 2024 | 13:15
Ильхам Алиев принял делегацию муфтиев Северо-Кавказского региона России-(фото)
01 May 2024 | 13:14
Президента Латвии чуть не сбили на пешеходном переходе
01 May 2024 | 13:09
Родственники погибших в Армении в казарме солдат: Мы не верим в пожар, с ними что-то сделали
01 May 2024 | 13:04
Грузинские депутаты снова подрались в парламенте-(видео)
01 May 2024 | 13:01
Армения и Иран углубляют сотрудничество в авиационной сфере
01 May 2024 | 12:51
Полиция штурмовала здание Колумбийского университета, захваченное пропалестинскими демонстрантами
01 May 2024 | 12:32
Президент Ильхам Алиев принял делегацию религиозных лидеров государств-членов и наблюдателей ОТГ - ФОТО
01 May 2024 | 12:25
При столкновении поезда метро и автобуса в США пострадали десятки человек-ФОТО
01 May 2024 | 12:14
Токаев о переговорах Баку и Еревана: Символично, что это важное мероприятие состоится в Алматы
01 May 2024 | 12:08
Депутат сетует, что азербайджанские предприятия производят слишком мало водки
01 May 2024 | 12:03
Алиев: Азербайджан и Армения проводят делимитацию без посредников
01 May 2024 | 11:56
Ильхам Алиев: Сейчас мы движемся к миру
01 May 2024 | 11:53
Курс биткоина упал ниже 60 000 долларов
01 May 2024 | 11:52
США предупредили Грузию о последствиях закона об иноагентах
01 May 2024 | 11:27
Президент: Как принимающая сторона COP29, мы видим свою роль в наведении мостов
01 May 2024 | 11:19
Ульвия Фаталиева: Свою победу посвящаю новому поколению шахматистов - ФОТО
01 May 2024 | 11:16
Скончался мэтр азербайджанского джаза Ровшан Рзаев
01 May 2024 | 11:11
Президент Ильхам Алиев: В XXI веке мы не можем позволить некоторым крупным европейским странам относиться к другим странам как к колониям
01 May 2024 | 11:10
В небе над Украиной сгорел метеор - ВИДЕО
01 May 2024 | 11:04
Ирак создал две военные базы на границе с Турцией
01 May 2024 | 11:04
Гендиректор ИСЕСКО: Из-за загрязнения воздуха ежегодно в мире погибает 7 млн человек
01 May 2024 | 11:02
МВД Грузии сообщило о задержании в Тбилиси 63 участников протестов
01 May 2024 | 11:01
Лига чемпионов: сегодня "Боруссия Дортмунд" примет ПСЖ
01 May 2024 | 10:57
Состоялось открытие здания Телеканала Западного Азербайджана-ФОТО
01 May 2024 | 10:56
Заместитель министра науки и образования посетил Анкару-ФОТО
ЕЖЕДНЕВНО
01 May 2024 | 09:01
С сегодняшнего дня начинаются каникулы для учащихся начальных классов
01 May 2024 | 09:13
Высота волн на Каспии достигла 2 м - ФАКТИЧЕСКАЯ ПОГОДА
01 May 2024 | 07:52
В Баку автомобиль сбил 12-летнего подростка
01 May 2024 | 04:38
Узбекистан и Германия обсудили сотрудничество в области цифровых технологий
01 May 2024 | 09:03
Сегодня в Баку стартует VI Всемирный форум межкультурного диалога
01 May 2024 | 09:14
Азербайджанская нефть незначительно подешевела
01 May 2024 | 08:56
Колумбийский университет попросил о полицейском присутствии до 17 мая
01 May 2024 | 09:04
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
01 May 2024 | 08:27
Израиль готов обсудить в Каире вопросы прекращения огня в секторе Газа
01 May 2024 | 08:02
В Сумгайыте задержаны лица, управлявшие автомобилем под воздействием наркотиков
ЕЖЕНЕДЕЛЬНО
26 Apr 2024 | 00:28
Пелоси считает, что Россия способствует пропалестинским протестам
25 Apr 2024 | 22:13
Ильхам Алиев прибыл с рабочим визитом в Германию - ФОТО
26 Apr 2024 | 00:31
Как будет выглядеть сцена «Евровидения-2024»? - ФОТО
25 Apr 2024 | 22:37
Азербайджанский дзюдоист завоевал серебряную медаль на чемпионате Европы - ОБНОВЛЕНО
26 Apr 2024 | 00:27
Байден пока не планирует встречаться с Эрдоганом
25 Apr 2024 | 23:54
На гедабейском рынке проведен мониторинг: выявлены серьезные недочеты - ФОТО
26 Apr 2024 | 00:30
В Азербайджане массовая продажа автомобилей, использовавшихся как такси, привела к снижению цен на рынке
26 Apr 2024 | 00:32
В губинском селе опоры ЛЭП находятся в аварийном состоянии - ВИДЕО
25 Apr 2024 | 23:29
Установлены личности пострадавших в тяжелом ДТП в Джалилабадском районе - ОБНОВЛЕНО
29 Apr 2024 | 23:08
В Гейчайском районе пожилой мужчина погиб от рук собственного сына
Ежемесячно
01 May 2024 | 09:01
С сегодняшнего дня начинаются каникулы для учащихся начальных классов
01 May 2024 | 09:13
Высота волн на Каспии достигла 2 м - ФАКТИЧЕСКАЯ ПОГОДА
01 May 2024 | 07:52
В Баку автомобиль сбил 12-летнего подростка
01 May 2024 | 04:38
Узбекистан и Германия обсудили сотрудничество в области цифровых технологий
01 May 2024 | 09:03
Сегодня в Баку стартует VI Всемирный форум межкультурного диалога
01 May 2024 | 09:14
Азербайджанская нефть незначительно подешевела
01 May 2024 | 08:56
Колумбийский университет попросил о полицейском присутствии до 17 мая
01 May 2024 | 09:04
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
01 May 2024 | 08:27
Израиль готов обсудить в Каире вопросы прекращения огня в секторе Газа
01 May 2024 | 08:02
В Сумгайыте задержаны лица, управлявшие автомобилем под воздействием наркотиков
Писатели