28 may 2021-ci il tarixdə Atatürk prospekti 37 ünvanda yerləşən ABAD məhəllədə, açıq havada Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “28 may - Respublika Günü” münasibəti ilə həvəskarlar arasında şahmat və basketbol üzrə rayon turnirləri keçirilib.
Turnirin mükafatlandırma mərasiminində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Tahir İbrahimov, “Ağ Top” Şahmat Klubun direktoru Cavanşir Bağırov, Basketbol “3x3 Azerbaijan” və Alov Basketbol klubunun rəhbəri və təsisçisi Nicat Mirzəyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun könüllüləri və həvəskar idmançılar iştirak edib.
Mükafatlandırma mərasiminində çıxış edən natiqlər tədbir iştirakçılarını “28 may – Respublika Günü” münasibəti ilə təbrik etdilər və qeyd etdilər ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. 1990-cı ildən Cümhuriyyət Günü ölkədə dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.Azərbaycanın milli bayramlarından olan Respublika Günü 30 ildən sonra ilk dəfədir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.
Qeyd edək ki, şahmat turnirində 20 nəfər həvəskar şahmatçı, basketbol yarışında isə 4 komanda iştirak ediblər.
Sonda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunub.