“Azərbaycanın Yuxarı Qarabağ torpağının 3750 kvadrat kilometri hələ də işğal altındadır...”
Карабах
Читать: 2745
01 Jun 2021 | 13:23
“Azərbaycanın Yuxarı Qarabağ torpağının 3750 kvadrat kilometri hələ də işğal altındadır...”
“Qarabağda hücum diplomatiyasına keçmək lazımdır...” 

*** ***

“50 mindən çox qaçqınımızın Yuxarı Qarabağdakı 63 yaşayış məntəqəsinə qayıtması üçün isə zəruri olan heç bir siyasi danışıqlar aparılmır…” 
*** ***
“Biz Qarabağa dönməyincə ermənilərdəki psixoloji gərginlik yox olacaq”
 *** ***
“Azərbaycan Koçaryanın da, Paşinyanın da seçilməsi variantları üçün siyasi-hərbi hazırlığını görməlidir “

*** ***
 
Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl “Həftə içi” qəzetinə müsahibəsində 10 Noyabr üçtərəfli razılaşmasından keçən 7 aya yaxın müddətdə Yuxarı Qarabağ və ətrafında yaranmış situasiya,  Rusiyanın sülhməramlı hesab olunan hərbi kontingentinin fəaliyyəti, Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi aradan qaldırmağın yolları, Qazax rayonunun 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması və s. məsələlər haqda dəyərli fikirlər səsləndirib, Ermənistanda gözlənilən erkən seçkilər barədə proqnozlarını açıqlayıb.  
 
Toxunulan mövzuların aktuallığını nəzərə alıb müsahibəni Moderator.az oxucularının da müzakirəsinə buraxırıq.
 
- İlham bəy, 10 Noyabr üçtərəfli razılaşmasından, artıq 7 aya yaxın vaxt keçir. Şükürlər olsun ki, 30 ilə yaxın işğalda qalan torpaqlarımızın böyük hissəsi de-yure və de-fakto işğaldan azaddır. Bu dövr ərzində Yuxarı Qarabağ və ətrafında yaranmış situasiyanı necə dəyərləndirirsiniz?
 
- Əgər sualınıza bir cümlə ilə cavab vermiş olsaydıq, deyərdik ki, Yuxarı Qarabağın 3750 kvadrat-kilometrlik ərazisi hələ də işğal altındadır... Ümumiyyətlə isə 44 günlük müharibədən sonra qazandığımız qələbə, torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad olunması tarixi nailiyyətimizdir. 10 Noyabr razılaşmasından keçən ilk aylarda nəzarət etmədiyimiz ərazilərlə bağlı konkret fəaliyyətimiz olmayanda, fikirləşirdik ki, hələ sülhməramlıların yerləşməsi və müharibədən sonra humanitar tədbirlərin həyata keçirilməsi  prosesi gedir. Yəqin, qış mövsümündən sonra konkret addımlar atılacaq. Dediyiniz kimi, 7 aya yaxın zaman keçib və Azərbaycan tərəfinin razılaşmada nəzərdə tutulan bəndlərin həyata keçirilməsi istiqamətində tələbi yoxdur. Erməni hərbi birləşmələrinin 11 mindən çox kontingenti hələ də bu torpaqlarda qalır və silahları bizə tərəf yönəlib, erməni qaçqınlar qısa bir müddətdə Ermənistandan geri – Azərbaycan torpaqlarına qaytarılıb, bizim 50 mindən yuxarı qaçqınımızın Yuxarı Qarabağdakı 63 yaşayış məntəqəsinə qayıtması üçün isə zəruri olan heç bir siyasi danışıqlar aparılmır. Azad olunan Kəlbəcər və Laçın rayon mərkəzi daxil olmaqla dəhlizboyu olan yaşayış məntəqələrimizə gedən yol infrastrukturu bizim üzümüzə bağlı olaraq qalır. Qeyd olunan məsələlərin həll edilməsi 10 noyabr razılaşmasında öz əksini tapsa da, həyata keçməsi istiqamətində fəaliyyət sıfır nöqtəsindədir. Üstəlik, Laçın dəhlizi istiqamətindəki dövlət sərhədinə və oradakı sərhəd-keçid məntəqəsinə sülhməramlılarla birgə bizim nəzarətimizin də bərpa olunması üçün konkret bir iş görülmür. Bir sözlə, Azərbaycanın adı çəkilən ərazilərində işğal davam edir…
 
- Bəhs edilən 7 aya yaxın müddətdə konkret olaraq  Rusiyanın Laçın “dəhlizi” və keçmiş Dağlıq Qarabağın  nəzarətimizdə olmayan hissəsində yerləşdirilmiş sülhməramlı hesab olunan hərbi kontingentinin fəaliyyətinə və buna Azərbaycan dövləti, eləcə də beynəlxalq təşkilatların münasibətinə necə qiymət verirsiz?
 
- İstənilən sülhməramlı qüvvələrin missiyası ilk növbədə atəşkəsə nəzarət etməkdir. Rusiya sülhməramlıları bu vəzifənin öhdəsindən gəlir. Digər tərəfdən, Rusiya sülhməramlılarının bütövlükdə fəaliyyəti yalnız bununla kifayətlənmir, onlar faktiki olaraq humanitar reaksiya adı altında yalnız bir tərəf - erməni tərəf üçün yenidənqurma işləri ilə də məşğuldurlar. Binaların təmiri, qaçqınların geri qaytarılması, mədəni-kütləvi tədbirlərdə birgə iştirak və yeri gələndə də ermənilərin tələbi və şıltaqlığı ilə hərəkət etmələri müəyyən narazılıq yaradır. Bu məsələnin bir tərəfi. O ki qaldı beynəlxalq təşkilatların münasibətinə, burada Minsk Qrupu yenidən fəaliyyətini bərpa etmək istəyir, amma Rusiya, ümumiyyətlə, Qərbi Cənubi Qafqaza buraxmaq istəmir. Ona görə də hələlik Rusiya sülhməramlıları ilə işimizi düzgün qurmalı, razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirmək üçün onların qarşısında tələblərimizi gündəmə gətirməliyik.  Rusiya dövləti ilə Qarabağ problemini həll etmək üçün diplomatik səylərimizi artırmalıyıq. Sülhməramlıların ilk beşillik müddəti çərçivəsində bu işin təməlini əsaslı şəkildə qoymalıyıq ki, növbəti beşilliyə onların iştirakı qalmasın. Biz artıq gecikirik. Dünyada baş verən siyasi proseslər birbaşa və dolayısı yolla Qarabağ probleminə təsir edir. Bu təsir çox vaxt  maraqlarımıza uyğun olmur və bu gündən sonra bizim coğrafiyada da baş verəcək hadisələrin maraqlarımızla üst-üstə düşməsi böyük suallar altında ola bilər… 
 
- Gerçək olub-olmamasına tam əmin olmasaq da, düşmən, yəni qəsbkar Ermənistan və separatçı-terrorçu rejimin Xankəndindəki tör-töküntüləri Yuxarı Qarabağın bir sıra əraziləri kimi, 29 il öncə soydaşlarımızın dəhşətli soyqırımını həyata keçirdikləri  Xocalı şəhəri və eyniadlı rayonun bəzi kəndlərində də 44 günlük savaşda ordumuzun azad etdiyi torpaqlarımızdan köçmüş ermənilər üçün yeni, çoxmənzilli binaların tikintisinin başlanması haqda informasiyalar yayır. Azərbaycan xalq və dövlət olaraq buna necə reaksiya verməlidir?
 
- Şuşada keçirilən musiqi festivalı və atəşfəşanlıqdan sonra dərin psixoloji sarsıntı keçirən separatçı rejim rəhbərlərinin belə addımlar atacağı gözlənilən idi. Şuşa rayonunun işğalda olan kəndlərinə Araik Arutunyanın baş çəkməsi, sosial problemlərin həll olunacağı barədə vədləri, Qırmızı Bazarda yeni tikilən  beşmərtəbəli binanın önündə şəkil çəkdirib qaçqınlara mənzil verəcəyi barədə dedikləri təbliğat xarakterli gedişlərdi. Xocalıda Hadrut qaçqınları üçün yaşayış binalarının tikilməsi barədə söylədiklərinə bizim kəskin reaksiyamız olmalı idi. Məhz elə separatçı rejimin belə bir bəyanatından sonra rəsmi bəyanat verilməli idi ki, 10 noyabr razılaşmasına əsasən qaçqınlarımızın geri qayıdış prosesinə start verilir və tezliklə tikinti abadlıq işləri, ilk növbədə, Xocalıdan başlanacaq. Təəssüf ki, bunun şahidi olmadıq. Ümumiyyətlə, necə ki, biz o yerlərə qayıdışımız barədə heç bir rəsmi fəaliyyət göstərməyəcəyik, erməni qaçqınların bizim yaşayış məntəqələrimizdə məskunlaşması davam edəcək. Düşmənin xislətini unutmayaq. Bunlar Livandan, Suriyadan belə, gəlib bizim hüquqi torpaqlarımızda məskunlaşıblar. Laçında hələ də 70 nəfər Livan ermənisi yaşayır, başçıları da Andranik adlı bir livanlıdır. Həyasızcasına bildirirlər ki, oradan getmək fikirləri yoxdur. Biz o yerlərə dönməyincə ermənilərdəki psixoloji gərginlik yox olacaq, yaşamaq perspektivlərini qətiləşdirəcəklər. Gecikirik…
 
- Sizcə, nə vaxt Ağdamdan, Əsgərandan, Xocalıdan rahat keçib Şuşaya, Meğridən, Zəngəzurdan sərbəst keçib Naxçıvana yollana biləcəyik?
 
- Meğridən əvvəl bizə Qarabağın daxili yollarında sərbəst hərəkət etmək vacibdir. Bunun üçün Xankəndi və ətrafında Azərbaycanın yurisdiksiyası reallaşmalıdır. Azərbaycan dövlət strukturlarının o ərazidə fəaliyyətə başlaması azərbaycanlı qaçqınların qayıdışı ilə paralel aparılmalıdır. Bu, nə vaxt olacaq? Əgər Rusiya sülhməramlılarının ilk beşillik müddəti dövründə buna nail ola bilməsək, sonra çətin olacaq. Əgər Meğri dəhlizindən istifadə Rusiyanın təkidi ilə baş tutarsa, ilk illər buradan yalnız  yük daşınmaları həyata keçiriləcək. Ermənilər sərnişin daşınmasına hələ ki, etiraz edirlər. Meğri  dəhlizindən normal gediş-gəliş uzun müddət gözlənilmir…
 
- Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi aradan qaldırmaq, demilitasiya, demarkasiya işlərini normal şəkildə yekunlaşdırmaq üçün belə bir təklif də var: Azərbaycan tərəfdə Türkiyə sülhməramlı hərbçilərini, Ermənistan tərəfdə Rusiya sülhməramlılarını yerləşdirmək. Siz buna necə baxırsınız?
 
- Nikol Paşinyan eyni məqsədlə Türkiyənin deyil, Minsk Qrupunun digər həmsədrlərini - ABŞ və Fransanın beynəlxalq müşahidəçilərinin olması təklifi ilə çıxış etmişdi. Bu da ilk növbədə, Rusiyanı qane etmir və Qərbin istənilən formada burada iştirakını istəmir. O cümlədən də Türkiyə hərbçilərinin Ermənistan sərhədinə yaxın ərazidə iştirakı onlar üçün arzuolunan deyil. Ona görə də reallıqdan çıxış etmək lazımdır. Demarkasiya və delimitasiya işləri Rusiyanın təqdim etdiyi sovet xəritələri ilə aparılır və aparılacaq da. Sadəcə olaraq 20 iyun seçkilərindən sonra həm sərhəd məsələləri, həm də Qarabağda görüləcək işlər intensiv xarakter almalı, qarşı tərəfə bir qalib dövlət kimi basqılarımızı artırmalıyıq. Hücum diplomatiyasına keçmək lazımdır…
 
- Sərhədlərin demarkasiyası zamanı Qazax rayonunun 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması məsələsi necə həllini tapacaq?
 
- Sərhədlərin demarkasiyası Azərbaycanın və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır və olunacaq. Demarkasiya ilə bağlı söhbəti gedən,  amma hələ imzalanmamış yeni üçtərəfli sazişə görə Azərbaycan SSR və Ermənistan SSR-ə aid olan ərazilər geri qaytarılmalıdır. Ermənistanda buna qarşı böyük etiraz var. İlk dəfə Nikol Paşinyan 70 kvadrat-kilometrlik  anklav kəndin (Gədəbəy ərazisindəki Baçkənd) Azərbaycanın və Sovet Azərbaycanına aid bir sıra kəndlərin də (Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndi) Ermənistanın nəzarətində olduğunu desə də, indi anklav ərazilərin qaytarılmasının əleyhinə bəyanatlar verir. Ola bilsin ki, bu, seçkilər ərəfəsində düşünülmüş bir siyasi gedişdir. Seçkilərdən sonra bu məsələyə mütləq qayıdılacaq və Azərbaycan bir qarış torpağından da keçməməli, güzəşt isə qarşılıqlı olmalıdır...
 
- İlham bəy, artıq Ermənistandakı erkən seçkilərə 3 həftə qaldı. Necə proqnoz verirsiniz?  Azərbaycan bu müddətdə nələrə hazır olmalıdır?
 
- Ermənistan 9 aya yaxın müddətdir ki, siyasi böhran içindədir və çalışır ki, buna son versin. Kimin seçilməsindən asılı olmayaraq, bu böhran hələ davam edəcək. Seçki ərəfəsində nə hakimiyyətdə olan Nikol Paşinyanın, nə də rəqiblərinin təkbaşına hökümət qurması realdır. Seçicilərin 54 faiz səsini qazana biləcək siyasi qüvvə yoxdur və bu üç həftə ərzində də sensasiya baş verəsi deyil. Paşinyanın əsas rəqibi Robert Koçaryanın “Hayastan“ bloku ilə parlamentə düşə biləcək digər siyasi qüvvələrlə koalisiyaya getməsi mümkün variantdır. Paşinyanın reytinqi rəqiblərinə nisbətən bir qədər yuxarı olsa da, bu, təkbaşına hökümət qurmaq üçün yetərli deyil. Azərbaycan Koçaryanın da, Paşinyanın da seçilməsi variantları üçün siyasi-hərbi hazırlığını görməlidir. Hər iki qüvvə bizə düşmən gözü ilıə baxmaqda davam edir və Qarabağ iddiasından geri çəkilməyiblər. Sadəcə, problemin həllinə fərqli yanaşmaları var və biz bu fərqi nəzərə alıb hər iki varianta hazır olmalıyıq… 
 
Sultan Laçın
 
Похожие новости
23:24, Сегодня
В Баку 62-летний мужчина скончался на рабочем месте
23:19, Сегодня
В Польше подозревают экс-главу Еврокорпуса в разглашении секретных данных
23:01, Сегодня
Боевые товарищи Национального героя Эльбруса Аллахвердиева поделились воспоминаниями о нем - ВИДЕО
22:54, Сегодня
УЕФА может изменить регламент Евро-2024
22:49, Сегодня
Нетаньяху заявил о захвате стратегических активов ХАМАС
22:45, Сегодня
Папа Франциск омыл женщинам ноги-(видео)
22:44, Сегодня
В Сумгайыте начался капитальный ремонт дорог - ФОТО/ВИДЕО
22:23, Сегодня
В ЮАР автобус упал с моста, есть погибшие
22:18, Сегодня
В бакинском ресторане произошел пожар - ФОТО/ВИДЕО
22:09, Сегодня
ООН: Боевые действия на востоке ДР Конго вынудили почти 6 млн людей покинуть свои дома
21:54, Сегодня
В Белом доме сравнили российских чиновников с «продавцами навоза»
21:50, Сегодня
СМИ: Мощный взрыв прогремел в столице Сомали
21:48, Сегодня
В Евлахском районе легковая машина врезалась в бетономешалку: есть погибший
21:44, Сегодня
Зеленский: Путин не остановится, он горит идеей восстановить СССР
21:35, Сегодня
В отношении Рамиза Мехтиева возбуждено административное дело
21:35, Сегодня
В Огузском районе приняты меры в отношении лиц, продававших табачные изделия несовершеннолетним
21:34, Сегодня
Израиль задействовал систему Patriot для перехвата летевшего из Ливана аппарата
21:14, Сегодня
Расул Багиров назначен постоянным координатором ООН в Беларуси
21:01, Сегодня
Время имсака, ифтара и намаза девятнадцатого дня месяца Рамазан - ФОТО
21:01, Сегодня
Израильтян предостерегают от поездок в ряд стран
20:47, Сегодня
Суд ООН требует от Израиля обеспечить доставку гумпомощи в Газу
20:24, Сегодня
Аббас утвердил состав нового правительства Палестины
20:14, Сегодня
В бакинской тюрьме скончался бывший главврач, осужденный за хищение более полумиллиона манатов
19:51, Сегодня
Марокканский журналист: Посещение Карабаха позволило мне понять правду
19:46, Сегодня
В Афганистане произошло сильное землетрясение
19:43, Сегодня
Стали известны правила проведения тестового этапа по приему на работу руководителей детсадов - ОБНОВЛЕНО
19:35, Сегодня
Федерация: Проведение турнира "Великий шелковый путь" в Баку - показатель развития бокса в стране
19:25, Сегодня
В Азербайджане 23 новых наркотических средства добавлены в список запрещенных веществ
19:24, Сегодня
Премьер Италии осудила Макрона за идею отправить войска в Украину
19:16, Сегодня
В России задержали 9-летнюю девочку, предложившую незнакомой женщине устроить теракт - ВИДЕО/ФОТО
19:13, Сегодня
Число заявок на пособие по безработице в США снизилось
19:03, Сегодня
Оценена стоимость строительства аналога "Крокусу"
19:02, Сегодня
В Мингячевире загорелось здание общежития: жильцы были эвакуированы - ВИДЕО
18:57, Сегодня
СК РФ объявил о задержании еще одного подозреваемого по делу о теракте в «Крокусе»
18:50, Сегодня
Утверждены правила предоставления субсидий на железнодорожные пассажироперевозки в окрестностях Баку
18:43, Сегодня
Деяния ночи аль-Кадр: Имеющим возможность желательно накрыть стол нуждающимся - ФОТО
18:43, Сегодня
"Смертельный" вред коррекции носа филлерами - ПРЕДУПРЕЖДЕНИЕ КОСМЕТОЛОГА
18:31, Сегодня
ГЭЦ выбирает аудитора
18:25, Сегодня
Задержан подозреваемый в краже телефона и сумки у жителя Баку - ВИДЕО
18:21, Сегодня
В Баку в квартире обнаружено тело
18:10, Сегодня
Еще четыре азербайджанских боксера вышли в финал международного турнира в Баку
18:04, Сегодня
В МВД отреагировали на жалобу спортсменки об избиении ее сожителем - ФОТО/ВИДЕО
18:02, Сегодня
Вниманию желающих стать заместителем директора
18:00, Сегодня
СМИ: США не передали РФ все данные о подготовке теракта, чтобы не выдать свои источники
17:56, Сегодня
Почему в Сумгайыте объединили школу и музыкальный колледж? - ВИДЕО
17:52, Сегодня
В Азербайджане введены требования к цвету пассажирских автобусов
17:49, Сегодня
Скончался заслуженный артист Азербайджана - ФОТО
17:47, Сегодня
Главный тренер сборной Азербайджана по баскетболу: Я доволен выступлением девушек во Франции
17:44, Сегодня
В Бардинском районе автомобиль столкнулся с мопедом: есть пострадавший
17:41, Сегодня
Супруга Чингиза Мехдиева разоблачила мужа: компания на Сейшелах, дорогая недвижимость в США и Азербайджане
17:32, Сегодня
Агентство отреагировало на жалобу жильцов затопленных домов в Гяндже - ФОТО
17:29, Сегодня
В Казахстане река вышла из берегов: жители ловят рыбу голыми руками - ВИДЕО
17:28, Сегодня
В Агдеринском районе обнаружены оружие и боеприпасы
17:10, Сегодня
В Азербайджане такси будут белого и красного цвета
17:08, Сегодня
Крайне тяжелые условия содержания ждут террористов, напавших на "Крокус"
17:07, Сегодня
В Иране активисток приговорили к 60 годам тюрьмы в совокупности - ФОТО
17:04, Сегодня
Напавшие на "Крокус Сити Холл" террористы могли быть под влиянием психотропных веществ
17:02, Сегодня
В Иране сотни тысяч школьников бросили учебу - ФОТО
16:58, Сегодня
Массовая драка произошла в аэропорту Парижа - ВИДЕО
16:42, Сегодня
В Турции допустили причастность иностранной разведки к теракту в Crocus
16:35, Сегодня
В праздничные дни в ДТП погибли 7 человек
16:25, Сегодня
В США во время учений потерпел крушение военный вертолет
16:22, Сегодня
Успешно завершился первый рейс контейнеровоза Maersk на биотопливе
16:00, Сегодня
Пугачева впервые высказалась о теракте в "Крокусе" - ФОТО
15:58, Сегодня
Жители Джалилабада жалуются на плохую дорогу
15:55, Сегодня
В Болгарии пройдут досрочные парламентские выборы
15:50, Сегодня
Глава МИД Латвии подал в отставку
15:48, Сегодня
Смертность в Грузии превысила рождаемость
15:46, Сегодня
Сильный шторм на западе Франции привел к нарушению движения поездов
15:38, Сегодня
Жители Нахчывана жалуются на проблемы с транспортом: что предпримет госслужба? - ЗАЯВЛЕНИЕ - ВИДЕО
15:31, Сегодня
28-летнего жителя Газахского района убили на глазах у его сестры
15:22, Сегодня
Американский эксперт: США стремятся ограничить влияние России в Армении - ФОТО
15:17, Сегодня
В Азербайджане будут подготовлены правила распределения средств, взимаемых за платные дороги
15:17, Сегодня
У ставшей донором для своего брата азербайджанской певицы возникли проблемы со здоровьем - ВИДЕО
15:11, Сегодня
Армия Нигерии ликвидировала за две недели более 200 боевиков
15:03, Сегодня
Азербайджанские дзюдоистки выступят на Кубке Европы в Польше
14:57, Сегодня
В России усилили меры безопасности на транспорте после теракта в "Крокус Сити Холле"
14:50, Сегодня
На Бакинской кольцевой дороге произошло ДТП: образовался транспортный затор
14:47, Сегодня
Почему Путин не посетил место теракта
14:26, Сегодня
На рынке жилья в столице наблюдается рост цен
14:24, Сегодня
Высокопоставленному чиновнику сделали строгий выговор в связи с гибелью женщины в лифте - ФОТО
14:23, Сегодня
В Баку подорожали подземные парковочные места в жилых домах
14:15, Сегодня
Си Цзиньпин посетит с визитом Казахстан в начале июля
14:14, Сегодня
Аппарат Пашиняна потребовал закрытия всех офисов сепаратистов Карабаха в Армении
13:35, Сегодня
Директор школы, в которой родила одиннадцатиклассница, освобождена от занимаемой должности
13:25, Сегодня
Колумбия высылает аргентинских чиновников
13:07, Сегодня
Избившего жену из-за соцпомощи мужчину освободили от уголовной ответственности
12:58, Сегодня
Гендиректор ПО "Азнефть" освобожден от занимаемой должности - ФОТО
12:49, Сегодня
Омбудсмен Азербайджана встретилась в Ханкенди с жителями армянского происхождения
12:45, Сегодня
В Кыргызстане заявили о попытках вербовки граждан страны для участия в терактах в РФ
12:44, Сегодня
Эмин Агаларов: Эвакуационные выходы "Крокуса" работали - ВИДЕ
12:40, Сегодня
В Нахчыванской АР на трассе произошел обвал - ФОТО/ВИДЕО
12:32, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 20 градусов
12:31, Сегодня
Вниманию бакалавров: началась регистрация для участия во второй попытке вступительного экзамена в магистратуру
12:27, Сегодня
Российские артисты исполнили песни Муслима Магомаева и составили альбом "Голос мой услышь" - ВИДЕО
12:24, Сегодня
Виктор Чобану: Автономии Гагаузии в Молдове ничто не грозит
12:15, Сегодня
В Сумгайыте снесена незаконная постройка - ФОТО/ВИДЕО
12:12, Сегодня
Армения объявила о наборе пограничников для работы в аэропорту "Звартноц"
12:12, Сегодня
Федерация стрельбы: Азербайджанские стрелки могут завоевать еще больше лицензий на Олимпиаду
12:06, Сегодня
В CineMastercard покажут романтическую драму "Güneşi söndürmem gerek" - ВИДЕО
ЕЖЕДНЕВНО
00:00, Сегодня
ФРГ передаст Киеву 10 тысяч снарядов
00:32, Сегодня
Израиль ввел в секторе Газа систему распознавания лиц
08:30, Сегодня
В США неизвестный счастливчик выиграл 1,13 млрд долларов в лотерею - ФОТО
06:50, Сегодня
Более 20 тысяч автомобилей выпустили в Казахстане за два месяца 2024 года
07:44, Сегодня
Глава Службы внешней разведки России посетил КНДР
01:31, Сегодня
МИД поделился публикацией в связи с кончиной Намига Аббасова - ФОТО
07:58, Сегодня
В Кельбаджаре обнаружены ручные гранаты
06:28, Сегодня
ООН: Ежедневно в мире в мусор выбрасывают 1 млрд порций еды
05:19, Сегодня
Генсек ОДКБ не исключил расширения организации в обозримой перспективе
02:41, Сегодня
Турция поможет США восполнить запасы боеприпасов
ЕЖЕНЕДЕЛЬНО
23 Mar 2024 | 23:33
Владелец «Крокус Сити Холла» Араз Агаларов впервые прокомментировал теракт - ВИДЕО
23 Mar 2024 | 23:31
В Карабахе сократится количество населенных пунктов: порядок предоставления жилья будет изменен? - ВИДЕО
23 Mar 2024 | 20:15
МЧС РФ впервые опубликовало список погибших при теракте в "Крокус сити холл"
23 Mar 2024 | 23:51
BBC: Двое участников нападения на «Крокус Сити Холл» убиты
23 Mar 2024 | 19:10
В Баку пройдет турнир «Великий шелковый путь» с участием 11 стран
24 Mar 2024 | 00:14
Школьник по имени Ислам вывел из «Крокус Сити Холла» более 100 человек во время теракта - ВИДЕО
23 Mar 2024 | 21:21
Блинкен о теракте в Москве
23 Mar 2024 | 23:00
Польша направит больше военнослужащих на свои восточные границы
24 Mar 2024 | 01:01
В Азербайджане планируют увеличить командировочные расходы? - ВИДЕО
24 Mar 2024 | 00:40
В Иране во время акций протестов более 120 человек лишились зрения - ФОТО
Ежемесячно
00:00, Сегодня
ФРГ передаст Киеву 10 тысяч снарядов
00:32, Сегодня
Израиль ввел в секторе Газа систему распознавания лиц
08:30, Сегодня
В США неизвестный счастливчик выиграл 1,13 млрд долларов в лотерею - ФОТО
06:50, Сегодня
Более 20 тысяч автомобилей выпустили в Казахстане за два месяца 2024 года
07:44, Сегодня
Глава Службы внешней разведки России посетил КНДР
01:31, Сегодня
МИД поделился публикацией в связи с кончиной Намига Аббасова - ФОТО
07:58, Сегодня
В Кельбаджаре обнаружены ручные гранаты
06:28, Сегодня
ООН: Ежедневно в мире в мусор выбрасывают 1 млрд порций еды
05:19, Сегодня
Генсек ОДКБ не исключил расширения организации в обозримой перспективе
02:41, Сегодня
Турция поможет США восполнить запасы боеприпасов
Писатели