"Ermənistanın üçtərəfli sazişi tapdalaması Putinin imicinə zərbədir, hörmətsizlikdir..."
Читать: 2453
06 Jun 2021 | 11:50
Ermənistan bir tərəfdən sərhədlərin dəqiqləşdirilməsinə qarşı çıxır, digər tərəfdən sərhəddə “beynəlxalq müşahidəçi” yerləşdirməkdə israr edir. Beləliklə də, Fransa başda olmalqa, bəzi oyunçuları yenidən regiona qaytarmaq, 10 noyabrda imzalanan üçtərəfli sazişi pozmaq, status-kvonu hansısa formada dəyişmək istəyir.
 
"AzPolitika" Ermənistanın son addımlarını və ümumilikdə regionda yaranmış durumu sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edib:
 
- Tofiq müəllim, Bakının Azərbaycan-Ermənistan sərhədini dəqiqləşdirmək üçün atdığı addımlara rəsmi İrəvan təxribatlarla cavab verir. Sizcə, erməni tərəfinin delimitasiya və demarkasiya prosesini ləngitməkdə məqsədi nədir?
 
- Hesab edirəm ki, sərhəddəki təxribatlar İrəvan tərəfindən bilərəkdən törədilir. Məqsədləri yeni münaqişə zonası yaratmaq və 44 günlük müharibənin nəticəsində oyundan kənarda qalan bəzi dünya oyunçularını bölgəyə qaytarmaqdır. Nikol Paşinyan Parisə getməzdən əvvəl müəyyən bəyanatlar səsləndirdi, elə səfəri çərçivəsində də bəzi fikirlər söylədi. Açıq dedi ki, vasitəçilik istəyir.
 
Bundan əvvəlki siyasi vasitəçini - Minsk Qrupunu demək olar ki, Azərbaycan oyundan kənarlaşdırıb. İndi sərhəd yeganə yerdir ki, Ermənistan orada nəsə edə bilər. Bu səbəbdən də istəyir ki, prosesləri qızışdırsın və sərhəddən sonra gərginlik Qarabağa keçsin, nəticədə əvəlki kimi bəlli oyunçular - Fransa və ola bilsin ki, ABŞ bölgədə söz sahibi olsunlar.
 
- Nikol Paşinyan Parisdə bəyan etdi ki, 10 noyabr sazişi kağız parçasıdır və bu “kağız” problemi həll etmədi. Bununla Paşinyan hansı mesajı verir?
 
- Nə gözəl... Deməli, həmin razılaşma sənədində bizim Laçın və digər məsələlərlə bağlı öhdəliyimiz vardı. İrəvan o cür düşünürsə, biz də həmin sənədi rədd edə bilərik.
 
- Paşinyan eyni zamanda, sərhəddə beynəlxalq müşahidəçilərin yerləşdirilməsini də vacib sayır...
 
- Bir az əvvəl bu məsələni açıqladım. Bəli, məqsədləri budur. İstəyirlər ayrı bir oyun oynasınlar. Əlbəttə, Azərbaycanın öz sərhədlərində öz sərhədçiləri duracaq. Yəni, bu oyuna gedən deyilik. Onlar öz sərhədləri boyunca kimi istəyirlərsə, yerləşdirsinlər. Xüsusən ona görə ki, indi Ermənistan sərhədlərində ruslar da var və onlar rəsmi şəkildə Ermənistan sərhədlərinin qorunmasında iştirak edirlər. Əgər, indi başqa ölkələrin də hərbçilərini prosesə cəlb etmək, sərhədlərində yerləşdirmək istəyirlərsə, bu, İrəvanın öz işidir.
 
Açığını deyim ki, bizim Ermənistanın bu istəyinin qarşısını almaq imkanımız yoxdur. Kimi istəyirlərsə, sərhədlərinə gətirə bilərlər. Onların tərəfində hansı ölkə ordusunun ola biləcəyindən asılı olmayaraq, biz öz sərhədlərimizi müəyyən etməli, onu nəzarətə götürməliyik. Məncə, kiminsə vasitəçilik funksiyasını qəbul etmədiyimizi qəti şəkildə ortaya qoymalıyıq. Ermənistan isə arzu edirsə, sərhədlərinə Afrikadan da hərbçi gətirsin.
 
- Sizcə, indiki halda Moskva Nikol Paşinyanın sərhədlərə “beynəlxalq müşahidəçi” gətirmək təklifini necə qarşılayır?
 
- Əslində, burada əsas maraqlı tərəf Rusiyadır. Rusiya Ermənistanla dost olmaqda qərarlıdırsa, buyurub Ermənistana “dostum, siz nə edirsiniz” sualını versin. Biz də kənardan baxıb prosesləri müşahidə edək, lazım olsa alova bir az da nöyüt tökək ki, yaxşı yansın.
 
- Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycanın sərhəddəki fəaliyyətlərini əsas gətirərək, üçtərəfli komissiyada fəaliyyətlərini dayandırdıqlarını elan etdi. Bunun ardınca Azərbaycan və Ermənistan nümayəndələri sərhəd məsələsinə görə Moskvada görüşdü. Sizcə, sərhədlərin dəqiqləşdirilməsi prosesi bundan sonra necə aparılacaq?
 
- Əslində, bu suallar Rusiya tərəfinədir. Çünki üçtərəfli razılaşmanın təminatçısı Rusiya və şəxsən onun prezidentidir. Günlərin birində biz ruslara sual verəcəyik. Deyəcəyik ki, Ermənistan üçtərəfli sazişdən imtina edir. Onlar sazişin bir qismini yerinə yetirsələr də, bir qismini yetirmirlər. Əgər onlar öhdəliklərdən imtina edirlərsə, bu o deməkdir ki, üçtərəfli saziş yoxdur. Deməli, biz də imtina edə bilərik.
 
İkincisi, Prezident Vladimir Putin 10 noyabr razılaşmasından sonra elan etdi ki, əgər Ermənistan razılaşmadan imtina edərsə, bu, onun üçün fəlakət olacaq...
 
- Demək istəyirsiniz ki, fəlakət yaxınlaşır?
 
- Ehtimal edirəm ki, İrəvanın addımları onun fəlakətini və məğlubiyyətinin dərinləşməsini bir növ yaxınlaşdırır. Əlbəttə, heç kimin şübhəsi yoxdur ki, Azərbaycan öz sərhədini tam şəkildə bərpa edəcək. Üstəlik, bu halda Naxçıvanla kommunikasiyanı da yaradacaq. Çünki bu, Azərbaycan üçün vacib məsələdir. Bu baxımdan ermənilər istəyirlərsə, hansısa əcnəbi hərbçiləri sərhədlərində yerləşdirsinlər. Guya orada fransız və ya alman əsgəri duracaq? Mən bu ehtimalları ciddi qəbul etmirəm və bu, mümkün olası iş də deyil.
 
Heç kim yaddan çıxarmasın ki, Azərbaycan bu məsələdə tək deyil. Üçtərəfli sazişin Ermənistan tərəfindən tapdalanması Putinin imicinə zərbədir, hörmətsizlikdir. Ən azından ictimaiyyət belə qəbul edəcək. Razılaşmanın da qarantı Rusiyadır. Digər tərəfdən, Ermənistan ümid edir ki, rusların yerinə kimsə başqa birisi gəlib onları qoruyacaq. Bu variant inandırıcı deyil. Ermənistanın son davranışları bizə deyil, əslində, Rusiyaya qarşıdır. Ümumiyyətlə, indiki mərhələdə Ermənistan üçün əsas təhlükə onunla bağlıdır ki, Rusiya və Qərb burada toqquşmağa hazırdır. Bu toqquşmada əsas oyunçu Azərbaycan olmayacaq. Bu baxımdan Ermənistan üçün mürəkkəb və riskli vəziyyət yaranır. Təbii ki, Azərbaycan öz milli maraqlarını təmin etmək üçün hazır olmalıdır.
 
Mən bir müddət əvvəl bəyan etmişəm ki, Azərbaycan Ermənistana qarşı rəsmən ərazi iddiaları irəli sürməlidir. Çünki Zəngəzur 100 il əvvəl bolşeviklər tərəfindən ermənilərə verilib. Bu, bizə qarşı ədalətsiz qərar olub. Faktiki olaraq, Zəngəzurda yaşayan azərbaycanlılar da son 100 ildə etnik təmizləməyə məruz qalıblar. Tarixi ədaləti bərpa etmək üçün Azərbaycan öz maraqlarını müdafiə edərkən bu məsələni həll etmək hüququna malikdir. Ermənistan bizə qarşı belə siyasət tətbiq edib, ərazilərimizi 30 il işğal altında saxlayıb, etnik təmizləmələr aparıb və s. Buna görə onlara bir söz deyən olmayıb. Biz də ərazi iddialarımızı ortaya qoymalıyıq. Bunda məntiq var.
 
- Ermənistan tərəfi açıq elan edir ki, İrəvan Zəngəzur dəhlizi məsələsini müzakirə etmir və etməyəcək. Bunu Ermənistanın həm hakimiyyəti, həm də müxalifəti bəyan edir. Azərbaycan Prezidenti isə bir ay əvvəl bəyan edib ki, lazım gəlsə dəhlizi güc yolu ilə açacağıq. Sizcə, məsələ hansı formada həllini tapacaq?
 
- Siyasi təhlillər onu göstərir ki, Ermənistan tərəfindən belə bəyanatlar artmaqda davam edəcək. Bu halda bir müddət Azərbaycan Rusiya ilə açıq və gizli məsləhətləşmələr aparacaq. Mövzu da Ermənistanın razılaşmadan imtina etməsi məsələsi olacaq. İstisna etmirəm ki, biz də bəzi bəndlərin icrasından imtina edə bilərik. Məsələn, Laçın dəhlizində öz postumuzu qura, özümüz istədiyimiz şəkildə bundan istifadə edə bilərik.
 
- Bunun baş tutması üçün ruslar bizə şərait yaradacaqlarmı?
 
- Burada söhbət konstatasiya, yəni faktın təsdiq edilməsi mərhələsindən gedə bilər. Əgər sən razılaşmadan imtina edirsənsə, buna cavab olaraq hansısa siyasi hadisələr baş verməlidir.
 
İlk olaraq, təminatçı kimi Rusiya və Prezident Putin buna münasibətini açıqlamalıdır. Bu halda Ermənistana təzyiqlər olsa və bu, bizi qane etsə, başqa məsələ. Yox, əgər bu baş verməyəcəksə, Azərbaycan da bəyan edəcək ki, 10 noyabr razılaşması qüvvədən düşüb və biz Laçın dəhlizini bağlayrıq. Və ya dəhlizi bir istiqamətə - çıxışa açıq saxlayırıq.
 
İkinci mərhələdə bu və ya digər şəkildə güc tətbiq edilməlidir ki, Azərbaycanla Naxçıvan arasında əsaslı və təminatlı əlaqə yaradılsın, bəyannamədə nəzərdə tutulan, amma həyata keçirilməyən öhdəlik birtərəfli şəkildə həyata keçirilsin.
 
- İyunun 11-də “Böyük Yeddiliyin”, 14-də NATO-nun zirvə sammiti keçiriləcək. İyunun 15-də ABŞ və Avropa Birliyinin birgə sammiti planlaşdırılır. Eləcə də iyunun 16-da Bayden-Putin görüşü baş tutacaq. Belə fikirlər irəli sürülür ki, əslində Ermənistan bəzi prosesəri gecikdirməklə həm də bu toplantıları gözləyir, çünki burada kollektiv Qərbin Rusiyaya qarşı qəti mövqeyi formalaşacaq və İrəvan da konkret hansı güc mərkəzinin yanında olacağını müəyyən edəcək. Bu, nə dərəcədə ciddi yanaşmadır?
 
- Məncə, Rusiyaya qarşı təzyiqlərin hansısa həddi var. Rusiyaya münasibətdə sanksiyalar və siyasi təzyiqlər ən yüksək həddədir. Hamı da anlayır ki, bundan o yanası mümkün deyil. Niyə? Rusiya iqtisadi baxımdan Qərbdən qat-qat zəif olsa da, hərbi baxımdan məğlub olmazdan əvvəl dünyanı dağıda bilər. Putinin “biz dünyanı neynəyirik, əgər Rusiya orada olmayacaqsa” bəyanatı var. Yəni bizi məhv etsələr, biz də dünyanı dağıdacağıq. Deməli, münasibətlərdə təzyiqlərin də bir həddi var. Bunu Rusiya da, Qərb də yaxşı başa düşür. İndi həmin sammitlərdən hansısa radikal dəyişiklikləri gözləmək, məncə, ağlabatan deyil. Əksinə, orada baş verən görüşlərdən həm Rusiya, həm də Qərb çalışıb münasibətlərində yeni səhifə açmaq üçün istifadə edəcək. Ermənistan isə yenə də öz çapına uyğun olmayan oyun aparmaq istəyir, amma bu, mümkün deyil. Heç kəs Ermənistana görə müharibəyə başlayan deyil. Biz bunu həm Gürcüstanın, həm də Ukraynanın timsalında gördük. Odur ki, bu, ermənilərin illüziyaya qapanmasından başqa bir şey deyil.
 
- İndi həm də Çinlə Azərbaycan arasında münasibətlərin genişlənməsi sezilir. Çin liderinin Azərbaycan Prezidentilə telefon danışıqları aparması, nəqliyyat və lojistika məsələlərilə bağlı fikirlər bunun göstəricisidir. Sizcə, Çinin bizim regionla bağlı siyasəti və maraqları nədən ibarətdir?
 
- Bəllidir ki, Zəngəzur dəhlizinin işlək vəziyyətə salınması Çinin də maraqlarına tam uyğundur. Pekinin məşhur “Bir kəmər, bir yol” layihəsi var. 1990-cı illərə baxanda görərik ki, başqa proseslər baş verirdi. “İpək Yolu” layihəsi önə çıxarılırdı. Avropa ilə şərq arasında əlaqələrin bərpası üçün səylər göstərilirdi. İndi isə əks istiqamətdə də layihələr mövcuddur. Azərbaycanın və bölgə dövlətlərinin bir çoxunun tranzit üçün ciddi imkanları var. Əgər bizim siyasətimizə baxsaq, görəcəyik ki, Azərbaycanın çoxvektorlu xarici siyasətinin əsas məqsədi tranzit mərkəzinə çevrilməkdir. Məhz ona görə Zəngəzur dəhlizi təkcə qərb-şərq və ya şərq-qərb istiqamətinə görə deyil, həm də şimal-cənub dəhlizi baxımından əhəmiyyətə malikdir. Burada ermənilərin inad etməsi hesab edirəm ki, onları bir çox dünya oyunçuları ilə küsdürəcək.
 
- Bayden-Putin görüşündən gözləntilər nədir, doğrudanmı iki supergüc məhz bu görüşdə təsir dairələrini müəyyənləşdirəcək?
 
- Belə fikirlər səslənir ki, onlar hansısa davranış qaydalarını dəqiqləşdirməlidirlər. Bilirsinizmi, tarixdə belə hadisələr baş verib. II Dünya Müharibəsindən sonra, 50-ci və 70-ci illərdə belə hadisələr olub. Siyasətçilər başa düşürlər ki, müharibə mümkündür. Sözsüz ki, heç kəs müharibə istəmir, onu istəmək də ağılsızlıq olardı. Deməli, tərəflər hansısa siyasi oyun qaydalarını müəyyən etməlidirlər. Məncə, bu görüşün əsas məqsədi bundan ibarətdir. Sadə dildə desək “sən bunu belə etmə, mən də bunu elə etməyim” müzakirələri. Nəzərə almaq lazımdır ki, proseslərə Çin kimi oyunçu da əlavə olunub. Üstəlik, digər mərkəzlər, münasibətlər də formalaşır. Bizim bölgəmizdəki Türkiyə-Rusiya münasibətləri kimi. Bu baxımdan dünyada maraqlı poseslər gedir. Müsbət hal odur ki, biz bu proseslərə daha hazırlıqlı tərəfik, nəinki rəqibimiz olan Ermənistan.
Похожие новости
22:54, Сегодня
Цукерберг обошел Маска в списке богатейших людей планеты
22:49, Сегодня
"Аль-Наср" одержал волевую победу над "Аль-Фейхой": Мане оформил дубль - ВИДЕО
22:45, Сегодня
Армяне заблокировали трассу в Баганыс Айрым и Ашагы Аскипара-(фото)
22:08, Сегодня
Мировые расходы на оборону достигли рекордного значения
21:54, Сегодня
В Армении не знают, к чему приведет сотрудничество с ЕС
21:52, Сегодня
Мирзоян признал наличие проблем между Ереваном и Москвой
21:42, Сегодня
Часы Михаэля Шумахера уйдут с молотка
21:28, Сегодня
Страны G7 выступили с призывом к Баку и Еревану
21:23, Сегодня
Евросоюз приветствует договоренность о возвращении 4 сел Газаха
21:19, Сегодня
СМИ: Генсек НАТО официально одобрил удары Украины по территории России
21:10, Сегодня
Оползень в исмайыллинском селе: возникла опасность для жильцов близлежащих домов - ВИДЕО
21:01, Сегодня
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
20:45, Сегодня
Число жертв в Газе достигло 34012
20:32, Сегодня
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
20:29, Сегодня
Иранский посол в Армении не хочет комментировать вывод РМК из Карабаха
20:26, Сегодня
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
20:12, Сегодня
Зеленский: Украина может спустить Путина «с неба на землю»
20:11, Сегодня
В Азербайджане арестован руководитель сайта
20:09, Сегодня
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
20:04, Сегодня
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
20:03, Сегодня
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
20:01, Сегодня
Орбан: Запад близок к отправке военных в Украину
19:53, Сегодня
Сотрудники МЧС спасли оказавшихся в беспомощном положении несовершеннолетних - ВИДЕО
19:53, Сегодня
Хакеры заявили о взломе базы данных ЦАХАЛ
19:47, Сегодня
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19:45, Сегодня
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19:39, Сегодня
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19:25, Сегодня
НАТО гарантирует усиление ПВО Украины
19:18, Сегодня
Раскрыто 85% преступлений, совершенных в Азербайджане в I квартале 2024 года
19:06, Сегодня
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
18:53, Сегодня
Осужденный за жестокое убийство жены скончался в тюрьме
18:44, Сегодня
Гаити потребовал от Франции миллиардных репараций
18:28, Сегодня
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
18:13, Сегодня
Желающие вступить в брак должны пройти психологическое обследование? - ВИДЕО
17:51, Сегодня
Депутат: Плата за обучение в частных школах достигла космических размеров
17:49, Сегодня
Процесс делимитации границ между Азербайджаном и Арменией будет основан на Алма-Атинской декларации
17:45, Сегодня
Артуро Видаль - о клубе своей мечты
17:45, Сегодня
Токаев запретил ввоз вейпов в Казахстан
17:43, Сегодня
Люди впервые стали жертвами болезни оленей-зомби
17:37, Сегодня
Моуринью назвал команду, за которую будет болеть в ЛЧ
17:32, Сегодня
Верховному Меджлису Нахчыванской АР предоставлено новое право
17:28, Сегодня
Мясника арестовали из-за долга в 20 000 манатов - ПОДРОБНОСТИ
17:16, Сегодня
В Хыналыге выпал град - ВИДЕО
17:10, Сегодня
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
17:10, Сегодня
Жозе Моуринью отправился в Турцию для переговоров с "Бешикташем"
17:05, Сегодня
В Баку выявлены цеха производства подпольной продукции - ФОТО
17:00, Сегодня
TƏBİB о состоянии женщины, которую молодой человек облил бензином и поджег - ОБНОВЛЕНО + ФОТО
16:55, Сегодня
На Абеля Магеррамова подали в суд
16:50, Сегодня
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
16:47, Сегодня
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
16:47, Сегодня
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
16:45, Сегодня
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
16:43, Сегодня
Шведский функционер "Нефтчи": Настоящий болельщик не оставит команду никогда
16:37, Сегодня
В первый день медицинской акции более 100 жителей Физули прошли офтальмологический осмотр - ФОТО
16:25, Сегодня
В Азербайджане введено наказание за передачу СМИ фото потерпевших лиц без их согласия
16:05, Сегодня
Лавров: Претензии Еревана о бездействии российских миротворцев необоснованны
15:56, Сегодня
Турция призывает к сдержанности на фоне эскалации между Израилем и Ираном
15:54, Сегодня
В Азербайджане отцы тоже будут иметь право получать за детей трудовую пенсию на льготных условиях
15:47, Сегодня
"Нефтчи" переедет на новую учебно-тренировочную базу
15:38, Сегодня
Джейхун Байрамов обсудил с премьер-министром Палестины ситуацию в Газе
15:36, Сегодня
Законопроект о создании искусственных земельных участков на Каспии принят в первом чтении
15:32, Сегодня
Забивший гол акробатическим ударом ветеран: В тот момент я позабыл, что у меня нет ноги - ВИДЕО
15:23, Сегодня
В Азербайджане понятые не будут привлекаться к процессу личного досмотра
15:01, Сегодня
Лавров: Россия в случае новых переговоров не будет делать пауз в боевых действиях с Украиной
13:53, Сегодня
Стало известно, когда "Барселона" вернется на "Камп Ноу"
12:01, Сегодня
ВМС и ВВС Азербайджана провели тактические учения в Каспийском море
11:05, Сегодня
Мбаппе принял окончательное решение по своему будущему в ПСЖ
10:57, Сегодня
Ниджат Абасов потерпел шестое поражение в Торонто
09:15, Сегодня
В России разбился военный самолет
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
Писатели