Tofiq Abbasov: “Gözləntimiz kiminsə bizi dəstəkləməsi deyil, gözləntimiz dünyanın həqiqəti dilə gətirməsidir”
“Erməni xislətindəki saxtakarlıq milli xislətdən dövlət siyaətinə, xalq siyasətinə çevrilib. Nəyi harda görürlərsə, onu dərhal özününküləşdirməyə çalışırlar. Talançılıq və qarətçilik onları xarakterizə edən əsas məziyyətlərdir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, erməni vəhşiliyi ilə bağlı faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması olduqca vacibdir:
“Bizim əlimizdə çoxsaylı arxiv materialları, sübut və faktlar var ki, bunlar təsdiqlənib. Bu faktlar sadəcə Azərbaycan tərəfindən deyil, beynəlxalq mənbələr tərəfindən də təsdiq olunub, müxtəlif hesabatlarda yer alıb. Biz informasiya siyasətində güclənməliyik. Erməni vəhşiliyi, saxtakarlığı ilə bağlı faktları Azərbaycanın hüdudlarından kənara çıxarmalıyıq. Söhbət bundan getmir ki, onlar bizi dəstəkləməlidir. Onlar sadəcə sözün düzünü deməlidirlər. Onlar faktlar nəyi götərirsə, ədalət nəyi tələb edirsə bunu dilə gətirməlidirlər”.
Tofiq Abbasov bu baxımdan Ombudsmanın Daşkənd səfərinin də mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:
“Ombudsman erməni vəhşiliklərinin ifşa edilməsi, onun törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiamətində böyük işlər görməkdədir. Bu baxımdan Ombudsmanın Daşkənd səfəri, Özbəkistan mediasına açıqlamasında erməni yalanlarını, erməni vəhşiliklərini ifşa etməsi, onların insanlıq əleyhinə törətdiyi cinayətlərə diqqət çəkməsi olduqca əhəmiyyətlidir. Bu, yuxarıda da qeyd etdiyim kimi, erməni vəhşiliyi ilə bağlı faktların Azərbaycan hüdudlarından kənara çıxarılması deməkdir və bunun milli maraqlarımız baxımdan önəmi son dərəcə böyükdür”.
Seymur ƏLİYEV