İtaliyanın Reggio Calabria əyalətində yerləşən Brankaleone Şəhər Şurası Qarabağ Respublikasını rəsmən tanıyan bir layihəni yekdilliklə qəbul edib. Bu axmaqların deyəsən Azərbaycanın ərazi bütövlüyü barədə ümumiyyətlə təsəvvürləri yoxdur. İndi bizim Zərdab şəhər bələdiyyəsi götürüb Siciliyanı ayrıca dövlət kimi tanısa, ağlı başında olan italyanların gülməkdən halları qarışmazmı? Təsəvvür edin ki, hansısa axmaq italiyalı əyalət deputatlarının bu qərarıyla bütün ermənilər necə təsəlli tapırlar. Qaşıq aşdan irəli düşüb, bari gözləyərdilər Ermənistan özü belə bir ağılsız qərar qəbul etsin, sonra davamını bunlar gətirsinlər. Ölkə prezidenti demişkən, statusunuz cəhənnəmə getdi, o kağızlarınızı da cəhənnəmə göndərin ki, ermənilər istifadə etsinlər.
Fazil Mustafa, millət vəkili