«Azərbaycanda demokratik təşəbbüslərə dəstək» layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin yanvar ayından etibarən Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu (BMT DF - The United Nations Democracy Fund - UNDEF) tərəfindən dəstəklənərək 2 il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihənin birinci ili yekunlaşır. Respublikanın 5 regionunda (Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Quba) icra edilən layihənin məqsədi cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə və demokratik təşəbbüslərin artırılmasına yönəlib.
Həmin məqsədə nail olmaq üçün adları qeyd olunan regionlarda vətəndaş cəmiyyətinin gücləndirilməsi, yerli idarəetmə orqanları, bələdiyyələr və dairə seçki komissiyaları ilə sıx əməkdaşlıq nəzərdə tutulub. Layihəyə ölkənin bölgələrindən 5 yerli QHT cəlb edikəcək (Gəncə üzrə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi; Mingəçevir üzrə Gənclər üçün Təhsil Mərkəzi; Şəki üzrə “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi; Lənkəran üzrə “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası; Quba üzrə “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi).
Layihənin əsas strategiyası seçilmiş 5 QHT-nin seçki maarifləndirilməsi sahəsində instutusional bacarıqlarının və biliklərinin arıtırlmasına nail olmaqdan ibarətdir ki, bu da, həmin qurumların əldə etdikləri məlumatların icmalarda, o cümlədən yerli idarətemə strukturlarında daha geniş yayılmasına imkan yaradacaq. Yerli icra sturkukturları ilə sıx əməkdaşlıq və məlumatlığın səviyyəsinin artırılması yolu ilə layihə çərçivəsində gənclərin və qadınların 2013-cü ilin Prezident seçkilərində fəal seçici kimi iştirakı göstəricilərinin, 2014-cü ilin dekabr ayında isə bələdiyyələrdə təmsil olunma faizinin çoxalması üçün namizədlərinin sayının çoxalmasına nail olunmasına istiqamətlənmiş bir sıra fəaliyyətlər keçirilmişdi.
Sözügedən layihədə demokratik seçki proseslərində vətəndaşların məlumatlığının artırılması üçün qeyd edilən regionlarda hal-hazıradək gənclərin və həmçinin gənc qadınların seçici və potensial namizəd kimi imkanlarının gücləndirilməsinə istiqamətlənmiş fəaliyyətlər, təlimlər, informasiya forumları keçirilmişdi. Dinləyicilər təlimlər zamanı QHT-lərin institutsional inkişafı, seçki mədəniyyəti, seçkilərdə iştirakın hüquqi aspektləri sahəsində məlumatlar əldə etmiş, bələdiyyələrin strukturu, fəaliyyəti, hüquqi statusu barədə informasiya ilə tanış olmuşlar. Həmçinin Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyalarının üzvləri ilə gənclər arasında keçirilən tanışlıq xarakterli görüşlər zamanı seçki prosesi, seçkidə seçici və namizəd kimi iştirakın hüquqi aspektləri, DSK və MnSK qurumlarının vəzifələri barədə geniş məlumatlar verilmişdi. Azərbaycan Gənclər İttifaqının icra etdiyi layihə çərçivəsində tərəfdaş QHT-lər ilə yerli icra hakimiyyətinin müvafiq strukturları arasında da əməkdaşlıq məqsədi ilə bəzi görüşlər təşkil edildi. Benefisialar arasında mövzuya aid müxtəlif səpgidə çap materialları paylandı.
Növbəti ildə layihə çərçivəsində tərəfdaş QHT-lərin regionlara mübadilə səfərlərinin təşkili, mövzuya aid təbliğat video-çarxlarının hazırlanması, bələdiyyə seçkilərində gənclərin və o cümlədən gənc qadınların aktiv iştirakının artırılmasına yönəlmiş bir sıra fəaliyyətlər, layihənin başa çatması ilə əlaqədar Yekun Konfransının təşkili planlaşdırılır.
Layihənin 2014-cü ilin dekabrında başa çatması nəzərdə tutulub.
Moderator.az