Millət vəkili Vahid Əhmədov karantin qaydalarına riayət edilməklə onlayn formatda seçilərini qəbul etmişdir.
Quba rayonu və qonşu rayonlardan qəbul üçün müraciət etmiş bütün vətəndaşlar deputat tərəfindən təkbətək dinlənilmiş, onların qaldırdıqları problemlər barəsində qərarlar qəbul edilmişdir. Tez-tez gündəmə gələn- iş ilə təmin olunma məsələsi bu dəfəki qəbul zamanı da ən çox qabardılan məsələlərdən olmuşdur.
Qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı ikinci Qarabağ müharibəsinin iştirakçılarının və qazilərinin də müraciətləri çoxdur. Müəllimlərin dərs saatlarının düzgün bölüşdürülməməsi, sosial yardımların təyin olunması zamanı yaranan problemlər, məişət məsələlərinin həll olunmasına kömək və digər məsələlər qəbul zamanı müzakirə edilən suallardan olmuşdur.Bütün məsələlər qeydiyyata alınmış, bəzi problemlər barəsində operativ qərarlar qəbul edilmişdir.
Qazilərin və müharibə iştirakçılarının qayğılarının həlli məsələsi millət vəkili tərəfindən xüsusi olaraq rayon icra hakimiyyətinin rəhbərliyinin diqqətinə çatdırılmışdır.