Çin hökuməti bir kosmonavtın yeni Tiangong stansiyasında altı ay yaşaması üçün kifayət edək 120 şüşə toner, zərdab və üz kremini orbitə göndərib. Moderator.az bu barədə “The Times” qəzetinə istinadla xəbər verir. Qəzetin yazır ki, növbəti uçuşda konkret kimin iştirak edəcəyi hələlik məlum deyil, ancaq xüsusi olaraq çinli astronavtlar üçün hazırlanmış kosmetikanı kişilər artıq sınaqdan keçiriblər.
“The Times”yazır ki, Çin sonuncu dəfə yüklə dolu aparatı orbitə göndərdiyi zaman yükün məzmunundan Pekinin yeni kosmik stansiyasının inşasında iştirak edəcək növbəti ekipajın bir üzvünün qadın olacağıni təxmin etmək mümkün idi.
Qəzetin yazdığına görə, bu həftə orbitə çıxarılan yükdə çoxlu miqdarda kosmetik məhsullar vardı: 60 flakon üz toneri, 30 flakon zərdab və 30 şüşə krem. Çin hökuməti bu miqdarın bir astronavt üçün altı ay kifayət etməli olduğunu təsdiq edib.
“The Times” qəzetinin qeyd etdiyi kimi, Pekin növbəti kosmik uçuşda iştirak edəcək qadının adını açıqlamır. Ancaq onun 2013-cü ildə 60 milyon çinli şagirdə Tiangong-1 sınaq stansiyasında iki həftə dərs keçən 41 yaşlı Van Yapin olacağı ehtimalı böyükdür. Van keçən həftə Yerə qayıdan “Shenzhou-
Qarşıdakı uçuş çərçivəsində Çin səlahiyyətliləri aralarında yalnız iki qadın olmaqla 21 potensial namizədin adını açıqlayıb. Növbəti missiyada iştirak edə biləcək digər namizəd 42 yaşlı Lyu Yandı. Qəzet hazırda gələcək uçuşlarda iştirak etmək istəyən bir neçə qızın da hazırlıq keçdiyinə diqqəti yönəldir.
Çin dövlət mediasının xəbər verdiyi kimi, qadınların kosmosda uzun müddət dəbdəbəli yaşaması üçün kosmetik vasitələrdən əlavə gigiyenik salfet kimi digər zəruri məhsullar da orbitə göndərilib.
Şanxayın “Jala Group” şirkəti susuz dəri təmizləyicisi və həmçinin “orbitdə yaşamaq” üçün dəriyə qulluq və dekorativ kosmetika vasitələri hazırlayıb. Bu qulluq vasitələrinin bəzisi artıq kişi kosmonavtlar tərəfindən sınaqdan keçirilib. Şirkətin nümayəndəsi Tsin Yunun sözlərinə görə, kosmosda daha rahat istifadə üçün məhsullar nasoslu vakuum qablara yığılıb.
Çin mənbələrinə görə, dəriyə düzgün qulluq yalnız estetik məqsədlər üçün deyil, həm də kosmonavtların sağlamlığının qorunması baxımından vacibdir. Kosmik stansiyadakı xüsusi həyat şəraiti, xüsusilə də çəkisizliyin olması dərinin qocalmasını sürətləndirə, onun tonusunu və qoruyuculuq xüsusiyyətlərini zəiflədə bilər.
Miraslan