"Tehran qısa və orta mənzilli raket sistemlərinin zəif plagiat versiyalarına sahibdir" - ARAŞDIRMA
Читать: 5773
26 Sep 2021 | 16:17
İranın Azərbaycanla sərhəddə əzələ nümayiş etdirməsi sadəcə hədə qorxu məqsədi daşıyır...
 
İran hakimiyyətinə yaxın bəzi din xadimləri hazırda Azərbaycanla münasibətləri gərginləşdirmək üçün əlindən gələni edir, halbuki Tehranın əsas rəqibləri üçün Azərbaycan ərazisindən istifadəyə imkan verməyəcəyini rəsmi Bakı həm bəyanatlarında, həm də fəaliyyətlərində birmənalı olaraq ifadə edib. İranın hazırda seperatçı erməni silahlılarına verdiyi texniki və maddi dəstəyi təsdiq edən görüntülərin ortaya çıxması hər iki ölkə arasında münasibətlərdə soyuqluq yaradıb. İranın hazırda Azərbaycan sərhədlərində təlimlər keçməsi, bu ölkənin real hərbi potensialına növbəti dəfə nəzər yetirmək üçün şərait yaradıb.
1979-cu il İslam inqilabından sonra Yaxın Şərqdəki təsirini genişləndirmək və sonradan onu gücləndirmək üçün İran, ən azından İsrail və Səudiyyə Ərəbistanı kimi rəqibləri üzərində üstünlük əldə etməyi, ABŞ təsirilərini isə minimallaşdırmağı özünün əsas vəzifələrindən hesab edir. Yaxın Şərqdə sünni-şiə məsələsini qabartmaqla islam dünyasına ən böyük ziyanı da məhz molla rejimi vurub. Özünü şiə təriqətinin daşıyıcısı kimi təqdim edən İranın din xadimlərinin bir hissəsi, 40 milyona yaxın türk vətəndaşlarını maraqlarını görməzdən gəlməsi və Azərbaycan-Ermənistan münasibətlərində ermənilərə dəstək verməsi isə əsl məqsədin din pərdəsi altında maskalanmasından başqa bir şey deyil. 
 
Tehranın İslam inqilabından sonrakı fəaliyyətləri Yaxın Şərqin 10 ölkəsində ABŞ iştirakına gətirib çıxardı. İran ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və İsrail təsirlərini azaltmaq üçün müəyyən addımlar atsa da, irimiqyaslı silahlı toqquşmadan çəkinir, çünki onun hərbi gücü Yaxın Şərqdə yerləşən ABŞ və müttəfiqlərin hərbi gücü ilə müqayisə olunmaz dərəcədə zəifdir. İran tez gec ABŞ qəzəbinə tuş gələcəyini yaxşı anlayır, məhz buna görə prioritet olaraq nüvə silahı əldə etməyə çalışır. Bu məqalədə İranın hərbi potensialını onun rəqibləri olan ölkəlrlə müqayisə etməyə çalışacam. 
 
İranın nüvə proqramı
 
İran məqsədlərinə nail olmaq üçün nüvə silahı əldə etməyə çalışsa da, hələlik bu mümkün olmayıb. Buna əsasən ABŞ sanksiyaları mane olur. Uzun illərdir İran nüvə proqramı üzərində işləyir. Bu müddət ərzində MAQATE mütəxəssisləri atom silahı yaratma prosesini dayandırmağa çalışıblar, lakin təzyiqin olmadığı illərdə hərbi atom üzərində işlər davam edib. Rejimin uran zənginləşdirmə texnologiyaları hələ də nüvə başlığı yaratmağa imkan vermir. Eyni şey raket proqramına da aiddir. İran ballistik raket proqramı əsas rəqibi ABŞ-a qədər atəş məsafəsinə malik qitələrarası ballistik sistem əldə etməyə imkan vermir. Hazırda İran təcrid olunmuş vəziyyətdədir, onun Şimali Koreya və Suriyadan başqa yaxın müttəfiqi yoxdur. Rusiya, Venesuela və Çinlə isə münasibətləri normaldır. “Hizbullah”, HƏMAS, İraq şiələrini, Yəmən husilərini və Fələstin radikallarını silahla dəstəkləyir. 
 
İran diplomatiyasının son itkiləri
 
Tehranın çox yerdə bəxti gətirmir. İran diplomatiyası 2020 -ci ildə ABŞ -dan sonra əsas rəqibi olan İsrail ilə ərəb dünyasının dörd İslam ölkəsi: BƏƏ, Bəhreyn, Sudan və Mərakeş arasında diplomatik əlaqələr qurması ilə ciddi zərbə aldı. Daha əvvəl isə İsrail Misir və İordaniya ilə münasibətlər qurub. Növbəti mərhələdə İsrail digər islam və ərəb ölkələri ilə münasibətləri normalaşdırmaqla İranı təcrid etmək fəaliyyətinə davam edəcək. İran isə İsrailə qarşı İslam dövlətlərinin vahid cəbhəsini yaratmağa nail ola bilmədi. Əksinə, qonşuları və əvvəlki müttəfiqləri ilə, o cümlədən Azərbaycan ilə münasibətlərdə yalnışlara yol verməklə rəqiblərinin imkanlarını genişləndirməkdə davam edir.
 
İranın iddalarına cavab verməyən təvazökar hərbi büdcəsi
 
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasına görə, 2020 -ci ildə İranın müdafiə büdcəsi 12 milyard dollar, İsrailin büdcəsi 21 milyard dollar, ABŞ-ın büdcəsi 778 milyard dollar, Səudiyyə Ərəbistanının büdcəsi isə 55.5 milyard dollar olub. İran ordusunun say tərkibi rəqibləri ilə müqayisədə az olmasa da, hərbi xərclər baxımından rəqibləri ilə müqayisədə kifayət qədər geridə qalır. İranın hərbi potensialını ABŞ ilə müqayisə etmək mənasızdır, çünki İran bu rəqibindən katastrofik dərəcədə zəifdir. Amma İsrail və Səudiyyə Ərəbistanı müqayisə edilə bilər. 
Vaşinqtonda yerləşən Demokratiyanı Müdafiə Dərnəyi (FDD) yazır: “İran ordusu, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK), büdcədən kənar vəsaitlər də əldə etmək imkanlna malikdir. Hərbi rəhbərlik Tehran fond birjasında olan şirkətlərin bazar dəyərinin 20 faizinə nəzarət edir və onlar minlərlə başqa şirkətə sahibdir və İranın kölgə iqtisadiyyatının böyük bir hissəsinə nəzarət edirlər”. 
 
İran ordusu
 
İran İslam Respublikası silahlı qüvvələri İran ordusundan (İran Quru Qüvvələri, İran Hərbi Dəniz Qüvvələri və İran Hərbi Hava Qüvvələri), eləcə də İslam İnqilabı Keşikçiləri Korpusundan (İİKK) ibarətdir. Müddətli xidmət 2 ildir, büdcəyə pul ödəməklə çağırışdan qanuni yolla yayınmaq mümkündür.
İran Ordusunun sıralarında 523000 hərbçi xidmət edir, 350000 nəfər isə ehtiyatdadır. Yaxın Şərqdə sayına görə ən böyük silahlı qüvvələrdən biridir. İran silahlı qüvvələrinin tərkibi İran ordusundan (350000 nəfər) və İran İnqibi Keşikçiləri Korpusundan (İİKK, 120000-150000 nəfər) ibarətdir. 
 
İİKK- ordu içində ordu
 
İİKK-nın İran iyerarxiyasındakı mövqeyi daha üstündür, onun komandanı birbaşa İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə tabedir. Onlardan biri olan "Əl-Qüds" briqadalarına onilliklər ərzində 3 yanvarda raket zərbəsi nəticəsində həlak olan Süleymani rəhbərlik edib. “Əl-Qüds” xaici ölkələrdə, əsasən Yaxın Şərqdən əməliyyatlar aparmaq vəzifəsinə malikdir.
 
İİKK-nin bu bölməsinin tərkibi ilə bağlı təxminlər fərqlidir. Ancaq Britaniya Kral Silahlı Qüvvələri İnstitutunun tədqiqatçısı Cek Uolting bu silahlı birləşmənin sayının bir diviziyaya, yəni 17-21 min nəfərdən ibarət olduğunu yazır. Əl-Qüds qüvvələrinin digər bir funksiyası xarici ölkələrdə İrana şiə tərəfdarları qazandırmaqdan ibarətdir. İİKK-nın başqa bir siahlı birləşməsi “Bəsici” dəstələridir. Onlar əsasən ölkə daxilində müxaliflərin təqib edilməsini və dini əxlaqa nəzarəti həyata keçirilər. Təxminən 90000 nəfər şəxsi heyətə malikdir. Onların 2019-cu ilin noyabrında rejimə etiraz edən İran xalqına divan tutması nəticəsində yüzlərlə insanın öldüyü və minlərlə insanın yaralandığı məlumdur. 
 
İrandakı bir çox qurum kimi, Bəsici də 1980-ci illərin İran-İraq müharibəsi zamanı yaranıb. “The Washington Post” yazır ki, “dövlətin bir hissəsi olan “Bəsici”lər İranda kök salıblar və qorxuncdurlar”.
 
İKK-nın çətiri altında, əsasən Hörmüz Boğazında patrul gəmiləri ilə xidmət edən 20000 nəfərlik hərbi dəniz birləşməsi də mövcuddur. Dünyanın neft ticarətinin təxminən 20 faizi Hörmüz Boğazından keçir. Bu, dünyanın ən əhəmiyyətli neft daşınma yoludur. 2019 -cu ildə bu boğazda İran gəmiləri ilə xarici tankerlər arasında bir neçə dəfə insident də baş verib.
 
İİKK İran ordusuna nisbətən kiçik olsa da, İran dövlətinin mürəkkəb quruluşuna görə daha güclü bir hərbi qurumdur. Elə buna görə də İİKK ilə hökumət arasında münasibətlər həmişə gərgin olur. İİKK İran ordusunun güclənməsində maraqlı deyil. İslam İnqilabı Keşikçiləri Korpusunun kiberhücum bölməsi də mövcuddur. Süleymaninin öldürülməsindən sonra İranın ABŞ-ın hədəflərinə kütləvi bir kiber hücumla cavab verəcəyi gözlənilirdi, lakin bu hələ də baş verməyib
 
İran Ordusunun zirehli vasitələri 
 
İran təxminən 1634 tanka (digər hesablamalara görə, 1500 -dən bir qədər çox) malikdir, bu isə reytinqə daxil olan 137 ölkə arasında 18 -ci yer deməkdir. Tanklar 2345 zirehli maşın və 1900 müxtəlif növ raket qurğusu ilə dəstəklənir.
İranın çoxsaylı tank qoşunları köhnə maşınlardan və tamamilə köhnəlmiş modellərdən ibarətdir. Qismən standartlara uyğun gələn yeganə tank yeni “Carrar” modelidir. İstehsalına 2017 -ci ildə başlanılıb, ilk tanklar 2018 -ci ildən silahlanmada mövcuddur. Xarici görünüşünə görə rusların T-90 tankına çox bənzəyir, lakin İran istehsalda Rusiya ilə əməkdaşlıq etdiyini qəti şəkildə rədd edir.
 
Dəniz qüvvələri
 
İran donanması daha zəifdir, onun nə aviadaşıyıcı, nə də esminesi mövcud deyil. Tehranın donanması 6 freqat, 3 korvet, 34 sualtı qayıq və 88 patrul gəmisindən ibarətdir. Sualtı gəmilərin arsenalına SSRİ istehsalı olan "Kilo" sinifindən olan sualtı qayıqları daxildir. Kifayət qədər köhnə qayıqların döyüşə hazılıq səviyyəsi tam şübhə altındadır. 
 
Aviasiya
 
İran aviasiyası 509 təyyarəyə malikdir, lakin onların yalnız 30-35 faizi havaya qalxa bilir. İran Səudiyyə Ərəbistanı və İsrail kimi regional rəqiblərindən həm hərbi hava qüvvələrinin təyyarə sayına, həm də keyfiyyətinə görə çox geridədir. İranın rəqibləri müvafiq olaraq 848 və 595 ədəd yeni və ən yeni təyyarəyə malikdirlər. Döyüşə hazırlıq səviyyələri isə daim 70 faizdən yuxarı olur. Bu rəqəmlərə ABŞ hərbi təyyarələrinin bölgədə sabit iştirakı daxil deyil.
İranın hərbi təyyarələrinin əksəriyyəti Şah dövrünə aiddir, bəziləri isə İraqa məxsusdur. Onları 1991 -ci ildə Səhra Fırtınası Əməliyyatı zamanı koalisiya qüvvələrindən xilas etmək üçün Səddam Hüseyn hərbi təyyarələrin bir hissəsini İrana köçürmüşdü, İran isə onları İraq qaytarmaqdan imtina etdi. 
İran Hərbi Hava Qüvvələri əsasən 1970-ci illərdə yaradılan ABŞ-ın F-4, F-5 və F-14 qırıcılarından ibarətdir. dır. İran onları “Tizparvazanlar” (“sürətli uçanlar”) adlandırır. Əksəriyyəti resursunu çoxdan başa vurub. 2015-ci ildə nüvə razılaşmasından sonra İrana qarşı beynəlxalq sanksiyalar ləğv edilən Tehran hava qüvvələrini yeniləmək imkanı əldə etmişdi.
Seçimlərdən biri Fransanın “Mirage-2000” qırıcısı idi, lakin Tehran bu fikirdən əl çəkdi, çünki onun hərbi pilotları ABŞ və Rusiya istehsalı olan təyyarələri daha yaxşı tanıyırdılar.
İranın Rusiyadan 30 ədəd “Su-30” qırıcısı almaq imkanı da var idi, lakin Tehran az sonra bu fikirdən də əl çəkdi. Bəzi mənbələr bunu İslam İnqilabı Keşikçiləri Korpusunun İran ordusunun çox güclü olmasına qarşı müqavimət göstərməsi ilə əlaqələndirir. 
 
Raketlər
 
ABŞ -ın İran neft ixracatına mane olan sanksiyaları səbəbindən Tehran son illərdə hərbi texnika idxalını ciddi şəkildə məhdudlaşdırmağa məcbur olub. İdxalda ən böyük azalma 2018 -ci ildə baş verdi. 2009-2018 -ci illərdə İranın hərbi texnika idxalı eyni dövrdə Səudiyyə Ərəbistanının idxalının yalnız 3.5 faizini təşkil etdi. Nəticədə Tehran hərbi proqramların inkişafı üçün öz inkişaflarına və texnologiyalarına və ya Rusiya ilə Çindən ucuz avadanlıq təchizatına üstünlük vermək məcburiyyətində qaldı. Müasir aviasiya və idarəolunan silah sistemləri istehsalında çətinlik çəkən İran, raket texnologiyalarının inkişafında öz gücünə güvənməli və ordusunun hərbi texnika və silah geriliyini aradan qaldırmaq üçün yerli sənayesini inkişaf etdirməli oldu. Nəticədə Tehran qısa və orta mənzilli raket sistemlərinin zəif plagiat versiyalarına sahib oldu. ABŞ isə İranın raket təhlükəsini azaltmaq üçün regionun bəzi ölkələrində “Patriot” kompleksləri yerləşdirdi. yə məcbur edən 300 kilometr mənzilli “Şahab-1” raketi də var. Tehran qitələrarası raket də hazırlamaq niyyətində idi, lakin İran 2015 -ci ildə altı dünya dövləti ilə nüvə sazişi imzalamasından sonra proqram dayandırıldı. Hələ də nəticə əldə edilməyib. 
 
ABŞ 2018 -ci ildə nüvə müqaviləsindən çıxdı, İran isə general Qasem Süleymaninin öldürülməsindən sonra isə bu müqavilədəki bütün məhdudiyyətlərdən imtina etdiyini bildirdi. Bu isə Tehranın qitələrarası raketlər hazırlamaq səylərini bərpa etməsi demək idi, lakin bu raketdən hələlik müsbət xəbər yoxdur. 
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatına görə, İranın “Şahab-3” ballistik raketləri 2000 kilometr məsafəyə qədər hədəflərə zərbə endirə bilər. Bəzi mütəxəssislər isə bu göstəriciləri real hesab etmir. “Şahab-3” raketi İsrailə qarşı çəkindirmə silahı kimi nəzərdə tutulsa da, Təl Əviv Suriya ərazisində İran qüvvələrinə qarşı aviazərbələri həyata keçirmkdə tərəddüd etmir. İran Rusiyadan bir neçə divizon S-300 hava hücumundan müdafiə sistemini əldə edib. 
 
İranın PUA imkanları
 
İran zirehli vasitələr, pilotlu aviasiya və HHM sahəsində mövcud zəifliyini bir neçə PUA ailəsi istehsal etməklə aradan qaldırmağa çalışır. İranın aviasiya parkının pilotsuz vasitələr komponenti ölkənin hərbi potensialının qismən böyüyən hissəsi hesab edilir. PUA-lar bir çox İran hərbi qurumları tərəfindən istifadə edilsə də, İİKK Aerokosmik Qüvvələri pilotsuz sistemlər parkının əsas operatorudur.
 
İran müntəzəm olaraq Fars körfəzi və Hörmüz Boğazı da daxil olmaqla sərhəd və sahil boyu kəşfiyyat və müşahidə aparmaq üçün PUA uçuşları həyata keçirir. Suriya və İraqda aparılan əməliyyatlar çərçivəsində fərqli PUA-lar kəşfiyyat və zərbə məqsədləri üçün istifadə edilir. 2018-ci ildə Suriyanın şərqindəki İİKK ilk dəfə olaraq İran ərazisindən zərbə tipli pilotsuz uçuş aparatından istifadə etdi. İranın hazırladığı və istifadə etdiyi PUA-lara “Ghods Saeghe”,“Saeghe”, H-110 “Sarir”, “Hamaseh”, “Hazem”, “Ababil”, “Qasef-1”, “Karrar”, “Fotros”, “Mobin”, “Pars Robot”, “Raad-85”,“Sadiq”,“Ghaem”, “Mohajer”, “Saegheh”, “Sarad”,  “Shahbal”, “Shahed 129”, “Simorgh”, “Sofreh Mahi”,“Qods Yasir” və s. aiddir. Bu PUA-ların bəziləri bir neçə varinatda hazırlanıb. 
 
İran PUA-larının əsasən Suriyanın Dəməşq, Hama şəhəri yaxınlığındakı və T4 aviabazalarda, İran ərazisində isə əsasən Konarak, Semnan, Kaşan, Bəndər Abbas limanı, Əbu Musa və Urmiya yaxınlığındakı aviabazalarda yerləşdirildiyi məlumdur. 
HƏMAS və “Hizbullah”dan başqa İraqın “Harakat Hizballah əl-Nujaba”, “Cund əl-İmam Əli”,“Kataib Hizbullah” və Yəmənin “Ənsarullah” silahlı dəstələrinin də İran PUA-larına malik olduğu ehtimal edilir. 
 
İran PUA-larının döyüşlərdə tətbiqi
 
Kifayət qədər müxtəlif təyinatlı və fərqli PUA modellərinə malik İslam İnqilabı Keşikçiləri Korpusu Suriyada və İraqda baş verən hərbi qarşıdurmada iştirak etməklə pilotsuz vasitələri döyüş şəraitində istifadə edib. İran istehsalçıları İraq, Livan, Liviya və Suriyadakı hərbi əməliyyatlarda ələ keçirilən düşmən vasitələri ilə də tanışdır. Döyüş əməliyyatlarında sınaqların aparılması, İran PUA-larının bazarda rəqabət qabiliyyətini və onlara tələbatı artırmalı idi, lakin bu müşahidə edilmir. Bunu daha çox İran istehsalçılarının məhsulları barədə şişirdilmiş məlumatları ilə əlaqələnirmək mümkündür. 
 
İranın PUA istehsalı və mövcud problemlər
 
Kifayət qədər geniş PUA ailələrini hazırlayan İran, hazırda Almaniya və Fransadan mühərrik əldə edə bilmir, onların bazasında yerli güc qurğuları hazırlanır. İrlandiya və Cənubi Afrikadan az miqdarda ehtiyat hissələrin tədarükü həyata keçirilir. Bəzi yeni PUA-lar artıq yerli gecəgörmə vasitələri və termal kameralar ilə təchiz edilir. PUA-ların elektron optik sistemlərinin isə Çindən idxal edilməsi mümkündür. 
 
İran mühəndislərinin əlinə keçən qərb texnologiyalı PUA-ların konstruksiyası və imkanları hərtərəfli araşdırılır və bu vasitələrin bazasında yerli istehsal sahələri təşkil edilir. Bəzi mütəxəssislərin burada İranın Rusiya mütəxəssislərinin xidmətlərindən yararlanması barədə iddiaları həqiqətə uyğun deyil, çünki Rusiyanın özü hələ də həm bəzi vacib PUA hissələrinin hazırlanmasında və İranın əldə etdiyi texnoloji səviyyənin fəth edilməsində çətinlik çəkir. Çin mütəxəssislərinin iştirak ehtimalı isə daha yüksəkdir.
 
İranın əsas problemlərindən biri uzaqmənzilli vasitələrin idarəetməsini təmin edən avadanlıqların istehsalı ilə bağlıdır. İranın PUA istehsal potensialının əksəriyyəti  plagiat olması şübhə doğurmur, lakin bu real pilosuz vasitələri dəyərləndirməməyə əsas vermir.
 
İran üçün “fantastik” nailiyyətlər
 
İranın PUA proqramları əsasən HESA, İAİO, RTS, “Sarad Group”, “Shahbal Group” və “Şhahed” kimi təşkilat və şirkətlərin hesabına həyata keçirilir. İranın verdiyi məlumatlara inansaq, Tehran artıq stels texnologiyaya, 900 km/saat sürətə, 7000 km uçuş məsafəsinə, 14000 metr uçuş yüksəkliyinə və ya 30 saat havada qalmaq imkanını təmin edən müxtəlif avadanlıqlar əldə edib. PUA sahəsi ilə yaxından tanış olan mütəxəssislər isə yaxşı bilir ki, bu açıqlamalar İranın real potensilı ilə uyğun gəlmir, çünki bu xüsusiyyətlər artıq hücum aviasiyasının imkanları ilə eynidir. Əgər İran pilotsuz aviasiyada bu imkanları əldə edə ilibsə, nədən pilotlu döyüş aviasiya istehsalına keçid edə bilmir?
 
İranın raket texnologiyaları barədə bəyanatları da “fantastika” seriyasındandır. 2017-ci ildə İranın Hörmüz Boğazında “Yono” sualtı qayığından qanadlı raket buraxmaq cəhdi uğursuz olmuşdu. Kiçik sinif sualtılara aid bu qayıqlar yalnız İran və Şimali Koreya tərəfindən istismar edilir. 2019-cu il yanvarın 15-də İran 100 kiloqramlıq “Peyam” peyki daşıyan “Simurq” raketi buraxmışdı, lakin üçüncü pillədəki nasazlıq səbəbindən aparat heç yerə yaxın orbitə çıxa bilmədi və Hind keanının cənubuna düşdü.
 
Eyni ilin fevralın 7 -də bəzi İran mətbuatı “Safir” raketinin uğurla buraxılması və “Dusti” peykinin orbitə çıxarılması barədə məlumat yaydı, lakin digər
mənbələrdən alınan məlumatlara görə, bu mesajlar xəyal qırıqlığını aradan qaldırmaq cəhdi idi. Əslində birinci pillənin qəzası səbəbindən buraxılış uğursuz olmuşdu. Əgər İslam Respublikasının eks Prezidenti Əhəmədinecatın  bəyanatlarına etibar etməli olsaq, o zaman artıq 2019-cu ildən kosmosda İran vətəndaşları fəaliyyət göstərməli idi.
 
PUA itkiləri
 
İranın bəzi PUA-ları da digər ölkələrin PUA-ları kimi həssas nöqtələrə malikdir. 2017-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcıları iki ədəd “Shahed-129” PUA-sını məhv etdi, İsrail təyyarələri və “Patriot” hava hücumundan müdafiə sistemləri İrandan “Hizbullah” qruplaşmasına verildiyi iddia edilən bir neçə PUA-nı sıradan çıxarıb. 2017-ci ilin iyun ayında Pakistan sərhədini keçən naməlum İran PUA-sı isə JF-17 qırıcısı tərəfindən zərərsizləşdirildi. Yaxın həftə ərzində ərəb koalisiyası husilərdən ibarət “Ənsərullah” qruplaşmasının 4 ədəd PUA-sını Səudiyyə Ərəbistanının sərhədləri yaxınlığında məhv edib. 
 
İxrac potensialı və İran PUA-larının yerləşdirilməsi
 
Suriya, Venesuela və bir neçə radikal qruplaşmadan başqa kimsə İran PUA-larını əldə etmək nyyətində deyil. “Mohajer-2” pilotsuz vasitəsi yerli “Arpia” adı ilə Venesuela Hava Qüvvələrinin silahlanmasına daxildir. Onlar Marakay şəhərindəki “El Libertador”aviabazasında yerləşən 8-ci aviasiya qrupuna daxil olan 83-cü PUA eskadrilyasının tərkibinə daxildir. Suriyada isə onların Dəməşq yaxınlığındakı aviabazada yerləşdiyi ehtimal edilir. İran PUA-larının TTX-sı adətən qabardılır. Əgər İran PUA-ları eıan edilən xüsusiyyətlərə malik olsaydı, onlara tələbat da böyük olardı. Buna baxmayaraq İran pilotsuz vasitəsinin ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumda istifadə edildiyi ehtimal edilir. 
 
İranın qeyri real konseptual planları
 
ABŞ və onun müttəfiqləri ilə İran açıq qarşıdurmaya gedəcək imkana malik deyil. Konseptual olaraq İran “sərhədlərindən kənarda müdafiə” doktrinasını “əl-Qüds” qüvvələri vasitəsilə həyata keçirməyə çalışır. Hörmüz Boğazını bağlamaq və dünyanın enerji bazarlarında maliyyə qeyri-sabitliyini təmin etmək də İranın əsas planları arasındadır.
 
Nəticə 
 
Hazırda İran qonşuları və bir çox ərəb ölkələri ilə gərgin münasibətlərə malikdir. Din pərdəsi altında təriqətçilik və riyakarlıq toxumları səpən İran Yaxın Şərqdə təhlükə mənbəyi kimi qiymətlənirilir. İraqla müharibədə 1 milyona qədər itki verən İran, Şahın devrilməsindən sonra bir dəfə də olsun hərbi nailiyyət əldə edə bilməyib. Hazırda İran sanksiyalar nəticəsində trilyon dollar civarında maliyyə vəsaitini illərdir ki, ölkəyə qaytara da bilmir. Tehranın İran ordusunun imkanları barədə apardığı təbliğat çox zaman əks nəticə verir. Dünyanın 50 il əvvəl mənimsədiyi texnologiyalar hələ də İranda doğru dürüst tətbiq edilmir. Gah Ermənistan PUA-sını, gah da Ukraynanın mülki təyyarəsini vurmaqla yadda qalırlarlar. Belə bir vəziyyətdə İranın həm Yaxın Şərqdə, həm də Azərbaycanla sərhəddə əzələ nümayiş etdirməsi sadəcə hədə qorxu məqsədi daşıyır. 
 
Gələn dəfə İrana rəqib olan ölkələrin hərbi potensialı araşdırılaraq oxuculara təqdim ediləcək. 
 
Ədalət Verdiyev, hərbi ekspert
Похожие новости
16:50, Сегодня
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
16:47, Сегодня
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
16:47, Сегодня
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
16:45, Сегодня
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
03:06, Сегодня
МВФ повысил прогноз экономического роста для Узбекистана на 2024 год
02:54, Сегодня
Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии - ВИДЕО
02:46, Сегодня
Ходжалинский аэропорт переходит под контроль Азербайджана - ВИДЕО
02:39, Сегодня
В Гейгеле произошла авария: есть пострадавшие
02:04, Сегодня
В Баку мужчина нанес своему отцу тяжелую травму
02:02, Сегодня
США заблокировали резолюцию о признании Палестины полноправным членом ООН
01:28, Сегодня
Житель Кельбаджара: Из 113-дневного окружения в Башлыбеле живыми спаслись 29 человек - ВИДЕО
01:17, Сегодня
Заслуженный артист: Я не сплю после смерти сына
01:12, Сегодня
Хроника Западного Азербайджана: Армения вскоре может быть стерта с карты мира - ВИДЕО
00:53, Сегодня
В Агдашском районе повесился 30-летний мужчина
00:47, Сегодня
Глава COP-29 встретился с главой Европейского инвестиционного банка - ФОТО
00:19, Сегодня
25-летний житель Губы повесился на лестнице
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:47
МИД Ирана заявил, что ответные шаги Тегерана завершены
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:23
В Баку у наркокурьера изъяли 5 кг марихуаны и 3 000 таблеток метадона - ВИДЕО
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 23:01
Исследователь: Через несколько дней после Башлыбельской трагедии две семьи остались в окружении - ВИДЕО
18 Apr 2024 | 22:57
В Абшеронском районе 30-летний мужчина покончил жизнь самосожжением
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 22:41
Житель поселка Бина: Ощущение, будто мы живем в Сомали - ВИДЕО
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 22:28
УЕФА оштрафовал "Барселону"
18 Apr 2024 | 22:22
Хуситы атаковали 98 судов после обострения в секторе Газа
18 Apr 2024 | 22:00
Солнце готовит Земле космический шторм в ближайшие дни
18 Apr 2024 | 21:47
У берегов Мексики зафиксировали сильное землетрясение
18 Apr 2024 | 20:53
Власти Украины приговорили Анатолия Карпова к 15-ти годам тюрьмы
18 Apr 2024 | 20:48
Партнеры по НАТО могут поставить Украине шесть систем Patriot
18 Apr 2024 | 20:46
Заседание Совета Украина-НАТО пройдет 19 апреля на уровне министров обороны
18 Apr 2024 | 20:40
Фон дер Ляйен: Отток капитала из ЕС составляет €300 млрд в год
18 Apr 2024 | 20:35
В России хотят усилить войска в Украине бездомными собаками
18 Apr 2024 | 20:25
Макрон: ЕС выступает за введение новых санкций против Ирана и России
18 Apr 2024 | 20:23
Столтенберг ждет, что Украина сама обеспечит себя войсками
18 Apr 2024 | 20:21
В борьбе с тиктокерами полиции следует обратить внимание на пропаганду разврата
18 Apr 2024 | 20:20
Национальный герой Азербайджана перенес инфаркт
18 Apr 2024 | 20:18
Менингит всего за сутки погубил 17-летнюю испанскую спортсменку
18 Apr 2024 | 20:17
Луи Боно находится с визитом в Грузии
18 Apr 2024 | 20:12
Казахстан запретил импорт авиатоплива
18 Apr 2024 | 20:02
Шахин Аббасов зарезал москвича ударом в пах за замечание о парковке
18 Apr 2024 | 20:01
ВОЗ: Более 25 тыс. человек заболели холерой в марте текущего года
18 Apr 2024 | 19:53
Украина блокирует пророссийские TikTok-каналы
18 Apr 2024 | 19:45
Предотвращено покушение на Зеленского
18 Apr 2024 | 19:42
«Карабах» улучшил положение в мировом рейтинге
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 19:37
Индия передумала строить свои корабли в Турции
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 19:16
При TƏBİB создан Республиканский центр педиатрии, назначен директор
18 Apr 2024 | 19:14
В Баку состоялся показ документального фильма о литовском моряке "Прыжок"
18 Apr 2024 | 19:14
Во Франции совершено нападение с ножом: ранены дети
18 Apr 2024 | 19:10
"Галатасарай" ищет альтернативу Мауро Икарди
18 Apr 2024 | 19:05
Аргентина заявила о намерении стать глобальным партнером НАТО
18 Apr 2024 | 19:04
Российская военная база в Армении подверглась кибератаке
18 Apr 2024 | 19:01
Новая угроза в связи с наводнением в Иране: берегитесь крокодилов! - ВИДЕО
18 Apr 2024 | 18:54
Новый председатель Госкомитета принял посла Турции
18 Apr 2024 | 18:52
Вагит Алекперов возглавил рейтинг богатейших миллиардеров России
18 Apr 2024 | 18:47
МИД Армении: На брюссельской встрече не было секретной повестки
18 Apr 2024 | 18:45
Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью Baku TV - ВИДЕО
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:08
Военный атташе США в Армении посетил Гюмри
18 Apr 2024 | 17:30
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
18 Apr 2024 | 17:47
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
18 Apr 2024 | 17:29
В Гаджигабуле поезд насмерть сбил женщину
18 Apr 2024 | 17:50
Британия расширила на 13 позиций санкционный список по Ирану
18 Apr 2024 | 17:13
Байден обвинил каннибалов в пропаже тела своего дяди - ВИДЕО
18 Apr 2024 | 17:21
Генпрокурор Азербайджана находится с визитом в Китае
18 Apr 2024 | 17:22
Почему на имущество Рагсаны Исмайыловой наложен арест?
18 Apr 2024 | 17:44
Число заявок на пособие по безработице в США составило 212 тыс.
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:08
Военный атташе США в Армении посетил Гюмри
18 Apr 2024 | 17:30
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
18 Apr 2024 | 17:47
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
18 Apr 2024 | 17:29
В Гаджигабуле поезд насмерть сбил женщину
18 Apr 2024 | 17:50
Британия расширила на 13 позиций санкционный список по Ирану
18 Apr 2024 | 17:13
Байден обвинил каннибалов в пропаже тела своего дяди - ВИДЕО
18 Apr 2024 | 17:21
Генпрокурор Азербайджана находится с визитом в Китае
18 Apr 2024 | 17:22
Почему на имущество Рагсаны Исмайыловой наложен арест?
18 Apr 2024 | 17:44
Число заявок на пособие по безработице в США составило 212 тыс.
Писатели