"Bayrağı bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir. Can Azərbaycan da bu döyüşlərdə 3000 igid oğulumuz torpağı vətən emək üçün şəhid oldular. Onlar alınmaz deyilən Şuşanı aldılar, Ermənistanı dizə gətirdilər. Dəmir yumruq onları iti qovan kimi qovdu, düşmən siçan kimi qaçıb gizləndi. Bu döyüşlərdə məşhur olan “Nə oldu Paşinyan?”- ifadəsi isə əbədi olaraq yaddaşlara həkk olundu"
Bu sözləri Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, nüfuzlu diplomat Hulusi Kılıç Azərbaycanın Şanlı Vətən müharibəsinin Anım Günündən bəhs edərkən qeyd edib:
"27 sentyabr Türk dünyası, Azərbaycan və Türkiyə üçün önəmli bir tarixdir. Bu gün şəhidlərimizin anım günüdür. Bütün şəhidlərə, xüsusən də Qarabağ şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məkanları cənnət, ruhları şad olsun, onları hörmətlə anır, qarşılarında baş əyirik. Qazilərimizə Allah sağlam, uzun ömür versin.
27 sentyabr bölgədə ədalətin və sülhün bərpa edildiyi tarixin başlanğıcıdır. 44 gün davam edən döyüşlərdə tarixi qələbənin, zəfərin, qəhrəmanlığın başladığı gündür.
27 sentyabr Can Azərbaycan xalqının cənab prezidentin ətrafında sıx birləşdiyi günün başlanğıcıdır.
27 snetyabr Can Azərbaycanımızın qəhrəman ordusunun Ermənistanın orusudunu 44 günlük müddət ərzində məhv etdiyi, dizə gətirdiyi günün başlanğıcıdır.
27 sentyabr Türkiyə - Azərbaycan həmrəylik və qardaşlığını zirvəyə aparan yolun başlandığı bir gündür.
27 sentyabr Can Azərbaycan xalqının bombalara qarşı sinəsini açaraq, qorxmadan dirəndiyi günün başlanğıcıdır.
27 sentyabr həyat yoldaşının tabutunu çiynində daşıyan igid Azərbaycan qadının dünyaya özünü göstərdiyi gündür.
27 sentyabr cənab prezidentin, Birləşmiş Millətlər Təşkilatının 28 ildir ki, həyata keçməyən 4 qərarını uyğulamağa başladığı gündür. Minsk qrupunun həmsədrləri sisteminin torpağa basdırıldığı günün başlanğıcıdır.
27 sentyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, onun köməkçisi Fuad Oktayın, Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, Hulusi Akarın - qısacası bütün Türk xalqının Azərbaycanla sıx bağlandığı, kilidləndiyi günün başlanğıcıdır.
27 sentyabr cənab prezident İlham Əliyevin özünü dünyaya tanıtdırdığı gündür. Biz bu günlərdə Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın, Ali Baş Komandanın yanında sıx birləşərək 44 günlük savaş dönəmini məharətlə idarə etdiyinin şahidi olduq.
27 sentyabr Türkiyənin Azərbaycana verdiyi siyasi və diplomatik, media dəstəyinin başlandığı gündür.
27 sentyabr 44 gün sonra erməninin təslim olduğu, dizə gətirildiyi günün başlanğıcıdır. Bu günü tarixi bir günün başlanğıcı olaraq qəbul edirik.
27 sentyabrla birlikdə Türk əsgərinin Azərbaycana 103 il sonra təkrar gəlişinin başlandığı gündür.
27 sentyabr Zəngəzur dəhlizinin gündəmə gəldiyi bir gündür.
27 sentyabr Şuşaya gedən yolun başlanğıcıdır. Bilirsiniz ki, Şuşa Azərbaycanımızın sevgilsi, Qafqazın incisidir. Bu tarix Şuşaya qovuşduğumuz günün başlanğıcıdır. Bu baxımdan 27 sentyabr çox öməmli bir gündür. Həm Türk dünyası, həm Can Azərbaycan Türkiyiyə və Pakistan qardaşlığının özünü göstərdiyi günün başlanğıcıdır. Allah şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun".