"Tarixi zəfərimiz zaman ötdükcə əzəmətli görünür"
Общество
Читать: 1454
27 Sep 2021 | 17:24
BMT Baş Assambleyasının 76-cı sessiyasında təşkilatın Baş Katibi Antonio Quterreş dünya dövlətlərinə çağırış etdi: "Dünya ayılmalıdır. Biz uçurumun kənarındayıq və yanlış istiqamətdə hərəkət edirik. Dünyamız hələ heç zaman belə böyük təhlükə ilə qarşılaşmayıb və bu qədər güclü parçalanmayıb”. Yarandığı gündən bu mötəbər beynəlxalq qurumun nüfuzlu tribunası çoxsaylı çağırışların şahidi olub. Lakin Baş Katib tərəfindən bu dəfə verilən bəyanat məna yükü və kəskinliyi ilə onların əksəriyyətindən fərqlənir. Cərəyan edən qlobal prosesləri az-çox izləyən hər kəs dünyanın çalxalandığını görür. Bu, təkcə Covid-19 pandemiyası və qlobal iqlim dəyişikliyi ilə bağlı deyil. Əgər Sovet İttifaqı dağıldıqdan sonra birqütblü dünya nizamının memarına və əsas söz sahibinə çevrilən ABŞ Kapitoliyası aqressiv kütlənin hücumuna məruz qalırsa və rəsmilər bunda keçmiş prezidenti günahkar bilirsə, bu artıq o deməkdir ki, əsrlər boyu toxunulmaz hesab edilən demokratik dəyərlərə ictimai münasibət dəyişib. Əgər ABŞ-ın yeni seçilmiş Prezidenti çoxqütblüyə iddialı olan Rusiyanın dövlət başçısını ictimai şəkildə qatil adlandırırsa və çavabında ona güzgüyə baxmaq təklif olunursa, deməli, ənənəvi diplomatik danışıq tonu da getdikcə daha çox deformasiyaya uğrayır. Nəhayət, əgər ABŞ və Çin kimi supergüclərin dövlət başçıları bir-birinə hücum etməyəcəkləri barədə bəyanat vermək məcburiyyətində qalıblarsa, bu artıq o anlama gəlir ki, qlobal qarşıdurmanın isti fazasına çox yaxınlaşmışıq. Vəziyyətin daha mürəkkəb tərəfi ondadır ki, eyni hərbi blokda-NATO-da təmsil olunan və eyni dəyərləri bölüşdüklərini bəyan edən Qərbin öz içində də ziddiyyətlər və maraqların toqquşması tüğyan edir. Avstraliya, Böyük Britaniya və ABŞ yeni alyansda (AUKUS) birləşir, dəyəri milyardlarla ölçülən, daha əvvəl razılaşdırılmış layihə Fransanın əlindən alınır və o, etiraz əlaməti olaraq səfirini ABŞ-dan geri çağırır. NATO-da ABŞ-ın əsas müttəfiqlərindən biri olan qardaş Türkiyə ilə "S-400”-lə bağlı mövqelərin toqquşması da ortadadır. "Şimal Axını-2” layihəsi isəABŞ və Almaniya münasibətlərində gərginliklə müşahidə olunur.
 
Dünya idarəçiliyində əsas söz sahibliyinə iddialı olanlar öz istək və ambisiyalarında elə bir həddə yaxınlaşıblar ki, qırmızı xəttin keçilməməsi üçün beynəlxalq səylərin daha ciddi şəkildə əlaqələndirilməsinə ehtiyac duyulur. BMT Baş Katibinin həyəcanlı çağırışının səbəbi, əslində, çox üzdədir. Böyük dövlətlərin siyasi maraqları və onların təmin olunması naminə istifadə etdikləri ikili standartlar və güc amili beynəlxalq hüququ o dərəcədə arxa plana keçirib ki, BMT Nizamnaməsinin tələblərinə əməl olunmaması və ya onun icrasına seçmə üsulu ilə yanaşılması az qala adiləşir.
 
BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrinə videoformatda qoşulan Prezident İlham Əliyev dünya ictimaiyyətinin diqqətini, ilk növbədə, bu cür təhlükəli meyllərin artmasına yönəltdi. Dövlətimizin başçısı bir daha "peyvənd millətçiliyinə” etirazını bildirdi, vaksinlərin bölgüsündə və əlçatanlığında haqsızlığa yol verildiyini açıq şəkildə bəyan etdi: "Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”. Prezidentimiz pandemiyanın insanların həyat və sağlamlığına, eləcə də ölkələrin iqtisadiyyatına və xarici ticarət dövriyyəsinə vurduğu ziyanın miqyasına diqqət çəkərək, Covid-19-dan sonra qlobal bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi.
 
Beynəlxalq aləmdə hüququn arxa plana keçməsindən, ayrı-seçkilik və ikili standartlar siyasətindən son 30 ildə ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Acınacaqlısı odur ki, bu cür haqsız yanaşmanın arxasında, əslində, ədaləti təmin etməli olan bəzi dünya gücləri dayanır. Bəşəri dəyərlər və demokratiya pərdəsi altında kiçik dövlətləri öz siyasi maraqlarına uyğun şəkildə yaşamağa təhrik edən bu güclər, nəhayət, razılaşmalıdırlar ki, siyasi təzyiq və güc amili beynəlxalq hüququ üstələdikcə, bu, kiçik ölkələrlə yanaşı, onların özlərini də ciddi sınaqlarla üz-üzə qoyur. Müasir dünyada inzibati-ərazi ölçüsünə və ya əhalisinin sayına görə aparılan böyük-kiçik bölgüsü heç də o demək deyil ki, həmin meyar tarixi böyüklüyün də ölşüsü hesab oluna bilər. Prezident İlham Əliyev bu incə məqamı çıxışında xüsusi qabartdı: "Xll əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərə üst-üstə düşür”. Səkkiz əsrdən sonra beynəlxalq platformalara daşınan bu ali dəyərlərə münasibətdə ayrı-seçkiliyə yol verildiyinə görə, yalnız bir üzü olmalı olan ədalətin özü də getdikcə "çoxüzlü”ləşir, ona bəslənilən ictimai inam daha çox sınağa çəkilir. Dövlətimizin başçısı ölkəmizin üzləşdiyi ədalətsizliyə növbəti dəfə diqqət çəkdi və bir daha dünya ictimaiyyətinə bu acı həqiqəti xatırlatdı: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı”. Prezident İlham Əliyev bu cür selektiv yanaşmanın ikili standartların göstəricisi olduğunu bəyan etməklə yanaşı, qətnamələrin icrası məqsədilə işlək beynəlxalq mexanizmin yaradılmasını yenidən təklif etdi. Çünki 76 il əvvəl veto və konsensus prinsipləri əsasında fəaliyyəti nəzərdə tutulan BMT-nin idarəçiliyinin təkmilləşdirilməsinə, zaman keçdikcə, daha çox ehtiyac hiss olunur. Təhlükəsizlik Şurasının beş daimi üzvündən hər hansı
 
biri veto hüququndan istifadə edərsə,bu, hansısa ədalətsiz təşəbbüsün qarşısını ala bilər, lakin eyni hüquq ədalətli qərarın qəbul olunmasına da imkan vermir.Yəqin ki, BMT yaranan vaxtlarda konsensusun əldə olunması ehtimalı və qarşılıqlı etimad səviyyəsi indikindən daha yüksək olub. Bir həqqiqət də budur ki, qardaş Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, artıq "Dünya beşdən daha böyükdür”.
 
Dövlətimizin başçısı Minsk qrupunun köhnə gündəliyini diriltməyə çalışanlara da gərəkli mesajını verdi: "ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər”. Başqa sözlə, Prezident İlham Əliyev faktiki olaraq dedi ki, həmsədrlər geniş siyasi təsir və hüquqi təzyiq imkanlarına baxmayaraq, 28 il ərzində bunu etmədilər və ya etmək istəmədilər. Bu iki haldan heç biri vasitəçilik institutunun səmərəsiz fəaliyyətinə haqq qazandıra bilməz. İkili standartların beynəlxalq hüququ bəzən necə üstələdiyini göstərmək üçün, Prezidentimiz bu bəyanatı da verdi: "Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi”.
 
Prezidentin çıxışı ciddi bəyanat və önəmli mesajlarla zəngin olduğu qədər, mövqe konkretliyi ilə də seçilirdi. Dövlətimizin başçısı beynəlxalq auditoriya qarşısında açıq şəkildə bildirdi ki, Ermənistan əvvəllər olduğu kimi, indi də tək deyil. Onun öz hamilərinə güvəndiyi, dövlət sərhədlərini bir başqasının qoruduğu, "İsgəndər-M” tipli təhlükəli silahlarla təchiz edildiyi mötəbər auditoriyanın diqqətinə çatdırıldı. Prezidentimiz dünya birliyinin nəzərinə onu da çatdırdı ki, Ermənistan 28 il ərzində işğal altında saxladığı torpaqlarımızı viran qoyub, 67 məsciddən 65-ni, hətta məzarlarımızı dağıtmaqla kifayətlənməyərək, onları təhqir edib, 9 şəhərimiz və yüzlərlə kəndimizlə yanaşı, tarixi və mədəni irsimizi yer üzündən silib, etnik nifrət və irqçilik zəmnində Xocalı soyqırımını törədib, müharibə günlərində mülki əhalimizə qarşı insanlıq əleyhinə yönələn digər çoxsaylı müharibə çinayətlərinə imza atıb. Ermənistan minaladığı ərazilərin xəritəsini ölkəmizə verməməklə mülki şəxslərin və hərbçilərimizin həyatını, sağlamlığını hədəf seçib, bununla da cinayətlərinə yenilərini əlavə edir. Prezident İlham Əliyev bütün bu acı həqiqətləri dünya ictimaiyyətinin, dövlət və hökümət başçılarının nəzərinə çatdırmaqla nə dərəcədə məkrli və vəhşi düşmənlə üz-üzə qaldığımızı, haqq savaşında özünümüdafiə hüququndan istifadə etdiyimizi bildirdi: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”.
 
Əminəm ki, Prezidentimizin növbəti mesajı cəmiyyətimizi nə qədər məmnun etdisə, Ermənistanı və ona himayədarlıq edənləri, Minsk qrupunun gündəliyini diriltməyə çalışan dairələri bir o qədər məyus edib: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.
 
Dövlətimizin başçısı bu çıxışında da Ermənistandakı revanşist qüvvələrə və bu meyli kənardan qızışdıranlara, ölkəmizə qarşı Ermənistandan alət kimi istifadə edənlərə, son 30 ildə qətiyyətsiz və səmərəsiz fəaliyyəti ilə yadda qalan beynəlxalq qurumlara, ən başlıcası, tarixi ədalətin və beynəlxalq hüququn tərəfində dayanan dünya xalqlarına açıq mətnlə bu mesajı da göndərdi: "Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”.
 
Tarixi Zəfər Gününə ay yarım vaxt qalır. Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, dünyadakı ikili standartların, güc amilini beynəlxalq hüquqdan üstün tutanların qarşısında yenə də qalib Xalqın qalib Sərkərdəsinin inamlı mövqeyi dayanır. Çünki bu mövqe tarixi ədalətə və beynəlxalq hüquqa, Azərbaycan xalqının yekdil iradəsinə və onun birmənalı dəstəyinə söykənir. Əminəm ki, bu mənzərəni həm qardaş və dost ölkələr, həm də bədxahlarımız açıq-aydın görə bildilər. Həqiqətən, çalxalanan dünyada əldə etdiyimiz tarixi Zəfər zaman ötdükcə daha əzəmətl görünür. Çünki Ali Baş Komandanımızın 44 gün ərzində düşmənə göstərdiyi həmin o dəmir yumruğu artıq qalib və qürurlu xalqın birliyini ifadə edir!
 
 
Ülvi Quliyev Milli Məclisin deputatı
Похожие новости
22:54, Сегодня
Цукерберг обошел Маска в списке богатейших людей планеты
22:49, Сегодня
"Аль-Наср" одержал волевую победу над "Аль-Фейхой": Мане оформил дубль - ВИДЕО
22:45, Сегодня
Армяне заблокировали трассу в Баганыс Айрым и Ашагы Аскипара-(фото)
22:08, Сегодня
Мировые расходы на оборону достигли рекордного значения
21:54, Сегодня
В Армении не знают, к чему приведет сотрудничество с ЕС
21:52, Сегодня
Мирзоян признал наличие проблем между Ереваном и Москвой
21:42, Сегодня
Часы Михаэля Шумахера уйдут с молотка
21:28, Сегодня
Страны G7 выступили с призывом к Баку и Еревану
21:23, Сегодня
Евросоюз приветствует договоренность о возвращении 4 сел Газаха
21:19, Сегодня
СМИ: Генсек НАТО официально одобрил удары Украины по территории России
21:10, Сегодня
Оползень в исмайыллинском селе: возникла опасность для жильцов близлежащих домов - ВИДЕО
21:01, Сегодня
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
20:49, Сегодня
В Баку прошла церемония открытия Кубка мира по художественной гимнастике
20:45, Сегодня
Число жертв в Газе достигло 34012
20:32, Сегодня
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
20:29, Сегодня
Иранский посол в Армении не хочет комментировать вывод РМК из Карабаха
20:26, Сегодня
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
20:12, Сегодня
Зеленский: Украина может спустить Путина «с неба на землю»
20:11, Сегодня
В Азербайджане арестован руководитель сайта
20:09, Сегодня
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
20:04, Сегодня
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
20:03, Сегодня
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
20:01, Сегодня
Орбан: Запад близок к отправке военных в Украину
19:53, Сегодня
Сотрудники МЧС спасли оказавшихся в беспомощном положении несовершеннолетних - ВИДЕО
19:53, Сегодня
Хакеры заявили о взломе базы данных ЦАХАЛ
19:47, Сегодня
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19:45, Сегодня
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19:39, Сегодня
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19:25, Сегодня
НАТО гарантирует усиление ПВО Украины
19:18, Сегодня
Раскрыто 85% преступлений, совершенных в Азербайджане в I квартале 2024 года
19:06, Сегодня
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
18:53, Сегодня
Осужденный за жестокое убийство жены скончался в тюрьме
18:44, Сегодня
Гаити потребовал от Франции миллиардных репараций
18:28, Сегодня
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
18:13, Сегодня
Желающие вступить в брак должны пройти психологическое обследование? - ВИДЕО
17:57, Сегодня
В Иране гектары сельхозугодий затоплены селевыми водами - ВИДЕО
17:51, Сегодня
Депутат: Плата за обучение в частных школах достигла космических размеров
17:49, Сегодня
Процесс делимитации границ между Азербайджаном и Арменией будет основан на Алма-Атинской декларации
17:45, Сегодня
Артуро Видаль - о клубе своей мечты
17:45, Сегодня
Токаев запретил ввоз вейпов в Казахстан
17:43, Сегодня
Люди впервые стали жертвами болезни оленей-зомби
17:37, Сегодня
Моуринью назвал команду, за которую будет болеть в ЛЧ
17:32, Сегодня
Верховному Меджлису Нахчыванской АР предоставлено новое право
17:28, Сегодня
Мясника арестовали из-за долга в 20 000 манатов - ПОДРОБНОСТИ
17:16, Сегодня
В Хыналыге выпал град - ВИДЕО
17:10, Сегодня
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
17:10, Сегодня
Жозе Моуринью отправился в Турцию для переговоров с "Бешикташем"
17:05, Сегодня
В Баку выявлены цеха производства подпольной продукции - ФОТО
17:00, Сегодня
TƏBİB о состоянии женщины, которую молодой человек облил бензином и поджег - ОБНОВЛЕНО + ФОТО
16:55, Сегодня
На Абеля Магеррамова подали в суд
16:50, Сегодня
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
16:47, Сегодня
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
16:47, Сегодня
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
16:45, Сегодня
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
16:43, Сегодня
Шведский функционер "Нефтчи": Настоящий болельщик не оставит команду никогда
16:37, Сегодня
В первый день медицинской акции более 100 жителей Физули прошли офтальмологический осмотр - ФОТО
16:25, Сегодня
В Азербайджане введено наказание за передачу СМИ фото потерпевших лиц без их согласия
16:05, Сегодня
Лавров: Претензии Еревана о бездействии российских миротворцев необоснованны
15:56, Сегодня
Турция призывает к сдержанности на фоне эскалации между Израилем и Ираном
15:54, Сегодня
В Азербайджане отцы тоже будут иметь право получать за детей трудовую пенсию на льготных условиях
15:47, Сегодня
"Нефтчи" переедет на новую учебно-тренировочную базу
15:38, Сегодня
Джейхун Байрамов обсудил с премьер-министром Палестины ситуацию в Газе
15:36, Сегодня
Законопроект о создании искусственных земельных участков на Каспии принят в первом чтении
15:32, Сегодня
Забивший гол акробатическим ударом ветеран: В тот момент я позабыл, что у меня нет ноги - ВИДЕО
15:23, Сегодня
В Азербайджане понятые не будут привлекаться к процессу личного досмотра
15:01, Сегодня
Лавров: Россия в случае новых переговоров не будет делать пауз в боевых действиях с Украиной
13:53, Сегодня
Стало известно, когда "Барселона" вернется на "Камп Ноу"
12:01, Сегодня
ВМС и ВВС Азербайджана провели тактические учения в Каспийском море
11:05, Сегодня
Мбаппе принял окончательное решение по своему будущему в ПСЖ
10:57, Сегодня
Ниджат Абасов потерпел шестое поражение в Торонто
09:15, Сегодня
В России разбился военный самолет
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
Писатели