Oktyabrın 1-dən etibarən teatrlar və kinoteatrların fəaliyyəti bərpa olunur. Belə ki, artıq kinoteatrlarda yeni filmləri izləmək imkanı əldə edəcəyik.
Mövzu ilə bağlı aktyor, prodüser Elməddin Cəfərov Moderator.az-a danışıb:
“Kinoteatrların açılması çox sevindirici haldır. Bu günü 2 ilə yaxındır ki, gözləyirdik. Biz də yayda yeni film çəkməyi düşünürük. Hazırki durumda büdcəmiz yoxdur. Allahın izni ilə zaman-zaman hər şey bərpa olunacaq.
2018-ci ildə Türkiyə film bazarına daxild olduq. Pandemiyadan dolayı orada işlərimiz dayandı. 2 illik fasilədən sonra bilmirəm ki, o motivasiyanı özümdə hiss edib, yenidən bu bazara girməyə cəhd edə bilcəm yoxsa yox. Xeyirlisi, əsas odur ki, vaksinasiya prosesi gedir, insanlar vaksin vurdurmağa cəhd edir. Şükür Allaha xalqımızın 70 faizinin beynində vaksin vurdurmaq niyyəti, heç həfəsləri də yoxdur(gülür).
E.Cəfərova yeni mövsümdə həmkarlarının digər kanala keçid etdiklərini və ondan belə bir addımın gölənilib gözlənilmədiyini də xəbər aldıq. Prodüser belə bir planı olmadığını vurğuladı:
“Məndən elə bir addım gözlənilmir. Gedənlərə bir söz deyə bilmərəm. Amma, ATV-dən gedənlərin siyahısında mən yoxam”.
Xəyalə Rəis