Rəssam Yens Haaninq Olborqdakı KUNSTEN Müasir İncəsənət Muzeyindən qalereyanın sifarişi ilə əskinaslardan ibarət sənət əsərləri yaratmaq üçün 550.000 kron pul alıb. Ancaq rəssam müasir əmək bazarında insanın rolunu başa düşməyə həsr olunmuş bu sərgidə üzərinə “Pulu götür və qaç” sözləri yazılmış boş kətan çərçivələr təqdim edib və mükafat olaraq ona verilən əskinasları özündə saxlamaq niyyətində olduğunu bildirib. Bu, heç də muzeyin planlarına daxil deyildi. Moderator.az bildirir ki, bu barədə “
Qəzetin yazdığına görə, görünür, rəssam Yens Haaninq “imperatorun yeni libası” analoji tryuku ilə Danimarka sənət qalereyasıyla oyun oynamağa çalışır. Olborqdakı KUNSTEN Müasir İncəsənət Muzeyi banknotlardan istifadə edərək bir sənət əsəri yaratmaq üçün ona 550.000 kron borc verib. Ancaq Haaninq sonda pulları özündə saxlamaq qərarına gəlib və onun yaratdığı əsərlər üçün ödəniş olduğunu bildirib.
Onun əsərləri 22 müasir rəssamın əmək bazarında insanın rolu ilə bağlı fikirlərini təqdim edəcək “Work It Out” (Bunu yarat) sərgisinin bir hissəsi olmalıydı. Muzeylə razılaşmaya görə, Haaninq sərgi üçün iki əsərini yenidən yaratmalı idi: 2010-cu ildə Danimarkada orta illik əmək haqqının fiziki təcəssümü və bunun üç il əvvəlki tarixli Avstriya analoqu əsərlərini.
Məqalədə qeyd olunur ki, bu sənət əsərlərinin çox sayda banknotlardan ibarət olacağı və rəssamın çərçivəli kətanlara sırayla 328.000 kron və 25.000 avro yerləşdirəcəyi güman edilirdi. Ancaq bunun əvəzinə açılış günündə üzərində “Pulu al və qaç” yazısı olan çərçivələrdə iki ağ kətan sərgiləndi. Eyni zamanda, rəssamın kətan üzərində çəkdiyi cizgilər əskinasların oraya yapışdırıla biləcəyinə işarə etsə də, orada başqa heç nə yox idi.
Muzeyin direktoru Lasse Andersson hesab edir ki, 56 yaşlı rəsam əvvəlki əsərlərini yenidən yaratmaq vədinə əməl etməyib, lakin onun verilən pulları geri qaytaracağına da artıq əmin deyil. Andersson jurnalistlərə verdiyi müsahibədə bunları deyib: “Təqdim olunacaq instalyasiya həqiqətən də sərginin elan edilmiş mövzular çərçivəsində “bitkin bir əsər” kimi qiymətləndirilə bilərdi. Ancaq verilən pullar geri qaytarılmasa, bu, qalereya üçün ciddi problemə çevriləcək”.
Direktorun sözlərinə görə, Haaninq əldə etdiyi bütün pulları gördüyü işin müqabilində qonorar hesab etdiyini bildirib, lakin belə vəziyyət muzeyin planlarına daxil deyil. “Copenhagen Post”un yazdığına görə, rəhbərlik bütün əskinasların sərginin planlaşdırılan baglanışından iki gün əvvəl - 14 yanvar 2022 -ci ilə qədər geri qaytarılacağını gözləyirdisə, artıq indi pulları vaxtından əvvəl geri tələb etmək niyyətindədir.
Miraslan