General Muradyan avtomobildən düşüb polkovnik Tomasyana yaxınlaşdı...
Политика
Читать: 1467
30 Sep 2021 | 18:59
General Muradyan avtomobildən düşüb polkovnik Tomasyana yaxınlaşdı...
Moderator.az bir müddətdir yazıçı Çingiz Qurbanovun "Gizli savaş" romanını oxucularına təqdim edir. Roman Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər, zabit və xüsusi təyinatlıların əziz xatirəsinə həsr olunub:
 
Əvvəli://moderator.az/edebiyyat/394348/mubariz-annanin-etirazlarina-baxmayaraq-lora-ile-romantik-gruslerini-artirmisdi/
 
Polkovnik Əzimov Mübarizdən aldığı məlumatla tanış olub bir qədər fikirləşdikdən sonra mayor Abdullayevi yanına dəvət edib dedi:
-Cənab mayor, sizdən xahiş edirəm, düşmən qərargahındakı seyfdən götürülmüş sənədləri gətirin. Onları yenidən gözdən keçirməyə ehtiyac var.
-Cənab polkovnik, sənədləri gətirmişəm, yanımdadır. -O, əlindəki sənədləri səliqə ilə masanın üstünə düzdü.
-Çox yaxşı. Xahiş edirəm, sənədlər barədə bir daha ətraflı məlumat verin, yaddaşımızı yeniləyək.
-Cənab polkovnik, diqqətinizə çatdırım ki, seyfdən götürülmüş kəşfiyyat materiallarının içərisində aşağıdakı sənədlər yer almışdır:
-Hərbi birləşmələrin dislokasiya planını özündə əks etdirən xəritələr - 7 ədəd;
-S-300 FAVORİT ZRK sistemlərinin dislokasiya plani - 15 vərəq;
-Sistemin fəaliyyətini təmin edən proqram təminatı, CD disk - 2 ədəd;
-Sistemi işə salmaq üçün xüsusi açarlar - 4 ədəd;
-Sistemi işə salmaq və bloklamaq üçün xüsusi kodlar - 3 vərəq;
-Minalanmış sahələrin sxemi - 22 vərəq;
-Digər hərbi məlumatları özündə əks etdirən sənədlər - 12 vərəq; 
Mayor Abdullayev çıxışını tamamlayıb nəfəsini dərdi. Polkovnik Əzimov mayor Abdullayevin birnəfəsə verdiyi məlumatı dinlədikdən sonra dedi:
-Mayor Abdullayev, bildiyiniz kimi Mübariz bu sənədlərin ona geri qaytarılmasını xahiş edir, siz bu işə necə baxırsınız? Biz bu sənədləri Mübarizə göndərə bilərik?
-Cənab polkovnik, mən təklif edirəm sənədlərin əslini deyil, hər ehtimala qarşı surətlərini göndərək. Mübariz bu sənədləri nə məqsədlə istifadə edəcəyini bilmədiyimiz və onların düşmən əlinə keçmə ehtimalı olduğu üçün sənədlərin surətini göndərmək məsləhətdir. 
-Mayor Abdullayev, Mübariz sənədlərin surəti ilə kifayətlənsəydi onların əslini istəməzdi. Deməli, ona sənədlərin əsli lazımdır. Gəlin birlikdə fikirləşək, hərbi məlumatları özündə əks etdirən sənədlər bizə bəlli olduqdan sonra həmin sənədlərin düşmən üçün heç bir əhəmiyyəti qalmır. Çünki hava hücumundan müdafiə sistemlərinin kodları dəyişdirilib yeni kodlar, proqram təminatı yazılmış CD disklər və sistemi işə salmaq üçün istifadə edilən xüsusi açarlar bizdədir. Texniki cəhətdən mövcud vəziyyəti dəyişmək qeyri mümkündür. Ona görədə yerdə qalan dislokasiya planları, xəritələr, sxemlər və digər sənədlərin düşmən üçün bir əhəmiyyəti qalmamışdır. Mübariz bu faktorları nəzərə aldığı üçün sənədlərin əslini istəyir. Qeyd etmək istəyirəm ki, sənədləri nə məqsədlə geri istədiyini mən də aydınlaşdıra bilməmişəm. Yəqin sənədlər ona çatdıqdan qısa müddət sonra nə fikirləşdiyi və həmin sənədləri hansı məqsədə istifadə edəcəyi bizə bəlli olacaqdır. Sizdən xahiş edirəm, hava hücumundan müdafiə sistemlərinin proqram təminatı yazılmış CD disklər və sistemin işə salınması üçün istifadə edilən xüsusi açarlar istisna olunmaqla, digər sənədlərin əslini Mübarizə göndərəsiniz.
-Oldu, cənab polkovnik. Əmrinizi icra edib nəticəsi barədə sizə müvafiq məlumat verərəm. -Mayor Abdullayev sənədləri yenidən səliqə ilə qovluğa yığıb hərbi salam verərək kabineti tərk etdi.
***
Nə işlə məşğul olmasından asılı olmayaraq, «Narkobaron kəlməsinin müəllifi sənsən» ifadəsi Mübarizin başından çıxmırdı. O, evə döndükdən sonra planlı şəkildə otaqları, mətbəxi, dəhlizi, hamam və tualeti, hətta pilləkən qəfəsini axtarmaq istəyirdi. Şübhələrə son qoymaq üçün yeganə variant axtarış aparmaq idi. Şübhə yaratmamaq üçün, kənardan mütəxəssis dəvət etmək istəmirdi. Axtarış bir nəticə verməsə çıxılmaz vəziyyətdə qala bilərdi. Yalnız öz gücünə arxalanmaq qalırdı.
Mübariz evə döndükdən sonra axtarış aparmağa başladı. O, ilk olaraq eyvandan başlamaq qərarına gəldi. Güclü işıq saçan fənərlə küncləri işıqlandırır, əlini divarın səthi ilə sürüşdürüb yoxlayırdı. Divarın şübhə yaradan hissələrini bıçaqla qaşıyır, bir şey tapmadıqdan sonra digər hissələri yoxlayırdı. Gizlədilmiş cihazın forma və ölçüləri ona bəlli olmadığı üçün axtarış aparmaqda çətinlik çəkirdi. Bir saatlıq axtarışdan sonra eyvanda şübhəli bir şey tapa bilməyib digər eyvanı axtarmağa başladı. O, eyvanlarda şübhəli bir şey tapmayıb otaqlara keçdi. Mübariz yataq otağında olan döşək ağını, dəsmalları, kostyum və köynəkləri, qalstukları və digər paltarları çarpayının üstünə yığıb dolab və şkafları tam boşaltdı. Boş dolab və şkafların içini axtarıb şübhəli bir şey aşkar etmədikdən sonra paltarları bir bir yoxlayıb öz yerindən asdı. Yorğan-döşəyi döşəmənin üstünə yığıb çarpayını axtarmağa başladı. Əlləri ilə çarpayının yanlarını, altını axtarır, əl çatmayan yerlərə işıq salıb baxırdı. Çarpayının altında küncə yapışdırılmış kiçik qara lövhəni görən zaman onu soyuq tər basdı. O, çarpayını ehtiyatla yanı üstə qaldırıb aşkar etdiyi cisimə yaxından tamaşa edirdi. Bəli, bu onun danışıqlarına qulaq asmaq üçün yerləşdirilmiş juçok idi.
Mübariz dəsmalla tərini quruladıqdan sonra juçoku bıçağın ucu ilə qoparıb masanın üstünə qoydu. O, başa düşürdü ki, yataq otağında bir ədəddən artıq juçok yerləşdirmək ağıla batan deyil və məntiqsiz hərəkətdir. Ona görədə axtarışı qonaq otağında davam etmək qərarına gəldi. Mübariz ilk olaraq telefona baxış keçirmək istəyirdi. O, telefonun qulaqcıq hissəsini açdı. Gördüyündən dəhşətə gəldi. Onu soyuq tər basmışdı. Qulaqcığa dairəvi formada bir cihaz montaj edilmişdi. O, telefona montaj olunmuş juçoka baxır, acı-acı gülümsünüb başını yelləyirdi. Mübariz telefonun dəstəyinə montaj olunmuş juçoku pinsetlə yerindən qoparıb digər tapıntıların yanına qoydu. O, bu juçokların digər otaq və mətbəxdə yerləşdirilməsinə tam əmin idi. Müəyyən təcrübə əldə etdiyi üçün digər iki juçoku tapmaqda çətinlik çəkmədi. Emosional gərginlik onu yorduğu üçün pilləkən qəfəsində axtarış aparmağa həvəsi və gücü qalmamışdı. O, yan-yana düzülmüş tapıntılara tamaşa edir, içindəki kədər və sevinc hisslərindən hansının üstünlük təşkil etməsini ayırd etməkdə çətinlik çəkirdi.
Mübariz bilirdi ki, telefonların dinlənilməsi üçün ilk növbədə məhkəmənin hökümü olmalı, bu qərar telekom müəssisəsinə təqdim olunduqdan sonra xüsusi xidmət orqanlarının əməkdaşları dinləməni həyata keçirə bilərdilər. Mübariz təhlükəsizlik və əks-kəşfiyyat baş idarəsinin nəzdində danışıqlara qulaq asmaq üçün texniki imkanların və xüsusi qurumun olduğunu bilirdi. O, danışıqların qeyri-qanuni dinlənilməsi və «Baron»un tapşırığı ilə əməkdaşları tərəfindən həyata keçirildiyinə əmin idi.
Növbəti iş günü Mübariz öz kabinetini diqqətlə axtarmış və nəticədə telefonun dəstəyindən, masanın altına yerləşdirilmiş dolabın arxasından və sənədlər yığılmış şkafın içərisindən üç ədəd juçok tapmışdı. O, telefonun dəstəyinə montaj olunmuş juçoku yerində saxlayıb, digər ikisini çıxarmışdı. Mübariz axtarış nəticəsində əldə etdiyi və artıq qalmış juçokları bir həftə ərzində Nazir müavini, İdarə rəisi, Annanın kabinetlərində və həmçinin Minas Davidoviçlə idarə rəisi yaşadığı mənzillərin pilləkən qəfəsində yerləşdirmişdi. Kabinetlərdə yerləşdirilmiş juçokların tez aşkar edilməsi üçün nəzərə çarpacaq yerlərə bərkitmiş və barmaq izlərinin qalmamasına görə, əlcəkdən istifadə etmişdi.
Juçok ilk olaraq Annanın diqqətini cəlb etdi. O, gətirdiyi çayı stolunun üstünə qoyub dedi:
-Aşot can, mənim stolumun alt hissəsinə nəsə yapışdırıblar. Ona baxa bilərsiz?
-Nə yapışdırıblar? Kim yapışdırıb? Qopart, at getsin. –Mübariz özünü xəbərsiz kimi aparırdı.
-Aşot can, mən əl vurmaq istəmirəm. Xahiş edirəm, siz baxın.
Mübariz ayağa qalxıb, Annanın ardınca onun kabinetinə yollandı. O, bir qədər juçoka tamaşa edib dedi:
-Buna əl vurmaq olmaz, rəisə və Minas Davidoviçə məlumat verib onların razılığı ilə mütəxəssis dəvət etmək lazımdır. -Mübariz birbaşa Annanın otağından idarə rəisinə zəng edib otağa gəlməsini xahiş etdi. Bir neçə dəqiqə keçməmiş rəis otağa daxil olub soruşdu:
-Aşot can, siz burada nə edirsiniz? Məni nə üçün çağırıbsınız?
Mübariz dillənmədən şəhadət barmağı ilə juçoku rəisə göstərdi. Yarım saat ərzində hamı hadisədən xəbər tutmuş, nazirliyin idarələri bir birinə dəymişdi. Tapılmış juçok barədə birbaşa Nazirə məlumat verilmişdi. Nazirin göstərişi ilə axtarış aparmaq üçün kənardan mütəxəssis dəvət olundu. Axtarışın nəticəsi olaraq gizlədilmiş bütün cihazlar aşkar edilərək götürülmüş, kabinetində juçok tapılan şəxslərin evlərində də axtarış aparmaq göstərişi verilmişdi. Mənzillərdə aparılan axtarışlarda mütəxəssislə yanaşı Nazir müavini, idarə rəisi və Mübariz iştirak edirdilər.
Mütəxəssis mənzillərin içərisində bir şey aşkar etməsədə, əlindəki xüsusi cihazın köməyi ilə pilləkən qəfəslərində gizlədilmiş juçokları aşkarlayıb Minas Davidoviçə təqdim etdi.
-Cənab general-mayor, verilən tapşırığı yerinə yetirdim. Mənə sualınız yoxdursa, icazənizlə gedim.
-Çox sağ olun, mən cənab Nazirin adından sizə təşəkkür edirəm. Sizcə bu cihazlar kimlər tərəfindən quraşdırıla bilər?
-Cənab general, çox güman ki, rəqabətdə olduğunuz idarə tərəfindən quraşdırılmışdır. Mənə elə gəlir ki, məqsəd aydındır, sizin idarə daxilində baş verənlərdən xəbərdar olmaq istəyirlər. Cənab general, diqqətinizə çatdırım ki, dinlənmə həm canlı, həm də yazılaraq reallaşdırıla bilər. Bunun üçün lazım olan cihazlar dinlənilən şəxs telefon danışığına başladığı anda işə düşür. Danışıqlara birbaşa qulaq asmaq üçün Aşot Balayanın kabinetinə olduğu kimi telefon aparatına ötürücü juçok yerləşdirmək kifayətdir. Bu cihaz telefona zəng gələndə yaxud da telefondan zəng gedəndə avtomatik işə düşür.
-İzahatınıza görə çox sağ olun. Sizə bir daha təşşəkkür edirəm, gedə bilərsiniz.
Mütəxəssis onlardan aralandıqdan sonra Minas Davidoviç üzünü Mübarizə tutub dedi:
-Aşot can, deməli, «Baron» və onun quldur əməkdaşları bizim danışıqlarımıza qulaq asırmışlar. Sən narahat olma, tək deyilsən. Qarşında dayanan dostun cənab Nazirin əlilə onların başına bir oyun açım ki, ömürlərinin sonunadək yadlarından çıxmasın. Mən bu əməliyyatı icra edən şəxsi, «Baron»un sağ əlini həbs etdirib onu tək əl qoyacam.
-Minas Davidoviç, xahiş edirəm bu tədbirləri şahmat turniri başa çatdıqdan sonra həyata keçirəsiniz.
-Aşot can, sən zarafat edirsən, ancaq general Muradyan yaxşı şahmat oynayır. Onun üzərində qələbə çalmağın çox çətin məsələdir.
-Minas Davidoviç, mənim necə şahmat oynamağımı görmədiyiniz üçün belə fikir söyləyirsiniz. İlk dəfə əlimə generala qalib gəlmək fürsəti düşüb, hökmən dəyərləndirməliyəm.
-Aşot can, bizim dialoqdan belə çıxır ki, sən və general Muradyan artıq finala çıxmısınız. -O, qəh qəhə çəkərək güldü. Mübariz yaranmış vəziyyətə analoji cavab verməklə kifayətləndi.
***
Çempionu müəyyən etmək üçün şahmat turnirinə start verilmişdi. Təşkilat komitəsinin qəbul etdiyi reqlamentə görə hər birində səkkiz iştirakçı olmaqla dörd qrup yaradılmışdı. Qrupun qalibi yarımfinala birbaşa vəsiqə qazanırdı. Hər qrup üçün bir yarış günü müəyyən olunmuş, yarım final və final oyunları üçün iki yarış günü müəyyən edilmişdi. Bir həftə ərzində yarışlar başa çatmalı və çem-pion müəyyən edilməli idi. Qalib üçün foyedə qoyulmuş kubokla yanaşı pul mükafatı təyin edilmişdi. Kubokun çempiona Nazir tərəfindən təqdim olunması gözlənilirdi.
Atılmış püşkün nəticələrinə görə general Muradyanın yer aldığı qrup yarışın birinci, Aşot Balayanın yer aldığı qrup isə dördüncü günü oynamalı idi. Püşkün nəticələri iştirakçıların oyun taktikası ilə tanış olmaq baxımından Mübariz üçün əlverişli hesab olunurdu.
Gözlənildiyi kimi yarışın birinci günü idman mübarizəsi hiss edilməmiş, general Muradyanın qrupun qalibi olması ilə nəticələnmişdi. Mübariz digər iştirakçılarla birlikdə kənardan oyunları izləmiş və «Baron»un əla oyun nümayiş etdirdiyinin şahidi olmuşdu. Digər iki qrupun qalibləri müəyyən olunduqdan sonra, növbə Mübarizə çatmışdı. O, əlavə güc sərf etmədən qrup liderliyinə yüksəlmişdi.
Reqlamentə görə yarımfinal cütlükləri püşk vasitəsilə müəyyən olunmalı idi. «Baron»un xüsusi səyi nəticəsində o, Aşot Balayanla müxtəlif yarımfinal cütlüyündə yer almışdı. Yarımfinal oyunlarının nəticəsi olaraq, Aşot Balayan və general Muradyan finala yüksəlmişdilər. Yarışın gedişatında iştirakçıların üslubu və taktikası bilindiyi üçün finalçıların qələbəsi heç kimdə şübhə doğurmamışdı. Qaliblər təbrikləri qəbul edib finala hazırlaşırdılar. 
 Mübariz uzun illər öncə şahmat üzrə rayon çempionu olmasını xatırlayırdı. Onun əziyyətlə qazandığı qələbəni əlindən almağa çalışsalar da rayon rəhbərliyində təmsil olunan azərbaycanlıların təpkiləri buna yol verməmiş və təşkilatçıları bu fikirdən daşınmağa məcbur etmişdi.
O, general Muradyanın oyun taktikasına bələd olmuşdu. Muradyan rəqibi məcburiyyət qarşısında qoyub fiqurları tez bir zamanda dəyişməyə çalışır və sadə endşpilə can atırdı. Əslində bunu taktika adlandırmaq olmazdı. Muradyan çoxlu fiqurun mövcudluğu zamanı variantları hesablamaqda çətinlik çəkir, nəticədə səhvlərə yol verirdi. 
Reqlamentə görə final üç oyundan ibarət keçirilməli, üstünlük qazanan finalçı çempion adını qazanmış hesab olunurdu. Hamının səbrsizliklə gözlədiyi final normal keçmiş, general Muradyan dalbadal iki oyun məğlub olduqdan sonra məğlubiyyəti qəbul edib, rəqibinin əlini sıxaraq təbrik etmişdi. Beləliklə, Aşot Balayan şahmat üzrə Nazirliyin çempionu adını qazanmışdı.
Yarışdan sonra keçirilən mükəfatlandırma mərasimində general-mayor Minas Davidoviç Qriqoryan Aşot Balayanın əlini sıxıb Nazirin adından təbrik etmiş, kubok, pul və digər mükəfatlarla yanaşı müxtəlif idarələrin təsis etdikləri qiymətli hədiyyələri və Fəxri Fərmanı ona təqdim etmişdi.
Yaşanmış juçok qalmaqalı səngimək bilmir, şahmat turniri keçirildiyi dövrdə nisbi sakitlik yaransa da, sonradan getdikcə alovlanmağa başlamışdı. Təhlükəsizlik və əks-kəşfiyyat baş idarəsinin əməkdaşları tez bir zamanda nəticə ortaya qoymaq üçün bir sıra məsələləri o cümlədən, juçokların yerləşdirilməsi məsələsini general Muradyanla məsləhətləşmədən həyata keçirmişdilər. İdarə daxilində baş verən hadisələrə nəzarət edə bilməyən general Muradyan çaş-baş qalmış, nə baş verdiyini anlamağa çalışırdı. O özünə yaxın əməkdaşları və bölmə rəislərini yanına toplayıb baş verənləri aydınlaşdırmaq və məzuniyyətə getməmişdən əvvəl qabaqlayıcı tədbirlər görmək istəyirdi. General Muradyan dəvət olunmuş əməkdaşların cəm olduğunu görüb ayağa qalxdı. O, boğazını arıtlayıb dedi:
-Yoldaşlar, bildiyiniz kimi bir sıra əməkdaşların yarıtmaz fəaliyyəti nəticəsində idarəmiz ətrafında xoşa gəlməz hadisələr cərəyan edir. Bəzi əməkdaşlar mənə məlumat vermədən özfəaliyyətlə məşğul olur, qanunsuz olaraq nazirliyin digər idarələrində çalışan şəxslərin danışıqlarına qulaq asırlar. Bilirsiniz ki, prokurorun sanksiyası və məhkəmə qərarı olmadan bu cür əməliyyatları həyata keçirmək olmaz. Əlbəttə, belə qanunsuz işlərlə məşğul olan əməkdaşlar istintaqın nəticəsindən asılı olaraq qanun qarşısında cavab verməli olacaqlar. Mənim əsas məqsədim yaranmış xaosu idarə etmək, baş verənləri nəzarətə götürmək və qabaqlayıcı tədbirlər görməkdir. Ona görədə hər kəs mənim sərəncamım olmadan törətdiyi qanunsuz əməlləri etiraf etməlidir.
Danışıqların gizli dinlənilməsi üçün nəzərdə tutulmuş müvafiq cihazlara cavabdeh və «Baron»un sağ əli hesab olunan bölmə rəhbəri generalın çıxışının birbaşa ona aid olduğunu bildiyi üçün yerində qurcalanır, kreslonu sağa sola fırladırdı. Eşitdiklərindən boğazı qurumuşdu. O, özünümüdafiə düşüncələri içərisində çabalayırdı. Generalın ona tərəf baxdığını görüb, başını qaşıya-qaşıya ayağa qalxdı. Özünü toparlayıb izahat verməyə başladı:
-Cənab general, diqqətinizə çatdırım ki, Aşot Balayanın yaşadığı evə, pilləkən qəfəsinə və kabinetə juçokları mən yerləşdirmişəm. Bu metodla sizi maraqlandıran nəticəni əldə edib sonra həmin cihazları geri qaytarmaq istəyirdim.
-Bəs Nazir müavini, idarə rəisi və onun köməkçisi Anna xanımın danışıqlarına qulaq asmaq nə üçün lazım idi? -General əsəblərini cilovlamağa çalışırdı.
-Cənab general, and içirəm, qeyd etdiyiniz şəxslərin kabinetinə yerləşdirilən juçoklardan mənim xəbərim yoxdur. Belə çıxır ki, bizə məlum olmayan digər bir qrup qeyd etdiyiniz insanların danışıqlarına qulaq asmaqla məşğul olublar.
-Sən nə danışdığını anlayırsan? Onda təcili surətdə bizim öz idarəmizin daxilində axtarış aparmaq lazımdır. Bəlkə bizim danışıqlarımıza da qulaq asan var. Xahiş edirəm, iclas başa çatdıqdan sonra təcili axtarış aparıb nəticəsi barədə mənə məlumat verəsiniz. İlk olaraq mənim kabinetimdən başlayın! –General əsəbləşərək ayağa qalxdı.
Hadisələrin belə istiqamət alacağını gözləməyən bölmə rəisinin qorxudan üzü ağarmış, əsəbdən yanaqları titrəyirdi. Onun nitqi tutulmuşdu. Özünü ələ almaq istəsə də bacarmırdı. Nəhayət, hamının kabineti tərk etdiyini görüb kəkələyə-kəkələyə generala müraciət etdi:
-Cənab general, sizdən artıq dərəcədə üzr istəyirəm. Böyük bir qələt etmişəm.
-Nə demək istəyirsən? Yoxsa mənim danışıqlarıma da qulaq asırdın?
Bölmə rəisi danışmırdı. Onun sakit dayanması generalı çilədən çıxartmışdı. Özünü təhqiredici ifadələr işlətməkdən güclə saxlayırdı. Kapitan küncdəki dolabı qabağa çəkib arxasına bərkidilmiş juçoku qoparıb stolunun üstünə qoydu. «Baron»un nitqi qurumuşdu. O, stolun üstündəki qrafindən su süzüb içdi. Şəhadət barmağını kapitana silkələyərək dedi:
-Heyvanın biri heyvan. Sənə verdiyim çörək burnundan gəlsin. Şərəfsiz, mənim danışıqlarıma qulaq asmaqla nəyə nail olmaq istəyirdin? Yoxsa mənim danışıqlarımı yazıb bizim rəqiblərə, düşmənlərə ötürmək, daha doğrusu satmaq istəyirdin? Alınmadı? Sənin planlarından vaxtında xəbər tutdum, hə? -General əsəbdən özünə yer tapa bilmirdi. -İtil gözlərimin qabağından! -O, bölmə rəisini kabinetdən qovdu. 
Kapitan kabineti tərk etdikdən sonra Muradyan öz-özünə mızıldandı.
-Artıq «sağ əlin» kəsilmək vaxtı çatmışdır.
***
General Muradyan pəncərədən düşən günəş şüalarının təsirindən gözlərini açdı. Saata nəzər saldı, yeddinin yarısı idi. Bir neçə dəfə sağa-sola çevrildikdən sonra yata bilməyəcəyini anlayıb idman formasını geyinərək eyvana çıxdı. Günəşin parlaq şüaları gözlərini qamaşdırdığı üçün sağ əlini gözlərinin üstünə qoyub, günlük edərək uzaqlara tamaşa etməyə başladı. Səhərin təmiz havasını ciyərlərinə çəkərək gərnəşib əlləri ilə sinəsini döyəclədi. O, müalicə və istirahət üçün reallaşdırmaq istədiyi səfəri barədə düşünürdü. Son zamanlar general Muradyanın ürəyi ağrıyır, ətrafında cərəyan edən hadisələrdən aralanmaq, mühiti dəyişmək, qonşu ölkələrin birində sanatoriya müalicəsi alıb istirahət etmək istəyirdi. Səfərə öz şəxsi Mitsubishi Pajero markalı avtomobili ilə yollanmaq niyyətində idi. Ona görədə avtomobildə profilaktik işlər aparmaq barədə xidməti sürücüsünə müvafiq tapşırıqlar vermişdi. Sonuncu dəfə avtomobildən istifadə edərkən şinlərin balans edilməsinə və təzyiqin tənzimlənməsinə ehtiyac olduğunu görmüşdü. O, arxa şinlərdən birinin təmirə ehtiyacı olduğunu nəzərə alıb onun ehtiyat şinlə əvəzlənməsini və avtomobilin təmizlənməsini sürücüyə tapşırmışdı. Qapının zəngi onu fikirindən ayırdı. Gələnin sürücü olduğunu bilib qapını açdı.
-Sabahınız xeyirli olsun, cənab general. Necəsiniz? –Sürücü soruşdu.
-Çox sağ ol. Nə əcəb belə tez gəlmisən?
-Cənab general, dünəndən usta ilə danışıb vədələşmişəm, növbədə gözləməyi sevmədiyim üçün sizin tapşırıqları tezdən icra etmək istədim.
-Lap yaxşı. Dünən tapşırdığım kimi şinlərin balans və təzyiqini yoxla, təmirə ehtiyacı olan şini ehtiyat şinlə əvəz et. Elə et ki, yol gedərkən bir problem yaranmasın.
-Oldu, cənab general. Nə lazımdırsa hamısını edəcəm. Avtomobil sabah səfərə tam hazır olacaq.
Sürücü avtomobilin açarlarını götürüb qaraja yollandı. General Muradyan çöl qapısını bağladıqdan sonra şkafın içinə yerləşdirdiyi seyfi açıb içərisindən xeyli valyuta və xarici pasportunu götürdü. O, dövlət sərhədinə qədər sürücünün xidmətindən istifadə etmək, sonra isə kimsənin ona mane olmaması üçün səfərə tək yollanmaq istəyirdi.
Nahar fasiləsinə yaxın sürücü bütün tapşırıqları yerinə yetirdiyi barədə raport verib açarları ona təhvil verdi. Muradyan çöl qapısını bağlayıb sürücünün uzaqlaşmasını gözlədi. Sürücünün ayaq səsləri kəsildikdən sonra səfər üçün hazırladığı pulları götürüb qaraja yollandı. O, qarajın qapısını içəridən bağlayıb gətirdiyi pulları avtomobilin yük yerində gizlətdi. Sinoptiklərin verdikləri proqnoz özünü doğruldur, axşama doğru hava şəraiti getdikcə pisləşirdi. Verilən məlumatlara görə müşahidə olunan dəyişkən hava şəraiti üç gün davam edəcək, bu gecədən etibarən mülayim cənub küləyi, yağıntılarla müşayiət olunan və getdikcə şiddətlənən şimal küləyi ilə əvəzlənəcəkdi. Pis hava şəraiti onu qərarından döndərmək iqtidarında deyildi. Son dövrlər yaşadıqlarından dolayı bütün çətinliklərə baxmayaraq o, səfərə yollanmaq üçün tam hazır idi.
***
Əlli nəfərdən çox insan Azər və dostlarının köməyi ilə əsir düşərgələrindən canlarını qurtarıb «Sarı qaya»nın altında mağaranın dərinliyində gizlənmişdilər. Xilas edilmiş soydaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə ətraf ərazilərdə yerləşən və yerli əhaliyə məlum olan gizli mağaralardan istifadə olunurdu. Mağaraların dərinliklərində ərzaq, dərman vasitələri və silah-sursat ehtiyatı yaradılmışdı.
Çoxlu türkün düşərgələrdən qaçması erməni saqqallılarını təşvişə salmışdı. Törətdikləri cinayətləri dünya ictimayətindən gizlətmək üçün onları tapıb cəzalandırmaq və digər əsirlərə göz dağı vermək istəyirdilər. Cəlladların əlindən qurtulmuş insanlar mümkün təhlükələri önləmək və onlardan müdafiə olunmaq üçün növbə ilə keşik çəkirdilər. Mübariz mağaradakı insanları ətrafına toplayıb əldə olunmuş kəşfiyyat məlumatlarını təhlil edirdi. O, yerə sərilmiş xəritəni fənərlə işıqlandırıb bir qədər fikirləşərək dedi:
-Yoldaşlar, arxivdən əldə etdiyimiz məxvi materiallara əsasən, əsir düşmüş və girov götürülmüş insanların əksər hissəsi «Amulsar», «Zod» və «Söyüdlü-Zod» qızıl mədənlərində çalışırlar. Bu faktları nəzərə alaraq, onların xilas edilməsi üçün xüsusi silahlı dəstələr yaratmaq lazımdır. Birinci dəstəni Dərələyəz mahalı ərazisində yerləşən «Amulsar», ikinci dəstəni «Söyüdlü-Zod», üçüncü dəstəni isə «Zod» qızıl mədənlərinə göndərmək lazımdır. Xahiş edirəm, qeyd olunanları nəzərə alıb təkliflərinizi verəsiniz.
Mağaraya bir anlıq sükut çökdü. Kimsə dillənmir, hamı bir-birinin üzünə tamaşa edirdi. Yaranmış sükutu Beyləqan rayonunda anadan olmuş və Ağdam rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq əsir düşmüş Sarıyev Zöhrab pozaraq dedi:
-Əsir olduğum müddətdə ermənilər tərəfindən həyatımda görmədiyim vəhşiliklərin, amansızlıqların şahidi olmuşam. Başımıza gətirilən dözülməz işgəncələr, bizə qarşı olan rəftar dilə gətiriləsi deyil. Onlar bizim ölülərimizi təhqir etməkdən belə çəkinmirdilər. Mənim yetmişdən çox yaşım var, Allaha çox şükürlər olsun ki, hələlik əlim silah tutur, yəqin vuruşmağa, ermənilərdən qisasımızı almağa gücüm çatar.
-Çox sağ ol, Zöhrab dayı. Mən fikirləşirəm ki, indi əsas sözü cavanlar deməlidir. -Mübariz onun əlini sıxdı.
-Mübariz, indi bizim sərəncamımızda altımış nəfərdən çox insan var. Düşünürəm hər biri on beş, iyirmi nəfərdən ibarət, üç silahlı dəstə yaratmaq olar. Mənim uşaqlıq illərim Dərələyəz mahalının dağlarında, yaylaqlarında keçib və ərazini yaxşı tanıyıram. Ona gərə də xahiş edirəm məni «Amulsar» qızıl mədənlərinə göndərəsiniz. -Zamin sözünü tamamladı.
-Zamin, mən bildiyim qədər sən qonşu kənddə dünyaya gəlmisən, Dərələyəz mahalının dağlarında, yaylalarında nə işin vardı?
-Mübariz, atam yaylağa Dərələyəz mahalının dağlarına çıxır, bizi də özü ilə aparırdı. O əraziləri doğma kəndimiz qədər tanıyıram.
-Zamin, sənin uşaqlıq illərinin Dərələyəz mahalı ilə bağlı olması və əraziləri tanımağın lap əla oldu. İstəyirəm Dərələyəz Mahalının tarixi haqqında sizə qısa məlumat verəm. Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları ilə əhatə olunmuşdur. Qərbdə isə Şərur rayonu ilə sərhəddir. Əvvəllər Dərələyəz bölgəsi 102 kəndi əhatə edirdi. Türkmənçay müqaviləsi imzalandıqdan sonra, Dərələyəz mahalı İran və Türkiyədən köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyişikliklərə məruz qaldı. Köçürmələrə qədər əhalinin 94 faizini azərbaycanlılar, 6 faizini ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni əhalisi 26 faizə çatdı. XX əsrdə isə Dərələyəzin azərbaycanlı əhalisi dəfələrlə dəhşətli soyqırımlara məruz qalmışdır. Son etnik təmizləmənin nəticəsində qaça bilməyən və sağ qalmış azərbaycanlılar isə «Amulsar» qızıl mədənlərində istismar edilirlər. Ağır şəraitdə saxlanılan və amansızcasına istismar edilən soydaşlarımızı xilas etməyin vaxtı çatmışdır. -Mübariz susub əlindəki dəsmalla tərini quruladı.
-Mübariz, icazə verin iyirmi nəfərlik dəstə ilə «Amulsar» qızıl mədənlərinə yollanmaq üçün hazırlıq işlərinə başlayım. -Zamin dedi.
-Çox gözəl, əsas istiqamətlərdən birini həll etdik. Zamin, xahiş edirəm dəstə üzvlərini yerli şəraiti bilən insanlardan seçəsiniz. –Mübariz bir qədər fikirləşib davam etdi. -İndi gəlin fikirləşək, «Söyüdlü-Zod» mədənlərinə kimləri göndərmək olar. Mikayıl, necə fikirləşirsən? Bu işin öhdəsindən gələ bilərsən? Bildiyim qədər sən Kəlbəcər rayonunda anadan olubsan.
-Bəli, mən Kəlbəcər rayonunun Bozlu kəndində anadan olmuşam və Kəlbəcər uğurunda gedən döyüşlərdə ələ keçmişdim. Əsirlikdə olduğum müddətdə həyatımda görmədiyim və ağlıma belə gətirə bilmədiyim hadisələrin şahidi olmuşam. Şuşa həbsxanasında olarkən bizi meşəyə ağac qırmağa aparırdılar. Səhərdən axşama kimi işləyirdik. Axşamlar həbsxanaya gətirəndə həyətdə bizi sıraya düzüb möhkəm döyür sonra da «indi axşam yaxşı yatarsız», –deyə kameraya salırdılar. Uşaqların çoxu səhərə sağ çıxmır, kamerada həyatları ilə vidalaşırdılar. Bir gün bizi avtomobilə mindirib erməni qəbristanlığına gətirdilər. Ermənilər dedi ki, bu gün onların bayramıdır. Ona görə də erməni qəbiri üstündə bir Azərbaycan əsgərini qurban kəsəcəklər və biz hamımız onun ətindən qurban əti kimi yeməliyik. Vəhşilər dedikləri kimi də etdilər. Cavan, ucaboy və cüssəli əsgəri qəbirlərin birinin üstündə kəsdilər və bizi onun ətini yeməyə məcbur etdilər. Belə şərəfsizliyə dözmək olar? Mən yüzlərlə qurban kəsilmiş əsgərlərimizin qisasını almaq üçün məqam gözləyirəm. Düşünürəm ki, həmin qisas anı yetişmişdir. -Mikayıl əsəbləşdiyi üçün əlləri və ayaqları titrəyirdi.
-Mikayıl, xahiş edirəm, özünü ələ alasan. Qisas vaxtı çoxdan çatmışdır. Biz soydaşlarımızı əsirlikdən xilas etmək istəyirik, ona görə də emosiyalara qapılmaq olmaz, təmkinli davranmaq lazımdır. –Mübariz onu sakitləşdirib əlavə etdi. –Sən də dəstəni Zamin kimi yerli şəraitə bələd insanlardan formalaşdır və soyuqqanlı davranmağa çalış.
-Mübariz, səndən xahiş edirəm Zod qızıl mədənlərində həyata keçirilməsi nəzərdə tutulan əməliyyata rəhbərlik etməyi mənə həvalə edəsən. –Azər dilləndi.
-Azər, qoy sən deyən olsun. Özün neçə illər həmin mədənlərdə çalışmısan və əsirlikdə olan bir çox soydaşlarımızı şəxsən tanıyırsan. Bu işləri hamıdan yaxşı sən bacararsan. –Mübariz sözünü tamamladı.
Beləliklə, soydaşlarımızın azad olunmasını həyata keçirmək üçün hər biri on beş, iyirmi nəfərdən ibarət üç dəstə yaradılmışdı. Dəstə üzvləri silah-sursat və ərzaqla təmin edilmişdilər. Zaminin dəstəsi Dərələyəz mahalının, İstisu kurortundan on kilometr məsafədə, Arpaçay və Bazarçay arasında yerləşən, «Amulsar» qızıl mədənlərinə göndərilmişdi. Zaminə tapşırılmışdı ki, azad olunmuş soydaşlarımızı Səlim aşırımından keçirib Arpaçayın sahili ilə hərəkət edib Şərur rayonunun ərazisinə çıxartmaq lazımdır. Təmas xəttində əsgərlərimizin Zaminin dəstəsini gözləyəcəkləri barədə məlumat verilmişdi. 
Mikayıl Kəlbəcər rayonu ərazisində yerləşən «Söyüdlü-Zod» mədəninə göndərilmişdi. Bu yataqlar qədimdən insanlara bəlli idi. Kəlbəcər rayonunun Zar kəndi isə tarixdə «Şəhrizər», yəni qızıl şəhəri adı ilə məşhur olmuşdur. Yataqlarda çoxsaylı soydaşlarımızın çalışdığı bildirilirdi. Mikayılın rəhbərlik etdiyi dəstə əsasən Kəlbəcər rayonunda yaşamış insanlardan təşkil edilmişdi. Azad olunmuş soydaşlarımızın sağ qalmaq şansını yüksəltmək üçün, bir neçə qrupa bölünməsi tövsiyə olunmuşdu. Qruplara Murovdağ silsiləsini keçib yaxınlıqda yerləşən Azərbaycan rayonlarının ərazilərinə adlamaq tapşırığı verilmişdi.
 Azərin uzun illər Zod qızıl mədənlərdə çalışdığı və ərazini yaxşı tanıması nəzərə alınaraq, Kəlbəcər rayonu ilə Göyçə mahalının Basarkeçər rayonunun sərhəddində yerləşən mədənlərə göndərilmişdi. Qızıl mədənlərinin çox hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə bax-mayaraq ermənilər tərəfindən istismar edilirdi. Azərə tövsiyə olunmuşdu ki, soydaşlarımızın Göyçə gölünün sahilində yerləşən Şişqaya kəndi yaxınlığında sıldırım qayalıqlardan ibarət ərazidə gizlənmələrinə kömək etsin. Soydaşlarımızın yerləşməsi başa çatdıqdan sonra düşmənin diqqətini cəlb etməmək üçün hərəkət məhdudlaşdırılsın. Sonra dağ massivini aşaraq Gədəbəy rayonu ərazisinə adlamaq planlaşdırılırdı.
***
Muradyan səhər tezdən oyanıb pəncərədən çölə baxdı. Sürücü əllərini bir-birinə sürtərək qızışmaq istəyir, qarajın yanında var-gəl edir, Muradyanın gəlişini gözləyirdi. Hava şəraiti kəsginləşmiş, narın yağışla müşayiət olunan şimal küləyi əsirdi. Hava şəraiti gəzinti və istirahət üçün əlverişsiz olmasına baxmayaraq o, planlaşdırdığı kimi hərəkət etməkdə qərarlı idi. Muradyan üzünü təraş edib yuyunduqdan sonra çantasını götürüb həyətə düşdü. Sürücü çantanı yük yerinə qoyub generalın avtomobilə əyləşməsinə kömək etdi. O, saata baxıb dedi:
-Cənab general, indi saat səkkizdir. Təqribən üç saatdan sonra gömrük-sərhəd buraxılış məntəqəsinə çatacıq.
-Lap yaxşı. Kifayət qədər vaxtımız var, tələsməyə ehtiyac yoxdur. 
-Cənab general, hava şəraiti pisdir. Siz narahat olmayın, mən avtomobili ehtiyatla idarə edərəm. Gələndə hiss etdim, yol sürüşkəndir.
Artıq iki saat idi onlar yol gedirdilər. Sürücü bir neçə dəfə söhbət etməyə cəhd etsə də alınmamış, generalın susduğunu görüb sakitləşmişdi. Yağış gah güclənir, gah da nisbətən yavaşıyırdı. Şüşə təmizləyənlər yorulmaq bilmədən çalışır, sürücü isti nəfəsdən tərləyən şüşələri tez-tez silir, ətrafı nəzərdən keçirirdi. O, gömrük-sərhəd buraxılış məntəqəsinə yaxınlaşdıqlarını görüb dedi:
-Cənab general, çatmışıq.
-Nə tez? -General Muradyan fikirdən ayrılıb ətrafa göz gəzdirdi.
-Cənab general, bəxtimiz gətirib həmişəkinə nisbətən növbə azdır. Bir saat ərzində hər şey həllini tapacaq.
-Nə həllini tapacaq? General şübhəli nəzərlərlə ona baxdı.
-Cənab general, sərhəd-buraxılış məntəqəsini keçməyinizi nəzərdə tuturam.
Onlar növbədə özlərindən əvvəl dayanmış avtomobillərin yoxlanışdan keçməsini gözləyirdilər. Xüsusi forma geyinmiş bir nəfər onlara yaxınlaşıb soruşdu:
-General Muradyan, kimdir?
-Mənəm. -General dilləndi.
-Xahiş edirəm gözləməyin, avtomobili arxamca sürün. –O, əli ilə istiqaməti göstərdi.
General Muradyan gözlənilməz dəvətdən məmnun qalmışdı. Onun xudpəsənd baxışları sürücünün yaltaq baxışları ilə toqquşdu. Növbə gözləməyəcəklərini düşünüb xüsusi dəvətdən hər ikisi razı qalmışdı. Onlar yol göstərən əməkdaşın arxasınca hərəkət edib çox da böyük olmayan qapalı məkana daxil oldular. Yol göstərən şəxs onların avtomobildə əyləşmələrini xahiş edib yan otaqların birinə daxil oldu. Bir neçə dəqiqə keçdikdən sonra beş-altı nəfər şəxsin müşayiətilə geri qayıtdı. Həmin şəxslərin arasında general Muradyanın yaxşı tanıdığı hərbi prokurorun müavini polkovnik Tomasyan da yer almışdı. Tomasyanın yaxınlaşıb görüşməməsi və kənarda dayanaraq onları izləməsi Muradyana şübhəli təsir bağışladığı üçün dedi:
-Deyəsən, bizi burada çoxdan gözləyirmişlər.
-Cənab general, sizin istirahətə getməyinizi kimsə bilirdi? -Sürücü generalın sözündəki ironiyanı başa düşməyib soruşdu.
-Mənə elə gəlir ki, biz xoşagəlməz bir vəziyyətlə qarşılaşmaq ərəfəsindəyik.
-Cənab general, mən sizi başa düşə bilmirəm, nə xoşagəlməz vəziyyət ola bilər? Məgər onlar bilmirlər ki, general Muradyan kimdir?
-Son zamanlar baş verənlərdən dolayı hər şey gözləmək mümkündür. Artıq məndə uğursuzluqlara alışqanlıq yaranmışdır. Nə baş verməsindən asılı olmayaraq təəccüblənmirəm. Görürsən, sağ tərəfdə dayanan şəxs polkovnik Tomasyan hərbi prokurorun müavinidir. Bizim bəzi əməliyyatlara göz yumduğu üçün hər ay məndən küllü miqdarda pul alır. İndi təhlükə hiss etdiyi üçün məni tanımırmış kimi davranır. Onun bu davranışı ekstrimal və qeyri-müəyyən bir vəziyyətdən xəbər verir. Allah axırını xeyirli etsin, gözləyək görək başımıza nə gəlir.
Gömrük-sərhəd buraxılış məntəqəsinin əməkdaşları öz aralarında məşvərət edib onların avtomobildən düşməsi barədə göstəriş verdilər. General Muradyan avtomobildən düşüb polkovnik Tomasyana yaxınlaşdı. Polkovnik başını qaldırmadığına görə Muradyan susub kənarda dayandı. Nə-hayət, onlara yol göstərən əməkdaş dilləndi:
-Cənab general, bura toplaşan şəxslər gömrük-sərhəd buraxılış məntəqəsinin əməkdaşlarıdır. Əldə edilmiş operativ məlumatlara əsasən, hərbi prokurorluğun müvafiq sanksiyasına uyğun olaraq hal şahidlərinin iştirakı ilə sizin avtomobildə axtarış aparılacaqdır. İlk olaraq bilmək istəyirəm, «Mitsubishi Pajero» markalı avtomobil kimə məxsusdur?
-Bu avtomobil mənim şəxsi əmlakımdır, buyurub sənədlərlə tanış ola bilərsiniz. -General əlindəki sənədləri sual verən şəxsə təqdim etdi.
-Çox gözəl. -Əməkdaş təqdim olunmuş sənədlərlə tanış olduqdan sonra əlavə etdi. -Üstünüzdə və avtomobildə qanunla qadağan olunmuş və yaxud özündə hərbi sirri əks etdirən sənədlər varmı? Əgər varsa, xahiş edirəm, könüllü surətdə təqdim edəsiniz.
-Siz nədən danışırsınız, başa düşmürəm? Mən özüm dövlətin təhlükəsizliyinə xidmət edən generalam, polkovnik Tomasyandan soruşa bilərsiniz. –General çevrilib ona tərəf baxdı. -Deyirsiniz ki, əldə edilmiş operativ məlumatlara əsasən axtarış aparılmalıdır. Həmin operativ məlumatların mənbəyini bilmək olar?
Tomasyan başını aşağı salıb dillənmirdi. Danışıq üçün vəkil olunmuş əməkdaş sözünə davam etdi.
-General, icazənizlə...
-Cənab general! -Muradyan onun sözünü kəsdi. Əsəblərini cilovlayıb təkrar etdi. -Cənab general, deyərək müraciət edin. Xahiş edirəm, etikanı gözləyəsiniz.
-Üzr istəyirəm, cənab general. İcazənizlə axtarışa başlayardıq.
-Buyurun, nə qədər istəyirsiniz axtara bilərsiniz. Sadəcə qeyd etmək istəyirəm ki, yük yerində bir qədər xarici valyuta var, gömrük bəyannaməsi tərtib etməyə imkanım olmadığı üçün onu qaçaq mal kimi dəyərləndirməyəsiniz. İşlərin gedişatı göstərir ki, sizdən hər nə desən gözləmək olar.
-Narahat olmayın, cənab general. Nəzərə alarıq. Xahiş edirəm, bizimlə birlikdə axtarışda iştirak edəsiniz.
General Muradyan yerindən tərpənmədi. Sürücü generalın tərpənmədiyini görüb yanında dayanmışdı. Hər ikisi baş verənləri həyacanla izləyir, nə ilə qurtaracağını səbirsizliklə gözləyirdilər. Muradyan çəpəki baxışlarla polkovnik Tomasyanı süzür başını qaldırmadığını görüb, ona xərclədiyi küllü miqdarda pullara heyfi gəlir, daha da əsəbləşirdi. Üzünü sürücüyə tutub astadan dilləndi.
-İndi inandın? Görürsən, bizi burada çoxdan gözləyirmişlər.
-İnandım, cənab general. Narahat olmağa dəyməz. Həyəcanlanmayın, birdən ürəyinizdə problem yaranar. Çox maraqlıdır, sizcə onlar nə axtarırlar? Dünən avtomobili özüm təmizləmişəm, içərisində şübhəli bir şey görmədim.
-Əsas axtarmaqdır, avtomobilin içərisinə kompramat yerləşdirmək çox asandır. Bunu öz təcrübəmdən bilirəm. -O, isteza ilə gülümsündü.
-Cənab general, narahat olmayın, dörd tərəf kamera ilə təchiz olunub qeyri-qanuni işlər görməyə risk etməzlər.
Axtarış davam edirdi. Avtomobildən tapılmış şeylər o cümlədən, xarici valyuta kənarda yerləşən masanın üstünə yığılmışdı. Axtarışı həyata keçirən əməkdaşlar dəvət olunmuş ustaların köməyi ilə ehtiyat şini yerindən çıxarıb havasını boşaltdılar. Ustalar xüsusi alətlərin köməyi ilə diski söküb, şini ortaya atarkən içərisindən bir neçə vərəq sıçrayıb kənara düşdü. Şinin işərisindəki sənədlər çıxarılıb masanın üstünə digər əşyaların yanına qoyuldu. Ətrafdakıların diqqəti ürəyini tutaraq diz üstə çökmüş general Muradyanın üzərində cəmləşdi.
Axtarış yekunlaşmış, xəstəxanaya getməkdən imtina edən general Muradyana ilk tibb yardım göstərmişdi. Durumu nisbətən sabitləşən Muradyan ətrafında cərəyan edən hadisələrin nə ilə nəticələnəcəyini səbirsizliklə gözləyirdi. Axtarış qrupunun üzvüləri tapdıqları sənəd və dəlilləri protokolda əks etdirirdilər. Onlar sənədləşməni başa çatdırıb imza atmaq üçün general Muradyana təqdim etdilər. 
Muradyan protokolla tanış olduqca onu soyuq tər basırdı. O, axtarış nəticəsində tapılmış sənədlərin siyahısı ilə tanış olduqca gözlərinə inanmır, təmas xəttində yerləşən qərargahdakı seyfdən müəmmalı şəkildə yoxa çıxmış hərbi birləşmələrin dislokasiyasının yeddi ədəd xəritəsi, iyirmi iki vərəqdən ibarət minalanmış sahələrin sxemi, on beş vərəqdən ibarət hava hücumundan müdafiə sistemlərinin dislokasiya planı və on iki vərəqdən ibarət bir sıra digər hərbi məlumatlar protokolda öz əksini tapmışdı. Masanın üstündə olan yetmiş beş min dollar pul barəsində protokolda qeyd aparılmamışdı. Axtarış aparan şəxslər fürsətdən istifadə edib pulu mənimsəmək qərarına gəlmişdilər. Hər bir halda valyutanın müsadirə olunacağını bildiyi üçün bu faktın protokolda əks olunub, olunmamasının Muradyan üçün elə bir fərqi yox idi. Öz durumu yadından çıxmış, oturacağa çökmüş sürücüyə yazığı gəlirdi.
Hərbi prokurorun müavini polkovnik Tomasyan onlara yaxınlaşıb əlində tutduğu ittiham aktını oxumağa başladı. İttiham aktında deyilirdi ki, hərbi sirr olan məlumatları xarici dövlətə və ya onun vətəndaşlarına vermək məqsədilə oğurlayıb dövlət sərhəddindən keçirməyə cəhd etdiyinə, habelə xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə dövlətin təhlükəsizliyinə, müdafiə qabiliyyətinə zərər yetirərək casusluq etmək və dövlətə xəyanət etməkdə şübhəli bilinərək general Muradyan və sürücüsü haqqında qəti imkan tədbiri seçilmişdir.
İttiham elan edildikdən sonra general Muradyan və sürücünün qollarına qandal vurub istintaq təcridxanasına göndərmək üçün xüsusi mühafizə xidmətinin əməkdaşlarını gözləməyə başladılar. Muradyan gözlərini döşəməyə zilləmiş, özü-özünə suallar verir, onlara cavab tapmaq istəyirdi. Görəsən seyfdən oğurlanmış məxvi sənədlər mənim şəxsi avtomobilimdə necə peyda olmuşdur? Məni aradan götürmək kimin maraqlarına xidmət edir? Sualları təkrarlayarkən Aşot Balayanla aralarındakı ziddiyət yadına düşür və ondan şübhələnirdi. Lakin Balayan kimi bir uşağın böyük maliyyə qaynaqlarına malik və yüksək dövlət qurumları səviyyəsində himayə olunan «Baron»a qalib gəlməsi Muradyan üçün mümkünsüz görsənirdi. General Muradyana görə Balayanın təcrübəsi, tutduğu vəzifə və malik olduğu səlahiyyətlər geniş miqyasda əməliyyatlar planlaşdırıb həyata keçirməyə imkan vermirdi. Muradyan çox fikirləşdikdən sonra ona məlum olan faktları əsas tutaraq Aşot Balayanın bu işlərə aidiyyatı olmadığı qərarına gəlmişdi. Muradyan juçok qalmaqalı müzakirə edilərkən bölmə rəhbərinin işlətdiyi «belə çıxır ki, bizə məlum olmayan digər bir qrup nazirlik əməkdaşlarının danışıqlarına qulaq asmaqla məşğul olublar» ifadəsini tez-tez xatırlayırdı. Təhlükəsizliyə təhdid yaradan şəxs və yaxud qrup birbaşa Muradyanın rəqibi hesab olunurdu. Təhlükəsizlik və əks-kəşfiyyat baş idarəsinə alternativ bir qrupu təşkil etmək kimlərin maraqlarına xidmət edir? Muradyan təzadlı fikirlərin içərisində itib batmış, özünü müdafiə məqsədi ilə real versiya tapıb üstündə dayana bilmirdi. Xüsusi mühafizə xidməti əməkdaşlarının gəlişi general Muradyanı fikirdən ayırdı. Mühafizəçilər daxili təlimata uyğun olaraq Muradyan və sürücünü avtomobilin dəmir barmaqlıqlarla möhkəmləndirilmiş arxa hissəsinə yerləşdirib birbaşa istintaq təcridxanasına yola düşdülər.
***
Mikayılın dəstəsi «Söyüdlü-Zod» qızıl mədənləri ərazisində münasib yer seçib gizlənmişdilər. O, əlindəki binoklla ətrafı müşahidə edir, qaranlığın düşməsini gözləyirdi. İyirmi nəfərlik dəstə üç qrupa bölünmüş, hər qrupa silah-sursatla yanaşı bir ədəd ratsiya verilmişdi. Gizləndikləri yerlərin vaxtından əvvəl müəyyən edilməməsi üçün ratsiyadan ekstrimal hallarda istifadə etmək tapşırılmışdı. Hər qrupun yerli şəraiti bilən və ərazini tanıyan bələdçisi var idi. Artıq ay batmış, hər tərəf qaranlığa düçar olmuşdu. Arada itlərin hürüməsi və mal-qara səsi gəlirdi. Mikayıl əməliyyata başlamaq haqqında göstəriş verdi. Qrup üzvləri ehtiyatlı davranır, düşməni duyuq salmamaq üçün asta addımlarla irəliləyirdilər. Heç kim danışmır, əl-qol hərəkətləri ilə bir birini başa salmağa çalışırdılar. Nəhayət, əsirlər yaşayan barak göründü. Dəstə barakın bir neçə addımlığında dayanıb gözləyirdi. Əsirlər planlaşdırılan əməliyyat barədə əvvəlcədən xəbərdar olunmuşdular. Mikayıl soydaşlarımızın dəstə üzvlərini qəbul etməsi barədə müvafiq işarə gəlməsini gözləyirdi. Nəhayət, barakın arxasında iki siqaret közərtisi göründü. Deməli, hər şey hazır idi. Mikayıl pencəyini başına çəkib siqaret yandırdı. O, siqaretin közünün yaxşı görünməsi üçün iki qullab vurub əlində dik saxladı. Əsirlər başa düşdüklərini anladaraq biri baraka qayıdıb, digəri isə onların yanına gəldi. 
Barakın üç nəfər keşikçi tərəfindən mühafizə olunduğunu bildikdən sonra onları aradan götürmək qərarına gəldilər. Mikayıl fin bıçağını götürüb kölgəsindən cüssəli görünən keşikçiyə doğru sürünməyə başladı. O, keşikçinin bir neçə addımlığında, çinar ağacının arxasında gizlənib məqam gözləyirdi. Keşikçi onun yaxınlığında dayanıb cibindən çıxartdığı siqareti alışdırıb damağına qoydu. Mikayıl onun qullab vurmasına imkan verməyib sol əli ilə keşikçinin ağzını qapayıb, sağ əlindəki fin bıçağını düşmənin ürəyinə sancdı. Keşikçi gözlənilməz zərbənin təsirinə dözməyib çabalayır, rəqibinin əlindən qurtarmağa çalışırdı. Amansız qisas hissi ilə yaşayan Mikayıl onun ağzını möhkəm tutaraq sinəsinə təkrar bıçaq zərbəsi endirdi. Bir neçə dəqiqədən sonra keşikçi taqqətdən düşüb hərəkətsiz qaldı. Mikayıl düşmənin öldüyünə əmin olduqdan sonra bıçağı onun sinəsindən çıxarıb tiyəsinə bulaşmış qanı silərək kəmərindən asdı. Yoldaşları digər iki keşikçini zərərsizləşdirib onu gözləyirdilər. Dəstə üzvləri onları qarşılayan soydaşımızın müşayiətilə baraka daxil oldular. Gördükləri mənzərə onlara çox tanış gəlirdi. Pəncərələr karton parçalarla qapanmış, içəriyə zülmət qaranlıq çökmüşdü. Döşək əvəzinə üstünə saman döşənmiş iki mərtəbəli taxta çarpayılar yan-yana düzülmüşdü. Hərəkət edərkən adamın üz-gözünə hörümçək torları bulaşırdı. Bütün bu zülmətin içərisindən həyat eşqi ilə yaşayan həyəcanlı gözlər parıldayırdı.
Mikayıl azad olunmuş soydaşlarımızı səfərbər edib təlimatlandırdıqdan sonra hadisə yerini tərk etmək və bir neçə kilometr aralıda yerləşən meşə zolağına doğru hərəkət etmək barədə göstəriş verdi. Azad olunmuş soydaşlarımız sevinir, ayaqları bir birinə dolaşa-dolaşa meşəyə doğru qaçırdılar. İki ağsaqqal kişi taqətdən düşdüyü üçün arxadan dəstəyə yetişə bilmir, tez-tez yerə yıxılırdılar. Bunu görən Mikayıl onlara kömək edilməsi barədə cavanlara göstəriş verdi. Bir qədər sonra meşəlik əraziyə daxil olub növbəti addımlarını müəyyən etmək və dincəlmək üçün münasib yer tapıb dayandılar. Mikayıl azad olunmuş soydaşlarımıza yemək verilməsi barədə göstəriş verib ərazinin xəritəsini cibindən çıxartdı. Qrup rəhbərləri ilə xəritə üzərində marşrut müəyyən etdikdən sonra soydaşlarımızın yeməklərini tamamlamasını gözlədilər. Uzun müddət ac qalmış insanlar çörək və konserviləşdirilmiş ət parçalarını tez-tez dişləyir, sanki çeynəmədən diri-diri udurdular. Mikayıl onların hərəkətlərinə tamaşa etdikcə kövrəlir, əli ilə axan göz yaşlarını silirdi. Bütün çətinliklərə baxmayaraq qəlbən sevinirdi. İndi onun dəstəsində yüz nəfərə yaxın soydaşımız təmsil olunurdu. Əsas məsələ azad edilmiş insanların vətənə çatdırılması və doğmalarına qovuşması idi.
Azad edilmiş şəxslər necə davranmalı olduğu barədə təlimatlandıqdan sonra silah-sursat və ərzaq ehtiyatı ilə təmin olundular. Tərkibi genişlənərək yenidən formalaşmış qruplar müxtəlif istiqamətlərdən Murovdağ silsiləsinə doğru hərəkət etməyə başladılar. Mikayılın rəhbərlik etdiyi qrup ilk olaraq Murovdağın zirvəsində xəritədə işarə olunmuş yerə gəlib çatmışdı. Bir saatdan sonra digər iki qrup müəyyən olunmuş yerdə qərarlaşdı. Onlar bir qədər dincəlib düşmənin təqibindən yayınmaq üçün yollarına davam etdilər. Mikayılın tapşırığına əsasən beş nəfərdən ibarət kəşfiyyat dəstəsi yaradılmışdı. Kəşfiyyatçılar dəstəni qəfil hadisələrdən sığortalamaq üçün bir neçə kilometr öndə hərəkət edirdilər. Kəşfiyyatçılardan biri qarın üzərində əsgər çəkmələrinin izlərini aşkar edib bu barədə yoldaşlarını məlumatlandırdı. Mikayıl hadisədən xəbər tutaraq əraziyə gəlib çəkmə izlərini müşahidə etdikdən sonra astadan dedi:
-Ehtiyatlı olmaq lazımdır. Qarşıda düşmənin kəşfiyyat dəstəsinin pusqusuna düşə bilərik. Atışma baş versə düşmən yerimizi asanlıqla müəyyən edəcək. Bu isə bütün dəstənin məhv olması deməkdir. Nə təklif edirsiniz? –Üzünü qrup rəhbərlərinə tutub soruşdu.
-Mən təklif edirəm kəşfiyyat dəstələrinin sayını artıraq və onlardan məlumat gələnədək dayandığımız yerdə gözləyək. –İkinci qrup rəhbəri Bəxtiyar dilləndi.
-Dayanıb gözləmək təhlükəlidir, düşmən bizim ayaq izlərimizi görüb yerimizi asanlıqla müəyyən edə bilər. Bunun nə ilə nəticələnəcəyini hamımız yaxşı bilirik. Gəlin yenidən qruplara bölünüb düşmənin risk edib keçə bilmədiyi dağ yolları ilə hərəkət edək. –Mikayıl fikrini bildirdi.
Qrupların önündə hərəkət etmək üçün hər birində beş nəfər olmaqla, üç kəşfiyyat dəstəsi yaradıldı. Mikayılın rəhbərlik etdiyi birinci qrup Daşkəsən rayonu, ikinci qrup Göygöl rayonu, üçüncü qrup isə Goranboy rayonu istiqamətində hərəkətə başladı. Mikayılın dəstəsi xeyli vaxt ötdükdən sonra aşırımı adlayıb Murovdağın ətəyinə enmişdi. Qərb istiqamətindən, Bəxtiyarın dəstəsi keçən ərazidən atəş səsləri gəlirdi. Mikayıl başa düşürdü ki, Bəxtiyarın dəstəsi ya düşmənin kəşfiyyat dəstəsi ilə üzləşmiş, ya da pusquya düşmüşdü. Onlara kömək etməyə cəhd göstərmək, digər insanların həyatını təhlükə altına atmaqla nəticələnə bilərdi. 
-Bəxtiyar qoçaq oğlandır, inşəAllah vəziyyətdən çıxar. –Mikayıl öz özünə danışırdı.
Azərbaycan ordusunun istehkamçıları azad edilmiş soydaşlarımızı qarşılamaq üçün minalardan təmizlənmiş təhlükəsiz dəhliz yaratmışdılar. Bir dəstə hərbiçi dumanlı hava şəraitindən istifadə edib düşmənin arxasına keçmiş, soydaşlarımızı qarşılamaq üçün hazır dayanmışdılar. Mikayıl dəstəsilə təmas xəttinin təqribən yüz metrliyində dayanıb öz hərbiçilərimizin gülləsinə tuş gəlməmək üçün işarə gözləyirdi. Azərbaycan hərbiçilərinin yaxınlıqda olduğunu hiss etdiyi üçün ratsiyadan istifadə etmək qərarına gəldi. O, ratsiyanı işə salıb Mübarizin tapşırdığı kimi «qocadan sizə salam var» kəlməsini bir neçə dəfə təkrarladı. Yaxınlıqda gizlənmiş hərbiçilər özlərini biruzə verib soy-daşlarımızın yanına gəldilər. Hər iki tərəf yaddaşlara həkk olunmuş unudulmaz görüşdən çox təsirlənmişdilər. Hərbiçilər yeriməyə çətinlik çəkən soydaşlarımıza təmas xəttini keçməkdə kömək edirdilər. Uzun müddət əsirlikdə qalmış soydaşlarımızın vətən həsrəti sona çatmışdı. Onlar üzü üstə yerə sərilib vətən torpağını qucaqladılar. Hərbiçilər soydaşlarımıza ürək-dirək verir, sakitləşdirməyə çalışırdılar. Mikayıl gördüyü mənzərədən təsirlənmiş, əlinin arxası ilə yanaqlarından axan göz yaşlarını silirdi. O, bir qədər toxdadıqdan sonra yaxınlıqdakı zabitdən soruşdu:
-Cənab mayor, bizim digər iki dəstə haqqında məlumatınız var?
-Bəli var. Hərbiçilərimiz bir neçə saat əvvəl onları qarşılayıb təmas xəttini keçməkdə kömək ediblər.
-Biz yolda olarkən atəş səsləri eşitmişdik. Bilmirsiniz, dəstə üzvüləri arasında itki var? –Mikayıl narahatlıqla soruşdu.
-Çox təssüfflər olsun ki, atışma nəticəsində dörd nəfər həyatını itirib, üç nəfər isə yaralanmışdır. Yaralılardan biri çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır. Həkimlər onu dərhal əməliyyata götürdülər. –Mayor məlumat verdi.
Mikayıl eşitdiklərindən bir qədər kədərlənsə də, qəlbən çox sevinirdi. Dəstə üzvüləri igidlik göstərmiş, Mübarizin planlaşdırdığı əməliyyat nəticəsində yüz nəfərə yaxın soydaşımız əsirlikdən azad edilmişdi.
 
Ardı var...
Похожие новости
19:33, Сегодня
Армянский военный подорвался на мине в приграничной с Азербайджаном зоне
19:01, Сегодня
Азербайджан и Казахстан обсудили развитие военного сотрудничества-ВИДЕО
18:56, Сегодня
В итальянском Турине жителям запретили курить на расстоянии менее 5 метров от других людей
18:50, Сегодня
Обнародован график приема в Центре приема граждан в мае
18:44, Сегодня
В Женеве обсудили отчет омбудсмена Азербайджана
18:29, Сегодня
Туркменистан планирует построить завод по освоению минеральных запасов залива Кара-Богаз-Гол
18:23, Сегодня
Столтенберг рассказал, кем станет после работы генсеком НАТО
18:23, Сегодня
На улицах Баку появились велосипедные светофоры
18:22, Сегодня
Баку и Эр-Рияд будут сотрудничать в сфере перехода к зеленой энергетике в рамках председательства Азербайджана на COP29
18:21, Сегодня
Анналена Бербок: Азербайджан может быть уверен в поддержке Германии в рамках COP29
18:16, Сегодня
Чистая прибыль НКО Азербайджана выросла в 3 раза
18:02, Сегодня
В Анкаре на фармацевтической фабрике вспыхнул пожар
18:01, Сегодня
На границе Азербайджана и Армении установлено 20 пограничных столбов
18:01, Сегодня
Убытки кредитных союзов в Азербайджане выросли на 60%
17:21, Сегодня
Ильхам Алиев подарил президенту Кыргызстана карабахского скакуна
17:00, Сегодня
Цены на продукты питания в Азербайджане стабилизировались
16:47, Сегодня
Состоялся совместный обед президентов Азербайджана и Кыргызстана
16:47, Сегодня
Суд постановил восстановить в должности уволенного директором TƏBİB главврача
16:26, Сегодня
Ильхам Алиев и Мехрибан Алиева направили венок на церемонию похорон Эльмиры Сулеймановой - ФОТО
15:46, Сегодня
Симонян прокомментировал установку первого пограничного столба на армяно-азербайжданской границе
15:21, Сегодня
Главы Азербайджана и Кыргызстана приняли участие в церемонии закладки фундамента школы в селе Хыдырлы - ФОТО
14:44, Сегодня
В Ходжалинском районе обнаружены человеческие останки - ФОТО/ВИДЕО
14:41, Сегодня
В Азербайджане с целью женитьбы похищена ученица 8-го класса
14:18, Сегодня
Захарова: Армянские СМИ бессовестно перевирают слова российского руководства
14:07, Сегодня
В Баку прошла встреча председателей комитетов по внешним связям парламентов тюркских государств - ОБНОВЛЕНО
13:58, Сегодня
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме
13:58, Сегодня
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме - ФОТО
13:52, Сегодня
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром - ФОТО
13:52, Сегодня
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром
13:47, Сегодня
Закрывается известная бакинская школа: учеников переводят в другое учебное заведение - ФОТО
13:40, Сегодня
Компания Wizz Air может увеличить количество рейсов в Азербайджан
13:34, Сегодня
Территория вокруг моста, который будет передан Азербайджану на газахском направлении, очищена от мин
13:31, Сегодня
Хикмет Гаджиев: Физули находится на полной реконструкции - ВИДЕО
13:28, Сегодня
В Шуше пройдет Международный конкурс: победитель получит 10 000 долларов
13:23, Сегодня
Министр уволил директора школы-интерната
13:12, Сегодня
Община Западного Азербайджана ответила Госдепартаменту США
13:11, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 31 градуса - ПРОГНОЗ ПОГОДЫ
13:08, Сегодня
Ален Симонян: Ереван готов обсудить с Баку вопрос закупки газа
13:06, Сегодня
Генпрокуратура обратилась к пользователям соцсетей и СМИ в связи с самоубийством Насиба Гулиева
13:05, Сегодня
Арестован мужчина, обвиняемый в шантаже гражданина Турции
12:58, Сегодня
Покончивший с собой бывший главный педиатр похоронен рядом с отцом - ОБНОВЛЕНО - ФОТО
12:51, Сегодня
Еще один депутат анонсировал парламентские выборы в Азербайджане - ФОТО
12:50, Сегодня
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии после реставрации Агдамской Джума-мечети - ФОТО
12:33, Сегодня
Главы Азербайджана и Кыргызстана ознакомились с ходом работ во дворце Панахали хана и комплексе Имарет - ФОТО
12:32, Сегодня
Кто он - новоназначенный премьер-министр Нахчыванской АР? - ДОСЬЕ
12:20, Сегодня
Премьер-министр Нахчыванской Автономной Республики освобожден от должности - ФОТО
12:07, Сегодня
В азербайджанской армии проводятся командно-штабные учения - ФОТО/ВИДЕО
11:04, Сегодня
Граждане смогут посещать город Лачын на личном автомобиле
10:35, Сегодня
В Баку проходит заседание по экономическому сотрудничеству между правительствами Азербайджана и Венгрии
10:34, Сегодня
Александр Масляков отойдет от работы в КВН из-за опухоли в легких?
10:16, Сегодня
В полуфинале Кубка Азербайджана по футболу установлен рекорд
10:11, Сегодня
Назначены дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку
10:03, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
10:00, Сегодня
В Турции задержаны 23 подозреваемых в связях с ИГ
09:54, Сегодня
Нефть марки Brent подорожала до 88,2 доллара за баррель
09:40, Сегодня
МИД РФ: Ядерные объекты НАТО в Польше при их появлении станут военной целью России
09:27, Сегодня
Чемпионат Европы: Cемь азербайджанских дзюдоистов приступают к борьбе
09:24, Сегодня
ЦАХАЛ заявил, что продолжит преследовать ХАМАС до освобождения всех похищенных
09:23, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(25.04.2024)
09:15, Сегодня
Азербайджанская нефть незначительно подорожала
09:14, Сегодня
Toyota в 2023 финансовом году произвела по всему миру рекордное количество машин
09:00, Сегодня
Венеция ввела взнос для туристов
08:42, Сегодня
Утерянную картину Густава Климта выставили на аукцион - ФОТО
08:28, Сегодня
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
08:20, Сегодня
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
08:00, Сегодня
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
07:39, Сегодня
Словацкий евродепутат выпустил голубя на заседании ЕП в Страсбурге - ВИДЕО
07:30, Сегодня
Яшар Гюлер встретился с австралийским коллегой
07:06, Сегодня
Таджикистан и Узбекистан упростят транзитный проезд грузовых автомобилей
06:58, Сегодня
Бегун продегустировал 25 сортов вина во время Лондонского марафона - ВИДЕО
06:38, Сегодня
Lamborghini представила первый гибридный кроссовер - ФОТО
06:20, Сегодня
Опубликованны последние данные о состоянии экономики Германии
06:18, Сегодня
Илон Маск уверен, что на Западе начнется гражданская война - ФОТО
05:21, Сегодня
Индекс потребительских цен Ирана упал на 4,8%
05:17, Сегодня
Во Франции задержали подростка по подозрению в подготовке теракта на Олимпиаде
05:02, Сегодня
Фируза Ибадова: Я ухожу со сцены, где нет Джаваншира
04:56, Сегодня
На Луну отправят электрический экран для защиты от пыли
04:36, Сегодня
Власти США заплатят жертвам сексуального насилия в гимнастике 140 млн долларов из-за прокола ФБР
04:21, Сегодня
Турция и Германия намерены увеличить товарооборот до $60 млрд
04:16, Сегодня
Канадская семья получила с Кубы труп россиянина
03:35, Сегодня
В Бразилии сын отрезал руку матери для получения доступа к ее банковскому счету
03:15, Сегодня
Австрийские ученые нашли вирус, уничтожающий одного из самых опасных паразитов
03:01, Сегодня
Глава МИД Венгрии прибыл с визитом в Азербайджан - ФОТО
02:54, Сегодня
В США учителям разрешили носить в школу оружие
02:44, Сегодня
АПЛ: "Ливерпуль" уступил "Эвертону", "Манчестер Юнайтед" обыграл "Шеффилд" - ВИДЕО
02:12, Сегодня
Стартовал открытый чемпионат Азербайджана по плаванию
02:07, Сегодня
Узбекистан импортировал газ на $360,2 млн в первом квартале
01:53, Сегодня
Кубок Италии: "Аталанта" обыграла "Фиорентину" и вышла в финал - ВИДЕО
01:13, Сегодня
Товарооборот между Ираном и Китаем превысил $4 млрд
01:10, Сегодня
Две азербайджанские гимнастки выступят на Кубке мира - ФОТО
00:09, Сегодня
Лига 1: ПСЖ на выезде обыграл "Лорьян" благодаря дублям Мбаппе и Дембеле - ВИДЕО
00:02, Сегодня
В Вашингтоне проведена акция солидарности против лжи о т.н. геноциде армян
00:00, Сегодня
Жители иранского города провели акцию протеста из-за застреленного полицией парня - ФОТО/ВИДЕО
24 Apr 2024 | 23:59
В Турции арестован один из главарей иракcкого крыла Рабочей партии Курдистана
24 Apr 2024 | 23:58
США дали владельцам TikTok время на продажу платформы - ВИДЕО
24 Apr 2024 | 23:39
Шойгу отстранил от должности своего арестованного заместителя
24 Apr 2024 | 23:38
Мбаппе потеряет 127 млн, если покинет свой клуб
24 Apr 2024 | 23:20
По каким вопросам чаще всего обращаются граждане к депутатам Милли Меджлиса? - ВИДЕО
24 Apr 2024 | 23:11
Азербайджан представил доклад на сессии Комитета ООН по борьбе с пытками
24 Apr 2024 | 23:10
В ООН представлен 5-й периодический доклад Азербайджана по Конвенции ООН против пыток
ЕЖЕДНЕВНО
24 Apr 2024 | 19:51
В Баку состоялась церемония открытия Дней культуры Кыргызстана
24 Apr 2024 | 19:53
Определился первый финалист Кубка Азербайджана по футболу - ОБНОВЛЕНО + ВИДЕО
24 Apr 2024 | 20:14
В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра - ОБНОВЛЕНО/ФОТО/ВИДЕО
24 Apr 2024 | 19:54
Лукашенко признался, когда «уйдёт на покой»
24 Apr 2024 | 21:33
Еще один азербайджанский парапловец стал чемпионом Европы
24 Apr 2024 | 21:06
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии памятника Чингизу Айтматову в Баку - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:16
В Масаллы пройдет ярмарка труда
24 Apr 2024 | 22:32
В Ереване разогнали требующих отставки Пашиняна
24 Apr 2024 | 20:13
В Азербайджане создан новый колледж
24 Apr 2024 | 20:52
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
Ежемесячно
24 Apr 2024 | 19:51
В Баку состоялась церемония открытия Дней культуры Кыргызстана
24 Apr 2024 | 19:53
Определился первый финалист Кубка Азербайджана по футболу - ОБНОВЛЕНО + ВИДЕО
24 Apr 2024 | 20:14
В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра - ОБНОВЛЕНО/ФОТО/ВИДЕО
24 Apr 2024 | 19:54
Лукашенко признался, когда «уйдёт на покой»
24 Apr 2024 | 21:33
Еще один азербайджанский парапловец стал чемпионом Европы
24 Apr 2024 | 21:06
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии памятника Чингизу Айтматову в Баку - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:16
В Масаллы пройдет ярмарка труда
24 Apr 2024 | 22:32
В Ереване разогнали требующих отставки Пашиняна
24 Apr 2024 | 20:13
В Азербайджане создан новый колледж
24 Apr 2024 | 20:52
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу
Писатели