Əfqanıstanın ABŞ-dakı səfiri Adela Raz soydaşlarının yəqin ki, tezliklə Amerika prezidentinə yenidən etibar edə bilməyəcəklərini söyləyib. Eyni zamanda o, özünün də həm ABŞ-a, həm də ölkəsinin keçmiş rəhbərliyinə inamını itirdiyini əlavə edib. Moderator.az xəbər verir ki, bu barədə Amerikanın “The Hill” qəzeti yazır.
Xüsusən “Axios on HBO” proqramına verdiyi müsahibə zamanı o, “Əfqanıstan bir daha Amerika prezidentinə etibar edəcək, ya yox” sualını “Yəqin ki, belə tezliklə yox”, - deyə cavablandırıb.
Adela Raz özünün də həm Vaşinqtonun siyasətinə, həm də xidmət etdiyi keçmiş Əfqanıstan rəhbərliyinə inamını itirdiyindən ABŞ-a etibar etmədiyini dilə gətirib.
Xatırladaq ki, Əfqanıstanın Vaşinqtondakı səfiri bu açıqlamaları ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmasından və “Taliban”ın hakimiyyətə gəlməsindən bir aydan çox vaxt keçəndən sonra səsləndirib.
Miraslan