Serjik Əliyevin sərt cavabına səbəb olan nə demişdi?
Читать: 1188
04 Oct 2021 | 23:25
Serjik Əliyevin sərt cavabına səbəb olan nə demişdi?
Artıq Prezident İlham Əliyev elan etdi ki, Sərkisyanın adı Serj deyil, Serjikdir (guya Serj olanda nə dəyişir ki), doğum şəhadətnaməsində də belə yazılıb və demək, Serjik yazmaqla bu adamı təhqir etmirik – hərgah, Tomas de Vaala müsahibəsində Xocalı soyqırımı haqda “azərbaycanlılar bilməli idilər ki, biz zarafat etmirik” deyən və mülki əhaliyə qarşı qətliamlara və etnik təmizləməyə haqq qazandıran birisi haqda ən ağır təhqirlər yazmaqdan doğal heç nə yoxdur.
 
Beləliklə, bu gün cənab İlham Əliyevin həmin bu Serjik Sərkisyana cavabını artıq çoxlarınız oxuyub-izləmisiniz. Bəs, Serjik nə demişdi ki, bu qədər kəskin reaksiya gördü?
 
Serjik həmin sözləri 1 oktyabrda, “Respublikaçılar, reform davamçıları” konfransında çıxışında dilə gətirib.
 
O bildirib ki, Qafqazda özünü əsl kişi sayan şəxs heç vaxt düşməninin arxasınca danışıb, qeybət və lovğalıq etmir. Əlavə etmişdi ki, bunu İlham Əliyevin son çıxışında onu hədəf almasına cavab olaraq bildirir:
 
“İlham Əliyev mənim vaxtımda özünü necə aparırdı, bunu təkcə mən yox, Minsk Qrupunun həmsədrləri və vasitəçi ölkələrin nümayəndələri yaxşı xatırlayır.
 
Əgər hansısa güclər sənə podnosda hədiyyə verdisə, unutma ki, sən və sənin atan Ermənistanın əvvəlki 3 prezidentinə nəinki döyüş meydanında, həm də diplomatik arenada uduzub.
 
Sən hər kəsdən yaxşı bilirsən ki, əgər Ermənistanda xarici ölkələrin ciddi dəstəyi ilə hakimiyyət dəyişikliyi olmasaydı, qulağının ardını görərdin, nəinki Şuşa və Hadrutu!”
 
Prezident ən sərt şəkildə cavabını verib – baxmayaraq ki, Serjik İlham Əliyevin heç bir parametrlə milyonda biri səviyyəsində də deyil və bu uşaq qatilinə, 2008-ci ildə öz xalqının qanı üstündən hakimiyyətə gələn terrorçuya cavab verilməyə də bilərdi.
 
Ancaq İlham Əliyevin olduqca vacib bir tezisi var: kimsəyə tarixi təhrif etməyə imkan vermək və kimsəni cavabsız qoymaq olmaz. Necə deyərlər, “susmaq” heç də həmişə qızıl deyil və bir çox hallarda qarşı tərəfin ittihamları ilə razılaşmaq kimi başa düşülür.
 
İlham Əliyevin öz səviyyəsindən verdiyi cavablara tarixi faktları əlavə etmək isə əşhədü vacibdir:
 
Heydər Əliyev hakimiyyətə gələndən sonra – 1993-cü ilin sonlarında və 1994-cü ilin əvvəllərində birbaşa Yeltsinin texniki və əsgəri dəstəyi ilə ermənilər Serj Sərkisyan və Robert Köçəryanın komandanlığı altında hücuma keçmişdilər. Məqsəd Bakı-Ceyhanın planlaşdırılan marşrutunun keçdiyi yerləri – o cümlədən Mingəçevirin əhəmiyyətli hissəsini işğal etmək idi.
 
Azərbaycan böyük neft kontraktlarına hazırlaşırdı və buna görə Rusiyanın ciddi basqısı altında idi. Heydər Əliyev ölkə daxilində hələ bütün silahlı birləşmələri ram etməyə fürsət tapmamışdı, cəmi bir ay idi ki, hakimiyyətə gəlmişdi – 3 oktyabr 1993-cü ildə prezident seçilmişdi. Məhz bu məqamda, Heydər Əliyevə ölkədə sabitliyi bərpa etməyə fürsət vermədən Yeltsinin təzyiqi ilə Serjik-Robert cütlüyü hücuma keçmişdi.
 
Heydər Əliyevin bir çağırışı ilə onminlərlə gənc səfərbər olundu və sözün bütün mənalarında ölüm-qalım savaşı başladı. Büdcəsiz, kasıb, düz-əməlli ordusu və texnikası olmayan, könüllü və deməli, nizamsız döyüşçülərin apardığı müharibəni şəxsən Heydər Əliyev özü idarə edirdi.
 
Bu savaşda Azərbaycan əsgərlərinin hansı taktikadan istifadə etdiyi və necə döyüşdüyü haqda rəhmətlik Vəfa Quluzadə 20 illik məxfilik qrifi qalxandan sonra – 2014-cü ildə danışmışdı, daha sonra isə həmin vaxt Heydər Əliyevin komandasında olan Eldar Namazov detalları açıqladı.
 
Ermənilər elə bir taktika və müqavimət görmüşdü ki, nəinki bir sm ərazi işğal edə bilmişdilər, hətta bəzi ərazilərdən geri çəkilməyə məcbur olmuşdular. Sonda Yeltsinin təkidlərindən həmin bu Serjik və Robert imtina etmiş, Azərbaycandan müharibəni dayandırmaq üçün birbaşa təmasa keçərək, 3 dəfə dalbadal xahiş etmişdilər.
 
Azərbaycanın imkanları müharibənin uzun müddət davam etməsinə yetmirdi və ermənilərin bu xahişini Heydər Əliyev qəbul etmişdi. Məhz bu döyüşün nəticəsində Ermənistan 12 may 1994-cü ildə Rusiyanın xəbəri və razılığı olmadan atəşkəs müqaviləsinə imza atdı.
 
Atəşkəs Azərbaycana lazım idi – daxili sabitlik üçün, ordunu qurmaq üçün, meqalayihələri icra etmək və iqtisadiyyatı bərpa etmək üçün.
 
Yəni Serjik gözünün içinə qədər yalan deyir – onun ordusu Heydər Əliyevin rəhbərlik etdiyi könüllü birləşmələrlə cəmi bir dəfə toqquşub, onda da imdad diləyərək və strateji yüksəklikləri (xüsusilə Murovda) verərək, geri çəkilməyə məcbur olub.
 
Keçək diplomatik müstəviyə!
 
Serjik Əliyevlərin “Ermənistanın 3 prezidentinə hərbi və diplomatik baxımdan uduzub" dediyi üçün, Ter-Petrosyandan başlayaq.
 
Artıq 1996-cı ildən Heydər Əliyevin diplomatik meydanda Ermənistan üzərində tam mənası ilə qələbəsi başlamışdı: İlk “qaranquş” isə Lissabon sammiti idi. Bu sammitdə 54 ölkənin 53-ü Ermənistanın işğalçı olduğunu təsdiqləyən sənədə imza atdı, yalnız 54-cü ölkə, yəni Ermənistanın özü etiraz etdi.
 
Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyevin dünyanın aparıcı gücləri ilə görüşləri və Azərbaycan həqiqətlərini dünyaya tanıtdırması prosesi daha geniş vüsət aldı. Ter-Petrosyan həmin vaxt deyirdi ki, Azərbaycana lobbiçiliyi BP şirkəti edir və bunun qarşısını almaq mümkün deyil.
 
İlk ağır diplomatik məğlubiyyətdən sonra Ter-Petrosyanın məşhur məqaləsi işıq üzü gördü. O zaman Petrosyan yazırdı ki, indi Azərbaycanın təklif etdikləri ilə razılaşmalıyıq, yoxsa bir neçə ildən sonra Bakının indi təklif etdikləri üçün yalvaracağıq, amma razı olmayacaqlar.
 
Bu, Petrosyanın Heydər Əliyev qarşısında diplomatik məğlubiyyətinin etirafı idi.
 
Hanı, Serjik, bəs deyirdin, hərb və diplomatik meydanda qalib olmuşuq?
 
Davam edək:
 
1998-ci ildən başlayaraq, Heydər Əliyev Dağlıq Qarabağ separatçılarının danışıqlar masasından çıxarılması prosesini rəsmiləşdirməyə nail oldu. Həmin vaxta qədər “tərəf” kimi ara-sıra gündəmə gətirilən Dağlıq Qarabağ separatçı qurumu 1999-cu ildən sonra ümumiyyətlə yada salınmadı.
 
Heydər Əliyev bütün beynəlxalq arenada münaqişənin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” olduğunu geridönməz şəkildə təsdiqlətdi. Hər kəsə artıq gün kimi bəlli oldu ki, burda münaqişə Ermənistan və Azərbaycan arasındadır, Dağlıq Qarabağ tərəf deyil!
 
Zəruri qeyd verməliyik: o dövr mediada çalışanlara yaxşı bəllidir ki, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsində “Azərbaycan” sözündən sonra vergül qoyulması bitdi - yəni Dağlıq Qarabağın tərəf olması müzakirədən çıxdı. Əvəzində “Ermənistan (tire) Azərbaycan...” deyimi rəsmiləşdi.
 
Bu diplomatik qələbə baş verəndə Ermənistanda hakimiyyətdə Köçəryan idi. Yəni “Ermənistanın 3 prezidentindən ikincisi” Heydər Əliyevə 1993-94-cü il döyüşündə də, 1999-2000-ci il diplomatik meydanında da ağır şəkildə uduzdu.
 
Heydər Əliyev dünyanın bir milyon qaçqın-məcburi köçkünü etirafına səbəb oldu, həm də dövlətin sütunlarını qurdu, iqtisadi qüdrətinin əsaslarını yaratdı və s...
 
Həmin dövrdə Heydər Əliyevin diplomatik aktivliyi o qədər yüksək idi ki, buna yalnız heyrət etmək olardı. Corc Buşla qayıq səyahətinə çıxmağa qədər diplomatik münasibətlər quran Heydər Əliyevin qarşısında siyasi debil, müvəqqəti uğurdan başgicəllənməsi yaşayan, mahiyyət etibarilə - yəni Heydər Əliyev siyasi nəhəngliyinə “meydan oxuyur” görüntüsü yaratmağa çalışan - Surət Hüseynovdan qəti fərqlənməyən Robert Köçəryan dayanırdı.
 
Baxın Köçəryan-Heydər Əliyev dialoqlarına, onda görəcəksiniz Heydər Əliyevin siyasi həcmi nə boydadır!
 
Gələk Serjikin hakimiyyətinə!
 
2011-ci ildə Madrid prinsiplərini təzyiqlər altında qəbul edib, daha sonra yerinə yetirməyən, yəni “əsl qafqazlı kişidən” fərqli olaraq, verdiyi sözü yeyən kim oldu?
 
Proseslər inkişaf etdi, 2012-ci ildən Serjik alver etməyə başladı – ordusunu Qarabağdan çıxarmaq və rayonları boşaltmaq üçün 5 milyard dolları 10 milyarda qaldırmaq yolunu tutdu.
 
İlham Əliyev o qədər mahir diplomatiya apardı ki, nəinki Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, hətta Belarus Prezidenti Aleksandr Lukaşenko Sərkisyana təzyiq etməyə başladı.
 
İlham Əliyevin siyasi-diplomatik bacarığı sayəsində iş o yerə gəlib çatdı ki, Ermənistanı üzvü olduğu KTMT belə dəstəkləmirdi, əksinə, KTMT-nin nüfuzlu üzvləri Azərbaycanın yanında yer alırdı.
 
Bu ki dünənin hadisələridir; bunu ki, bilməyən yoxdur! Belarus Prezidenti Lukaşenko Serjin üzünə və Ermənistan nümayəndə heyətinə nələr demişdi?
 
İlham Əliyevin qarşısında diplomatik məğlubiyyətlər Serjiki dalana dirədi və nəhayət, Aprel savaşı baş verdi. Aprel savaşında Azərbaycan Ordusu “Ohanyan səddini” cəmi 45 dəqiqəyə yarıb, Azərbaycanın işğal altında saxlanılan 4 rayonuna girmişdi.
 
Sərkisyan darmadağın oldu, məhv edildi, Lələtəpə azad olundu.
 
Bir daha xatırlayaq, axı bu ki dünənin hadisəsidir!
 
Adam – üzr istəyirəm ki, bu sözü Serjik haqda işlədirəm – nə qədər həyasız, abırsız, əbləh və vicdansız, yalançı olmalıdır ki, İlham Əliyevə döyüş meydanında qalib gəldiyini desin! Əgər Rusiya həmin vaxt dövriyyəyə girməsəydi, 2020-ci ildə yaşananlar o zaman olacaqdı.
 
Sərkisyan o məğlubiyyəti “bəzi mənasız ərazilərdən geri çəkildik” kimi xarakterizə etdiyini niyə unudur?
 
Aprel savaşı niyə dayandı? Çünki Serjik 7 rayonu qısa müddətdə boşaltmaq barədə rəsmən öhdəlik götürdü, zəmanətçi isə Rusiya lideri Vladimir Putin oldu.
 
Serjik seçkiyə qədər möhlət aldı, guya seçkidə bu fakt onun ziyanına işləyə bilərdi və oyun qurdu: öz ağlına görə, “Yusif Sərrac” tapdı və bütün məsuliyyəti Paşinyanın üzərinə yıxıb, yenidən hakimiyyətə geri dönmək istəyirdi.
 
Putin təzyiq edirdi, çünki qarant olmuşdu, o səviyyədə ki, artıq ermənidən artıq erməni olan Lavrov belə ən azı ilkin mərhələdə 5 rayonun qaytarılmalı olduğunu İrəvanda elan etdi.
 
Serjik isə Rusiyanın qarant olması, zamin durması və buna görə də Ermənistana təzyiqlərindən yaxa qurtarmaq üçün “qərbçi” Paşiki meydana çıxartdı. Özü buna zəmin də hazırlamışdı: ABŞ biolaboratoriyalarını, Sorosun fondunu, Avropanın qehetelərini ölkəyə buraxıb, AB ilə aşağı səviyyəli saziş imzalamışdı. Ancaq Rusiyanın qarşısında duruş gətirə bilmədi, çünki verdiyi sözə görə Putinin və Əliyevin pərdə arxasında, Lukaşenkonun isə açıq kameralar qarşısında aşırı, aşağılayıcı ibarələrindən canını qurtarmaq istəyirdi.
 
Aşağılıq kompleksi var Serjikin və hər zaman da belə olub. Ona görə “meydanda və diplomatiyada qalib gəlməsini” utanmadan deyə bilir. Çünki 4-5 il əvvəl zəlil günə qoyulduğunun kompleksini yaşayır, “pilləkəndə cavab” xülyasına düşüb!
 
Nikol guya Rusiya təzyiqlərindən qaçıb, Fransaya sığınıb, torpaqların işğalını davam etdirməli idi və buna cəhd də etdi. Nəticə?
 
İlham Əliyevin artıq səbri daşdı və bütün platformalarda diplomatik qələbələrini sıralamağa başladı: Soçidə, Valdayda, Münhendə...
 
Və 44 günlük müharibə... Və Tarixi Qələbə!
 
Son proseslər hər kəsin gözü qarşısında olduğundan, ətraflı yazmağa ehtiyac yoxdur. Zatən 2016-cı ilin aprelindən, hətta 2012-ci ildən də çox keçməyib və hər kəs Avropada Serjikin torpaqlar üçün alver etdiyini də yaxşı xatırlaya bilər.
 
İndi bu Serjik bütün parametrləri ilə uduzduğu, məğlub olduğu İlham Əliyevi “məğlub etdiyinimi” deyir?
 
Bəs, Putin niyə iti görməyə, qurdu görməyə razıdır, Serjiki yox? Niyə Köçəryanı ondan daha ləyaqətli hesab edir?
 
Çünki Serjik verdiyi sözdən qaçıb, Ermənistanı Avropanın qucağına atmaq üçün oyun quran simasızdır. Putin bütün bunları gözəl bildiyi üçün Serjiki sözün hər mənasında adam yerinə qoymur.
 
Yeri gəlmişkən: Serjikin sözügedən açıqlaması tirajlı və nüfuzlu erməni saytlarının hamısında yayılmışdı.
 
İndi yoxdur, silinib! Görünür, Serjikin nə qədər yalan danışdığını və bunun Serjikə də, Ermənistana da nələrə başa gələ biləcəyini kimlərsə Ermənistana başa salıb.
 
Zatən İlham Əliyevin açıqlaması da bu istiqamətdə idi...(Axar.az)
Похожие новости
17:06, Сегодня
Женские марши в Грузии
17:02, Сегодня
Британия приступила к производству «самого смертоносного» танка
17:00, Сегодня
В Баку горит рынок пиломатериалов
16:46, Сегодня
В Монголии погибло 7 миллионов голов скота 
16:43, Сегодня
В Баку обнаружены тысячи пачек сигарет без акцизных марок
16:30, Сегодня
В Баку горит развлекательный центр - ВИДЕО
16:26, Сегодня
Гаджи Нуран: Имя Джаваншира Мамедова постоянно было на слуху благодаря скандалам
16:23, Сегодня
Назван предварительный мотив убийства азербайджанца в Подмосковье - ВИДЕО/ОБНОВЛЕНО
16:19, Сегодня
Джейхун Байрамов принял посла Ирана по случаю завершения его дипмиссии
16:15, Сегодня
МИД Турции: Соглашение между Азербайджаном и Арменией - важный вклад в мирный процесс
16:10, Сегодня
В Агджабеди автомобиль насмерть сбил пешехода
16:02, Сегодня
Проходит церемония прощания с Джаванширом Мамедовым - ОБНОВЛЯЕТСЯ + ФОТО/ВИДЕО
15:59, Сегодня
МЧС снесло незаконные постройки в Лянкяране - ФОТО/ВИДЕО
15:46, Сегодня
В Германии обсудят подготовку Азербайджана к COP29
15:42, Сегодня
В Конго в результате вооруженного нападения погибли 16 мирных жителей
15:41, Сегодня
В Грузии могут и пересмотреть закон об иноагентах 
15:31, Сегодня
Причина смерти Джаваншира Мамедова: У него в сердце было четыре стента, нервы доконали его
15:26, Сегодня
Объявленный в международный розыск преступник экстрадирован из Казахстана в Азербайджан
15:21, Сегодня
Ударивший светофор подросток приглашен в полицию вместе с родителями - ВИДЕО
15:17, Сегодня
Китай готовится провести крупнейшую реорганизацию армии за десятилетие
15:09, Сегодня
Эльза Сеидджахан о Джаваншире Мамедове: Он был большим мастером - ВИДЕО
15:05, Сегодня
В Турции горит историческое здание периода Османской империи - ФОТО
15:01, Сегодня
В Подмосковье застрелили азербайджанца - ВИДЕО
14:54, Сегодня
Министры культуры Азербайджана и ОАЭ обсудили вопросы связанные с COP29
14:43, Сегодня
Турция и Египет координируют усилия по доставке помощи в Газу
14:41, Сегодня
В Турции перевернулся микроавтобус, много пострадавших - ФОТО
14:33, Сегодня
30-градусная жара, град, снег: прогноз погоды в Азербайджане на 21 апреля
14:26, Сегодня
Закир Гасанов поручил оказать необходимую поддержку выходящим из Карабаха миротворцам РФ
14:20, Сегодня
В Билясуваре пожилая женщина повесилась на своем платке
14:12, Сегодня
Объявлено место захоронения Джаваншира Мамедова - ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
14:01, Сегодня
Flydubai восстановила режим полетов из аэропорта Дубая
14:01, Сегодня
В шести селах Курганской области РФ объявлена срочная эвакуация из-за паводка
13:58, Сегодня
В Азербайджане скоропостижно скончался 42-летний прокурор
13:45, Сегодня
Премьер Армении заявил, что российские пограничники покинут посты в Товузгале
13:37, Сегодня
Азербайджанский технический университет преобразован в юридическое лицо публичного права
13:31, Сегодня
Таджикистан вводит визовый режим с Турцией
13:25, Сегодня
Проблема с дорогой в Огузском районе устранена - ФОТО/ВИДЕО
13:08, Сегодня
С чем связан затор на шоссе Баку - Сумгайыт? - ВИДЕО
11:41, Сегодня
Возбуждено уголовное дело по факту убийства в столице 22-летней девушки - ОБНОВЛЕНО
11:40, Сегодня
Обнаружен ранний биомаркер рассеянного склероза
11:36, Сегодня
В Баку задержаны водители, устроившие драку посреди дороги - ВИДЕО
11:34, Сегодня
В Австрии создали дрон, летающий исключительно на энергии Солнца - ФОТО
11:30, Сегодня
Пашинян все же рассказал соратникам о встрече в Брюсселе
11:29, Сегодня
Стала известна причина смерти 49-летнего заслуженного артиста - ОБНОВЛЕНО
11:24, Сегодня
США планируют очередной крупный пакет военной помощи Украине
11:11, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
11:09, Сегодня
В Баку подросток устроил «драку» со светофором - ВИДЕО
11:06, Сегодня
В Турции перевернулся автобус, пострадали 19 человек
10:56, Сегодня
В Хыналыге выпал град - ФАКТИЧЕСКАЯ ПОГОДА
10:52, Сегодня
Впервые в США: Байден назвал количество произведенного в его стране урана
10:37, Сегодня
Генпрокуратура об убийстве на столичном хлебзаводе - ОБНОВЛЕНО
10:34, Сегодня
Азербайджан за год увеличил валютные резервы на 10%
10:29, Сегодня
Скончался заслуженный артист Азербайджана Юрий Омельченко
10:29, Сегодня
Глава ХАМАС встретится с Эрдоганом
10:18, Сегодня
Глава МИД Ирана назвал сбитые над Исфаханом беспилотники детскими игрушками
10:07, Сегодня
Премьер-лига Азербайджана: сегодня состоятся еще два матча XXXI тура
09:56, Сегодня
ВВС Израиля нанесли удар по опорным пунктам террористов: есть убитые
09:45, Сегодня
Мухтар Бабаев: COP29 имеет ключевое значение для планирования помощи бедным странам
09:43, Сегодня
В Гаджигабуле задержаны подозреваемые в незаконном обороте наркотиков
09:30, Сегодня
В Баку молодой парень убил возлюбленную на почве ревности и ранил себя ножом - ОБНОВЛЕНО
09:28, Сегодня
Всех участников массовой драки на турнире ММА в Москве пожизненно дисквалифицируют - ОБНОВЛЕНО + ВИДЕО
09:23, Сегодня
В Индонезии вновь произошло извержение вулкана Руанг - ФОТО/ВИДЕО
08:52, Сегодня
Госдолг Чехии побил рекорд
08:51, Сегодня
Блинкен приветствовал возвращение Азербайджану четырех сел Газахского района - ФОТО
08:09, Сегодня
Гутерриш призвал Азербайджан и Армению решить все вопросы для нормализации отношений
07:31, Сегодня
Прибрежным водам Мадагаскара угрожает массовая гибель кораллов
06:58, Сегодня
Скамейки парка в центре столицы находятся в ужасном состоянии - ВИДЕО
06:38, Сегодня
Товарооборот между Турцией и Африкой достиг $37 млрд
05:49, Сегодня
Производство автомобилей в Казахстане выросло на 4%
04:56, Сегодня
Военный эксперт прокомментировал возвращение четырех сел Газахского района - ВИДЕО
04:52, Сегодня
Экспорт Грузии сократился на 9,3%
04:37, Сегодня
В коровьем молоке впервые обнаружили птичий грипп
03:57, Сегодня
В Индии планируют запустить первое городское аэротакси
03:53, Сегодня
На военной базе близ Багдада произошел взрыв
03:35, Сегодня
В Азербайджане может подорожать хлеб? - ВИДЕО
03:15, Сегодня
Tesla отзовет практически все Cybertruck из-за технической неисправности
03:04, Сегодня
В Узбекистане продолжает замедляться рост цен на вторичное жилье
02:35, Сегодня
Азербайджанский парабадминтонист вышел в полуфинал международного турнира
02:15, Сегодня
В Нафталане 40-летняя женщина получила сильные ожоги
02:08, Сегодня
В этом году в Азербайджане начнется строительство еще 5 солнечно-ветряных станций
02:01, Сегодня
Уроженка Западного Азербайджана: Армяне вынудили жителей покинуть село, угрожая сожжением - ВИДЕО
01:46, Сегодня
Серия А: "Ювентус" вырвал ничью в выездном матче с "Кальяри" - ВИДЕО
01:28, Сегодня
Уроженец села Ашагы Аскипара: Я сейчас на седьмом небе от счастья - ВИДЕО
01:21, Сегодня
Житель Агдаша столкнулся с мошенничеством: у него возникла задолженность в 105 000 манатов - ВИДЕО
01:18, Сегодня
В Иране побит рекорд по объему внешней торговли
01:06, Сегодня
Спецпредставитель ЕС назвал обнадеживающей работу комиссий по делимитации Азербайджана и Армении - ФОТО/ВИДЕО
01:00, Сегодня
Турецкая Суперлига: "Бешикташ" обыграл "Анкарагюджю" в домашнем матче - ВИДЕО
00:56, Сегодня
Армяне требуют встречи с Пашиняном
00:52, Сегодня
Осужденная на 17 лет женщина рассказала о самой тяжелой для нее ночи в тюрьме - ВИДЕО
00:38, Сегодня
Во время матча на Товузском городском стадионе вновь возникла опасная ситуация - ВИДЕО
00:26, Сегодня
В Иране в день атаки на Израиль начались нападения на женщин из-за нарушений правил ношения хиджаба - ВИДЕО
00:25, Сегодня
В одном из районов Азербайджана будет ограничено газоснабжение
00:23, Сегодня
ГЭЦ: 485 человек не явились на выпускной экзамен
00:21, Сегодня
В Газахе с радостью восприняли новость об освобождении четырех сел района - ФОТО
00:16, Сегодня
В бакинском метро пожилой мужчина упал на рельсы
00:12, Сегодня
Сегодня день рождения легендарной азербайджанской «свекрови»
00:10, Сегодня
Агиль Рустамзаде: Израиль хотел «прощупать» ПВО Ирана
00:09, Сегодня
Жители Словакии собрали 2 млн евро на покупку снарядов для Украины
00:03, Сегодня
В Белом доме пообещали немедленно возобновить поставки оружия Киеву
00:02, Сегодня
Фон дер Ляйен против столкновений между Израилем и Ираном
ЕЖЕДНЕВНО
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 19:45
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 20:03
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
Ежемесячно
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 18:28
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
19 Apr 2024 | 19:25
НАТО гарантирует усиление ПВО Украины
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 19:45
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 20:32
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
19 Apr 2024 | 20:03
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
Писатели