“Əvvəllər korifey sənətkarlarımızın-Zeynəb Xanlarovanın, Flora Kərimovanın, İlhamə Quliyevanın, Amaliya Pənahovanın parodyalarını edirdim. İndi o parodiyalardan uzağam, bilirəm ki, uşaqlıq etmişəm”.
Bu sözləri Moderator.az-a açıqlamasında Xuraman Şuşalı bildirib:
“Uşaq yaşlarımda iri sırqalar, mirvarilər, daş qaşlara böyük həvəsim olub. Bakıdan Şuşaya gələnlərdən xahiş edirdim ki, mənə iri muncuqlar alsınlar. Onları taxıb, güzgünün qabağına keçirdim. Deyirdim ki, gələcəkdə mən də bəzənib-düzənib səhnəyə çıxacam. Hətta Zeynəb Xanlarova, Flora Kərimova, İlhamə Quliyevanın, Amaliya Pənahovanın parodyalarını edirdim. İndi parodiyalardan uzağam bilirəm ki, o uşaqlıq idi. Məhəllədə qonşularımıza, dostlarıma konsertlər verirdim, onlar da mənə çiçək göndərirdilər. ... Bunlar mənə gəlməli idi. Şou- biznesə gəlmək məni o aləmdən ayırdı. Düşünürəm ki, şou-biznes insanı qalmaqala çəkir,Olamlı idi mən isə incəsənətə başqa arzu və istəklərlə gəlmişdim. Azərbaycanda şou-biznes elədir ki, sanki sənətin göstərmək qalır ikinci planda”.
Xuraman Şuşalı qalmaqallı dönəmlərindən də danışdı:
“İndi oturub xatırlayıram, düşünürəm ki, o dönəmlərdə düz etməmişəm. Həmin illər televiziya işçiləri, media nümayəndələri mənə deyirdilər ki, “efirdə belə danışsan” sənin üçün yaxşı olacaq. Ancaq onların heç biri yaxşı olmurdu. Sonda isə özümü o cameədə görmədim”.
Xəyalə Rəis