Fransa hökuməti son vaxtlar Avropa İttifaqı (Aİ) ölkələrində müşahidə olunan enerji qiymətlərinin artması ilə mübarizə aparmaq üçün öz metodlarını irəli sürür. Moderator.az bu barədə Amerikanın CNBC telekanalına istinadla xəbər verir. Ölkənin maliyyə naziri Brüno Le Meraya görə, birlik ölkələri atom enerjisini inkişaf etdirən və bunun sayəsində xarici təchizatçılardan daha az asılı olan Parisdən nümunə götürməlidir.
Paris Aİ-ni xarici ölkələrdən enerji asılılığını azaltmağa sövq edir. CNBC telekanalının verdiyi məlumata görə, Fransa hakimiyyətinin çağırışları qitədə qazın qiymətinin sürətlə artması fonunda səslənir. Avropa bloku son həftələrdə artan enerji xərcləri ilə mübarizə aparır. İspaniya, İtaliya, Yunanıstan və Fransa hökumətləri bu artımın istehlakçılara mənfi təsirini azaltmaq üçün ciddi tədbirlər görməli oldular.
İlin əvvəlindən etibarən Avropanın qalan hissəsi üçün etalon rolunu oynayan Hollandiyadakı böyük TTF (Tittle Transfer Facility) qaz ticarəti sahəsindəki qazın qiyməti təxminən 400% artıb. Enerji mütəxəssisləri qış mövsümü yaxınlaşdıqca daha bir sıçrayış olacağını proqnozlaşdırırlar.
Avropa bloku təbii qazın böyük hissəsini Rusiyadan alır. 2020-ci ildə Aİ təbii qaz ehtiyatlarının 43,4%-ni Rusiyadan, 20%-ni isə Norveçdən alırdı . “Şimal axını-
Yaxınlarda Rusiyanın enerji nəhəngi sınaq buraxılışı çərçivəsində “Şimal axını-
Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni jurnalistlərin Aİ-nin Rusiyadan qaza çox güvənib-güvənməməsi ilə bağlı suallarına cavab olaraq bildirib ki, Avrozonanın maliyyə nazirləri bu məsələyə çox güman toxunacaqlar. Əlavə olaraq o, təşkilatın enerji müstəqilliyini necə gücləndirə biləcəyini, satınalma xərclərini və resursların saxlanmasının müxtəlif yollarını müzakirə etməyi planlaşdırdıqlarını söyləyib.
Bəzi Aİ üzvləri, xüsusən İspaniya Brüsseldən enerji qiymətlərinin artmasına reaksiya vermələrini xahiş etdi. Avropa Komissiyası blokun bu həftə birlikdə problemi necə həll edə biləcəyinə dair yeni ideyalar ortaya qoymalı idi. Lakin cavab tədbirlərinin elan edilməsi gecikdi. “Bunun üzərində işləmək üçün bir qədər çox vaxta ehtiyac duyulur. Bu çox vacib sualdır”, - deyə komissiyanın mətbuat xidməti rəhbərinin müavini Dana Spinant jurnalistlərə verdiyi açıqlamada bildirib.
Fransanın İqtisadiyyat və maliyyə naziri Brüno Le Mer isə bir gün əvvəl jurnalistlərə bunları söyləmişdi: “Xaricdən gələn tədarüklərdən asılı olmaq istəmirik. Enerji təchizatını mümkün qədər tez diversifikasiya etmək və Avropanın qaz ixrac edən ölkələrdən asılılığını azaltmaq son dərəcə vacibdir”. Le Merə görə, Aİ bazarının böyük hissəsini atom enerjisinin təşkil etdiyi Fransadan nümunə götürməlidir: “Fransız modeli sayəsində daha çox müstəqilik. Və əsas da budur - müstəqil olmaq”.
Buna baxmayaraq, blok daxilində nüvə enerjisinin təmiz mənbə hesab edib-etməməsi mövzusunda qızğın mübahisələr gedir. Eyni zamanda enerji qiymətlərinin artmasının Avropanın ekoloji ambisiyalarına xələl gətirəcəyi qorxusu var. Bunun səbəbi istehlakçıların gələcəkdə elektrik enerjisi üçün daha çox ödəmə ehtimalının olmasıdır ki, bu da onların karbohidrogenlərin tamamilə dayandırılması üçün dəstəyini zəiflədə bilər.
“Baş verənlər qazma üsulu ilə çıxarılan yanacaqdan imtina planına riayət edilməsinin vacibliyinə əminliyi artırır”, - deyə Avropa ticarət komissarı Valdis Dombrovskis bildirib. Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni birlik ölkələrinin bu sahədə hərəkətlərini əlaqələndirməli olduğunu, ancaq bu tədbirlərin blokun iqlim planlarına zidd olmamasını da əlavə edib.
Avropa İttifaqı 2030-cu ilə qədər istixana qazı tullantılarını minimum 55% azaltmaq üzərində çalışır. CNBC telekanalı qeyd edir ki, təşkilat 2050-ci ilə qədər “iqlim cəhətdən neytral” olmağı planlaşdırır.
Miraslan