M.Ə.Rəsulzadə: ”Müasir İranın həqiqi çöhrəsi" - Nəsiman Yaqublunun təqdimatında...
Читать: 4534
07 Oct 2021 | 12:53
M.Ə.Rəsulzadə: ”Müasir İranın həqiqi çöhrəsi
Bu gün İranda baş verən proseslər və bu dövlətin Azərbaycana olan münasibəti hamımızda ciddi narahatlıq doğurur. 30 ilə yaxın Azərbaycanın ermənilər tərəfindən işğalına  münasibət bildirməyən  və işğalçı ölkə ilə xoş əlaqədə olan İranın “həqiqi görüntüsü” ortalığa çıxmaqdadır.İranın bu “görüntüsü”   yeni deyildir.Böyük dövlət və siyasi xadim M.Ə.Rəsulzadənin  1924-cü ildə dekabrda yazdığı “Müasir İranın həqiqi çöhrəsi” məqaləsində bu acı görüntüləri fərqli məzmunda müşahidə etməkdəyik.İstanbulda nəşr edilən “Yeni Qafqasiya” jurnalının  1924-cü il 1 dekabr sayında çap olunmuş məqalənin bugünkü dövrdə aktuallığını nəzrə alıb oxuculara təqdim edirəm.   
 
Nəsiman Yaqublu,
Tarix elmləri doktoru. Professor.
 
 
 “Müasir İranın həqiqi çöhrəsi”
 
Bu çöhrə, bəzilərincə tərif olunduğu kibi, pək də kərih  deyildir. Bir məmləkətin həqiqi çöhrəsi məhud  metodla zatən kəşf ediləməz. “İç üz” deyə İrana ətf olunan məyub  sifətlərdən bir çoxu, maələsəf, bütün Şərq millətlərini gəmirən illətlərdəndir ki, ifşası, üzləri qızartdığı zaman bizim də yanaqlarımıza az qırmızılıq verməz!...
Bir məmləkətin həqiqi üzünü tamamilə görə bilmək üçün bulunduğu halını yalnız statistik bir şəkildə deyil, dinamik bir tərzdə dəxi tədqiq etməlidir, statistik bir təsniflə biz, cəmiyyətdə mövcud müxtəlif qüvvət və amillərin kəmiyyətini təsbit edəriz, dinamik bir təhlil isə, bizə, bu kəmiyyətlərin keyfiyyətlərini kəşf ilə hərəkətlərini və mütəqabil təsirlərini göstərir. Yalnız böylə bir təsnif və təhlil nəticəsindədir ki, biz bir cəmiyyətin vəchi-istiqamətini kəşf edər və o vasitə ilə məzkur cəmiyyətin (təbiri digərlə millət və ya məmləkətin) hansı mərhəleyi-tarixiyyədə bulunduğunu həqqi ilə dərk edəriz.
Tarix dediyimiz zaman, bittəbii, miladi və ya hicri, şəmsi və ya qəməri sənələri qəsd etmiyoruz. Cəmiyyətlər, bünyei-ictimaiyyələri nöqteyi-nəzərindən müxtəlif dövrlərdə bulunurlar. Bu dövrlər bir cəmiyyətin tabe bulunduğu iqtisadi sistemlərə görə dəgişir. Bir məmləkət kəndinə hakim olan iqtisadi sistem nöqteyi-nəzərindən hansı bir dərəcəyi inkişafda isə, ictimaiyyat, əxlaqiyyat və mənəviyyatına aid “üzü də” onunla mütənasib olur. Şəhərləri, kiçik əsnaf bazarından ibarət olub müstəqil birər iqtisadi vahidi təşkil edən feodal məmləkətlərin üzü başqa, sənayei-cəsiməyə sahib olub istehsalatı artıq kəndi hüdudi-millisinə sığamayan kapitalist məmləkətlərin üzü də başqadır.
Millətlərin kəndilərinə məxsus mənlikləri, harsi xüsusiyyətləri vardır. Bu mənligin mühafizəsi naminədir ki, milliyyətpərvərliyi təqdir və istiqlalı milli qayəsini təqdis edəriz. Fəqət hadisatı-ictimaiyyəyi, bilatədqiq aldığımız zaman biz, əksəriyyə yanılıyoruz. Müəyyən bir dövrü tarixdə hər hansı bir millət üçün ümumi və müştərək olan hadisələri milli bir rəngdə görüyoruz. Şərq ilə Qərb arasındakı müqayisəmizdə bu üsul yanlışlığına qapıldığımız kibi, Şərqdəki qonşularımız haqqında mühakimə yürüdürkən bu qəflətə bilxassə tutulmuş oluyoruz.
Müasir İranın üzünü görə bilmək üçün biz Tehrandakı əmrazi zöhrəviyyə xəstələrinin ədədi, tiryək çəkənlərin miqdarı və yaxud kiçik yaşında “siğə olan” qızların faciələrinə fəzlə əhəmiyyət verir və bunları qonşumuza məxsus “milli bir sifət” deyə tələqqi edərsək, yanılır, həqiqəti görəməyiz. Həqiqi üzünü görə bilmək üçün İranın hansı dövrü tarixdə, nə kibi iqtisadi zümrələrə malik və bu zümrələrin hansı münasibəti mütəqabilədə olduqları ilə vəcheyi istiqamətlərinin nə kibi inkişaf və təkamül təmayülləri göstərdiklərini tədqiq etməliyiz.
Bu metodla İranın və yaxud hər hansı bir məmləkətin iç üzünü öyrənmək, təqdir etməlidir ki, pək çox tədqiqat və təhqiqata mütəvəqqif bir məsələdir. Kiçik bir qəzetə məqaləsində mövzunun ciddiyyətilə mütənasib vəqayi və həqayiq zikr etmək imkanı olmadığından ixtisar və icmal təriqini iltizam etmək zərurətində bulun-duğumuzu möhtərəm qarelərimizin nəzəri-müsəmməhlərinə  ərz edəriz. İlk məqaləmizdə müasir İran haqqında mükəmməl bir fikir söyləyə bilmək üçün aşağıda yürütdüyümüz mühakimələrin kafi gələcəyini ümid ilə iləridə İrana aid yazacağımız məqalələrdə qareləri əlaqədar edəcək məlumat verməyə dəxi çalışacağız.
                                                            
                                                             ***
İran yaylasının nə qədər nüfus ehtiva eylədiyi çox ixtilaflı bir məsələdir. İxtilaf 7 milyon ilə 15 milyon arasındadır. Biz bunu 8-9 milyon miqdarında təxmin edərsək, ehtimal ki, həqiqətə pək o qədər qarşı gəlməyiz. Bundan 3-4 milyonu köçəbədir. Mütəbaqi qismin əksəriyyəti əziməsini köylü təşkil edib digər qismi isə şəhərlərdə əsnaflıq və ticarətlə yaşarlar.
Almaniyanın 3 misli 42.470 fərsəng vəsi  bir məsaha üzərinə yayılan bu nüfus hər yerdə eyni kəsafətdə  deyildir. İran yaylasının qismi-mühümmi, bilxassə mərkəzi qismi geniş qum səhralarından, əkiinə yaramayan vadilərindən ibarətdir. Məmləkətin məskun qismi, əksəriyyən dağ ətəkləri ilə sahillər və dərələrdir. İran şəhərləri yekdigərindən ya böyük dağlar və ya vəsi  səhralarla ayrılmışdır.
İran sənət və sənayeinin məhsulu deyə tanıdığımız əmtəə, başlıca birər vəhəb  mərkəzini təşkil edən bu şəhərlərdən yetişdiyi kibi, “İran mədəniyyəti” deyə bəllədiyimiz şeylər də yalnız buralara münhəsirdir.
Şəhərlərin kəndi başına müstəqil birər əsnaf bazarından ibarət olması əfkari-ümumiyyənin bütün məmləkətə aid olmayıb hər şəhərin kəndi mühitinə məxsus pək bariz intibalar vücuda gətirdiyi, yaxın zamana qədər müxtəlif vilayətlərin kəndilərinə məxsus eyzən məqadir  hətta sikkəyə belə malik olmaları feodalizmin şəhərlərə aid bir xüsusiyyətini təşkil eylədiyi kibi, vilayətlərin hakimi-mütləqi olan xanların, kiçik bir hökmdar kibi hər növi səlahiyyət və iqtidara malik birər əmiri-mütləq halında olduqları dəxi bunu göstərməkdə idi.
Bir vilayət daxilində, rəyasət eylədiyi əşirətin çıxardığı müsəlləh qüvvətə istinadən, dərəbəyligi edən xan, bulunduğu məmləkətin “kiçik bir şahı” idi. İran bu qəbildən mütəəddid “şahlıqlara” bölünmüşdü. Nitəkim mərkəzi məmləkətdə yaşayan şaha da “Şahənşah” deyilirdi.
Paytaxtın nüfuzu və şahın iqtidarı tam olduğu zamanlarda belə, onların bu böyük xana biəti İran vəhdətini üzvi deyil, süni bir tərzdə təmin ediyordu.
Kapitalist Avropa ilə ilk təmas və münasibətə gəldiyi zamanlarda İran xanlıqları iqtisadən cins mübadiləsi ilə məşrut ibtidai bir tərzi-istehsal dövründə idilər. Şimdi belə İran iqtisadiyyatında bu üsulun pək çox müəssir olduğunu qəbul etməliyiz. Bu üsulun icabca “xanlıq”larda İran milliyyətpərvərliyindən ziyadə vilayət hiss və əxlaqları mövcud idi. Şah kəndi nüfuzunu icra və məmləkətin vəhdətini təmin üçün xanlar və ellər (əşirətlər) arasındakı rəqabəti “hüsni-idarə” etmək siyasətini bilməli, böyük ərazi sahibi xanlarla əşirət rəislərinə, köylü ilə tüccar üzərindəki təhəkkümlərinə göz qapayaraq istinad etmək hikmətini dərk etməliydi. Bu şərait daxilində köylü hər hankı bir hüquqi-bəşəriyyədən məhrum olduğu kibi, tüccar qismi də heç bir zaman kəndisini amanda görəmiyordu. O, sənələrlə yığdığı sərvətini xanın “qəzəbinə” və ya tamahına uğrayıb bir anda qeyb etmək təhlükəsindən heç bir zaman əmin deyildi.
İran qapıları Avropayı fabrika əmtəəsinə açıldıqdan və xariclə mübadilə çoxaldıqdan sonra cins mübadiləsinə müstənid və məhəlli bazara çalışan əsnaf şiddətli bir zərbə yemiş oldu. Avropanın təzyinat əşyasına məclüb olan xanların israf və məsrafları daha ziyadə artdı. Bunun ağırlığı da bittəbii köylüyə yükləndi. İran Türkiyə kibi deyildi. Tüccarı başqa cinsdən deyil, kəndindən idi. Ermənisi, rumu yox kimi idi. Cənubda ingilislərin, şimalda rusların təşəbbüsü ilə olsa da, yapılan şose yolları İran mübadilatına az-çox inkişaf veriyordu. Para tədavülü üzərinə inkişaf edən mübadilədə tüccar sinfi kəsbi-əhəmiyyət etməyə başlıyordu. Getdikcə iflas edən mülkdar feodal sinfi hesabına kəsbi-sərvət edən fəal bir burjua sinfi təşəkkül ediyordu. Bu sinif dəröhdə eylədiyi mübadilə vəzifəsi ilə İran “yəhva”larının  yekdigərinə ittisalarını təmin etmək istedadını göstərdiyi kibi, feodalizmin icab etdiyi hər növi məhəlli təhdidatın ilğası ilə qüdrətli bir hökumət təşkilinə və ehkamı hər tərəfdə söylənən cari olan qəvanın vəzinə tərəfdar oluyor. İran hərəkati tərəqqi-pərvanəsi vücuda gəliyordu.
İrandakı məşrutiyyət hərəkatı, pək maddi düşünürsək, İran tüccarının hərəkatı idi. İran hərəkatı məşrutiyyət-pərvəranəsi tədqiq olunursa, bu hərəkata ən fəal və zi-şüur bir rol oynayan sinif mühüm mərkəzlərdəki tüccar olmuşdur. Müzəffərəddin şahı qəvanini-əsasiyyə ətasına icbar edən qüvvət Tehran bazarının qrevi olmuşdur. İstibdada qarşı aylarla və bəlkə sənələrlə müqavimət edən Təbriz mücahidinin ön səflərini bazarlılar təşkil eyləmişlərdir. İxtilal məfkurəçiləri belə qismən İstanbul və Qafqasiyaya mühacirət edən tüccar arasından yetişmişdir. Nəsirəddin şahı qətl edən Mirzə Rza bu sinifdən yetişdiyi kibi Atabəyi öldürən fədai Abbas Ağa dəxi Təbrizli bir əsnaf idi. Məşrutiyyət hərəkatının gömrük tarifəsi üzərinə bilxassə infilaq etdigi bu hərəkatın İran ticarət burjuaziyası ilə nə dərəcədə mərbut olduğunu göstərir. İran ixracatının zərərinə tərtib olunan gömrük tarifəsini Tehran bazarı qanlı nümayişlərlə protesto etmişdi.
Məmləkətdəki zində və tərəqqipərvər ənasiri  içinə alan bu hərəkat sinifi olmaqla bərabər milli idi. Çünki vəchəyi-istiqaməti feodalizm iftiraqını  ortadan qaldırmaq əsri və vahid bir məmləkət vücuda gətirmək idi. O, ədalət istiyor, qanun istiyor, ordu istiyor, əmniyyət istiyor, istiqlal istiyordu. Fəqət bu məqsədin istehsalı üçün sənələrcə davam edən qanlı mücadilələr İrana məşruti bir hökumət şəkli vermək müvəffəqiyyətinə nail olduysa da, əcnəbi müdaxiləsi, bu mücadilələri nəticəyi məntiqiyyəsinə varmaqdan mən etdi. Feodallarla şəhər burjuası arasında davam edən bu cidal demokrasinin təmini-hakimiyyəti ilə olmasa da, qüvvətli bir hökumət təsisi ilə nəticələnəcək, yeni bir dövlət vücuda gətirəcəkdi. Diqqət edilsin, dövlət vücuda gətirəcəkdi, diyoruz. Çünki, sözün əsri mənasilə, feodal İranda nə bir millət vardı, nə də dövlət...
Əvət, İran məşrutiyyət namını qazandıysa da, tamamilə təşəkkül etmiş əsri bir dövlət halına daha gələmədi.
Bu natamam halıyla İran Hərbi-Ümumiyi dərk eylədi. Hərb əsnasında felən müharib, rəsmən bitərəf bir vəziyyət içərisində qalan məmləkət müharibənin xitamında, bir hökumət olaraq yalnız sözdə qalmışdı. İştə isə məmləkət tamamilə bir hərcü-mərc içində puyan  idi. Hər vilayət bir dərə bəyinin əlində və yaxud sərkeş bir komitənin təhdi-idarəsində bulunuyordu. Bir tərəfdən ingilis əskəri, digər tərəfdən də bolşevik çetələri məmləkəti çeynəməkdə idilər. Şu sırada, qazaqxanə nəfərliyindən yetişmə Rza xan Tehran üzərinə yürüməkdə olan bolşevik hücumunu dəfilə şöhrət qazanmış və nəticədə yekdigərini təvali edən İran kabinələrində, mövqei sarsılmaz hərbiyə naziri sifətilə 3-4 sənə mütəəssil çalışmış 30-40 min miqdarında müntəzəm əskəri bir qüvvət vücuda gətirməklə məmləkətin hər tərəfində zühur edən təcərrüd  davalarını və əskidən bəri mövcud olan feodaloizm sərkeşliklərini birər-birər tənkil eyləmiş, məmləkətə bu vaxta qədər görmədiyi bir əmniyyət və mərkəziyyət vermişdir.
Bir tərəfdən Avropa imperyalizminin daxili bir çox qayələrlə məşğul olması, digər tərəfdən də Rusiya çarizminin çökməsi ilə Şimal müdaxiləsinin daha bir kaç sənə üçün bərtərəf İran olması qüvayi-ictimaiyyəsinə sərbəsti hərəkətini təmin eyləmişdir. Rza xanın başlıca İran qüvəyyi-əskəriyyəsini tənzim ilə işə başlaması əldə edilən bu fürsətdən ciddi bir surətdə istifadəyə başladığını göstərir.
İranın şimdiki halda ərz eylədiyi çöhrə Hərbi-Ümumi əsnasında və sonunu mütəaqib günlərdə göstərdiyi çöhrəyə qətiyyən bənzəməz. Hərbi-Ümumi zamanında məmləkət yabançı qüvvətlərin cövləncahı olub, fərdayi müharibədə dəxi felən İngiltərənin himayəsinə girmiş, istiqlalını qeyb etmişdi. İngiltərənin bu fürsətçiliyinə qarşı bütün hiddət və ciddiyyətilə qarşı qoyan ünsür yenə tüccar sinfi olmuşdu. Bazar İngiltərədən qurtulmaq üçün hətda bolşeviklərə belə meyl etmişdi. Fəqət Şimali İrana girən Qızıl Ordu Rəşt bazarına yapdığı müamiləsi ilə İran burjuazisini qorxutduqca qorxuddu. İki atəş arasında qalan İran üçün yeganə çareyi-nicat tarixi fürsəti qaçırmayaraq kəndi qüvvətilə meydana atılmaq, milli nicat və səadətini kəndi təmin eyləməkdi. Bu hərəkatın ələmdarı isə sövqi tarixlə sərdar Rza xan oluyordu.
Göstərdiyi fövqəladə yararlıqla sərdari-sipəh rütbəsini qazanan və sədr əzim məqamına yüksələrək bütün iqtidarı kəndi əlində mərkəzləşdirən Rza xan yeni İran burjuaziyasının can və dildən istədiyi vəzifəyi ifa eyləmiş, feodallar əlində parçalanan İrana bir dövlət şəkli verdirmək əzmini göstərmişdir.
Şəkil etibarı ilə bir diktator kibi görünsə də, Rza xanın icraatı tərəqqi və iləriyə doğru atılmış bir qədəmdir. Müxtəlif feodalların qal  və kamı  bahasına təəssüs edən müqdədir bir hökumət hər hansı bir şəkil alsa da, İran üçün bir faydadır. Qəribədir ki, mürtəce olduqları şübhə götürməyən bir çox zəvat, Rza xanın diktaturasına qarşı nifrət etdikləri məşrutiyyət və qəvanini-əsasiyyə tərəfdarlığı ilə müqabilə ediyorlar.
Fərzən kəndisinə əcir  olaraq çalışan köylüyü əski ixtiyarat üzərinə, ağaca bağlatdıraraq ölüncəyə qədər döydürən vilayət mütəğəllibələrindən  bir xanın məzkur vilayətdəki karnizon komandanı tərəfindən tövqif və cəzalandırılmasını Tehran əyan və əşrafı “Va-məşrutiyyata!” yayqarası ilə qarşılıyorlar. Halbuki “dəvairi-əskəriyyənin ümuri-mülkiyyəyə qarışmasını” protesto surətində, şəklən, haqlı görünən bu nara  həddizatında heç də səmimi deyildi. Çünki köylü ağaca bağlandığı zaman xilafi-məşrutiyyət olduğu mühəqqəq olan bu hala qarşı işbu zəvati-möhtərəm qətiyyən bir səs və səda çıxarmamışlardı.
İşbu məsrudatımızdan  görüləcəyi vəchilə, İranın bu günlərdə ərz eylədiyi çöhrə, az-çox bir fərqlə, bütün Şərq məmləkətlərini istila edən bir hərəkat çöhrəsidir. Bu hərəkatın həqiqi üzü isə iki kəlmə ilə tərsim oluna bilir:
Feodalizmdən kapitalizmə!...
 
Rəsulzadə Məhəmməd Əmin
“Yeni Qafqasiya”, 1 qanuni- əvvəl 1340 / 8 cəmadiyələvvəl 1343, il:2, №5, s. 4-7
 
 
Kərih  -   yaraşıqsız
Məhud  -   dostluq
Məyub  -  nöqsanlı
Əmrazi  -  cinsi
Mütəvəqqif  - əlaqədar
Nəzəri-müsəmməh  -  qiymət vermək
Fərsəng  - ağac 
Vəsi  -   geniş
Məsaha   -  ərazi
Kəsafət   -   sıxlıq
Vəhəb -    hədiyyə
Məqadir  -     miqdarları
Təzyinat  -   bəzək şeyləri
“Yəhva”lar    -  “allah”lar
İttisaları -  birləşməsi
Qrevi -  tətili
Zində  -  həyati ruhlu  
Ənasir  -   ünsürlər
İftiraq   -   pərakəndə
Puyan  - yeriyən
Sərkeş   -  itaətsiz
Tənkil etmək   -  uzaqlaşdırmaq
Təcərrüd  -  ayrılma
Fərdayi   - ertəsi gün
Qal -  mübahisə 
Kam - istək
Əcir-   muzdur
Mütəğəllibələr -    hakimlər
Nara -   dərd, qəm
Məsrudat  -   izah
 
Red: 1 qanuni - əvvəl 1340 / 8 cəmadiyələvvəl 1343   - 1  dekabr 1924
Похожие новости
14:41, Сегодня
В Азербайджане с целью женитьбы похищена ученица 8-го класса
14:07, Сегодня
В Баку прошла встреча председателей комитетов по внешним связям парламентов тюркских государств - ОБНОВЛЕНО
13:58, Сегодня
Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме
13:52, Сегодня
Президенты Азербайджана и Кыргызстана ознакомились с Агдамским конференц-центром
13:47, Сегодня
Закрывается известная бакинская школа: учеников переводят в другое учебное заведение - ФОТО
13:40, Сегодня
Компания Wizz Air может увеличить количество рейсов в Азербайджан
13:34, Сегодня
Территория вокруг моста, который будет передан Азербайджану на газахском направлении, очищена от мин
13:31, Сегодня
Хикмет Гаджиев: Физули находится на полной реконструкции - ВИДЕО
13:28, Сегодня
В Шуше пройдет Международный конкурс: победитель получит 10 000 долларов
13:23, Сегодня
Министр уволил директора школы-интерната
13:11, Сегодня
Завтра в Азербайджане воздух прогреется до 31 градуса - ПРОГНОЗ ПОГОДЫ
13:08, Сегодня
Ален Симонян: Ереван готов обсудить с Баку вопрос закупки газа
13:06, Сегодня
Генпрокуратура обратилась к пользователям соцсетей и СМИ в связи с самоубийством Насиба Гулиева
13:05, Сегодня
Арестован мужчина, обвиняемый в шантаже гражданина Турции
12:58, Сегодня
Покончивший с собой бывший главный педиатр похоронен рядом с отцом - ОБНОВЛЕНО - ФОТО
12:50, Сегодня
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии после реставрации Агдамской Джума-мечети - ФОТО
12:33, Сегодня
Главы Азербайджана и Кыргызстана ознакомились с ходом работ во дворце Панахали хана и комплексе Имарет - ФОТО
12:32, Сегодня
Кто он - новоназначенный премьер-министр Нахчыванской АР? - ДОСЬЕ
12:20, Сегодня
Премьер-министр Нахчыванской Автономной Республики освобожден от должности - ФОТО
11:04, Сегодня
Граждане смогут посещать город Лачын на личном автомобиле
10:35, Сегодня
В Баку проходит заседание по экономическому сотрудничеству между правительствами Азербайджана и Венгрии
10:34, Сегодня
Александр Масляков отойдет от работы в КВН из-за опухоли в легких?
10:16, Сегодня
В полуфинале Кубка Азербайджана по футболу установлен рекорд
10:11, Сегодня
Назначены дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку
10:03, Сегодня
В Ханкенди обнаружены оружие и боеприпасы
10:00, Сегодня
В Турции задержаны 23 подозреваемых в связях с ИГ
09:54, Сегодня
Нефть марки Brent подорожала до 88,2 доллара за баррель
09:40, Сегодня
МИД РФ: Ядерные объекты НАТО в Польше при их появлении станут военной целью России
09:27, Сегодня
Чемпионат Европы: Cемь азербайджанских дзюдоистов приступают к борьбе
09:24, Сегодня
ЦАХАЛ заявил, что продолжит преследовать ХАМАС до освобождения всех похищенных
09:23, Сегодня
Курсы валют Центрального банка Азербайджана-(25.04.2024)
09:15, Сегодня
Азербайджанская нефть незначительно подорожала
09:14, Сегодня
Toyota в 2023 финансовом году произвела по всему миру рекордное количество машин
09:00, Сегодня
Венеция ввела взнос для туристов
08:42, Сегодня
Утерянную картину Густава Климта выставили на аукцион - ФОТО
08:28, Сегодня
В Баку на ряде улиц и проспектов затруднено движение транспорта
08:20, Сегодня
Вьетнамский кладоискатель пообещал найти три тонны золота Японской империи
08:00, Сегодня
Робопес-огнемет поступил в продажу в США - ВИДЕО
07:39, Сегодня
Словацкий евродепутат выпустил голубя на заседании ЕП в Страсбурге - ВИДЕО
07:30, Сегодня
Яшар Гюлер встретился с австралийским коллегой
07:06, Сегодня
Таджикистан и Узбекистан упростят транзитный проезд грузовых автомобилей
06:58, Сегодня
Бегун продегустировал 25 сортов вина во время Лондонского марафона - ВИДЕО
06:38, Сегодня
Lamborghini представила первый гибридный кроссовер - ФОТО
06:20, Сегодня
Опубликованны последние данные о состоянии экономики Германии
06:18, Сегодня
Илон Маск уверен, что на Западе начнется гражданская война - ФОТО
05:21, Сегодня
Индекс потребительских цен Ирана упал на 4,8%
05:17, Сегодня
Во Франции задержали подростка по подозрению в подготовке теракта на Олимпиаде
05:02, Сегодня
Фируза Ибадова: Я ухожу со сцены, где нет Джаваншира
04:56, Сегодня
На Луну отправят электрический экран для защиты от пыли
04:36, Сегодня
Власти США заплатят жертвам сексуального насилия в гимнастике 140 млн долларов из-за прокола ФБР
04:21, Сегодня
Турция и Германия намерены увеличить товарооборот до $60 млрд
04:16, Сегодня
Канадская семья получила с Кубы труп россиянина
03:35, Сегодня
В Бразилии сын отрезал руку матери для получения доступа к ее банковскому счету
03:15, Сегодня
Австрийские ученые нашли вирус, уничтожающий одного из самых опасных паразитов
03:01, Сегодня
Глава МИД Венгрии прибыл с визитом в Азербайджан - ФОТО
02:54, Сегодня
В США учителям разрешили носить в школу оружие
02:44, Сегодня
АПЛ: "Ливерпуль" уступил "Эвертону", "Манчестер Юнайтед" обыграл "Шеффилд" - ВИДЕО
02:12, Сегодня
Стартовал открытый чемпионат Азербайджана по плаванию
02:07, Сегодня
Узбекистан импортировал газ на $360,2 млн в первом квартале
01:53, Сегодня
Кубок Италии: "Аталанта" обыграла "Фиорентину" и вышла в финал - ВИДЕО
01:13, Сегодня
Товарооборот между Ираном и Китаем превысил $4 млрд
01:10, Сегодня
Две азербайджанские гимнастки выступят на Кубке мира - ФОТО
00:09, Сегодня
Лига 1: ПСЖ на выезде обыграл "Лорьян" благодаря дублям Мбаппе и Дембеле - ВИДЕО
00:02, Сегодня
В Вашингтоне проведена акция солидарности против лжи о т.н. геноциде армян
00:00, Сегодня
Жители иранского города провели акцию протеста из-за застреленного полицией парня - ФОТО/ВИДЕО
24 Apr 2024 | 23:59
В Турции арестован один из главарей иракcкого крыла Рабочей партии Курдистана
24 Apr 2024 | 23:58
США дали владельцам TikTok время на продажу платформы - ВИДЕО
24 Apr 2024 | 23:39
Шойгу отстранил от должности своего арестованного заместителя
24 Apr 2024 | 23:38
Мбаппе потеряет 127 млн, если покинет свой клуб
24 Apr 2024 | 23:20
По каким вопросам чаще всего обращаются граждане к депутатам Милли Меджлиса? - ВИДЕО
24 Apr 2024 | 23:11
Азербайджан представил доклад на сессии Комитета ООН по борьбе с пытками
24 Apr 2024 | 23:10
В ООН представлен 5-й периодический доклад Азербайджана по Конвенции ООН против пыток
24 Apr 2024 | 23:07
Начался прием заявок для организации павильонов на COP29 в Баку
24 Apr 2024 | 23:05
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу- (обновлено)
24 Apr 2024 | 23:00
Число жертв в Газе достигло 34262
24 Apr 2024 | 22:54
В бакинской многоэтажке произошел пожар
24 Apr 2024 | 22:32
В Ереване разогнали требующих отставки Пашиняна
24 Apr 2024 | 22:27
В Лянкяране участник Отечественной войны совершил самоубийство, узнав о болезни матери
24 Apr 2024 | 22:20
Обнародованы кадры строящегося в Шуше нового жилого комплекса - ВИДЕО
24 Apr 2024 | 22:16
В Тбилиси протестуют против закона об иноагентах-(обновлено)
24 Apr 2024 | 22:13
США приветствуют делимитацию границы между Азербайджаном и Арменией
24 Apr 2024 | 22:07
Кубок Азербайджана: "Карабах" разгромил "Нефтчи" и вышел в финал
24 Apr 2024 | 22:06
В России заочно арестовали Гарри Каспарова
24 Apr 2024 | 22:00
Суд в РФ арестовал средства JPMorgan в размере $439,5 млн
24 Apr 2024 | 21:47
Завершилась конференция, проведенная в Лачыне в рамках международного форума - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:45
В Северной Македонии завершилось голосование на президентских выборах
24 Apr 2024 | 21:40
Из-за сбежавших гвардейских лошадей в Лондоне пострадали пять человек - ВИДЕО
24 Apr 2024 | 21:33
Еще один азербайджанский парапловец стал чемпионом Европы
24 Apr 2024 | 21:31
В Азербайджане отменяются расходы на первоначальную сессию по медиации в коммерческих спорах
24 Apr 2024 | 21:27
Amnesty International уличила Францию в нарушении прав человека
24 Apr 2024 | 21:19
В Баку был организован государственный прием в честь президента Кыргызстана - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 21:16
В Масаллы пройдет ярмарка труда
24 Apr 2024 | 21:13
МИД Турции: Анкара отвергает предвзятые заявления по событиям 1915 года
24 Apr 2024 | 21:08
Алиев: Памятник Айтматову в Баку будет символизировать наше единство, дружбу и братство
24 Apr 2024 | 21:06
Ильхам Алиев и Садыр Жапаров приняли участие в открытии памятника Чингизу Айтматову в Баку - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 20:52
Киев дважды бил ракетами ATACMS по целям в глубоком российском тылу
24 Apr 2024 | 20:14
В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра - ОБНОВЛЕНО/ФОТО/ВИДЕО
24 Apr 2024 | 20:13
В Азербайджане создан новый колледж
24 Apr 2024 | 19:54
Лукашенко признался, когда «уйдёт на покой»
24 Apr 2024 | 19:53
Определился первый финалист Кубка Азербайджана по футболу - ОБНОВЛЕНО + ВИДЕО
ЕЖЕДНЕВНО
24 Apr 2024 | 15:52
Состоялась церемония подписания азербайджано-кыргызских документов - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 16:28
В США все сильнее опасаются атаки, аналогичной теракту в "Крокус Сити Холле"
24 Apr 2024 | 15:39
Короля Саудовской Аравии госпитализировали
24 Apr 2024 | 15:15
В Конго объявили эпидемию оспы обезьян
24 Apr 2024 | 16:20
Отказался дать в долг: в Гейгельском районе мужчина обокрал "жадного" дядю - ФОТО
24 Apr 2024 | 16:37
Скончался бывший главный тренер Хафиз Алиев
24 Apr 2024 | 16:01
Озеро, образованное сточными водами в поселке Ашагы Гюздек - ФОТОРЕПОРТАЖ
24 Apr 2024 | 15:44
В Милли Меджлисе прошла встреча с помощниками членов Конгресса США - ФОТО - ОБНОВЛЕНО
24 Apr 2024 | 15:43
В Нахчыване прошла акция протеста - ВИДЕО
24 Apr 2024 | 16:14
Каким детям нельзя делать прививки?
ЕЖЕНЕДЕЛЬНО
19 Apr 2024 | 16:50
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
19 Apr 2024 | 16:47
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
19 Apr 2024 | 16:45
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
19 Apr 2024 | 16:47
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
19 Apr 2024 | 20:12
Зеленский: Украина может спустить Путина «с неба на землю»
19 Apr 2024 | 21:01
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
19 Apr 2024 | 19:39
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19 Apr 2024 | 19:47
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19 Apr 2024 | 20:09
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
19 Apr 2024 | 19:06
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
Ежемесячно
24 Apr 2024 | 15:52
Состоялась церемония подписания азербайджано-кыргызских документов - ОБНОВЛЕНО + ФОТО
24 Apr 2024 | 16:28
В США все сильнее опасаются атаки, аналогичной теракту в "Крокус Сити Холле"
24 Apr 2024 | 15:39
Короля Саудовской Аравии госпитализировали
24 Apr 2024 | 15:15
В Конго объявили эпидемию оспы обезьян
24 Apr 2024 | 16:20
Отказался дать в долг: в Гейгельском районе мужчина обокрал "жадного" дядю - ФОТО
24 Apr 2024 | 16:37
Скончался бывший главный тренер Хафиз Алиев
24 Apr 2024 | 16:01
Озеро, образованное сточными водами в поселке Ашагы Гюздек - ФОТОРЕПОРТАЖ
24 Apr 2024 | 15:44
В Милли Меджлисе прошла встреча с помощниками членов Конгресса США - ФОТО - ОБНОВЛЕНО
24 Apr 2024 | 15:43
В Нахчыване прошла акция протеста - ВИДЕО
24 Apr 2024 | 16:14
Каким детям нельзя делать прививки?
Писатели