Moderator.az xəbər verir ki, millət vəkili Tamam Cəfərova sentyabr ayının 27-dən etibarən Şamaxı rayonunda şəhidlərin ildönümü mərasimlərində iştirak edir. Deputat Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və hüquq- müuhafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid ailələrini ziyarət edib.
Xatırladaq ki, ötən həftə millət vəkili Tamam Cəfərova zəfər tariximizin qəhrəmanlarından olan şəhid Yusif Əliyevin, Elvin Ağakərimovun, Sabir Heydərovun, Nazim Beydiyevin, Əlövsət İbrahimovun, Ramiq Mikayılovun, Rauf Əliyevin il mərasimlərində iştirak edib.
Həmçinin, bu gün millət vəkili Tamam Cəfərova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə Bakı şəhərində əslən şamaxılı şəhid Elgün Əzizovun və Rövşən Rüstəmovun il mərasimlərində iştirak edib.
İl mərasimləri ilə yanaşı, millət vəkili Tamam Cəfərova şəhidlərin xatirələrinə həsr olunmuş bulaq komplekslərinin açılışında da iştirak edib.
Açılış mərasimlərində çıxış edən millət vəkili qeyd edib ki, Vətən müharibəsi ilə xalqımızın əyilmiş qəddinin yenidən düzəldiyini, milli qürurumuzun geri qaytarıldığını bildirib, artıq dünya xalqları qarşısında başımızın dik, alnımızın açıq olduğunu diqqətə çatdırıb. Tamam Cəfərova qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu haqq-ədalət savaşında qalib gələrək, ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Bir daha şəhidlərimizi dərin hörmət, sonsuz şükranlıq və minnətdarlıqla anırıq. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.